Məhkəmə qərarları › İş №2(012)-1611/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1611/2021

18.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1611/2021 18.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1942-ci il təvəllüdlü anası X2 xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, o, ünvan 1 ünvanında fərdi evdə yaşayır. X1 onun anasıdır. Anası 1942-ci ildə Cəbrayıl rayonu, Niyazqullar kəndində anadan olmuş, 30.11,2020-ci il ildə vəfat etmişdir və Hacıqabul rayonunda yerləşən qəbristanlıqda dəfn olunmuşdur. Lakin, indiyə kimi anasının ölümünü qeyd etdirməmiş və ölüm haqqında şəhadətnamə almamışdır. Anasının ölməsi və Hacıqabul rayon qəbristnalığında basdırılması faktını qonşuları təsdiq edə bilərlər. O, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmiş və Maraqlı şəxs xx xxxxxx 2021-ci il tarixli cavabında ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyinə istinad edərək, ölümün qeydə alınmasından imtina edərək məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. O, xx.xx.2020-ci il tarixdə, anası X2 adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanası xx xxxxxx 2021-ci il tarixli cavabında, anasının ölümünün səbəbi məlum olmadığına və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə istinad edərək “ölüm haqqında tibbi şəhadətnamənin” verilməsindən imtina etmişdir. İmtinanın əsası kimi, Abşeron Rayon Mərkəzi Xəstəxanası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasi”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə istinad edərək "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndləri istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında şahid X8 izahatında bildirdi ki, X1 onun nənəsidir. Nənəsi xəstə olanda vaxtı ünvan 1 ünvanında onlarla qalmışdır. Onlar əvvəllər Hacıqabulda yaşaymışlar. xx xxxxxx 2020-ci il tarixdə gecə saat 5-də onun qaldığı evdə rəhmətə getmişdir. Məhkəmə iclasında şahid X9 digər şahid X5 izahatına uyğun izahat verdi. İş materiallarında olan ASAN 1 tərəfindən verilmiş AZE seriyalı, 16661468 №-li şəxsiyyət vəaiqəsinin surətindən görünür ki, X4 xx.xx.1942-ci ildə Cəbrayıl rayonu, Niyazqullar kəndində anadan olmuşdur. İş materiallarında olan AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 26 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasi”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə istinad edərək "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndləri istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X2 ölümünün səbəbi məlum olmadığına və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan Hacıqabul rayon İHB-nin Atbulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, həqiqətən Hacıqabul rayon Atbulaq kənd qəbristanlığında X3 aid məzar hal-hazırda vardır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Hacıqabul rayon Atbulaq kənd sakinləri X10, X6, X7 və digər kənd sakinləri 2020-ci ildə şəxsən X2 dəfn mərasimində iştirak etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.1942-ci il tarixdə Cəbrayıl rayonu, Niyazqullar kəndində anadan olmuş X2 xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktı təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1942-ci il tarixdə Cəbrayıl rayonu, Niyazqullar kəndində anadan olmuş X2 xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar