Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1648/2020 14.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X5, onun nümayəndəsi X13, ilkin iddia üzrə Cavabdeh4 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər qarşı X8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin iddiası və X5 İddiaçı QSC-yə qarşı “kredit müqaviləsi şərtlərinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 9648,20 ABŞ dolları məbləğində kredit borcu, 1696,35 ABŞ dolları məbləğində faiz borcu və 2447,05 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 13791,60 ABŞ dolları (on üç min yeddi yüz doxsan bir ABŞ dolları, altmış sent) məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və 13791,60 ABŞ dolları (on üç min yeddi yüz doxsan bir ABŞ dolları, altmış sent) məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X3 və Cavabdeh2 ümumi qaydada tutulması, Abşeron rayonu İH Xırdalan şəhər 2 saylı MTİİİTS-nin xx.xx.2014-cü il tarixli, 1065 saylı arayışı üzrə ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və ev satıldıqdan 1 ay sonra X8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X8 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsası ilə illik kredit faizinin 50 faiz azaldılması, kredit borcunun ABŞ dollarından 0,78 Azərbaycan manatı kursu ilə Azərbaycan manatına konvertasiya edilməsi şərti ilə kredit razılaşmasının dəyişdirilməsi vəzifəsinin qarşılıqlı iddia üzrə cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı iddia tələbini onunla əsaslandırdı ki, X6 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 17L000000831 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur.Kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2014-cü il tarixli 831 saylı sazişə əsasən kredit xətti müqaviləsinin məbləği və müddəti artırılaraq müvafiq olaraq 100000 (bir yüz min) ABŞ dolları və 139 (bir yüz otuz doqquz) ay müəyyən edilmişdir.Kredit xətti müqaviləsi üzrə X6 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 17R000006886 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 15000 (on beş min) ABŞ dolları məbləğində kredit verilmişdir.X8 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli sazişlərə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. X2 razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. X2 razılaşması üzrə götürdüyü kredit borcundan 5351,80 ABŞ dolları ödəmiş, X5 9648,20 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 197 gün üçün hesablanmış faiz borcu 1696,35 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2016-cı il tarixə 197 gün üçün hesablanmış cərimə 2447,05 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə X5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən X8 iddiaçı ilə bağladığı xx.xx.2014-ci il tarixli 17M000000727 saylı ipoteka müqaviləsi (Abşeron rayonu 2 saylı xüsusi notariusu G.İ.Məsimov tərəfindən təsdiq edilib) əsasında ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 96 №-li reyestr kitabının 20 №-li vərəqində qeydiyyata alınmış və RX 0417295№-li çıxarışa əsasən ünvan 1 ünvanında X5 xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi onun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Abşeron rayonu İH Xırdalan şəhər 2 saylı MTİİİTS-nin xx.xx.2014-cü il tarixli 1065 saylı arayışa əsasən ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evi İddiaçı X10 ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda fərdi yaşayış evini qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. (Forma 2 arayışının və razılıq ərizələrinin surəti əlavə olunur, ərizələrin əsli Notariat kontorunda saxlanılır). İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı X12 tərəfindən cavabdeh- ipoteka verən X6 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, xx.xx.2016-cı il tarixdə qəbul olunmuşdur. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə dınması haqqında ərizə xx.xx.2016-cı il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə X5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O həmin zaminlik müqaviləsinin 1.1 -ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X8 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Cavabdeh X1 borcu çox olduğuna görə cənab prezidentin fərmanının restrukturizasiyası hissəsinə düşməsə də kompensasiya hissəsinə düşmüşdür. Vətəndaşa bununla bağlı artıq kompensasiya ödənilmişdir. O, ekspert rəyləri ilə razıdır. Müqavilənin müddəti xx xxxxxx 2019-cu ildə bitmişdir. Cavabdehə kompensasiya verilmişdir və bank buna əsasən də əsas borcundan silmişdir. Hazırda bank cavabdehdən 6407 ABŞ dolları əsas borc, 1696 ABŞ dolları faiz borcunu tələb edir. Qarşılıqlı iddia tələbi isə əsassızdır, rədd edilməlidir. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X8 məhkəmə iclasında izahatında bildirdi ki, ilkin iddia üzrə iddiaçı "xxxxxxxxx" QSC xx.xx.2012-ci il tarixli 17L000000831 saylı kredit xətti müqaviləsi üzrə 17R000006886 saylı razılaşmaya əsasən götürülmüş kreditin ödənilməsi tələbi ilə Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. O, hesab edir ki, ilkin iddiaçının hazırki iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, 17R000006886 saylı kredit razılaşması əsasında onun götürdüyü kredit məbləğinin əhəmiyyətli hissəsini ödəsə də, 2016-cı ilin fevral ayından hal-hazıra kimi maddi çətinlik səbəbindən kredit borcunu ödəyə bilməmişdir. Azərbaycanda yaranmış ağır sosial iqtisadi durum hər bir insanın həyatına təsir etdiyi kimi onun və ailəsinin də maddi vəziyyətinə mənfi təsir göstərmişdir. ABŞ dollarının azərbaycan manatına nisbətən iki dəfədən artıq bahalaşması istehlak bazarında qiymətlərin artması və sair ABŞ dolları ilə olan kredit borcunun bağladıqları müqavilə şərtləri əsasında ödənilməsini mümkünsüz etmişdir. Müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi isə bağladıqları kredit müqaviləsi şərtlərinin dəyişdirilməsini zəruri edir. Belə ki, Azərbaycan Respublikası MM-nin 422.1-ci maddəsinə əsasən "Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur." Bu qanun normasının tələblərindən də görünür ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsini tələb etmək mənim hüququmdur. Mən dəfələrlə " İddiaçı" X9 Xırdalan filialına şifahi müraciət edərək şəraitin dəyişməsi ilə bağlı ağır maddi durumda olduğunu kredit müqaviləsinin mövcud şərtləri ilə kredit borcunu ödəyə bilmədiyini bildirmişdir. O, ağır müqavilə şərtlərinə görə müqavilənin dəyişdirilməsini xahiş etmişdir. Şifahi müraciətlərinə əhəmiyyət verilmədiyi üçün o, yazılı formada rəsmi olaraq ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin baş ofisinə müraciət edərək müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğun dəyişdirilməsini xahiş etmişdir. Lakin "xxxxxxxxx" QSC onun təklifini araşdırmadan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. ABŞ dolları ilə kredit götürdüyü zaman 1 ABŞ dollarının manata olan məzənnəsi 78 qəpik təşkil edirdi. Hal-hazırda isə 1 ABŞ dolları 1 manat 70 qəpikdən bir qədər bahadır. ABŞ dollarının məzənnəsinin yaxın gələcəkdə daha nə qədər artacağını heç kim bilmir. ABŞ dollarının bahalaşması, istehlak bazarında qiymətlərin artması kimi hallarşəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin göstərir və bu hal hamıya məlumdur. Bundan başqa MM-nin 741-ci maddəsinə göstərilir ki, "Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir." Qeyd edilən normanın tələblərinə əsasən faizlərin ilin sonunda ödənilməli olduğu göstərilsə də ona təqdim edilən aylıq ödəniş cədvəlində hər ay üçün faizlərin ödənilməsi şərtləndirilmişdir. Hər ay ödənilmiş kredit borcunun əhəmiyyətli hissəsi faizə silinmiş əsas borc üçün ödənilmiş məbləğ azaldılaraq faiz məbləği süni yolla artırılmışdır. Təbii ki, ödənilməmiş əsas borcun məbləği çox olduqda faizi də çox olur. Ona görə də hesab edir ki, ilk olaraq ödədiyi kredit borcu nəzərə alınaraq qanunun tələbinə əsasən qalıq kredit borcu yenidən hesablanmalıdır. Obyektiv hesablama yalnız xüsusi biliyə malik ekspert tərəfindən aparıla bilər. Bundan sonra şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsası ilə illik kredit faizinin 50 faiz azaldılması, kredit borcunun ABŞ dollarından 0,78 Azərbaycan manatı kursu ilə Azərbaycan manatına konvertasiya edilməsi şərti ilə kredit razılaşmasının şərtləri dəyişdirilməlidir. O, dəfələrlə İddiaçı QSC-yə müraciət etmişdir. Kredit müqaviləsi prezidentin fərmanının təsiri altına düşmüş və kompensasiya verilmişdir. Prezidentin fərmanına əsasən onun borcundan 5000 silinmişdir. Hazırda 6000 ABŞ dolları borcu vardır. İddiaçı ona ödənişlə bağlı yeni qrafik verməmişdir. O, indiyədək 10000 manat pul ödəmişdir. Lakin devalvasiyadan sonra ödəniş edə bilməmişdir. O, borcunu hissə-hissə ödəmək istəyir, borcunu birdəfəlik ödəməyə imkanı yoxdur. O, krediti uşağının müalicəsi üçün götürmüşdü. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X5 nümayəndəsi X15 və ilkin iddia üzrə Cavabdeh4 X5 izahatının məzmununa uyğun izahat verərək ilkin iddia tələbi ilə razı olmadıqlarını bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarından olan xx.xx.2012-ci il tarixli, 17L000000831 saylı kredit xətti müqaviləsindən görünür ki, "İddiaçı" QSC-nin “Xırdalan” filialı (bank) ilə X8 (kredit alan) arasında kredit xətti müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 30000 ABŞ dolları məbləğində kredit xəttini açmışdır. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 60 ay, xx.xx.2017-ci il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, 17S000001746 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2012-ci il tarixli, 17L000000831 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə X5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə "İddiaçı" QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 831 №-li sazişdən görünür ki, bank "İddiaçı" QSC-nin “Xırdalan” filialı ilə kredit alan X8 arasında saziş bağlanmış və bu sazişə əsasən bank ilə kredit alan arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 17L000000831 saylı kredit xətti müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə dəyişiklik və əlavələr edilməklə Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 100000 ABŞ dolları məbləğində kredit xəttinin açılması, bu müqavilə ilə kredit razılaşmaları əsasında istənilən məbləğin 139 ay müddətinə, xx xxxx 2024-cü il tarixdən gec olmayaraq verilməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 17M000000727 saylı ipoteka müqaviləsindən görünür ki, "İddiaçı" QSC-nin “Xırdalan” filialı ilə X8 arasında ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən X8, xx.xx.2012-ci il tarixli, 17L000000831 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə X5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışla, X6 məxsus, ünvan 1 ünvanında xüsusi mülkiyyətli 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi "İddiaçı" QSC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2012-ci il tarixdən xx.xx.2024-cü il tarixədək (139 ay) "İddiaçı" QSC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, 17L000000831 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli, 17R000006886 saylı kredit razılaşmasından görünür ki, "İddiaçı" QSC-nin “Xırdalan” filialı (bank) ilə X8(kredit alan) arasında kredit razılaşması bağlanmış və bu razılaşmaya əsasən bank, məbləği 15000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 2 % olmaqla 36 ay müddətinə kredit alana vermişdir. Kredit alan ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli, 23095 saylı rəyindən görünür ki, iş materiallarında olan sənədlərə əsasənX5 xx.xx.2014-cü il tarixli, 17R000006886 saylı kredit razılaşması üzrəxx.xx.2016-cı il tarixə banka olan borcuəsas borc üzrə 9648,20 ABŞ dolları, faiz borcu üzrə 1696,35 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxx 2019-cu il tarixli, 148/E №-li ekspertiza rəyindən görünür ki, ünvan 2 ünvanındayerləşən X5 mülkiyyətində olan 31.3 m2yaşayış, 20.6 m2yardımçı, 51.9 m2 ümumisahədənibarətfərdiyaşayış evininhazırdabazarqiyməti 33200 manatmüəyyənolunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.2014-cü il tarixli, 17R000006886 saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə olan borcu 6407,31 ABŞ Dolları məbləğində əsas borc, 4361,99 ABŞ Dolları məbləğində faiz borcu və 2050,41 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 12819,71 ABŞ Dolları məbləğində təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləri dinləyib, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin olunmalı, qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır. Belə ki, İddiaçı QSC ilə X8 arasında xx.xx.2012-ci il tarixli, 17L000000831 saylı kredit xətti müqaviləsi, xx.xx.2014-cü il tarixli, 17R000006886 saylı kredit razılaşması, həmin müqavilə və razılaşmadan irəli gələn öhdəliklərin təmini üsulu kimi İddiaçı QSC ilə X8 arasında ipoteka müqaviləsi, İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, X8xx.xx.2012-ci il tarixli, 17L000000831 saylı kredit xətti müqaviləsi üzrə bağlanmışxx.xx.2014-cü il tarixli, 17R000006886 saylı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit razılaşması və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2018-ci il tarixli, 23095 saylı rəyindən görünür ki, ekspertizanın nəticəsi olaraq X5 xx.xx.2014-cü il tarixli, 17R000006886 saylı kredit razılaşması üzrəxx.xx.2016-cı il tarixə banka olan borcuəsas borc üzrə 9648,20 ABŞ dolları, faiz borcu üzrə 1696,35 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.2014-cü il tarixli, 17R000006886 saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə olan borcu əsas borc üzrə 6407,31 ABŞ Dolları məbləğində müəyyən edilmiş və iddiaçının nümayəndəsi də məhkəmə iclasında izahatında cavabdehdən maliyyə arayışında göstərildiyi kimi əsas borcun tutulmasını tələb etmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlərdən əsas borc üzrə 6407,31 ABŞ Dolları məbləğində pul tutulmalıdır. Faiz borcu üzrə isə iddiaçının nümayəndəsi ekspertiza rəyi ilə razı olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 23095 saylı rəyində göstərildiyi kimi, yəni 1696,35 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını xahiş etdiyindən, məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehlər X8, Cavabdeh2 müştərək qaydada faiz borcu üzrə 1696,35 ABŞ dolları məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, İddiaçı QSC-nin ilkin iddia üzrə cavabdehlərdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də ilkin iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 2447,05 ABŞ dolları məbləğində cərimə pulu ilkin iddia üzrə cavabdehin onsuzda ağır olan maddi durumunu daha da ağırlaşdıra bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 100ABŞ dolları məbləğində olmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, X8 xx.xx.2012-ci il tarixli, 17L000000831 saylı kredit xətti və xx.xx.2014-cü il tarixli, 17R000006886 saylı kredit razılaşmasından irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı QSCnin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh2 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. X2 müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, İddiaçı QSC-nin X6 məxsus ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanındaxüsusimülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2yaşayış sahəsi, 20.6 m2yardımçı, 51.9 m2 ümumisahədənibarətfərdiyaşayış evinə tutmanın yönəldilməsi, bu əmlakın açıq hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxx 2019-cu il tarixli, 148/E №-li ekspertiza rəyiilə mübahisəli fərdi yaşayış evinin orta bazar qiyməti 33.200 (otuz üç min iki yüz) manatməbləğində müəyyən edilmişdir.Ona görə də məhkəmə hesab edir ki, mübahisəli fərdiyaşayış eviaçıqhərracdasatılarkənevin ilkin satış qiymətinin dəyəri 33.200 (otuz üç min iki yüz) manatolmaqla nəzərə alınmalıdır. Məhkəmə iddia tələbinin ünvan 2 ünvanındaxüsusimülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2yaşayış sahəsi, 20.6 m2yardımçı, 51.9 m2 ümumisahədənibarətfərdiyaşayış evinin hərrac keçirildikdən və o satıldıqdan sonra bir ay müddətində orada yaşayan X8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi hissəsi ilə razılaşmır. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Məhkəmə qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, ipoteka qoyan mülkiyyətçinin hüquqlarına xitam verilmədən onun mənzildən çıxarılması Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində göstərilmiş “satıldıqda” ifadəsi alqı-satqının bağlanma anını deyil, yeni mülkiyyətçinin mülkiyyət hüququnun yaranma əsasını nəzərdə tutduğundan və bu hal alqı-satqı əsasında yeni mülkiyyətçinin hüquqlarının qeydə alınmasından sonra yarandığından, ipoteka qoyanın və ailə üzvlərinin mənzili tərk etmələrinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Belə ki, alqı-satqı faktının özü mülkiyyət hüququnun itirilməsi hesab olunmadığından, müqavilə DƏDRXdə qeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə hərracdan əldə olunmuş vəsaitborcuntam ödənilməsinə kifayətetmədikdə qalanməbləğin ƏləsgərovaMələkFirudinqızındanvə AslanovElşən Çapayoğlundan ümumiqaydadatutulması hissəsində iddia tələbi dəqiq olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi qarşılıqlı iddia tələbi üzrə mübahisələndirilən illik kredit faizinin 50 faiz azaldılması, kredit borcunun ABŞ dollarından 0,78 Azərbaycan manatı kursu ilə Azərbaycan manatına konvertasiya edilməsi şərti ilə kredit razılaşmasının dəyişdirilməsi vəzifəsinin qarşılıqlı iddia üzrə cavabdehin üzərinə qoyulmasının əsaslarını sübut etmək vəzifəsi ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X5 üzərinə düşsə də, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X8 özünün izahatından başqa hər hansı bir mənbəyə istinad etməmiş, hər hansı bir legitim sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X5 izahatına tənqidi yanaşmışdır. X14 Məhkəməsi "X4rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Hazırkı halda qarşılıqlı iddianın sübutetmə vəzifəsi X5 üzərinə düşsə də, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı da ilkin iddia üzrə cavabdehlər X8, Cavabdeh2 alınmalı və İddiaçı QSC-yə ödənilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən ekspertizaya görə 145 (bir yüz qırx beş) manat ekspertiza xərci ilkin iddia üzrə cavabdehlər X8, Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Həmçinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən keçirilən ekspertizaya görə 300 (üç yüz) manat ekspertiza xərci ilkin iddia üzrə cavabdehlər X8, Cavabdeh2 tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin aşağıdakı hesabına köçürülməlidir: “Kapital Bank” Hesab № AZ84AİİB********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin iddiası qismən təmin edilsin. İlkin iddia üzrə cavabdehlər X8, Cavabdeh2 müştərək qaydada6407,31 ABŞ dolları əsas borc, 1696,35 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla cəmi 8203,66 ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı tutularaq ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin xeyrinə ödənilsin. İlkin iddia üzrə tələb ipoteka predmetinə yönəldilsin. X6 məxsus, ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 31.3 m2 yaşayış sahəsi, 20.6 m2 yardımçı, 51.9 m2 ümumi sahədən ibarət fərdi yaşayış eviilkin satış qiyməti 33.200 (otuz üç min iki yüz) manatməbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul vəsaiti ilkin iddia üzrə cavabdehlərin borcuna yönəldilsin. İlkin iddia tələbi qalan hissələrdə təmin edilməsin. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X5 qarşılıqlı iddia rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1648/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1648/2020
14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver