Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-130/2022 16.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin nümayəndəsi X1, Cavabdeh vəkilinümayəndəsi X2 iştirakı ilə, İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Abşeron rayonu Masazır bələdiyyəsi Cavabdeh qarşı torpaq sahəsinin boşaldılmasına dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi ünvan 1 ünvanında özbaşına tutduğu 0.42 ha torpaq sahəsinin öz hesabına boşaldılaraq həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Masazır bələdiyyəsinin üzv və qulluqçuları tərəfindən bələdiyyənin inzibati ərazi vahidində baxış keçirildiyi zaman Masazır kəndi, Ə.Vahid küçəsi 81 ünvanında 0,42 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunması müəyyən edilmişdir. Zəbt olunmuş torpaq sahəsində lazımi icazə almadan qanunsuz olaraq istifadə olunur. Belə ki, həmin ərazidə metal konstruksiyalar, digər metal məlumatların kirayəsi, alqı-satqısı ilə məşğul olur. Torpaq sahəsinin qeyri-qanuni sahibliyinə dair zəbti ilə əlaqədar Masazır bələdiyyəsinin üzv və qulluqçuları tərəfindən 14 oktyabr 2020-ci il tarixli 03 saylı akt tərtib edilmiş, lakin ərazidə iştirak edən tərəf həmin aktın imzalanmasından imtina etmişdir. Eyni zamanda, cavabdeh bələdiyyənin 24 dekabr 2020-ci il tarixli, 01/01-06-01/428 saylı rəsmi məktubla Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsində nəzərdə tutulan torpaq qanunvericiliyinin pozulmasına görə yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma ilə bağlı məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin, cavabdeh ona edilmiş xəbərdarlıqlara əhəmiyyət verməmişdir. Cavabdeh torpaq sahəsindən istifadə etdiyi müddət ərzində qanunvericiliyə zidd olaraq heç bir torpaq vergisi və ya icarə haqqı ödəməmiş,vergidən yayındığı üçün bələdiyyə büdcəsinə ziyan vurmuşdur. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmənin sonrakı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, ekspert rəyində də göstərildiyi kimi cavabdehin istifadəsində 1.59 ha torpaq sahəsi olmuş, onun 0.979 ha hissəsinə cavabdehin mülkiyyət hüququna dair çıxarışı var, qalan hissəsi isə digər şəxslərə satılmış torpaq sahələridir. İddiaçının mübahisələndirdiyi ərazinin ona aiddiyyəti yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Masazır bələdiyyəsinin üzv və qulluqçuları tərəfindən bələdiyyənin inzibati ərazi vahidində baxış keçirilmişdir. Keçirilən baxış zamanı Masazır kəndi, Ə.Vahid küçəsi 81 ünvanında 0,42 ha torpaq sahəsi Sizin tərəfinizdən zəbt olunması müəyyən edilmişdir. Zəbt olunmuş torpaq sahəsində lazımi icazə almadan qanunsuz olaraq torpaqdan istifadə olunur. Belə ki, həmin ərazidə metal konstruksiyalar, digər metal məlumatların kirayəsi ilə məşğul olunur. Masazır bələdiyyəsinin mülkiyyətində olan 0,42 ha torpaq sahəsini 3 gün müddətində boşaldılaraq Masazır bələdiyyəsinə təhvil verilməsi ilə bağlı xəbərdar edilmişdir. Əks təqdirdə torpaq sahəsini zəbt olunması ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunacaqdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 03 nömrəli Torpaq sahəsinin Qeyri- Qanuni Sahibliyinə dair (Özbaşına Tutma) Aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin istifadəçisi Cavabdeh tərəfindən Masazır Bələdiyyəsinin mülkiyyətində 0.4244 kv.m torpaq sahəsi qeyri-qanuni zəbt etmişdir. Zəbt edilmiş torpaq sahəsində yerində baxış keçirərkən ərazidə torpağın qanunsuz istifadəçiləri tərəfindən torpağın bir hissəsində tikintidə istifadə olunan metal konstruksiyalar və digər metal məmulatları mövcuddur. Vətəndaş həmin metal konstruksiyaların kirayəsi ilə məşğuldur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 1.239 ha torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 45 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1787/2021 saylı qərardadı ilə iş üzrə inşaat-tikinti ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2021-ci il tarixdə 10/5779 nömrəli rəy alınmışdır. Rəyə əsasən Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, istifadə olunması iddia olunan 0.42 ha torpaq sahəsini bələdiyyənin nümayəndəsi tərəfindən göstərə bilməməsi və həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki kadastr sənədləri təqdim edilməməsi səbəbindən Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli 45 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatından keçmiş Çıxarışla mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində 1.239 ha torpaq sahəsinin hüdudları daxilində olub-olmamasının araşdırılması mümkün olmamışdır. Cavabdehin faktiki istifadəsində olan 1.59 ha torpaq sahəsinin 0.83 ha hissəsi çıxarışla cavabdehin mülkiyyətində olan 1.239 ha torpaq sahəsi ilə üst-üstə düşür, qalan 0.76 ha hissəsi isə digər mülkiyyətçinin Dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də, ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Qeyd olunanlar nəzərə alınmaqla, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Abşeron rayon Məhkəməsini xx.xx.2021-ci il tarixli, 2(012)-1787/2021 saylı qərardadı ilə iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2022-ci il tarixdə 10/5398 nömrəli rəy alınmışdır. Rəyə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********57 saylı mütəxəssis rəyinə əsasən, zəbt olunması iddia olunan 0,42 ha torpaq sahəsinə aid texniki kadastr sənədləri (torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən və Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatından keçmiş Çıxarışla mülkiyyətində olan, Abşeron rayonu, Masazır kəndi ərazisində 1.239 ha torpaq sahəsindən digər şəxslərə alqı-satqılar olunduğu səbəbindən həmin torpaq sahəsinin hüdudları daxilində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Çöl-ölçmə işləri kameral şəraitdə elektron kadastr məlumat bazasında araşdırılması zamanı məlum olmuşdur ki, cavabdehin faktiki istifadəsində olan 1,59 ha torpaq sahəsinin 0,63 ha hissəsi digər şəxslərə alqı-satqı olunduqdan sonra Cavabdeh **********39 reyestr nömrəli çıxarışla mülkiyyətində qalan 0,979 ha torpaq sahəsi ilə üstüstə düşür, qalan 0,96 ha hissəsi isə digər mülkiyyətçiyə Dövlət Aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Masazır Bələdiyyəsinin nümayəndəsi tərəfindən göstərilən iddia olunan torpaq sahəsi digər mülkiyyətçiyə Dövlət Aktı ilə verilmiş, faktiki istifadəsində olan 1,76 ha torpaq sahəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.979 ha torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 513 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Masazır bələdiyyəsinin üzv və qulluqçuları tərəfindən bələdiyyənin inzibati ərazi vahidində baxış keçirildiyi zaman Masazır kəndi, Ə.Vahid küçəsi 81 ünvanında 0,42 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunması müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi xx.xx.2021-ci il tarixli, 2(012)-1787/2021 saylı qərardadı ilə iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2022-ci il tarixdə 10/5398 nömrəli rəy alınmışdır. Rəyə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********57 saylı mütəxəssis rəyinə əsasən, zəbt olunması iddia olunan 0,42 ha torpaq sahəsinə aid texniki kadastr sənədləri (torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən və Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatından keçmiş Çıxarışla mülkiyyətində olan, Abşeron rayonu, Masazır kəndi ərazisində 1.239 ha torpaq sahəsindən digər şəxslərə alqı-satqılar olunduğu səbəbindən həmin torpaq sahəsinin hüdudları daxilində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Çöl-ölçmə işləri kameral şəraitdə elektron kadastr məlumat bazasında araşdırılması zamanı məlum olmuşdur ki, cavabdehin faktiki istifadəsində olan 1,59 ha torpaq sahəsinin 0,63 ha hissəsi digər şəxslərə alqı-satqı olunduqdan sonra Cavabdeh **********39 reyestr nömrəli çıxarışla mülkiyyətində qalan 0,979 ha torpaq sahəsi ilə üstüstə düşür, qalan 0,96 ha hissəsi isə digər mülkiyyətçiyə Dövlət Aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Masazır Bələdiyyəsinin nümayəndəsi tərəfindən göstərilən iddia olunan torpaq sahəsi digər mülkiyyətçiyə Dövlət Aktı ilə verilmiş, faktiki istifadəsində olan 1,76 ha torpaq sahəsidir. Qeyd edilənlərdən göründüyü kimi cavabdehin faktiki istifadəsində olan 1,59 ha torpaq sahəsinin 0,63 ha hissəsi digər şəxslərə alqı-satqı olunduqdan sonra Cavabdeh **********39 reyestr nömrəli çıxarışla mülkiyyətində qalan 0,979 ha torpaq sahəsi ilə üstüstə düşür, qalan 0,96 ha hissəsi isə digər mülkiyyətçiyə Dövlət Aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Yəni, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahələrinə aidiyyatı yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsində, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli Qanunun 16.3.maddəsinə görə Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən büdcə təşkilatları, bələdiyyələr məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin qeyd edilən əsasla iddia ərizəsi verərkən dövlət rüsumunu ödəməkdən azad olunduğunu, habelə iddia təmin olunmadığı üçün məhkəmə xərclərinə aid olan dövlət rüsumunun cavabdehdən tutula bilmədiyini nəzərə alaraq, hesab edir ki, iddia üzrə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Eyni zamanda iş üzrə 100 manat məbləğində ekspertiza xərci və 320 manat mütəxəssisə cavabdeh tərəfindən rəy verilməsi üçün ödənilmiş məhkəmə xərci vardır ki, iddia təmin edilmədiyindən 100 manat ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis xərci 320 manat isə iddiaçıdan tutulub cavabdehə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mütəxəssis rəyinə görə 320 manat məbləğində pul vəsaiti iddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsindən tutulub Cavabdeh ödənilsin. İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsindən 100 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-130/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-130/2022
16.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver