Məhkəmə qərarları › İş №2(037)-55/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-55/2024

11.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-55/2024 11.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan pay torpaq sahəsindən cavabdehin çıxarılması və mülkiyyət hüququna olan maneçiliklərə son qoyulması tələbinə dair mülki işə 11 sentyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan İsmayıllı rayonu Ruşan kəndi ünvanında yerləşən, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********93 olan 3,598 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt elədiyi 2,40 hektar hissəsindən Cavabdeh çıxarılması və mülkiyyət hüququna olan maneçiliklərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayılı rayonu Ruşan kəndi ərazisində mülkiyyət hüququ ilə ailə başçısı kimi ona, arvadı X8, qızı X9 və oğlu X2 məxsus olan iki yerdə yerləşməklə 3,598 və 0,7964 hektar, cəmi 4,39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Torpaq sahəsi onlara İsmayıllı rayon AlK-nın qərarı ilə verilmiş və mülkiyyət hüquqları təkrar qeydiyyata alınaraq, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli ve ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli çıxarışlar və torpaq sahələrinin plan və ölçü sənədləri verilmişdir. İslahat zamanı verilmiş 3,598 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi müəyyən olunmuş ölçüdən çox az olduğu üçün müvafiq dövlət orqanlarına yazdığı ərizələr nəticəsində yeri dəyişdirilərək əvvəllər bələdiyyə mülkiyyətində olmuş torpaq sahəsinin 3,598 hektar hissəsi ona verilmiş və torpaq sahəsi reyestr xidmətinin mütəxəssisləri tərəfindən plan və ölçü sənədinə əsasən yerində ölçülərək ona tanıdılmışdır. O, öz mülkiyyətində olan 3,598 hektar torpaq sahəsindən istifadəetmək istədikdə cavabdeh həmin torpaq sahəsini özü əkib-becərdiyini bildirərək mülkiyyət hüququna maneçiliklər törətməyə başlamış və artıq mülkiyyətində olan 3,598 hektar torpaq sahəsinin təxminən 2,40 hektar hissəsini qanunsuz zəbt edərək şumlamışdır. Reyestr Xidmətinin mütəxəssisi cavabdehə öz yerini göstərsə də sonuncu, inadından dönmür və mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt edərək əkibbecərir. Qeyd olunan torpaq sahəsi əvvəllər bələdiyyə mülkiyyətində, indi isə onların mülkiyyətindədir. Cavabdeh əvvəllərdə həmin sahəni qanunsuz zəbt eləmiş, indi isə mülkiyyətlərində olan torpaq sahəsini bilə-bilə özbaşına və qanunsuz zəbt etmişdir. Cavabdeh zəbt etdiyi torpaq sahəsini boşltmaq istəmir. O, məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı rayonu Ruşan kəndində yaşayır. O, iddiaçıya məxsus heç bir yeri zəbt etməmiş və heç kimin torpağına girməmişdir. Ona görə də iddia tələbini əsassız hesan edir və təmin edilməməsini xahiş edir. İş materiallarında olan: 16 dekabr 2022-ci il tarixli, **********, ********** və ********** qeydiyyat nömrəli çıxarışların, müvafiq olaraq həmin tarixli A№872807, A№872805 və A№872806 torpaq sahəsinin planı və ölçüsü sənədlərinin surətlərindən görünür ki, İsmayıllı rayonu Ruşan kəndi ünvanında yerləşən müvafiq olaraq 0,5843, 1,239 və 1,4399 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri X12, X3 və Cavabdeh ümumi birgə mülkiyyətindədir. 11 may 2023-cü il tarixli B№123224 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi və 12 may 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli çıxarışın təsdiq edilmiş surətlərindən görünür ki, İsmayıllı rayonu Ruşan kəndi ünvanında yerləşən 3,5980 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, X9, X7 və X4 ümumi birgə mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 29 iyul 2024-cü il tarixli, 3-21-3-42/2-4136/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, X1 X5 əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində **********93 saylı çıxarışla qeydiyyata alınmış, İddiaçı mülkiyyətində olan 3,5980 hektar torpaq sahəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestrində **********43 saylı çıxarışlarla qeydiyyata alınmış, Cavabdeh mülkiyyətinə verilmiş 1,239 hektar və 1,4399 hektar torpaq sahələrinin koordinatları yerquruluşu planı üzrə göstərilmişdir. X1 X5 əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində **********3 saylı çıxarışla qeydiyyata alınmış Cavabdeh mülkiyyətinə verilmiş 0,5843 hektar torpaq sahəsi mübahisə predmeti olan torpaq sahəsindən kənarda yerləşir. X1 X5 əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində **********93 saylı çıxarışla qeydiyyata alınmış, İddiaçı mülkiyyətində olan 3,5980 hektar torpaq sahəsinin 2,42 hektar hissəsi Cavabdeh istifadəsindədir. 19 sentyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə icazə verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 16 dekabr 2022-ci il tarixli, **********, ********** və ********** qeydiyyat nömrəli çıxarışlara, müvafiq olaraq həmin tarixli A№872807, A№872805 və A№872806 torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən İsmayıllı rayonu Ruşan kəndi ünvanında yerləşən müvafiq olaraq 0,5843, 1,239 və 1,4399 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri X12, X3 və Cavabdeh ümumi birgə mülkiyyətindədir. 11 may 2023-cü il tarixli B№123224 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə və 12 may 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Ruşan kəndi ünvanında yerləşən 3,5980 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, X9, X7 və X4 ümumi birgə mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 29 iyul 2024-cü il tarixli, 3-21-3-42/2-4136/2024 nömrəli mütəxəssis rəyinə əsasən X1 X5 əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində **********93 saylı çıxarışla qeydiyyata alınmış, İddiaçı mülkiyyətində olan 3,5980 hektar torpaq sahəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestrində **********43 saylı çıxarışlarla qeydiyyata alınmış, Cavabdeh mülkiyyətinə verilmiş 1,239 hektar və 1,4399 hektar torpaq sahələrinin koordinatları yerquruluşu planı üzrə göstərilmişdir. X1 X5 əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində **********3 saylı çıxarışla qeydiyyata alınmış Cavabdeh mülkiyyətinə verilmiş 0,5843 hektar torpaq sahəsi mübahisə predmeti olan torpaq sahəsindən kənarda yerləşir. X1 X5 əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində **********93 saylı çıxarışla qeydiyyata alınmış, İddiaçı mülkiyyətində olan 3,5980 hektar torpaq sahəsinin 2,42 hektar hissəsi Cavabdeh istifadəsindədir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının razılığı olmadan cavabdehin istifadə etməsi iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşması ilə nəticələnir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, 12 may 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, İsmayıllı rayonu Ruşan kəndi ünvanında yerləşən 3,5980 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,40 hektar zəbt edilmiş hissəsindən Cavabdeh çıxarılmalı və İddiaçı mülkiyyət hüququna olan maneçiliklərə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 12 may 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, İsmayıllı rayonu Ruşan kəndi ünvanında yerləşən 3,5980 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,40 hektar zəbt edilmiş hissəsindən Cavabdeh çıxarılsın və İddiaçı mülkiyyət hüququna olan maneçiliklərə son qoyulsun. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar