Məhkəmə qərarları › İş №2(012)-1535/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1535/2024

16.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1535/2024 16.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi, Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi və Maraqlı şəxs1 cəlb edilməklə) şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi və Maraqlı şəxs1 cəlb edilməklə) şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib izahatında bildirdi ki, X4 onun anasıdır. Anasında müəyyən xəstəliklər olmuş və həmin xəstəliklərdən əziyyət çəkmişdir. Belə ki, onun qaraciyərində problemlər olmuşdur. Vəfat etməmişdən 1 (bir) həftə əvvəl anasının səhhəti pisləşdiyindən 2 dəfə Bakı şəhəri Təcili və X3 Stansiyasına müraciət etmişlər. Lakin anasının vəziyyəti riskli olduğu üçün onun xəstəxanaya aparılmasından imtina edilmişdir. Bundan sonra isə məcburiyyət qarşısında qalaraq evdə müəyyən tibbi müayinələrin aparılması üçün “MediClub” özəl klinikasına müraciət etmişlər və həmin özəl klinikanın əməkdaşları tərəfindən anasından həm qan analizi götürülmüş, həm də ultrasəs müayinəsini aparılmışdır. Daha sonra isə anası 25 sentyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Bu barədə Bakı şəhəri Təcili və X3 Stansiyasına xəbər verilmiş, həmin tarixdə TTYS həkimləri anasının öldüyünü müəyyən etmişlər və onlar tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Anası vəfat edəndə onun yanında olmamışdır. Sonradan özünü evə çatdırmışdır. Verilmiş suallara cavabında qeyd edir ki, o, Abşeron rayonu, Xırdalan şəhərində yaşayır. Anası isə qardaşına məxsus ünvan 3 ünvanında yerləşən mənzildə vəfat etmiş və ünvan 4dilmişdir. Ölüm faktının müəyyən edilməsi ona anasının ölüm haqqında şəhadətnaməsinin surətini müxtəlif dövlət orqanlarına təqdim etmək üçün lazımdır. Belə ki, anasının ölüm haqqında şəhdatnaməsini təqdim etməlidir ki, ona verilən pensiya dayandırılsın. Göstərilənlərə əsasən anası X2 25 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Ərizəçi qardaşı, mərhum X4 isə anasıdır. Vəfat etməmişdən 1 (bir) həftə əvvəl anasının səhhəti pisləşmişdir. Bununla əlaqədar Bakı şəhəri Təcili və X3 Stansiyasına müraciət etmişlər. Lakin anasının vəziyyəti riskli olduğu üçün onun xəstəxanaya aparılmasından imtina edilmişdir. Həmin vaxtı anasını müayinə edən həkimlər evdə müəyyən tibbi müayinələrin aparılması üçün özəl klinikalara müraciət etməyi tövsiyyə etmişlər. Onlar da özəl klinikaya müraciət etmişlər. Həmin özəl klinikanın əməkdaşları tərəfindən anasından həm qan analizi götürülmüş, həm də ultrasəs müayinəsini aparılmışdır. Aparılmış müayinələr nəticəsində anasının qarın boşluğunda bulanıq su toplandığı müəyyən edilmişdir. Daha sonra anası 25 sentyabr 2023-cü il tarixdə saat 13:00 radələrində vəfat etmiş və bu barədə Təcili və X3 Stansiyasına xəbər vermişlər. Təcili və X3 Stansiyasının həkimi isə gələrək həkimə qədər ölüm halının baş verdiyini qeyd etmişdir. 26 sentyabr 2023-cü il tarixdə isə anasını ünvan 4tmişlər. Verilmiş suallara cavabında qeyd edir ki, anası ona məxsus ünvan 3 ünvanında yerləşən mənzildə vəfat etmişdir. Belə ki, anası onunla eyni evdə yaşamışdır. Anası vəfat edəndə o, evdə olmuşdur. Belə ki, anasının səhhətinə görə o, bundan 1 (bir) gün əvvəl işdən əmək məzuniyyətinə çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Ərizəçi qaynı, mərhum X4 isə qaynanasıdır. Şahid qismində dindirilən Vüqar Qasımov isə həyat yoldaşıdır. Qaynanasının səhhətində müəyyən problemlər olmuşdur. Vəfat etməmişdən 1 (bir) həftə əvvəl onun səhhəti pisləşmişdir. Bununla əlaqədar Bakı şəhəri Təcili və X3 Stansiyasına müraciət etmişlər. Lakin qaynanasını vəziyyəti riskli olduğu üçün onun xəstəxanaya aparılmasından imtina edilmişdir. Həmin vaxtı onu müayinə edən həkimlər evdə müəyyən tibbi müayinələrin aparılması üçün özəl klinikalara müraciət etməyi tövsiyyə etmişlər. Onlar da özəl klinikaya müraciət etmişlər. Həmin özəl klinikanın əməkdaşları tərəfindən anasından həm qan analizi götürülmüş, həm də ultrasəs müayinəsini aparılmışdır. Aparılmış müayinələr nəticəsində anasının qarın boşluğunda bulanıq su toplandığı müəyyən edilmişdir. Daha sonra qaynanası 25 sentyabr 2023-cü il tarixdə evdə vəfat etmişdir. 1 (bir) gün sonra 26 sentyabr 2023-cü il tarixdə qaynanasını dəfn etmişlər. Verilmiş suallara cavabında qeyd edir ki, qaynanasını səhhətində problemlər olmuş və qəflətən səhhəti pisləşməyə başlamışdır. Onu ünvan 4tmişlər. Maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi məhkəməyə ərizə ünvanlayaraq, iş yükünün çox olması ilə əlaqədar işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs1 isə məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan 10 avqust 2017-ci il tarixdə ASAN 2 tərəfindən verilmiş AZE seriyalı 17298634 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 01 iyun 1941-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş və ünvan 6 ünvanında qeydiyyatda olmuşdur. Mülki işin materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan Bakı şəhər Təcili və X3 Stansiyasının 11 saylı bölməsinin xəbərdarlıq vərəqəsindən görünür ki, 25 sentyabr 2023-cü il tarixdə 82 yaşlı X2 adına çağırış olmuş, saat 13:10-da çağırış yerinə gəldikdə isə həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. Mülki işin materiallarında olan 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli, 160 nömrəli məktubdan görünür ki, Ərizəçi xx.xx.1941-ci il tarixində Ağcabədi rayonunda anadan olmuş və xx.xx.2023-cü il tarixində Bakı şəhərində vəfat etmiş X2 23 saylı BŞX İİ şöbədə qeydiyyatı olmadığından və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkünsüzlüyü bildirilmişdir. Mülki işin materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 05 dekabr 2023-cü il tarixli, 3-16-5-8/15-3922-23 saylı məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim etmədiyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında anasının ölümünə dair məlumat aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınmasının imkan xaricində olduğunu bildirilmişdir. Mülki işin materiallarında olan Ağdam rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli, 1005 nömrəli arayışdan görünür ki, xx.xx.1941-ci il təvəllüdlü X4 25 senyabr 2023cü il tarixində Bakı şəhərində vəfat etmiş, xx.xx.2023-cü il tarixində Ağdam rayonu, Qaradağlı kənd qəbristanlığından dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 25 sentyabr 2023-cü il tarixdə saat 13:10-da X2 adına çağırış olub, çağırış yerinə gələn təcili tibbi yardım stansiyasının həkimi ölümü təsdiq etmişdir. Ərizəçi ölümün qeydə alınması barədə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 01 iyun 1941-ci il tarixdə Ağcabədi rayonunda anadan X2 25 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 iyun 1941-ci il tarixdə Ağcabədi rayonunda anadan X2 25 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar