Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1475/2025 17.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs - Maraqlı şəxs ilə arasında xx.xx.2024-cü il tarixində bağlanılmış barışıq sazişinin 3-cü bəndinin “Maraqlı şəxs xx.xx.2024-cii il təvəllüdlü X4 hər ay 400 (dörd yüz) manat aliment ödəməyi öhdəsinə götürür.” şərtilə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xəhiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, maraqlı şəxs - Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixində ******* saylı barışıq sazişi bağlanılmışdır. xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən; 1. Tərəflər Ərizəçi və Maraqlı şəxs xx.xx.2013-cü il Bakı Səadət Sarayında 879873№ ilə qeydiyyata alınmış nikahın pozulmasına dair razılığa gəldilər; 2.Tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2024-cü il təvəllüdlü X2 Əzizə Müseyib qızının yanında saxlanılır; 3. Maraqlı şəxs xx.xx.2024-cü il təvəllüdlü X7ma hər ay 400 (dörd yüz) manat aliment ödəməyi öhdəsinə götürür; 4. Maraqlı şəxs xx.xx.2024-cü il təvəllüdlü X5 ilə sərbəst şəkildə görüşə bilər; 5. Tərəflər əmlak bölgüsünə dair razılığa gəlmədilər. Sazişin şərtlərinə əsasən aşağıda qeyd edilən müddəalar həmin sazişin 4-cü bəndində nəzərdə tutulmuş 10 günlük müddət çərçivəsində icra edilməli idi. Lakin üzürsüz səbəblərdən icra edilməmişdir. Bir sözlə cavabdeh tərəfindən sazişin icrasından imtina edilərək alimentin ödənişi həyata keçirilməyib. Sazişin 1-ci və 2-ci bəndləri ayrı icraatda məhkəməyə təqdim edilərək nikahın pozulması və övladının onun yanında saxlanılması tərəfindən istənilmişdir. Hazırda sazişin 3-cü bəndinin təsdiqi zəruridir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, oktyabr ayından cavabdeh alimenti icra etmir. Uşaq onun himayəsindədir. Həftədə 30 manat uşağın yemək pulun ödəyirdi. Aylıq təxmini 100 manat ödəniş edib. 3 ay ərzində ümumilikdə 500 manata yaxın pul ödəyib. Maraqlı tərəf Maraqlı şəxs ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 3 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş MŞB/2-01071 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Tərəflər Ərizəçi və Maraqlı şəxs xx.xx.2013-cü il Bakı Səadət Sarayında 879873 № ilə qeydiyyata alınmış nikahın pozulması, xx.xx.2024-cü il təvəllüdlü X2 Əzizə Müseyib qızının yanında saxlanılması, Maraqlı şəxs xx.xx.2024-cü il təvəllüdlü X4 hər ay 400 (dörd yüz) manat aliment ödəməyi öhdəsinə götürməsi, Maraqlı şəxs xx.xx.2024-cü il təvəllüdlü X5 ilə sərbəst şəkildə görüşə bilməsi barədə razılığa gəlmiş, əmlak bölgüsünə dair razılığa gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər birgə nikahdan doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X1 üçün alimentin ödənilməsi barədə mediasiya prosesində razılaşmış və müqavilə bağlamışlar. Lakin Maraqlı şəxs bu sazişlə üzərinə götürdüyü öhdəlikləri sazişdə göstərilən qaydada yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Həmçinin ərizəçi qeyd edilən barışıq sazişinin 3-cü bəndinin “Maraqlı şəxs xx.xx.2024-cü il təvəllüdlü X4 hər ay 400 (dörd yüz) manat aliment ödəməyi öhdəsinə götürür.” Hissəsinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişinin 3-cü bəndi məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. İşdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən ərizə təmin edildiyinən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Maraqlı şəxs tutularaq Ərizəçi qaytarılmalıdır. Bundan başqa tərəflərə izah edilməlidir ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqları var. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Maraqlı şəxs xx.xx.2024-cü il təvəllüdlü X4 hər ay 400 (dörd yüz) manat aliment ödəməyi öhdəsinə götürür.” Dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Maraqlı şəxs tutularaq Ərizəçi verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-1475/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1475/2025
17.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver