Məhkəmə qərarları › İş №2(012)-1451/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1451/2024

15.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1451/2024 15.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X1 və Abşeron rayon 2 saylı Notariat Ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi və tikilidən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X1 və Abşeron rayon 2 saylı Notariat Ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi və tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında 2(iki) sotun (210kv.m.in) içində tikilmiş bir mərtəbəli fərdi yaşayış evi ilə bağlı Abşeron 2 saylı Notariat Ofisində cavabdehlər - ərim X2 ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində bağlanmış, 3M- 1167 saylı reyestr qeydiyyatı ilə rəsmiləşdirilmiş ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, Cavabdeh həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi-vəkili Vəkil ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh, X1 və Abşeron rayon 2 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, göstərilənlərə əsasən hesab edir ki, iddiaçı mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdehlər isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh, X1 və Abşeron rayon 2 saylı Notariat Ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi və tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar