Məhkəmə qərarları › İş №2(012)-1452/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1452/2023

27.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1452/2023 27.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X3 Səfiyeva, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə 27 yanvar 2023-cü il tarixdə, Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 08 oktyabr 1951-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 22 may 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, ərizə MPM-nin 152.1.1 və 152.1.6 maddəsinə görə geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilən sənədlərdən görünür ki, ərizəçi atası X4 22 may 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi bunu rəsmiləşdirmək üçün Abşeron rayon X1 və X2 Stansiyasının xəbərdarlıq vərəqəsini və Maraqlı şəxs xx.xx.2022-ci il tarixli imtina məktubunu təqdim etmişdir. İş materiallarından görünür ki, ərizəçi ölüm şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, şöbənin 21 iyun 2022-ci il tarixli, 05/q-2005/13 saylı məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında verildiyi, hazırkı halda isə ölüm haqqında şəhadətnamə verilmədiyindən ölümün qeydə alınmasının mümkün olmadığı bildirilməklə, müraciətindən imtina olunmuşdur. İşin materiallarından göründüyü kimi ərizəçi “Ölüm haqqında tibbi şəhadətnamə” nin alınması üçün müvafiq icra orqanına (qeydiyyatda olduğu Poliklinikaya) müraciət etmədən, yəni bu barədə tibbi şəhadətnamə almadan, yaxud bundan imtina almadan qeydiyyat şöbəsinə və məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi əhəmiyyətli faktlar barədə məhkəmə təcrübəsinin ümumiləşdirilməsinə dair xx.xx.2019-cu ilə tarixli 3 saylı Qərarının 9.2. bəndinə görə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Ərizəçi həmçinin maraqlı şəxs kimi Abşeron rayon qeydiyyat şöbəsini deyil, Maraqlı şəxs qeyd etmişdir ki, bu da ərizənin qanunla müəyyən edilmiş qaydada tərtib edilməsi kimi qiymətləndirilməlidir. Bundan başqa Ərizəçi ərizəsində ölən şəxs X4 faktiki olaraq yaşadığı ünvan 1 ünvanında vəfat etdiyini qeyd etsə də, ərizənin xahiş etdi hissəsində onun Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Ərizədə qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Göstərilənlərə əsasən və MPM-nin 263, 264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar