Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1453/2024 18.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun anası - XX.XX.1941-ci il tarixdə anadan olmuş X4 xx.xx.2023-cü il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1941ci il təvəllüdlü anası X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi Suella Şərifzadə məhkəməyə ərizə ilə müraciət edərək, hazırki mülki işə Maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, onun anası - XX.XX.1941-ci il tarixdə anadan olmuş X6 xx.xx.2023-cü il tarixdə, saat təxminən 15:00 radələrində 82 yaşında vəfat etmişdir. Həmin tarixdə tərəflərindən X12 Stansiyasının BŞT və TTYS 19 saylı bölməsinə müraciət edilmiş, X12 briqadasının həkimi həmin tarixdə, saat 15:20 radələrində mənzilə daxil olanda anası vəfat etmişdir. Anasının ölümünə səbəb onun yaşı ilə əlaqədar çoxsaylı xəstəlikləri olmuşdur. Ölüm faktını təsdiqləyən şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etsə də anasının vəfat etməsi ilə əlaqədar yaşadığı ünvan üzrə poliklinikadan forma 106 olmamasına görə imtina edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu sahədə məlumatlı olmadıqlarından indiyə qədər tərəflərindən ölüm şəhadətnaməsi ala bilməmişdirlər. Buna görə də hesab edir ki, onun anası - XX.XX.1941-ci il tarixdə anadan olmuş X4 xx.xx.2023-cü il tarixdə ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. XX.XX.1941-ci il tarixdə anadan olmuş anası X6 xx.xx.2023-cü il tarixdə Qaradağ rayonu Ümumişəhər (Qurd qapısı) qəbiristanlığında dəfn edilmişdir. Qeyd edilənlərə əsasən, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X3 məhkəmədə ifadəsində bildirdi ki, X1 onun həyat yoldaşının nənəsi və qaynanası Ərizəçi anasıdır. X6 nəvəsi ilə birlikdə Bayıl qəsəbəsində yerləşən evdə yaşamış və 13 iyul 2023-cü il tarixdə həmin evdə də vəfat etmişdir. X1 Qurd qapısı qəbiristanlığında dəfn edilmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X5 məhkəmədə ifadəsində bildirdi ki, X1 onun qudası Ərizəçi anasıdır. X6 vaxtilə Bayıl qəsəbəsində yerləşən evdə yaşamışdır. Mərhum Bayıl qəsəbəsində yerləşən sözügedən evdə 13 iyul 2023-cü il tarixdə dünyasını dəyişmiş və Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 29 dekabr 2023cü il tarixli, 3-16-5/7/15/1448 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş 27 dekabr 2023-cü il tarixli, 103 saylı arayışdan görünür ki, həqiqətən X1 13 iyul 2023-cü il tarixdə Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbiristanlığında dəfn olunmuşdur. Qəbirüstü abidəsi vardır və aşağıdakı sözlər yazılıb: Xan qızı Lətifə Rüstəmova – 1941-2023. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, XX.XX.1941-ci il təvəllüdlü X4 13 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonunda ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1941-ci il təvəllüdlü X4 13 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1453/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1453/2024
18.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver