Məhkəmə qərarları › İş №2(012)-1516/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1516/2025

14.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1516/2025 14.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı il təvəllüdlü atası X3 yaşadığı ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə vəfat etməsi aktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, atası X7 yaşadığı ünvan 1 ünvanında qaraciyər serrozu xəstəliyindən dünyasını dəyişmişdir. Mərhum atası X1 şəhər qəbirstanlığında dəfn olunmuşdur. Ölüm hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermişdir və bununla bağlı, Respublika Təcili və X2 Mərkəzi PHŞ Abşeron TTTYS tərəfindən həkim xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasına ölüm haqqında tibbi arayışın verilməsi ilə bağlı tərəfindən müraciət olunsa da, sözügedən xəstəxana tərəfindən ölüm haqqında tibbi arayış verilməmişdir. Maraqlı şəxs isə ölüm haqqında tibbi arayış olmadığı üçün, ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir.Odur ki, ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin müəyyən edilməsinə zərurət meydana gəlmişdir. Qeyd edilənlərə əsasən, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X4 məhkəmədə ifadəsində bildirdi ki, mərhum onun atasıdır, qaraciyər serrozu xəstəliyindən əziyyət çəkirdir. Atası xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X5 məhkəmədə ifadəsində bildirdi ki, mərhum onun atasıdır.Atası ilə birlikdə Xırdalan şəhərində yaşamışlar. Atası xx.xx.2024-cü il tarixdə Xırdalan şəhəri, Adıgözəlov küçəsi, ev 28 ünvanında ölmüşdür. Mərhum Xırdalan qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli, 18-1-20/2-Y-22xx-xx-1573/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasi”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə istinad edərək "ölüm haqq ında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndləri istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X3 ölümünün səbəbi məlum olmadığına və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 25 dekabr 2024-cü il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan Abşeron Rayon Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, XB-380 saylı arayışdan görünür ki, həqiqətən mərhum X7 23 noyabr 2024-cü ildə vəfat etmişdir və Xırdalan qəbristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.1956-cı il təvəllüdlü X7 yaşadığı ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktı təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü X3 yaşadığı ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar