Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1507/2023 16.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,2 ha torpaq sahəsinə dair Cavabdeh ilə onun arasında bağlanmış 21 iyun 2022-ci il tarixli 4Ə-1057 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin əmlakın üzərində mülkiyyət hüququnun Cavabdeh adına qeydə alınması barədə **********52 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 21 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinin alqı-satqısı olmuşdur. Onların arasındakı yazılı razılığa əsasən həmin torpaq sahəsini 100000 manata satılmasına razılaşmışlar. Həmin məbləğdən cəmi 20000 manat ona ödənilmişdir. Razılaşma ilə qalan 80000 manatın ödənilməsi üçün 2 ay müddət müəyyən edilsə də, uzun zaman keçməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. O, cavabdehdən ödənişi dəfələrlə tələb etsə də, cavabdeh pulu ödəməkdən boyun qaçırmışdır. Cavabdehə pretenziya məktubu göndərməsinə baxmayaraq cavabdeh tərəflərin razılaşdıqları müqavilənin şərtlərini icra etməkdən boyun qaçırmışdır. Buna görə də iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, alıcı tərəfindən satıcıya ödənilmiş 20000 manat məbləğində pul vəsaitinin alıcıya geri qaytarılmaqla İddiaçı ilə Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinin alqı-satqısına dair 21 iyun 2022-ci il tarixli 4Ə-1057 reyestr nömrəli alqı-satqı müqaviləsinin və **********52 reyestr nömrəli əmlakın üzərində mülkiyyət hüququnun Cavabdeh adına qeydə alınması barədə çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı yenidən MPM-nin 53-cü maddəsinə istinad edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinin alqı-satqısına dair 21 iyun 2022-ci il tarixli 4Ə-1057 reyestr nömrəli müqavilənin və **********52 reyestr nömrəli əmlakın üzərində mülkiyyət hüququnun Cavabdeh adına qeydə alınması barədə çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. O əlavə etdi ki, müqavilə üzrə cavabdehin ödədiyi 20000 manat pul onun özünə qaytarılmışdır. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2 iddia tələbi ilə razılaşdı və onun təmin edilməsinə etiraz etmədi. O bildirdi ki, müqavilə üzrə ödədiyi vəsait artıq təmsil etdiyi şəxsə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan notarial qaydada təsdiq edilmiş AN-İ ******* saylı, 4Ə-1057 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsini 5400 manata Cavabdeh satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsi Cavabdeh adına qeydə alınmışdır. Onun adına A 819255 saylı, xx.xx.2022-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, onlar Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinin hər sotunun 5000 manata satılması, ümumilikdə 100000 manatın satıcıya ödənilməsi, qalan 80000 manatın 2 aya ödənilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan ərizədən görünür ki, Cavabdeh ona qarşı qaldırılmış iddianı qəbul edir və torpaq sahəsinə görə verdiyi 20000 manat pulun qaytarıldığını etiraf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, tərəflər xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinin hər sotunun (0,01 ha) 5000 manata satılması, ümumilikdə 100000 manatın satıcıya ödənilməsi, ilkin olaraq 20000 manatın həmin vaxt, qalan 80000 manatın isə 2 aya ödənilməsi barədə razılığa gəlmiş, bu barədə sadə yazılı formada müqavilə bağlamışlar. Bundan başqa, onlar notarial qaydada təsdiq edilmiş AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi də bağlamışlar. Bu müqaviləyə görə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsini 5400 manata Cavabdeh satmışdır. O, əmlaka dair öz adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli reyestrdən çıxarış almışdır. İş materiallarından görünür ki, cavabdeh mübahisəli daşınmaz əmlaka görə satıcıya vəd etdiyi 80000 manatı xeyli müddət keçməsinə baxmayaraq ödəyə bilməmişdir. Buna görə də hazırda iddiaçı onunla Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinin alqı-satqısına dair 21 iyun 2022-ci il tarixli 4Ə-1057 reyestr nömrəli müqavilənin və **********52 reyestr nömrəli əmlakın üzərində mülkiyyət hüququnun Cavabdeh adına qeydə alınması barədə çıxarışın ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra еdilməməsi dеdikdə, оnun pоzulması və ya lazımınca icra еdilməməsi başa düşülür. İşdən görünür ki, Cavabdeh tərəflər arasındakı razılaşmaya əməl etməmiş, əmlaka görə razılaşdırılmış məbləği iddiaçıya ödəməmişdir. Bu fakt həm iş materialları, habelə iddianın etiraf edilməsi barədə cavabdehin ərizəsi ilə tamamilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, İddiaçı ilə Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinin alqı-satqısına dair 21 iyun 2022-ci il tarixli 4Ə-1057 reyestr nömrəli müqavilə və həmin əmlakın üzərində mülkiyyət hüququnun Cavabdeh adına qeydə alınması barədə **********52 reyestr nömrəli reyestrdən çıxarış ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinin alqısatqısına dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 iyun 2022-ci il tarixli 4Ə-1057 reyestr nömrəli müqavilə və həmin əmlakın üzərində mülkiyyət hüququnun Cavabdeh adına qeydə alınması barədə **********52 reyestr nömrəli reyestrdən çıxarış ləğv edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1507/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1507/2023
16.03.2023 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver