Məhkəmə qərarları › İş №2(012)-1630/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1630/2021

08.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1630/2021 08.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X5rşı ölüm faktının müəyyən edilməsi və cavabdehin üzərinə şəhadətnamə verilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsinə 08 may 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X5rşı ölüm faktının müəyyən edilməsi və cavabdehin üzərinə şəhadətnamə verilməsi öhdəliyinin qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası- 01.03.1939-cu il təvəllüdlü X3 Abşeron rayonu, Xırdalan şəhərinadə 26.09.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi və bu əsasla ona ölüm faktını təsdiq edən tibbi şəhadətnamə verilməsi öhdəliyinin «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X7 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, üzün müddətdir ki, Parkinson xəstəliyindən əziyyət çəkən anası- 01.03.1939-cu il təvəllüdlü X6 26.09.2020-ci il tarixdə ünvan 1ənzil ünvanında anidən halı pisləşərək vəfat etmiş, bu barədə Təcili və Tıxirəsalınmaz Tibbi Yardım Stansiyası xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Mərhum Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. İddiaçı ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxs2nə müraciət etmiş, lakin ona tibbi şəhadətnamə təqdim etmədiyi üçün imtina məktubu verilmişdir. Tibbi şəhadətnamənin verilməsi üçün daha sonra «Abşeron Rayon Mərkəzi Xəstəxanası»-na müraciət etsə də, mərhumun ölüm səbəbi məlum olmadığı üçün ona tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçi daha sonra Qeydiyyat şöbəsinə müraciət etsə də, tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün imtina məktubu ilə ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi ərizəsində göstərilənləri təsdiq edərək, ərizəsində yazılanlara uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X10 məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasında maraqlı tərəf Abşeron rayon Qeydiyyat Şöbəsinin də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin və maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan AZE seriyalı 02574127 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X6 01.03.1939-cu il tarixdə Ağdam rayonu, Gülablı kəndində anadan olmuşdur. Mülki işin materiallarında olan X2 Yardım Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, 26.09.2020-ci il tarixdə saat 01:40 radələrində 01.03.1939-cu il təvəllüdlü X3 meyidi ünvan 1ənzil ünvanında aşkar edilmişdir. Mülki işin materiallarında olan “xxxx” MMC tərəfindən verilən 16.11.2020-ci il tarixli, 108 №-li arayışdan müəyyən edilir ki, Ərizəçi həqiqətən də, ünvan 1ənzildə yaşayır və anası X6 həmin mənzildə rəhmətə gedənə qədər qızının himayəsində yaşayıb. Mülki işin materiallarında olan “MEDİLAND” Hospital tərəfindən verilən 02.10.2020ci il tarixli, 2208 saylı tibbi arayışdan müəyyən edilir ki, 01.03.1939-cu il təvəllüdlü X4 “Parkinson xəstəliyi” diaqnozu qoyulmuş və xəstə əllərində əsmə, başında əsmə, ümumi halsızlıq, zəiflik şikayətləri ilə nevropatoloqa müraciət edib. Mülki işin materiallarında olan Abşeron Rayon Mərkəzi Xəstəxanası» X10 tərəfindən ərizəçiyə verilən 23 oktyabr 2020-ci il tarixli, 1744 saylı cavab məktubundan müəyyən edilir ki, 01.03.1939-cu il təvəllüdlü X3 ölümünün səbəbi məlum olmadığına görə ona Abşeron rayon Poliklinikası tərəfindən ölüm haqqında şəhadətnamə verilmir. Mülki işin materiallarında olan Maraqlı şəxs2 tərəfindən verilmiş 24 oktyabr 2020-ci il tarixli, 05/Q-1206/15 saylı məktubdan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bu səbəbdən də Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, 01.03.1939-cu il təvəllüdlü X3 26.09.2020-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı iş materialları ilə tam təsdiq olunduğundan iddia bu hissədə təmin edilməli, 01.03.1939-cu il təvəllüdlü X3 26.09.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində ölməsi faktı müəyyən edilməlidir. İddia tələbinin digər hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Abşeron Rayon Mərkəzi Xəstəxanası» X10 tərəfindən ərizəçiyə verilən 23 oktyabr 2020ci il tarixli, 1744 saylı cavab məktubu ilə 01.03.1939-cu il təvəllüdlü X3 ölümünün səbəbi məlum olmadığına görə ona Abşeron rayon Poliklinikası tərəfindən ölüm haqqında şəhadətnamə verilməməsi kimi imtinası qanuni və əsaslı olduğundan iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 01.03.1939-cu il təvəllüdlü X3 26.09.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində ölməsi faktı müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 01.03.1939-cu il təvəllüdlü X3 26.09.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar