Məhkəmə qərarları › İş №2(012)-1356/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1356/2021

18.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1356/2021 18.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, Ərizəçi maraqlı şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanasına qarşı ölüm faktının müəyyən edilməsi və öhdəlik qoyulması tələbinə dair ərizəsini və ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək МÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il təvəllüdlü X1 Samur-Abşeron su kanalında xx.xx.2020-ci il tarixdə boğularaq ölməsi faktının müəyyən edilməsi və bu əsasla ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin verilməsi öhdəliyinin “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə həvalə olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Ərizəçi ərizəsində xx.xx.1979-cu il təvəllüdlü X1 Samur-Abşeron su kanalında xx.xx.2020-ci il tarixdə boğularaq ölməsi barədə hüquqi faktının müəyyən edilməsi ilə yanaşı, ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin verilməsi öhdəliyinin “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə həvalə olunması barədə tələb irəli sürməklə ərizənin forma və məzmununa riayət etməmişdir. Belə ki, AR MPM-in 307-ci maddəsində yalnız hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin dairəsi müəyəyn edilmişdir. Ərizəçi xüsusi icraat qaydasında olan tələblə, iddia icraatı qydasında olan tələbi birləşdirməklə haqlı olmamış və məhkəmə AR MPM-in 307-ci maddəsinə istinad edərək hesab edir ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin verilməsi öhdəliyinin “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə həvalə olunması barədə tələbə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı olduğundan məhkəmə Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən ərizəyə baxılmasını mümkün hesab etmir. Bundan başqa iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə Abşeron rayon prokurorluğunun xx xxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, X1 Samur-Abşeron su kanalını öz ehtiyatsızlığından düşərək boğulub ölməsi faktında cinayət hadisəsi olmadığı üçün 108C-20 nömrəli material üzrə cinayət işinin başlınması rədd edilmişdir. xx.xx.1979-cu il təvəllüdlü X1 Samur-Abşeron su kanalında xx.xx.2020-ci il tarixdə boğularaq ölməsi faktı Abşeron rayon prokurorluğunun xx xxx 2020-ci il tarixli qərarında, həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Səhiyyə Şöbəsi Təcili və X2 Stansiyası tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 1945 №-li arayışla öz əksini tapdığından, məhkəmə hesab edir ki, həmin faktın yenidən məhkəmə qaydasında müəyyən edilməsinə zərurət aradan qalxmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü madəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019- cu il tarixli, 03 saylı qərarının Qərarın 9.1-ci bəndində göstərilmişdir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh оlunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 151,152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanasına qarşı xx.xx.1979-cu il təvəllüdlü X1 Samur-Abşeron su kanalında xx.xx.2020-ci il tarixdə boğularaq ölməsi faktının müəyyən edilməsi və bu əsasla ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin verilməsi öhdəliyinin “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə həvalə olunması tələbi barəsində ərizə və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV AZƏRBAYCAN RESPUBLİKASI ABŞERON RAYON MƏHKƏMƏSİ 373250, Abşeron rayonu, Xırdalan şəhəri, Kalubiyyə küçəsi 5 Теlefоn: (+994 12) 342 07 07; 3442 27 10; faks: (+994 12) 342 11 44; e-mail: court@azdata.net Cavab verərkən bizim nömrəyə istinad edin. İş №2(012)-1961/2019 xx xxxxx 2019-cu il Ərizəçi (Abşeron rayonu, Masazır kəndi, Ə. Vahid küç.,dön-2, eqəsəbəsi, Ş.Qurbanov küçəsi, ev 37) Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli,2(012)-1961/2019 saylı qərardadına əsasən maraqlı şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanasına qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəniz və ona əlavə olunmuş sənədlər Sizə qaytarılır. Qoşma: qərardad 01 vərəqdə, sənədlər 11 vərəqdə Hakim Elman Məmmədov İş № 2(012)-1961/2019 Abşeron Rayon Məhkəməsi Protokol Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə «01» aprel 2019-cu ildə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, Ərizəçi maraqlı şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanasına qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək nəticəsi barədə qərardad qəbul etdi. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar