Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1595/2022 20.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 1922-ci il təvəllüdlü bibisi X4 25.02.1995-ci il tarixdə ölüm faktının müəyyən edilməsi və bu əsasla ölüm haqqında şəhadətnamənin verilməsinin Abşeron rayon Qeydiyyat Şöbəsinin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1922-ci il təvəllüdlü bibisi X4 25.02.1995-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X13 Şəxsində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, 1922ci il təvəllüdlü bibisi X7 17.03.1994-cü il tarixdə Respublika Psixiatriya Xəstəxanasına qəbul olunmuş, 25.02.1995-ci il tarixdə vəfat etmiş, elə həmin tarixdə də Zabrat qəbiristanlığında dəfn edilmişdir. Mərhum bibisi X2 rayonu, Məmmədli kəndində qeydiyyatda olmuş, orada yaşamış, bu barədə Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Məmmədli kənd İnzibati Ərazi dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən 17.12.2021-ci il tarixli 1447 nömrəli arayış verilmişdir. Mərhum barəsində ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı o, Abşeron rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, sözügedən şöbənin 15.12.2021-ci il tarixli 05/Q-2482/15 nömrəli cavab məktubunda ölüm haqqında akt qeydinin aşkar olunmadığına dair arayış verilmişdir. Abşeron Rayon X12 X20 Ailə Sağlamlıq Mərkəzi tərəfindən X3na ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina barədə 31.01.2022-ci il tarixli məktub verilmişdir. Bu səbəblə mövcud tələblə baölı o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda, qeyd edir ki, bibisinin məzar daşındakı anadan olma tarixini onlar sonradan öz təşəbbüsləri ilə yazdırmışlar, əslində bibisinin təvəllüdlü 1922-ci ildir ki, bu da mülki iş materiallarına əlavə olunmuş sənədlərdə də öz əksini tapmışdır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Vəkil ərizəni müdafiə edərək ərizəçinin izahatı ilə eyni məzmunlu izahat vermişdir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçi Abşeron rayonu Məhəmmədi kəndində yaşayır, 4 oğlu və 1 qızı var, yoldaşı vəfat etmişdir. X3 ərizəçinin bibisi idi və ölən günədək ərizəçinin ailəsi ilə bir yerdə yaşayırdı. Mərhumun müəyyən problemləri vardı, ruhi xəstə olduğundan xəstəxanaya yerləşdirilmiş, 1995 –ci ildə, ay, gün tarixi yadına düşmür vəfat etmişdir. Yas mərasimində o da iştirak etmiş, Zabrat qəbiristanlığında ərizəçinin atasının dəfn olunduğu yerdə mərhum dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun qapıbir qonşusudur, belə ki, yolun bir tərəfində o, digər tərəfində isə ərizəçi yaşayır. Ərizəçinin 4 oğlu və 1 qızı var, ailəsində qardaşı, qardaşının yoldaşı və digər yaşlı bir qadın yaşayırdı ki, həmin qadın da ərizəçinin qohumu idi. Mərhumun uşaqları olmayıb ərizəçi qohumu olduğundan onunla birlikdə yaşayıb. Mərhum ruhi xəstə olduğundan onu xəstəxanaya yerləşdirmişlər. Mərhum 1995-ci ildə ruhi dispanserdə vəfat etmişdir. Mərhumun yas mərasimində iştirak etmiş, mərhum Zabrat qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionar (Ambulator) kitabçadan 25.02.1995-ci il tarixli 513/94 saylı çıxarışdan görünür ki, X7 miokardiodistrofiya, ürək, ağciyər çatışmazlığı, xroniki bronxit diaqnozu ilə 17.03.1994-cü il tarixdən 25.02.1995-ci il tarixədək müalicədə olmuşdur. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.12.2021-ci il tarixli 05/Q- 2482/15 saylı arayışdan görünür ki, 1922-ci ildə Bakı şəhərində anadan olmuş X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 15.12.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X18 16.12.2021-ci il tarixli 1489 saylı məktubundan görünür ki, 1922-ci il təvəllüdlü, Xızı rayonu, Baxışlı kəndində yaşamış X7 arxiv məlumatına görə 17.03.1994-cü il tarixdə yuxarıda adı göstərilən xəstəxanaya qəbul olunmuş, 25.02.1995-ci il tarixdə xəstəxanada vəfat etmiş, B.Ərizəçinın nəşi dəfni üçün qohumlarına təhvil verilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17.12.2021-ci il tarixli 1447 saylı arayışdan görünür ki, həqiqətən X3 ölən günədək Abşeron rayon Məmmədli kəndində qeydiyyatlı olaraq aşağıdakı ailə üzvləri ilə birlikdə yaşamışdır. Ərizəçi, X10. Digər şəxslərin yuxarıda göstərilən ünvanda pasport qeydiyyatında olub-olmamaları barədə Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyində heç bir məlumat yoxdur. -Abşeron rayonu X12 X20 Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 31.01.2022-ci il tarixli 4 saylı məktubdan görünür ki, vətəndaş Ərizəçi müraciəti ilə əlaqədar ünvan 1 ünvanında yaşamış 1922-ci il təvəllüdlü X1 həkim məntəqəsində tibb qeydiyyatda olmamışdır. Mərhumun xəstəliyi və ölümü haqqında heç bir məlumat olmadığı üçün Məmmədli Ailə Sağlamlıq Mərkəzindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qeyri-mümkündür. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X24 tərəfindən verilmiş 10.03.2022-ci il tarixli 1945 saylı məktubdan görünür ki, 1922-ci il təvəllüdlü, Xızı rayonu, Baxışlı kəndində yaşamış X7 arxiv məlumatına görə 17.03.1994cü il tarixdə yuxarıda adı göstərilən xəstəxanaya qəbul olunmuş, 25.02.1995-ci il tarixdə xəstəxanada vəfat etmiş, diaqnozu “Miokardiodistrofiya, ürək ağciyər çatışmazlığı, xroniki bronxit, qocalıq ağıl zəifliyi” olmaqla xəstə B.Ərizəçinın ölüm səbəbi ürək-ağciyər çatmamazlığı olmuşdur. -Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Zabrat bələdiyyəsi tərəfindən verilmiş 09.03.2022-ci il tarixli 34 saylı arayışdan görünür ki, həqiqətən də X7 1995-ci ildə Zabrat qəsəbəsi X.Vəliyev küçəsində yerləşən 3 saylı qəbiristanlığında dəfn olunmuşdur. -Abşeron RPŞ tərəfindən verilmiş 24.02.2004-cü il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Xəlilov X9 rayonu Məmmədli kəndində qeydiyyatdadır. -Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, X7 25.02.1995-ci il tarixdə vəfat etmiş və dəfn olunmuşdur. Məhkəmə Ərizəçi ərizəsinə hüquqi qiymət verərkən ilkin növbədə, onun ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmamasına qiymət verməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi ölüm faktının müəyyən edilməsini xahiş etdiyi X7 ərizəçinin bibisi olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş, ərizəçinin izahatı və şahid ifadələri əsasında X3nın ərizəçinin bibisi olmaqla ölən günədək ərizəçinin ailəsi ilə birlikdə yaşadığı müəyyən olunmuşdur. Ərizəçinin izahatı əsasında mərhumun başqa vərəsəsi olmadığından məhkəmə müəyyən etmişdir ki, Ərizəçi mərhum bibisi Xəlilova Bağdagül qızının yeganə vərəsəsi olmaqla ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X7 ərizəçinin bibisi olmuş, sonuncu 25.02.1995-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X13 Şəxsində müalicədə olarkən vəfat etmiş və X4 ölüm faktı ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər də məhkəməyə verdikləri ifadələrində X4 25.02.1995-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X13 Şəxsində vəfat etməsini təsdiq etmişlər. Hazırda, sözügedən xəstəxana tərəfindən, eyni zamanda mülki iş materiallarına əlavə olunmuş arayışlar əsasında mərhumun Respublika Psixiatriya Xəstəxanasında müalicədə olması, həmin xəstəxanada vəfat etməsi müəyyən edilsə də, mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması üçün qanunla müəyyən edilmiş müddətdə aidiyyəti Qeydiyyat şöbəsinə müraciət edilmədiyindən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 1922-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 25.02.1995-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, X17 Respublika Psixiatriya Xəstəxanasında vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1922-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 25.02.1995-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, X25 Respublika Psixiatriya Xəstəxanasında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1595/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1595/2022
20.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver