Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1618/2022 28.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, XX.XX.1939-cu il təvəllüdlü X7 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 4 saylı evin 57 saylı mənzilində 14.01.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, 1939cu il təvəllüdlü X13 onun atasıdır. X13 14.01.2022-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Mənzilə dərhal X22 Məntəqəsindən həkim çağırılmış, həkim tərəfindən atasının öldüyü müəyyən olunmuşdur. Atası X3 rayonu Minbaşı kəndində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. O, X5nun ölümü ilə bağlı tibbi şəhadətnamənin verilməsi üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, həmin xəstəxana tərəfindən verilmiş 31.01.2021-ci il tarixli məktuba əsasən, atasının ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Bu səbəbdən də, X5nun müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Atasının vəfat etməsinə hər hansı bir bədbəxt hadisə olmamış, qəflətən vəfat etmişdir. Eyni zamanda, qeyd edir ki, atasının məzar daşında atasının adının “Abdul” kimi yazılması texniki səhv olmuş, əslində atasının adı “Əbdül”dür ki, bu da şəxsiyyət vəsiqəsində öz əksini tapmışdır. Həmçinin, məzar daşındakı atasının anadan olma tarixini onlar sonradan öz təşəbbüsləri ilə yazdırmışlar, lakin dəqiq doğum tarixi olmadığından şəxsiyyət vəsiqəsində qeyd olunmamışdır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. X4 onun atası olmuşdur. Atası vəfat edəndə o, atasının yanında olmuşdur. Atası evdə olan zaman yıxılmış, ayağı sınmışdır. Atasının astma xəstəliyi vardı. O, özü aptekdə işlədiyindən tibb sahəsindən məlumatlıdır. Ona görə də, hər gün atasına baş çəkmiş onun dərmanlarının verilməsini və müalicəsini etmişdir. 14.01.2022-ci il tarixdə saat 18 radələrində isə atasının vəziyyəti daha da ağırlaşmış, asma xəstəliyindən onun nəfəs çatışmamazlığı olmuş və həmin vaxt təcili yardım çağmışlar, lakin təcili yardım gəlib çıxana qədər atası vəfat etmişdir. Hələ vəfat etməmişdən iki-üç gün əvvəl atasının nəfəsində xırıltılar yaranmışdır. Atasının ölümünə səbəb hər hansı bədbəxt hadisə olmamış, təbii ölüm olmuşdur. Atası vəfat edəndən sonra Saatlı rayonu Minbaşı kəndində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun oğludur. X4 onun həyat yoldaşı olmuşdur. Yoldaşı 14.01.2022-ci il tarixdə axşam saat 6 , 6:30 radələrində vəfat etmişdir. Həyat yoldaşı ilə söhbət zamanı qəflətən yoldaşında nəfəs darlığı yaranmış və o, X22a zəng etmiş, lakin tibbi işçiləri heyəti gələnə qədər yoldaşı vəfat etmişdir. Cavan vaxtı yoldaşının astma xəstəliyi olmuş, təngnəfəsliyi yaranmışdır. 1 aydan çox müddətdə isə ayağı sınmışdır. Yoldaşının ölümünə səbəb hər hansı bədbəxt hadisə olmamış, təbii ölüm olmuşdur. Yoldaşı vəfat edəndən sonra vəsiyyətinə əsasən anasının dəfn olunduğu Saatlı rayonu Minbaşı kəndində dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Maraqlı şəxs tərəfindən verilmiş 19.04.1977-ci il tarixli V-ЖГ № 292011 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 208 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, X5, anası X6r. -Abşeron rayonu Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 14.01.2022-ci il tarixli Təcili və X8 X1 görünür ki, X7 adına həmin tarixdə saat 19:00 radələrində ünvan 2 ünvanına çağırış daxil olmuş, həkimə qədər ölüm halı aşkar edilmiş, kişi cinsindən olan meyid üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməmişdir. -İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə X19 Şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 31.01.2022-ci il tarixli 198 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ə.Əliyevin ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -Abşeron rаyоn Qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı 02.02.2022-ci il tarixli 05/Q- 142/15 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. -Abşeron RPŞ tərəfindən verilmiş 04.03.2005-ci il tarixli AZE № 02490906 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 rayonu Xırdalan şəhəri məhəllə 28, 4 saylı evin 57 saylı mənzilində qeydiyyatda olmuşdur. -Abşeron RPŞ tərəfindən verilmiş 27.06.2012-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyev X15 rayonu Xırdalan şəhəri məhəllə 28, 4 saylı evin 57 saylı mənzilində qeydiyyatdadır. -Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, X14 14.01.2022-ci il tarixdə vəfat etmiş və dəfn olunmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X13 ərizəçinin atası olmuş, sonuncu 14.01.2022-ci il tarixdə ev şəraitində halı pisləşdiyindən vəfat etmiş və X7 ölüm faktı ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər də məhkəməyə verdikləri ifadələrində X7 14.01.2022-ci il tarixdə ünvan 2ndə vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi atasının ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə isə tamamilə sübuta yetirildi ki, həqiqətən, ərizəçinin X5 14.01.2022-ci il tarixdə ünvan 2ndə vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, XX.XX.1939-cu il tarixdə Saatlı rayonu Minbaşı kəndində anadan olmuş X7 14.01.2022-ci il tarixdə ünvan 2ndə vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1939-cu il tarixdə Saatlı rayonu Minbaşı kəndində anadan olmuş X7 14.01.2022-ci il tarixdə ünvan 2ndə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1618/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1618/2022
28.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver