Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1524/2025 05.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi şəxsin ölümünün qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X7 07 sentyabr 1965-ci il tarixdə Ermənistan SSR, Qafan rayonu, Ücənis kəndində ölümünün qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1953-cü il tarixdə Ermənistan SSR, Qafan şəhərində anadan olmuşdur. 03 sentyabr 1972-ci il tarixdə X9 ilə ailə qurmuşdur. Nikah dövründə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ünvan 1 ünvanında yerləşən evi əldə etmiş və həmin fərdi yaşayış evini ərinin adına dövlət reyestrində 29 yanvar 1988-ci il tarixdə 5577 nömrəsi ilə qeydiyyatdan keçirmişlər. xx.xx.2024-cü il tarixdə əri vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 82 saylı qeydiyyat aparılmışdır. Ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evində ərinin payına münasibətdə vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət edərkən, ona bildirilmişdir ki, birinci dərəcə vərəsə olduğu üçün ərinin valideynlərinə dair sənəd təqdim etməlidir. X4 anası X13 20 iyun 2006cı il tarixdə Bakı şəhərində vəfat etmiş və buna dair ölüm haqqında akt qeydləri kitabında 519 saylı qeydiyyat aparılmışdır. X4 atası X11, isə onun 18 yaşı olan da, yəni 07 sentyabr 1965-ci ildə Ermənistan SSR, Qafan rayonu, Ücənis kəndində vəfat etmiş və həmin kənd qəbrsanlığında dəfn edilmişdir. Onun ölüm haqqında akt qeydləri kitabında qeydin aparılmasına dair hər hansı sənəd qalmamışdır. Buna dair məlumatın əldə edilməsi üçün 2 saylı Sumqayıt Regional "ASAN XİDMƏT" Mərkəzində Qeydiyyat şöbəsinə rəsmi müraciət etsə də, ona 3-16-5/8-15-M-269/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İşin hallarından göründüyü kimi əri X4 vərəsələrinin dairəsinin müəyyən edilməsi üçün onun atası X7 ölüm faktının qeydə alınmasına dair sənədin əldə edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi və onun vəkili Vəkil ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 göstərdi ki, mərhum X11 onun atası idi. O təsdiq edir ki, 15 yaşı olarkən atası X11 həqiqətən də, 07 sentyabr 1965-ci il tarixdə Ermənistan SSR, Qafan rayonu, Ücənis kəndində vəfat etmiş və orada dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirdi ki, mərhum mərhum X11 onun atası idi. O da təsdiq edir ki, 10 yaşı olarkən atası X11 həqiqətən də, 07 sentyabr 1965-ci il tarixdə Ermənistan SSR, Qafan rayonu, Ücənis kəndində vəfat etmiş və orada dəfn olunmuşdur. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. NK-nın xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X9 ilə X15 arasındakı nikah haqqında xx.xx.2024-cü il tarixdə 07 saylı bərpa akt qeydi tərtib olunmuşdur. X2 xx.xx.2024-cü il tarixdə ölməsi ilə bağlı xitam verilmişdir. - AZE 02489255 saylı, xx.xx.2005-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1947-ci ildə Ermənistan SSR, Qafan rayonunda doğulmuşdur. - ölüm haqqında AZ-İİ 406456 saylı şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə ölmüşdür. - ölüm haqqında AZ-İ 194600 saylı şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2006-cı il tarixdə ölmüşdür. - 2 saylı Sumqayıt Regional "ASAN Xidmət" X5 Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-M-269/2024 saylı məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəiiər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. - 5577 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Babək küçəsində yerləşən 6/2 saylı yaşayış evi X4 adına qeydə alınmışdır. - 2 saylı Sumqayıt Regional "ASAN Xidmət" Mərkəzində Notariat X1 ünvanladığı xx.xx.2025-ci il tarixli 05 saylı məktubdan görünür ki, xx.xx.2024-cii il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ünvan 2 ünvanında yaşamış X9 (d/t :xx.xx.1947, FİN:2LW9WM3) ölmüşdür. Onun xx.xx.2024-cü il tarixli ərizəsi əsasında Ofisdə vərəsəlik işi açılmış və vərəsələr dairəsinə daxil edilmişdir. X3 Məhəmməd Nadir oğlunun vərəsəsidir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X11 ərizəçinin qayınatası olmuş, 07 sentyabr 1965-ci il tarixdə Ermənistan SSR, Qafan rayonu, Ücənis kəndində vəfat etmişdir. X7 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlər ifadələrində X7 07 sentyabr 1965-ci il tarixdə Ermənistan SSR, Qafan rayonu, Ücənis kəndində vəfat etməsini təsdiq etmişlər. Hazırda müvafiq sənədlər olmadığına görə, ərizəçi qayınatasının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin qayınatası X11 07 sentyabr 1965-ci il tarixdə Ermənistan SSR, Qafan rayonu, Ücənis kəndində ölmüşdür. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X7 07 sentyabr 1965-ci il tarixdə Ermənistan, Qafan rayonu, Ücənis kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 07 sentyabr 1965-ci il tarixdə Ermənistan SSR, Qafan rayonu, Ücənis kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1524/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1524/2025
05.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver