Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-149/2022 14.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh1 və onun vəkili-nümayəndəsi X2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «zəbt edilmiş torpaq sahəsinin hasarının və tikilmiş qeyri-yaşayış sahəsinin cavabdehin hesabına sökülərək ərazinin boşaldılması və ekspertiza xərcinin cavabdehdən tutularaq ona ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən zəbt olunmuş 0,043 ha hissəsinin hasarının və əlavə tikilinin Cavabdeh1 hesabına sökülərək ərazinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, zəbt edilmiş torpaq sahəsinin hasarının və tikilmiş qeyri-yaşayış sahəsinin cavabdehin hesabına sökülərək ərazinin boşaldılması və mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair ödənilmiş 311 manat ekspertiza xərcinin cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2010-cu il tarixli ******* nömrəli çıxarışa əsasən ona məxsus 0,232813 ha torpaq sahəsi yerləşir. Ərazinin mübahisəli olduğunu nəzərə alaraq tərəfindən xx.xx.2019-cu il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən ona məxsus 0,232813 ha torpaq sahəsinin hansı koordinatlar daxilində yerləşməsinin müəyyən olunmasına dair ərizə ilə müraciət olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları tərəfindən onun mülkiyyətində olan xx.xx.2010-cu il tarixli **********71 reyestr nömrəli, 0,232813 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları GPS mövqe təyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Ona məxsus torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin olduğu müəyyənləşmişdir. Torpaq sahəsinin koordinatları əsasında ölçülərkən sənəd üzrə torpaq sahəsinin 0,043 ha hissəsi Cavabdeh1 tərəfindən mişar daşla hasara alınaraq tikinti işlərinin aparıldığı, 0,022 ha hissəsi isə ümumi yol kimi istifadə olunduğu müəyyən olunmuşdur. Göstərilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, iddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, İddiaçı torpağı 2010-cu ildə, o isə 2013-cü ildə almışdır. Tikintiyə başlayan zaman AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi əraziyə gəlmiş və iddiaçının torpağının yola düşdüyünü müəyyən etmişdir. Üst-üstə düşən torpaq sahəsi yoxdur. Odur ki, həmin ərazidə onun tərəfindən nə torpaq zəbt edilmiş, nə də istismar edilmişdir. Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanında 1,17 ha və 0,68 ha torpaq sahələrinin DƏDRXdən verilmiş çıxarışa əsasən, ona məxsusluğu heç bir şübhə doğurmur. O özünə məxsus olan torpaq sahəsinin hüdudlarını daş hasarlarla hörərək, lazimi qurumlardan alınan rəsmi icazələr əsasında metal konstruksiya zavodu tikmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında ona məxsus olan torpaq sahəsi heç bir zaman mübahisə doğurmamış, aldığı vaxtdan bu günə qədər heç bir mübahisənin predmeti olmamışdır. Bu səbəbdən o, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 vəkili-nümayəndəsi X4 məhkəmə iclasında cavabdehin izahatına uyğun izahat verdi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X5 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh1 faktiki istifadə etdiyi torpaq sahəsi ilə sexmlər üst-üstə düşür. Elektron bazada İddiaçı məxsus çıxarışla Cavabdeh1 məxsus çıxarış üst-üstə düşür. Cavabdeh1 torpaq sahəsi natura və sənədlərlə uyğun gəlir və cavabdeh tərəfindən iddiaçının torpaq sahəsi zəbt edilməmişdir. İddiaçı torpağında isə sürüşmə vardır və iddiaçının torpaq sahəsi yoldan başlayır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0,232813 ha ölçülü torpaq sahəsi xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 1,1717 ha ölçülü torpaq sahəsi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0,68 ha ölçülü torpaq sahəsi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2022-ci il tarixli, 10/2094 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı faktiki istifadəsində olan 0.2204 ha torpaq sahəsinin koordinatları daxilində 0.1677 ha hissəsinin ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, AA No 024465 saylı, xx.xx.2010-cu il tarixli, **********71 reyestr nömrəli 0.2328 ha torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* No-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında) göstərilən koordinatları ilə uyğun gəldiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, AA No 009108 saylı, xx.xx.2014-cü il tarixli **********40 reyestr nömrəli 1.1717 ha torpaq sahəsinin plan və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* No-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında) göstərilən koordinatlar ilə uyğun gəldiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, AA No 026231 saylı, xx.xx.2014-cü il tarixli **********74 reyestr nömrəli 0.68 ha torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* No-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında) göstərilən koordinatlar ilə uyğun gəldiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş AA No 024465 saylı, xx.xx.2010-cu il tarixli, **********71 reyestr nömrəli 0.2328 ha torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* No-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında) göstərilən koordinatları ilə Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş, AA No 009108 saylı, xx.xx.2014-cü il tarixli, **********40 reyestr nömrəli 1.1717 ha torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* No-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında) göstərilən koordinatlarının elektron kadastr məlumat bazasına əsasən 0.0389 ha hissəsi ilə üstüstə düşdüyü və üst-üstə düşən hissədə tikilinin (qeyri yaşayış binası) mövcud olduğu müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş AA No 024465 saylı, xx.xx.2010-cu il tarixli, **********71 reyestr nömrəli 0.2328 ha torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* No-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında) göstərilən koordinatları ilə Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş, AA No 026231 saylı, xx.xx.2014-cü il tarixli, **********74 reyestr nömrəli 0.68 ha torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* No-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında) göstərilən koordinatlarını elektron kadastr məlumat bazasına əsasən, üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı zəbt edilmiş torpaq sahəsinin 0,043 ha hissəsinin, torpaq sahəsinin hasarının və tikilmiş qeyri-yaşayış sahəsinin Cavabdeh1 hesabına sökülərək ərazinin boşaldılmasını xahiş etmiş, lakin işin hallarını təstiq edən mötəbər sübutlar məhkəmədə müəyyən edilməmiş, məhkəmə həqiqətə nail olmaq üçün mübahisəli torpaq sahəsi ilə bağlı tikinti-texniki ekspertizası təyin etmiş və 11 aprel 2022-ci il tarixli, 10/2094 saylı ekspert rəyi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2010-cu il tarixli ******* nömrəli çıxarışa əsasən İddiaçı məxsus 0,232813 ha torpaq sahəsinin 0,043 ha hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi təstiqini tapmamış və bu hal Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi məhkəmədə dindirilərkən bir daha təstiqini tapmışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı zəbt edilmiş torpaq sahəsinin hasarının və tikilmiş qeyri-yaşayış sahəsinin cavabdehin hesabına sökülərək ərazinin boşaldılması və mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair ödənilmiş 311 manat ekspertiza xərcinin cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə iddia ərizəsi rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-149/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-149/2022
14.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver