Məhkəmə qərarları › İş №2(012)-1293/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1293/2023

03.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1293/2023 03.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, atası – xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum xx.xx.1955-ci il təvəllüdlü X5 onun atasıdır. Atası ünvan 2 ünvanında ölən günə kimi yaşamış və qeydiyyatda olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 07:40 radələrində atasının halı qəflətən pisləşmiş və Təcili və X4 Stansiyasına müraciət edilmişdir. Həkim briqadası evə gələn zaman artıq atasının vəfat etdiyini bildirmişlər. Bu barədə onlara xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Atasına ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə və Abşeron Rayon Mərkəzi X8 Şəxsinə müraciət etmiş, lakin həm qeydiyyat şöbəsi, həm də ki, xəstəxana imtina cavabı vermiş, məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Atasına ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyi üçün məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Sonradan Ərizəçi ərizəsini dəqiqləşdirərək atası – xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O bildirdi ki, hazırki hüquqi faktın müəyyən edilməsi vərəsəliklə bağlı məsələlərin həll edilməsi üçün lazımdır. Mаrаqlı şəхs Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, mərhum Hikmət Məmmədov onun atasıdır. Mərhum atası xx.xx.2022-ci ildə Xırdalan şəhərindəki parkda ölmüşdür. xx.xx.2022-ci ildə işə gedəndə atasının yerə yıxıldığını görmüş, yaxınlaşanda isə təcili tibbi yardım briqadası çağırıldığını bilmişdir. Təsdiq edir ki, atası xx.xx.2022-ci il tarixdə Xırdalan şəhərində ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, mərhum onun qayınatası, ərizəçi isə arvadıdır. O təsdiq edir ki, qayınatası xx.xx.2022-ci ildə ölmüşdür. Həmin vaxt o, Rusiya Federasiyasında idi. Qeyd edilən gün arvadı Ərizəçi zəng edərək ona bildirmişdir ki, atası ölüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, mərhum onun qonşusu olmuşdur. Hikmət Məmmədov xx.xx.2022-ci ildə Xırdalan şəhərindəki parkda səkinin qırağında yıxılmışdır. Həmin gün səhər işə gedəndə bunu görmüş, onun öldüyünü bilmişdir. İşdən icazə alaraq mərhumun dəfnində iştirak etmişdir. Təsdiq edir ki, Hikmət Məmmədov xx.xx.2022-ci il tarixdə Xırdalan şəhərində ölmüşdür. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - AZE ********* saylı, xx.xx.2005-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1955-ci il tarixdə Xaçmaz rayonunda doğulmuşdur. - 407281 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Abşeron rayonunun Xırdalan qəsəbəsində doğulmuşdur. X1r. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli 05/Q-2440/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Tibbi Ərazi Bölmələrini X9 X15 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X2 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. H.Məmmədovun ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilmir. - Abşeron Rayon Mərkəzi Xəstəxanası Təcili və X4 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 07:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 11/31 ünvanında yaşayan X2 adına çağırış daxil olmuş, həkim gələnə qədər kişi cinsində meyit aşkar edilmişdir. - Masazır Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X5 xx.xx.2022ci il tarixdə Masazır kənd qəbiristanlığında dəfn edilmişdir. - Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş fotolardan görünür ki, X5 dəfn olunmuşdur. Dəfn tarixi xx.xx.2022-ci il qeyd edilmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X5 ərizəçinin atası olmuş, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X2 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlər ifadələrində X2 xx.xx.2022-ci il tarixdə Abşeron rayonunun Xırdalan şəhərində vəfat etməsini təsdiq etmişlər. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi atasının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin atası X5 xx.xx.2022-ci il tarixdə Abşeron rayonunda ölmüşdür. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1955-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş X2 xx.xx.2022-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş X2 xx.xx.2022-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar