Məhkəmə qərarları › İş №2(012)-139/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-139/2021

02.08.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-139/2021 02.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 vəkili, eləcə də Cavabdeh3 nümayəndəsi-vəkili X5, Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13 və Cavabdeh12 qarşı qanunsuz hərəkətlərə son qoyulması, qeyri-qanuni tikililərin sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3 Mehralı oğlu və Cavabdeh4 qanunsuz hərətkətlərinə son qoyulması, cavabdehlər tərəfindən inşa edilmiş qeyri-qanuni tikililərin sökülməsi, həmin ərazinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X15 ilə İddiaçı arasında 18 avqust 2018-ci il tarixdə ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı X2 rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,1857 ha torpaq sahəsini alıcı olan İddiaçı xüsusi mülkiyyətinə vermişdir. İddiaçı isə X10 torpağın qara bazar dəyərini, yəni 40.000 (qırx min) manatı ödəmişdir. İddiaçı pulun 30.000 (otuz min) manatını bir gün öncədən vermiş, 10.000 (on min) manatını isə 18 avqust 2018-ci il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda tərəflər arasında daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanarkən ödəmişdir. 01 fevral 2019-cu il tarixdə bağlanmış ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,1857 ha torpaq sahəsinin 0,03 ha sahəsini X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 28 mart 2019-cu il tarixli və 22 aprel 2019cu il tarixli çıxarışlara əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,1498 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı X6 torpağı alarkən satıcı ona bildirmişdir ki, torpağı Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 və Cavabdeh4 icarəyə vermişdir. Bir il müddətinə icarə haqqının X10 ödəniləcəyi, bu müddət bitdikdən sonra isə İddiaçı ödənəcəyinə dair razılığa gəlinmişdir. Həmin müddətin 18 avqust 2019-cu il tarixdə yekunlaşdığını iddiaçı cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3 və Cavabdeh4 bildirsə də, onlar icarə haqqını ödəməyəcəklərini bildirmişlər. Bu zaman iddiaçı cavabdehlərə torpaqdan çıxmağı, özbaşına tikililərini sökmələrini tələb etsə də, cavabdehlər özlərini öldürəcəklərini, lakin buranı tərk etməyəcəklərini bildirmişlər. Buna görə də iddiaçının son çarəsi məhkəməyə müraciət etmək olmuşdur. İddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində olan cavabdehlər tərəfindən tikilmiş qanunsuz tikililər sökülməli və həmin sahə əvvəlki vəziyyətə gətirilməlidir. Məhkəmə baxışı zamanı iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13 və Cavabdeh12 qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehlər tərəfindən inşa edilmiş qeyri-qanuni tikililərin sökülməsi və həmin ərazinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə iclası zamanı Cavabdeh3 izahatı, həmçinin "xxxx" MMC tərəfindən verilmiş 17 fevral 2021ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, bir-birindən aralı yerləşməklə ümumi ölçüsü 0,1498 ha olan torpaq sahəsində 03 (üç) ədəd ayrı-ayrı şəxslər tərəfindən tikilmiş fərdi yaşayış evləri mövcuddur. Qeyd edilən fərdi yaşayış evlərində Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13 və Cavabdeh12 yaşadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, X18 və X8 30 dekabr 1999-cu il tarixdə 0,12 ha torpaq sahəsi almış, bu barədə Saray qəsəbə nümayəndəsinin 30 dekabr 1999-cu il tarixli, 62 saylı sərəncamı vardır. 2000-ci ildən də həmin torpaq sahəsində ev tikmiş, ailə, uşaqları ilə birlikdə orada yaşayırlar. Son zamanlar iddiaçı onların evinin yerləşdiyi torpağın ona məxsusluğunu bildirir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 izahatında iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 izahatında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 vəkili, eləcə də Cavabdeh3 nümayəndəsi X13 iddianı qəbul etməyib izahatında bildirdi ki, 1999-cu ildə X18 və onun oğlu X19 özlərinə məxsus olan 1.857 kv.metr torpaq sahəsinin 0,12 ha hissəsini öz razılıqları ilə yaşayış evi tikmək üçün Cavabdeh3 satmışlar. Cavabdeh3 2003-cü ildə həmin torpaq sahəsində yaşayış evi tikmiş və həmin vaxtdan da ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Bu tərtib olunmuş aktda da öz təsdiqini tapır. Həmçinin bu Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 30 dekabr 1999-cu il tarixli çıxarışı ilə də öz təsdiqini tapır. Mübahisəli torpaq sahəsi 1999-cu ildən cavabdehlərin faktiki istifadəsində və sahibliyindədir. Bu səbəbdən də iddia tələbi tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13 və Cavabdeh12 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan (reyestr № 4Ə-2270) 18 avqust 2018-ci il AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı X15 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanda yerləşən ümumi sahəsi 0.1857 ha torpaq sahəsini alıcı İddiaçı 10.000 manata satmışdır. İş materiallarında olan (reyestr № 4Ə-406) 01 fevral 2019-cu il AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanda yerləşən ümumi sahəsi 0.1857 ha torpaq sahəsinin 0.03 ha hissəsini alıcı X17 6.000 manata satmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 13.03.2019-cu il tarixdə tərtib edilmiş A seriyalı 372917 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 4ə- 406 reyestr nömrəli, 01.02.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən **********65 reyestr nömrəli 0.1286 ha torpaq sahəsinə dair İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.1286 ha torpaq sahəsi 28.03.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 1016 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 22.04.2019-cu il tarixdə tərtib edilmiş A seriyalı 342353 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 4ə- 406 reyestr nömrəli, 22.04.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən **********80 reyestr nömrəli 0.0212 ha torpaq sahəsinə dair İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.0212 ha torpaq sahəsi 22.04.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 1020 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 30 dekabr 1999-cu il tarixli 62 №-li vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması haqqında sərəncamından çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Saray qəsəbə sakinləri X18 və X4 qəsəbə üzrə nümayəndəliyinə ərizə ilə müraciət edərək bildirmişlər ki, onlara / Mahizərin özünə və 04 nəfər ailə üzvünə birlikdə 1857 kv.m, Şumşadın özünə 371 kv.m/ Abşeron rayonu Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 saylı qərarı ilə bağ və əkin sahəsi verilmişdir. Eyni zamanda M.Ə.Əzizova və Ş.F.Əzizov onlara ayrılmış bağ sahələrindən qohumları Cavabdeh3 Mehbalı oğluna yaşayış evi tikmək üçün 0,12 ha torpaq sahəsi ayrılmasına icazə verilməsini xahiş edirlər. Vətəndaşların razılıqları nəzərə alınaraq M.Ə.Əzizovanın özünə və ailə üzvlərinə, Ş.F.Əzizovun özünə ayrılmış bağ sahələrinin 0,12 ha hektarının qohumları Cavabdeh3 Mehbalı oğluna ayrılması və ona həmin sahədə yaşayış evi tikməyə icazə verilməsi barədə sərəncam verilmişdir. İş materiallarında olan 2008-ci il tarixli daşınmaz əmlakın texniki ekspert qiymətləndirmə rəyinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Saray qsəbəsi, Yeni məhəllə ünvanda Cavabdeh3 məxsus bir mərtəbəli yaşayış evinin inşası həyata keçirilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş X16, X24 və Cavabdeh5 tərəfindən tərtib edilmiş mart 2020-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh11, Cavabdeh2, Cavabdeh13, Cavabdeh4, X26, X25, X21, X22 və Hacıyev X11 rayonu, Saray qəsəbəsində 2003-cü ildən yaşayış evi tikmiş və həmin vaxtdan hal-hazıra kimi ailə üzvləri ilə birlikdə tikdiyi evdə yaşayırlar. Torpaq sahəsinin ayrılması barədə Saray qəsəbəsi üzrə Nümayəndəliyinin sərəncamından çıxarış da vardır. Mülki işin materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş X16, X24, Cavabdeh5, X19 və Cavabdeh3 Mehbalı oğlu tərəfindən tərtib edilmiş mart 2020-ci il tarixli aktın surətindən görünür ki, X18 və onun oğlu X19 özlərinə məxsus olan 1857 kv.m torpaq sahəsinin 0,12 ha hissəsini öz razılıqları ilə yaşayış evi tikmək üçün X9 öz aralarında satmışlar. Cavabdeh3 həmin sahədə 2003-cü ildə yaşayış evi tikmiş və həmin vaxtdan hal-hazırda kimi ailə üzvləri ilə birlikdə tikdiyi evdə yaşayırlar. Torpaq sahəsinin ayrılması barədə Saray qəsəbəsi üzrə nümayəndəliyinin sərəncamından çıxarış da vardır. Mülki işin materiallarında olan Abşeron rayonu Saray Bələdiyyəsi tərəfindən verilmiş 18.03.2020-ci il tarixli, 93 nömrəli ünvan arayışından görünür ki, Cavabdeh3 məxsus torpaq sahəsi və ev ünvan 4 ünvanda yerləşir. Cavabdeh3 2003-cü ildən ailə üzvləri - Cavabdeh1, Cavabdeh11, Cavabdeh13, Cavabdeh2, Cavabdeh4, X26, X25, X21, X22 ilə birlikdə Saray qəsəbəsi, Azadlıq küçəsi, ev 80 ünvanında qeydiyyatsız yaşayırlar. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 noyabr 2021-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, İddiaçı adına 22.04.2019-cu il tarixdə **********80 reyestr nömrəsi, **********8 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0212 ha və İddiaçı adına 28.03.2019-cu il tarixdə **********65 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1286 ha torpaq sahələrinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan həmin torpaq sahələrinin çıxarışa əsasən naturada faktiki vəziyyəti ilə üst-üstə düşüb-düşməməsinin və dövlət aktına əsasən çıxarışla iddiaçıya verilmiş torpaq sahəsindən cavabdehlər tərəfindən aparılan tikilinin yerləşibyerləşməməsinin aydınlaşdırılması mümkün olmamışdır. Yerinə yetirilmiş işin ümumi smeta dəyəri 66,60 manat təşkil edir. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2020-ci il tarixli 10/3912 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı adına 22.04.2019-cu il tarixdə **********80 reyestr nömrəsi, **********8 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0212 ha və İddiaçı adına 28.03.2019-cu il tarixdə **********65 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1286 ha torpaq sahələrinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan həmin torpaq sahələrinin çıxarışa əsasən naturada faktiki vəziyyəti ilə üstüstə düşüb-düşməməsinin və dövlət aktına əsasən çıxarışla iddiaçıya verilmiş torpaq sahəsindən cavabdehlər tərəfindən aparılan tikilinin yerləşib-yerləşməməsinin aydınlaşdırılması mümkün olmamışdır. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Mülki işin materiallarına əlavə edilmiş “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 may 2021-ci il tarixli 151 №-li ekspert rəyindən müəyyən edilir ki, 28.03.2019-cu il tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1286 ha torpaq sahəsinin sənəd (A seriyalı 372917 nömrəli, **********65 reyestr nömrəli, 13.03.2019-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü) üzrə döngə nöqtələrinin koordinatları ilə ekspertizaya təqdim olunan torpaq sahəsinin naturada müəyyən edilən döngə nöqtələrinin koordinatları üst-üstə düşür. 22.04.2019-cu il tarixli, **********80 reyestr saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0212 ha torpaq sahəsinin sənəd (A seriyalı 342353 nömrəli, **********80 reyestr nömrəli, 22.04.2019-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü) üzrə döngə nöqtələrinin koordinatları ilə ekspertizaya təqdim olunan torpaq sahəsinin naturada müəyyən edilən döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. Həmin torpaq sahəsinin sənəd üzrə döngə nöqtələrinin koordinatları faktiki olaraq mövcud gediş-gəliş yolunun üzərinə düşür. RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.1286 ha torpaq sahəsi cavabdehlər tərəfindən tutularaq mişar daşı vasitəsi ilə hasara alınmış, hasara alınmış torpaq sahəsində fərdi yaşayış evləri və müxtəlif təyinatlı tikililər inşa olunmuşdur. Mülki işin materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 fevral 2021-ci il tarixli 10 №-li rəyindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 28 mart 2019-cu il tarixli **********80 reyestr nömrəli çıxarışa və 22 aprel 2019-cu il tarixli **********80 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən cəmi 0,1498 ha torpaq sahəsinin naturada döngə nöqtələri baxış keçirilmiş əraziyə uyğundur. Torpaq sahələri digər şəxslər tərəfindən zəbt olunmuşdur. Həmin torpaq sahələrində ayrı-ayrı şəxlər tərəfindən 3 ədəd fərdi yaşayış evləri inşa olunmuşdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.1498 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Hazırda iddiaçı ona məxsus olan torpaq sahəsinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 və Cavabdeh4 qarşı torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3 Mehralı oğlu və Cavabdeh4 tərəfindən zəbt olunduğunu iddia edərək, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulmasını, cavabdehlər tərəfindən inşa edilmiş qeyri-qanuni tikililərin sökülməsi və həmin ərazinin əvvəlki vəziyyətə gətirilməsini xahiş edir. Mülki iş üzrə təyin edilmiş inşaat-tikinti ekspertizası üzrə “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspert rəyindən, eləcə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyindən görünür ki, RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.1286 ha torpaq sahəsi cavabdehlər tərəfindən tutularaq mişar daşı vasitəsi ilə hasara alınmış, hasara alınmış torpaq sahəsində fərdi yaşayış evləri və müxtəlif təyinatlı tikililər inşa olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsində, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Beləliklə, məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddia tələbi tərəflərin izahatları, ekspert rəyləri və işin materialları ilə təsdiqini tapdığından əsaslı hesab edilməli və təmin edilməli cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13 və Cavabdeh12 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli 28.03.2019-cu il qeydiyyat tarixli, **********65 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1286 ha torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulmalı, cavabdehlər tərəfindən həmin torpaq sahələrində inşa edilmiş tikililər öz vəsaitləri hesabına sökülməli və həmin ərazi əvvəlki vəziyyətə gətirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. İddia tələbi təmin edildiyinə görə, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilsə də, qeyd edilən iddia tələbi ilə əlaqədar dövlət rüsumu 10 manat olduğundan, ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi bərabər olaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13 və Cavabdeh12 tutularaq iddiaçıya ödənilməli, ekspertizanın keçirilməsi məhkəmənin təşəbbüsü ilə aparıldığından aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə ekspertizası xərcinin 25 manat hissəsi iddiaçıdan, 25 manat hissəsi isə bərabər olaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13 və Cavabdeh12 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X3 AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Eləcə də mütəxəsiss rəyinin alınması üçün 66,60 manat məhkəmə xərcinin 33,30 manatı iddiaçıdan, 33,10 manatı isə bərabər qaydada cavabdehlərdən tutularaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13 və Cavabdeh12 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli 28.03.2019-cu il qeydiyyat tarixli, **********65 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1286 ha torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulsun, cavabdehlər tərəfindən həmin torpaq sahələrində inşa edilmiş tikililər öz hesablarına sökülsün və həmin ərazi əvvəlki vəziyyətə gətirilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi bərabər olaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13 və Cavabdeh12 tutularaq İddiaçı ödənilsin. Məhkəmə ekspertizanın keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatın 50 manat məhkəmə ekspertizası xərcinin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə bərabər olaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13 və Cavabdeh12 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X3 AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Mütəxəsiss rəyinin alınması üçün 66,60 manat məhkəmə xərcinin 33,30 manatı İddiaçı, 33,30 manatı isə bərabər qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13 və Cavabdeh12 tutularaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar