Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1649/2024 06.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlakın və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ümumi dəyəri 18084 manat olan: Stol böyük, stul-8 ədəd, divan-1 ədəd, kreslo-2 ədəd - 1000 manat, televizor altlığı-1 ədəd, böyük güzgülü kamot-1 ədəd, servant böyük-1 ədəd, künclük servant-1 ədəd 4500 manat, taxt-1 ədəd, dolab-1 ədəd, tumbalar-2 ədəd, tirmo-1 ədəd- 2000 manat, pərdə-3 dəst- 400 manat, çilçıraq-5 ədəd 500 manat, xalçaböyük 3 ədəd, 2 ədəd kiçik mətbəx mebeli- 1000 manat, aspirator- 1 ədəd 100 manat, qaz sobası- 1 ədəd 120 manat, soyuducu- 1 ədəd 700 manat, soba- 1 ədəd 200 manat, paltaryuyan - 1 ədəd 650 manat, uşaq yataq dəsti- 1 ədəd 350 manat, tək döşək - 2 ədəd, taxt döşəyi - 1 ədəd - 400 manat, 2 nəfərlik yorğan -1 ədəd 120 manat, 1 nəfərlik yorğan - 2 ədəd 200 manat, yastıq - 6 ədəd 120 manat, pled - 2 ədəd 60 manat, sintifon yorğan dəsti - 1 ədəd 150 manat, yataq üçün ağ örpək - 1 ədəd 250 manat, servis dəsti- kofe dəsti 6 - ədəd, obedni - ədəd, çay dəsti - 6 ədəd 400 manat, qəddanlar- 6 ədəd 120 manat, fincan dəsti - 4 ədəd 200 manat, çəngəl, qaşıq - çemodan dəst -1 ədəd 150 manat, nimçə böyük - 12 ədəd, orta nimçə - 12 ədəd, kiçik nimçə - 12 ədəd 70 manat, bulud - 2 balaca, 2 böyük 240 manat, tefal qazan dəsti - 1 ədəd 240 manat, çuqun qazan dəsti - 1 ədəd 160 manat, nikel qazan dəsti - 1 ədəd 200 manat, çaydan alt-üst - 2 ədəd 60 manat, uşaqların qızıl boyunbağı, qolbağı -1 ədəd 400 manat, kulon, boyunbağı, üzük, qolbaq, sırğa 2500 manat, telefon Redmi Note 9 - 1 ədəd 600 manat, əl-üz dəsmalları - 9 ədəd 45 manat, qətfə- 6 ədəd 60 manat, sini- 4 ədəd 35 manatdan ibarət qızıl-zinət və cehiz əşyalarının ona qaytarılması və 60 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə qeyd edilmişdir. Birgə nikah dövründə heç bir əsaslı səbəb olmadan aralarındakı münasibətlər kəskinləşmişdir. Xasiyyətləri uyğun gəlməməsi səbəbindən ailə dağılmışdır. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Birgəyaşayış dövründə cavabdehin ailə üvzü kimi, o cümlədən, uşağına qarşı valideynlik vəzifələrini icra etməməsi, onlara qarşı vaxt keçdikcə laqeydləşməsi, hətta onlarla olan münasibətlərinin pisləşməsi birgə yaşayışı qeyri-mümkün etmişdir. Baş verən mübahisə və münaqişələrin nəticəsində o, bir müddət əvvəl cavabdehlə birgə yaşadığı evdən ancaq mobil telefonunu götürərək ayrılmaq məcburiyyətində qalmışdır. Valideynlərinin yanına yerləşməsindən sonra cavabdehin ona və uşağına qarşı münasibətində diqqətəlayiq heç bir müsbət dəyişikliyin olmaması onun nikahın sonlandırılmasına dair fikirlərini daha da qətiləşdirmişdir. Qanunvericiliyə görə ailə üzvlərinin birgə mülkiyyəti hesab edilə bilməyəcək qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. Ona məxsus qızıl- zinət əşyaları cavabdeh tərəfindən satılmışdır. İddia ərizəsinə əlavə edilmiş aktdan da görünür ki, ona toy zamanı hədiyyə edilmiş qızıl-zinət və cehiz əşyalarının dəyəri 18084 manat təşkil edir. Dəfələrlə tələb etməsinə baxmayaraq həmin əşyaları qaytarmaqdan imtina edərək, ona hədə-qroxu gəlmiş və heç bir qızılın qaytarılmayacağnı bildirmişdir. Cavabdehin indiyə qədərki davranışları onda belə bir qənaət formalaşdırır ki, məhkəmə qərarı olmadığı halda o, həmin əmlakı geri qaytarmayacaqdır. Qızıl-zinət əşayaları ona məxsus əmlak olmaqla ailə üzvlərinin birgə əmlakı hesab edilməsi qeyri-mümkündür. Tələb edilən 35 bənddə göstərilən əmlakların ümumi dəyəri 18084 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, tələb etdiyi qızıl-zinət əşyaları cavabdeh tərəfindən satıldığından hazırda qızıllarını tələb etmir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh bildirdi ki, tələb edilən cehiz əmlaklar ondadır və o bu əmlakları qaytarmağa hazırdır. Əmlakların qiyməti isə şişirdilmişdir. Əmlaklar qaytarıldığı təqdirdə onların dəyərinin tutulmasına isə zərurət yoxdur. Qızıl-zinət əşyaları isə onda deyildir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X5 qeyd etdi ki, iddiaçı onun qızıdır. Qızı üçün cehizləri komplekt şəkildə almış və bəy evinə aparmışlar. Cehiz əmlak və qızıl əşyaları iddia ərizəsində göstərilən sayda və qiymətdə olmuşdur. Qızı cavabdehin evindən mübahisə nəticəsində çıxdığından həmin əmlakları götürə bilməmişdir. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 2245/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ilk iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Xəzər rayon Qeydiyyat Şöbəsində bağlanmış 405 nömrəli akt qeydli nikah pozulmuş, qarşılıqlı iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin rəsmi nikahı xx.xx.2013-cü il tarixdə qeydə alınmış və məhkəmə qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Onların birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Tərəflər əvvəllər mehriban yaşasalar da, sonradan onların münasibətləri korlanmışdır. İddiaçı iddia edir ki, onlar boşandıqdan sonra iddiaçıya məxsus bəzi cehiz əmlak və qızıl-zinət əşyaları cavabdehin yaşadığı evdə qalmışdır. Bu səbəbdən iddiaçı hazırda həmin əşyaların cavabdehdən alınaraq ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə mübahisə ilə əlaqədar qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh iddiaçının iddia ərizəsində qeyd etdiyi cehiz əmlakın və qızıl-zinət əşyalarının mövcud olmasını, cehiz əmlakın hazırda ona məxsus evdə olmasını və həmin əşyaların iddiaçı tərəfindən götürülməsinə heç bir etirazının olmadığını bildirmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin etiraf etdiyi cehiz əmlak cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Bununla belə, tələb edilən əmlakların qiyməti ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, sübutetmə yükü üzərinə düşən iddiaçı qeyd olunan əmlakın dəyəri barədə məhkəməyə hər hansı mötəbər sübut (qiymət kağızı, ödəmə qəbzi, hesab-faktura və s.) təqdim edə bilməmişdir. Bu əmlakların naturada mövcudluğu və cavabdehdə olması məhkəmə araşdırması zamanı təsdiqini tapmış hesab edilməklə işin mübahisəsiz halıdır və həmin əmlakların qiymətləndirilməsinə heç bir zərurət yoxdur. Şahid ifadəsinə gəldikdə, məhkəmə bu dəlilə tənqidi yanaşır, çünki şahid iddiaçının atası olmaqla, onun mübahisə üzrə ifadəsi şübhədən kənar və obyektiv təsdiq etmə vasitəsi hesab edilə bilməz. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, stol böyük, stul-8 ədəd, divan-1 ədəd, kreslo-2 ədəd , televizor altlığı-1 ədəd, böyük güzgülü kamot-1 ədəd, servant böyük-1 ədəd, künclük servant-1 ədəd, taxt-1 ədəd, dolab-1 ədəd, tumbalar-2 ədəd, tirmo-1 ədəd, pərdə-3 dəst, çilçıraq-5 ədəd, xalça- böyük 3 ədəd, 2 ədəd kiçik mətbəx mebeli, aspirator- 1 ədəd, qaz sobası- 1 ədəd, soyuducu- 1 ədəd, soba- 1 ədəd, paltaryuyan - 1 ədəd, uşaq yataq dəsti- 1 ədəd, tək döşək - 2 ədəd, taxt döşəyi - 1 ədəd, 2 nəfərlik yorğan -1 ədəd, 1 nəfərlik yorğan - 2 ədəd, yastıq - 6 ədəd, pled - 2 ədəd, sintifon yorğan dəsti - 1 ədəd, yataq üçün ağ örpək - 1 ədəd, servis dəsti- kofe dəsti 6 ədəd, obedni, çay dəsti - 6 ədəd, qənddanlar- 6 ədəd, fincan dəsti - 4 ədəd, çəngəl, qaşıq - çemodan dəst -1 ədəd, nimçə böyük - 12 ədəd, orta nimçə - 12 ədəd, kiçik nimçə - 12 ədəd, bulud - 2 balaca, 2 böyük, tefal qazan dəsti - 1 ədəd, çuqun qazan dəsti - 1 ədəd, nikel qazan dəsti - 1 ədəd, çaydan alt-üst - 2 ədəd, əl-üz dəsmalları - 9 ədəd, qətfə- 6 ədəd, sini- 4 ədəd cehiz əşyalarından ibarət əmlaklar Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Stol böyük, stul-8 ədəd, divan-1 ədəd, kreslo-2 ədəd , televizor altlığı-1 ədəd, böyük güzgülü kamot-1 ədəd, servant böyük-1 ədəd, künclük servant-1 ədəd, taxt-1 ədəd, dolab- 1 ədəd, tumbalar-2 ədəd, tirmo-1 ədəd, pərdə-3 dəst, çilçıraq-5 ədəd, xalça- böyük 3 ədəd, 2 ədəd kiçik mətbəx mebeli, aspirator- 1 ədəd, qaz sobası- 1 ədəd, soyuducu- 1 ədəd, soba- 1 ədəd, paltaryuyan - 1 ədəd, uşaq yataq dəsti- 1 ədəd, tək döşək - 2 ədəd, taxt döşəyi - 1 ədəd, 2 nəfərlik yorğan -1 ədəd, 1 nəfərlik yorğan - 2 ədəd, yastıq - 6 ədəd, pled - 2 ədəd, sintifon yorğan dəsti - 1 ədəd, yataq üçün ağ örpək - 1 ədəd, servis dəstikofe dəsti 6 - ədəd, obedni, çay dəsti - 6 ədəd, qənddanlar- 6 ədəd, fincan dəsti - 4 ədəd, çəngəl, qaşıq - çemodan dəst -1 ədəd, nimçə böyük - 12 ədəd, orta nimçə - 12 ədəd, kiçik nimçə - 12 ədəd, bulud - 2 balaca, 2 böyük, tefal qazan dəsti - 1 ədəd, çuqun qazan dəsti - 1 ədəd, nikel qazan dəsti - 1 ədəd, çaydan alt-üst-2 ədəd, əl-üz dəsmalları - 9 ədəd, qətfə- 6 ədəd, sini- 4 ədəd ibarət əmlaklar Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1649/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1649/2024
06.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver