Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1355/2024 08.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətin qanunsuz istifadədən geri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.03 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz sahibliyindən geri alınıb həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(012)-701/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı verilməsi qət edilmişdir (hakim Elçin Kazımov). Maraqlı şəxs Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(012)- 701/2022 nömrəli qətnaməsindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və eyni zamanda, apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunması barədə ərizə, həmçinin maraqlarına toxunulan şəxs kimi məhkəmə prosesinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2(012)-701/2023 nömrəli qərardadı ilə Maraqlı şəxs hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınmaqla Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(012)-701/2022 nömrəli qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsinə dair buraxılmış müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Habil Əhmədov). İddiaçı vəkili-nümayəndəsi Səfərov X3 Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2(012)- 701/2023 nömrəli qərardadından xx.xx.2023-cü il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin şikayət olunan 13 noyabr 2023-cü il tarixli, e-2(012)- 701/2022 nömrəli qərardadının ləğv edilməsi, Maraqlı şəxs “apellyasiya şikayətinin verilməsi müddətinin bərpası” ilə bağlı ərizəsinin təmin edilməməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-701/2022 nömrəli, 22 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-2329/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-701/2022 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərardadı tam, bununla bağlı xx.xx.2023-cü il tarixli qərardadının qismən “şikayətin təmin edilməməsi hissəsində” ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)- 701/2022 nömrəli, 25 yanvar 2022-ci tarixli qətnaməsi üzrə Maraqlı şəxs hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınma barədə ərizəsi və həmin qətnamədən apellyasiya şikayətinin verilməsinə dair “buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi” sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün işin Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Lətifə Məmmədova). Abşeron Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, e-2(012)-701/2022 nömrəli qərardadı ilə müddətin bərpasından imtina edilməsi, işə cəlb edilməyən, lakin çıxarılmış qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması barədə Maraqlı şəxs ərizəsinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e- 2(012)-701/2022 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim Habil Əhmədov). Maraqlı şəxs şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, e-2(012)-701/2022 nömrəli qərardadının ləğv edilməsini, şikayət ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs şikayətini onunla əsaslandırmışdır ki, onun düşdüyü vəziyyətə uyğun olaraq bir şəxsin torpaq sahəsini alması başqa vətəndaşın hüquqlarını pozan hala çevrilməməlidir. Həmin şəxs vicdanlı alıcı deyildir və aldığı torpaq sahəsinin üzərində olan yaşayış evini əldə etməklə öz hüquqlarından sui-istifadə edir. Yaşayış evi onundur və alqısatqı edilməmişdir. Onlar evdən qanunsuz çıxarılmışlar. Bu baxımdan mülki iş yenidən araşdırılmalıdır Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-701/2022 nömrəli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim Habil Əhmədov). Maraqlı şəxs Abşeron Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2(012)- 1242/2023 nömrəli qərardadının ləğv edilməsini, şikayət ərizəsinin təmin edilməsi haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş, eyni zamanda ərizə ilə müraciət edərək şikayət verilmə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-701/2022 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, e-2(012)-701/2022 nömrəli qərardadından şikayətin verilməsinə dair buraxılmış prosessual müddətin bərpa edilməsi, Abşeron Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2(012)-701/2022 nömrəli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-988/2024 nömrəli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(012)-701/2022 nömrəli qərardadının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-701/2022 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə baxılması üçün mülki işin Abşeron Rayon Məhkəməsinə qaytarılması qərar alınmışdır (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov). Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-701/2022 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, e-2(012)-701/2022 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadını haqlı olaraq onunla əsaslandırmışdır ki, işin faktiki hallarından bəlli olur ki, ərizəçi Maraqlı şəxs mübahisələndirilən qətnamənin mövcudluğundan məlumatlı olmuş, bu aktın yaratdığı hüquqi nəticələri dərk etmiş və bu nəticələrlə barışmadığından, mübahisəli əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı barədə Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış, həmin işə hazırda mübahisələndirdiyi qətnaməni əlavə etmişdir. Ərizəçi həmin iddia üzrə ziyanına qəbul edilmiş yekun məhkəmə aktından sonra hazırkı qətnamədən maraqlarına toxunan şəxs qismində tanınma ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarınadan və izahatdan müəyyən edilir ki, Maraqlı şəxs Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(012)-701/2022 saylı qətnaməsinin icrası prosesində ondan məlumatlı olmuş, bununla bağlı icra məmurunun xx.xx.2022-ci il tarixli bildirişini şəxsən alaraq imzalamış, lakin o, qətnamənin alınması ilə bağlı ərizə ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Maraqlı şəxs qətnaməni buna imkanı olsa da, vaxtında əldə etməmiş, qətnamə icra edildiyi mərhələdə öz prosessual hüquqlarından istifadə etməyə başlamış, onun bu hərəkətləri isə məhkəmə aktının icrasının süni şəkildə uzatmağa yönəlmişdir. Halbuki qüvvədə olan qanunvericiliyə görə hüquqdan sui-istifadə qadağandır (Mülki Məcəllənin 16.1 və 560-cı maddələri). Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, Maraqlı şəxs məhkəmə qətnaməsindən məlumatı olmuş, lakin buna baxmayaraq müəyyən müddət keçdikdən sonra məhkəmə qətnaməsinin almaq barədə məhkəməyə müraciət etmişdir. Bundan əlavə mübahisə predmeti olan torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi özbaşına tikili olduğundan həmin evə dair Maraqlı şəxs hər hansı hüquqlarının olması iş materialları ilə təsdiq olunmur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2024 nömrəli, 05 fevral 2024-cü il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1355/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1355/2024
08.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver