Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-913/2025 25.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi X16 qızının katibliyi, İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil, Cavabdeh, iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ölçmə işlərinə edilən maneələrin aradan qaldırılması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli 2(037)-443/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları:
İddiaçı 24 fevral 2025-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, İsmayıllı rayonu Gideyli kəndi ərazisində yerləşən və İsmayıllı rayonu X8 30 aprel 2007-ci il tarixli 3 nömrəli iclas qərarı ilə ona satılmış 0,08 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin ətrafına çəkilmiş çəpərin sökülməsi və maneçiliklərə son qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, İsmayıllı rayonunun Gideyli kəndində anadan olmaqla, hal-hazırda İsmayıllı şəhərində yaşayıram. İsmayıllı şəhərinə köçməmişdən əvvəl, yəni Gideyli kəndində yaşayan zaman X9 müraciət edərək yaşadığı Gideyli kəndinin ərazisindən ona fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsinin satılmasını xahiş etmişdir. Onun həmin ərizəsi X8 30 aprel 2007-ci il tarixli bələdiyyə iclasında müzakirəyə çıxarılaraq 0,08 hektar həyətyanı torpaq sahəsinin ona satılması haqqında 03 saylı qərar çıxarılmışdı. Torpaq sahəsinin ona satılması üçün İsmayıllı RİH Memarliq və Tikinti Şöbəsinin 129 saylı razılıq rəyi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinin 132/3 nömrəli torpaq sahəsinin ona satılmasına razılıq rəyi alınmışdı. Həmin rəyə əlavə olaraq, ona satılası torpaq sahəsinin yerqurluşu layihəsindən Çıxarışı çəkilərək, toıpaq sahəsinin konturları yerində, naturada müəyyən olunaraq və ona tanıdılaraq aralarında torpaqların alqı-satqısma dair Akt bağlanmış və torpaq sahəsi ona təhvil verilmişdi. Torpaq sahəsinin qiyməti olan 168 manat onun tərəfindən X8 İsmayıllı rayon “Kapital Bank”da yerləşən hesabına ödənilərək, 10 nömrəli Qəbz Bələdiyyəyə təqdim edilmişdi. Həmin vaxtın qanunvericiliyinə uyğun olaraq bütün sənədlər toplanaraq müvafiq qurumların rəhbərlərin imzası və möhürü ilə təsdiq olunaraq ona verilmişdi. Ona satılan toıpaq sahəsinin ərizəsinə əlavə etdiyi Gideyli kəndin kompleks yerqurluşu layihəsinin Çıxarışından göründüyi kimi Litir-A qeyd olunan torpaq sahəsinin eni 20 metr, uzunluğu 40 metr 0,08 ha. olmaqla yolun kənarında yerləşir. O, həmin vaxtdan torpaq sahəsindən mülkiyyətçi kimi istifadə etmiş, əkib- becərmiş və vergisini ödəmişdir. Torpaq sahəsinin harada yerləşməsini kənd bələdiyyəsinin sədri olmuş Maqsud Hüseynov da məhkəmə iclasında təsdiq edə bilər. Son vaxtlar İsmayıllı şəhərinə köçməyi ilə əlaqədar kənd sakini və həyat yoldaşının dayısı olan Cavabdeh ondan icazə istəmişdi ki, həmin torpaq sahəsini müvəqqəti olaraq o, əkib-becərsin. Həyat yoldaşının dayısı olduğu üçün o, cavabdehə torpaq sahəsini müvəqqəti əkib-becərməyə razılıq vermişdir. O, torpaq sahəsi üzərində mülkiyyət hüququmun qeydiyyata aldırması üçün 2024-ci ilin dekabr ayında bütün lazımı sənədləri toplayaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş və həmin Təşkilatın mütəxəssləri mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar Çıxarışa əsasən ona satılmış torpaq sahəsində ölçmə işləri aparmaq istədikdə, Cavabdeh buna imkan verməmiş və bildirmişdir ki, onlar artıq kəndə yaşamırlar və torpaq sahəsini özü almaq istəyir. O, bunu eşitdikdən sonra cavabdehlə görüşüb, Bələdiyyə qərarı ilə ona satılmış torpaq sahəsindən cavabdehi çıxarmaq istəsə də, cavabdeh qəti olaraq torpaq sahəsindən çıxmaqdan imtina eləmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi isə ona 22 yanvar 2025-ci il tarixdə məktub ünvanlayaraq bildirmişlər ki, torpaq sahəsinin naturada araşdırılması mümkün olmadığı üçün onun müraciətindən imtina edilmişdir. Buna görə də o, cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə İsmayıllı Rayon Məhkəməsində aparılan məhkəmə prosesi zamanı Cavabdeh məhkəməyə iddia tələbinə qarşı yazılı Etiraz təqdim edərək, əsassız olduğuna görə İddiaçı iddiasının təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddia tələbinə qarşı həmin Etirazını onunla əsaslandırmışdır ki, o, iddiaçının ona qarşı qaldırdığı bu iddiasını əsassız və qanunsuz hesab edir. Belə ki, əvvəla mübahisələndirilən həyətyanı torpaq sahəsi onun oğlu X1 qanuni istifadəsində və sahibliyindədir. Həmin həyətyanı torpaq sahəsi İsmayıllı rayon Hacıhətəmli bələdiyyəsinin 22 oktyabr 2007-ci il tarixli 13 nömrəli qərarına əsasən oğlu X2 qanuni şəkildə satılmışdır. Torpağın satılması üçün qanunvericiliklə nəzərədə tutulan bütün prosedur hərəkətlər edilmiş, İsmayıllı rayon Torpaq Şöbəsi tərəfindən satılacaq torpağın cizgisi çəkilmiş, rayon İcra hakimiyyəti razılıq vermiş, torpağın dəyəri Bələdiyyənin hesabına ödənilmiş, Bələdiyyə ilə oğlu arasında alqı-satqı aktı tərtib olunmuşdur. Bələdiyyə tərəfindən 2007-ci ildə mütəxəsisin iştirakı ilə cizgiyə uyğun olaraq satılacaq torpaq sahəsi yerində ölçülərək oğluna təhvil verilmişdir. Oğlu Arzu həmin 2007-ci ildə topaq sahəsinin ətrafını çəpərləmiş və hal-hazıradək qeyd olunan həyətyanı torpaq sahəsindən istifadə edir. İddiaçı da oğluna satılmış torpaq sahəsinin arxasında qonşuluqda 0,08 ha həyətyanı torpaq sahəsi oğlundan əvvəl satılmışdır. Natiq də özünə məxsus həyətyanı torpaq sahəsinin ətrafını çəpərləmişdir. Ötən 18 il ərzində heç bir mübahisə olmadan hər biri indiki olduğu faktiki vəziyyətinə uyğun torpaqdan istifadə etmişlər və edirlər. Bu halı məhkəmə iclasında ifadə verən, həmin torpaq sahələrinin satılmasını bilavasitə həyata keçirən kənd Bələdiyyə sədri də təsdiq etmişdir. Tərəflərdən heç biri digərinin torpağına müdaxilə etməmişdir. İsmayıllı Rayon Məhkəməsində iş üzrə aparılan məhkəmə araşdırması zamanı İddiaçı məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edərək, iş üzrə məhkəmə araşdırılmalarından sonra iddia tələbinin həcmini azaltmaq qərarına gəlmiş və buna görə də, İsmayıllı rayonunun Gideyli kəndi ərazisində yerləşən və İsmayıllı rayonu X8 30 aprel 2007-ci il tarixli 3 nömrəli iclas qərarı ilə ona satılmış 0,08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ararılan naturada araşdırılma və ölçmə işlərinə Cavabdeh tərəfindən edilən maneçiliklərin aradan qaldırılması və maneçiliklərə son qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı X12 iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
2. Birinci instansiya məhkəməsində icraat: İsmayıllı Rayon Məhkəməsinin (hakim Hüseynov İlqar) 01 iyul 2025-ci il tarixli 2(037)-443/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “ölçmə işlərinə edilən maneələrin aradan qaldırılması” barədə iddia tələbi təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: -“ İddia tələbi təmin edilsin. İsmayıllı rayonu Gideyli kəndi ünvanında yerləşən, İsmayıllı rayonu X8 30 aprel 2007-ci il tarixli 03 nömrəli iclas qərarı ilə İddiaçı satılmış 0,08 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan naturada araşdırılma və ölçmə işlərinə Cavabdeh tərəfindən edilən maneçiliklər aradan qaldırılaraq son qoyulsun. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.” İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli 2(037)-443/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, 02 may 2007-ci il tarixli 70/3 nömrəli torpaqların alqısatqısına dair aktın təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayon X8 30 aprel 2007-ci il tarixli 03 nömrəli qərarına əsasən 0,08 hektar torpaq sahəsi İddiaçı satılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı ünvanladığı 22 yanvar 2025-ci il tarixli, 3-21-3-42/2-322/2025 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı tərəfindən təqdim olunan sənədlərin naturada araşdırılması mümkün olmamışdır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin X3 ünvanladığı 06 mart 2025-ci il tarixli, 3- 21-3-42/2-1140/2025 nömrəli məktubunun surətindən görünür ki, faktiki torpaq sahəsi üzərində mübahisə mövcuddur və AZCAD baza xəritəsində başqa vətəndaşın adı qeyd edilmişdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 21 may 2025-ci il tarixli, 3-21-3-42/2-2198/2025 nömrəli mütəxəssis rəyinin surətindən görünür ki, İddiaçı adına tərtib olunmuş İsmayıllı rayonu Gideyli kəndi “Gideyli” istehsal kooperativinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışda və X1 (cavabdeh X6) adına tərtib edilmiş İsmayıllı rayonu Gideyli kəndi “Gideyli” istehsal kooperativinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilən torpaq sahələrinin koordinatlar qeyd edilmiş plan-ölçü sənədi olmadığından torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyənləşdirmək mümkün deyildir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, 02 may 2007-ci il tarixli 70/3 nömrəli torpaqların alqı-satqısına dair aktı əsasında İsmayıllı rayon X8 30 aprel 2007-ci il tarixli 03 nömrəli qərarına əsasən 0,08 hektar torpaq sahəsi İddiaçı satılmışdır. İddiaçının müraciəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim olunan sənədlərin naturada araşdırılması mümkün olmamışdır. Bu səbəbdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdehin oğlu Arzu Zülfüqarovun müraciəti üzrə isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi faktiki torpaq sahəsi üzərində mübahisə mövcud olduğunu, AZCAD baza xəritəsində başqa vətəndaşın adı qeyd edildiyini bildirərək bu səbəbdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 21 may 2025-ci il tarixli, 3-21-3- 42/2-2198/2025 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı adına tərtib olunmuş İsmayıllı rayonu Gideyli kəndi “Gideyli” istehsal kooperativinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışda və X1 (cavabdeh X6) adına tərtib edilmiş İsmayıllı rayonu Gideyli kəndi “Gideyli” istehsal kooperativinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilən torpaq sahələrinin koordinatlar qeyd edilmiş plan-ölçü sənədi olmadığından torpaq sahəsinin zəbt olunubolunmamasını müəyyənləşdirmək mümkün deyildir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdeh iddiaçının mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin müəyyən edilmiş hallarından görünür ki, 02 may 2007-ci il tarixli 70/3 nömrəli torpaqların alqı-satqısına dair aktı əsasında İsmayıllı rayon X8 30 aprel 2007-ci il tarixli 03 nömrəli qərarına əsasən 0,08 hektar torpaq sahəsi İddiaçı satılmışdır. Hazırda isə iddiaçı həmin torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almaq istəyir. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan torpaq üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdeh iddiaçının bu hüququnu həyata keçirməyə mane olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli torpaq üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onun hüququ kimi nəzərdə tutulmuşdur. İnsan Hüquqları və X10 X4 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindənmaneəsiz istifadə hüququ vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8–ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Eləcə də, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010–cu il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd olunmuşdur ki, dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedicivə hüquq müəyyənedici sənəddir. Həmin Qərarda daha sonra göstərilir ki, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi, belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Həmin Qərarda bir daha göstərilir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması, əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətinidoğurur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə mövcud olan hüquq müəyyənedici sənədi, yəni 02 may 2007-ci il tarixli 70/3 nömrəli torpaqların alqısatqısına dair akt mülkiyyət hüququna dair sənəd kimi qəbul edilməli və onun həmin sənədlə təsbit olunmuş hüquqları mülkiyyət hüququ kimi qəbul edilərək müdafiə edilməlidir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İsmayıllı rayonu Gideyli kəndi ünvanında yerləşən, İsmayıllı rayonu X8 30 aprel 2007ci il tarixli 03 nömrəli iclas qərarı ilə İddiaçı satılmış 0,08 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan naturada araşdırılma və ölçmə işlərinə Cavabdeh tərəfindən edilən maneçiliklər aradan qaldırılaraq son qoyulmalıdır. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 158 və 213-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1 və 218.1-ci maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz: 3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli 2(037)-443/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2025ci il tarixli 2(037)-443/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən həyətyanı torpaq sahəsi onun oğlu X1 qanuni istifadəsində və sahibliyindədir. Həmin həyətyanı torpaq sahəsi oğlu X2 İsmayıllı rayon Hacıhətəmli Bələdiyyəsinin 22 oktyabr 2007-ci il tarixli 13 nömrəli qərarına əsasən qanuni şəkildə satılmışdır. Torpağın satılması üçün qanunvericiliklə nəzərədə tutulan bütün prosedur hərəkətlər edilmiş, İsmayıllı rayon Torpaq Şöbəsi tərəfindən satılacaq torpağın cizgisi çəkilmiş, rayon İcra hakimiyyəti razılıq vermiş, torpağın dəyəri Bələdiyyənin hesabına ödənilmiş, Bələdiyyə ilə oğlu arasında alqı-satqı aktı tərtib olunmuşdur. Bələdiyyə tərəfindən 2007-ci ildə mütəxəsisin iştirakı ilə cizgiyə uyğun olaraq satılacaq torpaq sahəsi yerində ölçülərək oğluna təhvil verilmişdir. Oğlu Arzu həmin 2007-ci ildə ona satılan 0,12 ha topaq sahəsinin ətrafını çəpərləmiş və hal-hazıradək qeyd olunan həmin həyətyanı torpaq sahəsindən istifadə edir. İddiaçı da oğluna satılmış torpaq sahəsinin yaxınlığında 0,08 ha həyətyanı torpaq sahəsi oğlundan əvvəl satılmışdır. İddiaçı da özünə məxsus həyətyanı torpaq sahəsinin ətrafını çəpərləmiş və bu günədək istifadə edir. Ötən 18 il ərzində heç bir mübahisə olmadan hər biri indiki olduğu faktiki vəziyyətinə uyğun torpaqdan istifadə etmişlər və edirlər. Bu hal məhkəmə iclasında ifadə verən, həmin torpaq sahələrinin satılmasını bilavasitə həyata keçirən kənd bələdiyyə sədri Maqsud Hüseynov da təsdiq etmiş, hər iki həyətyanı torpaq sahəsinin hazırkı faktiki vəziyyətdə, yəni iddiaçının özünün faktiki istifadəsində olan və qərarla iddiaçıya verilən 0,08 ha həyətyanı torpaq sahəsi və oğlunun da öz faktiki istifadəsində olan və qərarla oğluna verilən 0,12 ha həyətyanı torpaq səhəsindən istifadə edirlər. Tərəflərdən heç biri digərinin torpağına müdaxilə etməmişdir. Lakin məhkəmə bu faktiki halları nəzərə almamış, əksinə qətnaməsində üçüncü şəxs qismində məhkəməyə dəvət olunduğu bildirilən İsmayıllı rayon Hacıhətəmli bələdiyyəsinin sədri X5 məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəblərini bildirmədiyindən işə onun iştirakı olmadan baxılmasının mümkünlüyü barədə qeyd olunmuşdur. Halbuki, həmin şəxs məhkəmə iclasında (şahid və ya üçüncü şəxs qismində) dindirilmiş və yuxarıda qeyd etdiyi kimi ifadə vermişdir. Eyni zamanda, məhkəmə oğluna verilən torpaq sahəsinə iddiaçının sahib olduğunu təkidlə sübut etməyə çalışır. Hansı ki, reyestrin özü belə rəyində bu iki ayrı-ayrı qanuni istifadəyə verilən torpaqların kimə məxsusluğunu təsdiq edə bilmir. Məhkəmə isə torpağın ilkin mülkiyyətçisi olan və tərəflərə torpağı satan şəxsi məhkəmədə dindirməkdən kənarlaşdırır, yəni “məhkəmə iclasına gəlməmişdir kimi” qeyd edir. İddiaçı ərizəsində qeyd edir ki, güya İsmayıllı şəhərinə köçərkən o, iddiaçıdan xahiş etmişdir ki, torpağı versin və o, əksin. Bu tamamilə yalandır, onların aralarında belə bir razılaşma olmamışdır. Çünki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi oğlunun qanuni istifadəsində və sahibliyində olmuş və olmaqda da davam edir. Qaldı ki, onun torpaq sahəsində hər hansı ölçmə işləri aparılmasına maneçilik törətməyi - bu tam əsassızdır. Çünki, hələ torpağın iddiaçının qanuni istifadəsinə verilmiş həyətyanı torpaq sahəsi olması məhkəmədə təsdiq olunmur. Həyətyanı torpaq sahəsi Bələdiyyə qərarı ilə verildiyi gündən 18 ildir oğlunun istifadəsindədir və oğlu sahibliyində olan torpaq sahəsinə kənar şəxsin girməsinə mane olmasında haqlıdır. O, da oğlunun atası kimi oğluna qanunla məxsus olan mülkiyyəti qorumaqda haqlıyam. İşə baxan İsmayıllı Rayon Məhkəməsi isə yalnız iddiaçının hüquqlarını qorumuş, oğlunun da həmin hüquqlara sahib olmasına və sübutların daha çox mübahisələndirilən torpağın oğluna məxsusluğunu təsdiq etdiyinə hüquqi əhəmiyyət verilməmişdir. Belə ki, 2007-ci ildə və ondan sonra hal-hazıradək bələdiyyə sədri işləyən Maqsud Hüseynov mübahisələndirilən torpaq sahəsinin oğluna satıldığını təsdiq edir. Birinci instansiya məhkəməsi isə cavabdeh tərəfin təqdim etdiyi sübutları, habelə işin faktiki hallarını nəzərə almamışdır. Nəticədə heç bir hüquqi əsası olmadan iddiaçı tərəfindən ona qarşı maneçilik törədilməsi ilə bağlı qaldırdığı iddianın təmin edilməsinə səbəb olmuşdur. Bununla da məhkəmə iş üzrə mövcud olan sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnaməni məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmamışdır. Məhkəmə iş üzrə qətnaməni məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə işə son nəticə vurarkən qətnamədə cavabbdeh kimi onun tərəfindən təqdim edilmiş sübutlara tam, düzgün hüquqi qiymət verməmiş və nəticədə qeyri-obyektiv qərar qəbul olunmuşdur. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsi oğlunun qanuni istifadəsində olan torpaq sahəsidir və həmin torpaq sahəsinə başqa şəxsin qanunsuz daxil olmasına icazə verilə bilməz. İşə baxan İsmayıllı Rayon Məhkəməsi isə birtərəfli mövqedən yanaşmış, oğlunun da həmin hüquqlara sahib olmasını və sübutların daha çox mübahisələndirilən torpağın oğluna məxsusluğunu təsdiq etdiyinə hüquqi əhəmiyyət verməmişdir.
3.2). Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı: 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil, apellyasiya şikayəti vermiş Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 gəlmişlər. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2(037)-443/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2(037)-443/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etmədiyini bildirib, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2(037)-443/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə razı olduğunu bildirib, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2(037)-443/2025 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etdi və o, izahatında öz mövqeyini – mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazinin Bələdiyyə sədri olduğu vaxt həmin torpaq sahəsinin Bələdiyyə tərəfindən Cavabdeh satılması ilə əsaslandırdı.
4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2(037)-443/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 2.1. Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun normaları (maddələri): 1.1.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur” Qaydaları: 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdehin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli 2(037)-443/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddia tələbi təmin edilərək, İsmayıllı rayonu Gideyli kəndi ərazisində yerləşən və İsmayıllı rayonu X8 30 aprel 2007-ci il tarixli 03 nömrəli iclas qərarı ilə İddiaçı satılmış 0,08 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan naturada araşdırılma və ölçmə işlərinə Cavabdeh tərəfindən edilən maneçiliklərin aradan qaldırılaraq son qoyulması qət edilmişdir. Hazırkı apellyasiya şikayəti üzrə aparılan məhkəmə araşdırması nəticəsində də birinci instansiya məhkəməsinin məlum iddia tələbini təmin etməkdə haqlı olduğu və düzgün nəticəyə gəldiyi müəyyən olunmuşdur. Qeyd etmək lazımdır ki, Cavabdeh hazırkı mülki iş üzrə məhkəmə icraatında iştirak edərək, məhkəmə araşdırmaları zamanı mövqeyi və hərəkətləri ilə daşınmaz əmlakların qeydiyyatı və s. məsələlər üzrə səlahiyyətlərə malik müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən inventarlaşdırma məqsədilə ölçü işlərinin aparılmasına mane olduğunu bir daha təsdiq etmişdir. Eyni zamanda, məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı üçün zəruri olan inventarlaşdırılma işləri Əmlak Məsələləri Dövlət Xidmətiinin müvafiq qurumları tərəfindən aparılır və daşınmaz əmlakın texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi - daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, ölçülərini, tərkibini və s. müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Lakin, hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə həll edilmiş iddia tələbinin predmetinə daxil olmayan hər hansı digər mübahisə və yaxud yanaşmalara istinad olunmaqla, müvafiq səlahiyyətlərə malik icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən məlum vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə mane olunması - qanuni əsası olmayan hərəkətlərdir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2(037)-443/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli 2(037)-443/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.