Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1658/2023 12.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 7 saylı Bakı «ASAN» Xidmət X2rşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X5 09 dekabr 2022-ci ildə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, xx xxxx 1981-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. X4 onun atasıdır. Atası 01 iyun 1942-ci il tarixində Xaldan rayonu, Qayabaşı kəndində anadan olmuş, 09 dekabr 2022-ci il tarixində isə vəfat etmişdir. Qeyd edir ki, atası Azərbaycan Respublikası ərazisində Abşeron rayonu, Masazır kənd qəbirstanlığında dəfn edilmişdir. Bütün bunları şahidləri də təsdiq edə bilərlər. Qeyd edir ki, atası X5 adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi ilə bağlı 14 yanvar 2023-cü il tarixli Bakı 4 nömrəli şəhər poliklinikasına müraciətinə cavab olaraq bildirilmişdir ki, ölümün baş vermə səbəbi məlum olmadığına görə Musayev Sabirə “Ölüm haqqında tibbi şəhadətnamə” verilmir. Həkim arayışı olmadığına görə atasının ölüm haqqındakı şəhadətnaməsini ala bilməmişdir. O, 7 saylı Bakı «ASAN» Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə atasının ölüm qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir. Lakin 7 saylı Bakı «ASAN» Xidmət X1 məktubla bildirilmişdir ki, tibbi şəhadətnamə olmadığına görə ölüm haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etmək lazımdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs 7 saylı Bakı «ASAN» Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan AZE Seriyalı, 07320703 saylı şəxsiyyət vəqisəsindən görünür ki, X6 01 iyun 1942-ci ildə Xaldan rayonu, Qayabaşı kəndində anadan olmuşdur. İş materiallarında olan AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” X9 4 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 14 yanvar 2023-cü il tarixli, 11 №-li cavab məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olub, ünvan 3 ünvanında yaşayan xx.xx.2022-ci il tarixdə vəfat etmiş vətəndaş X3 illər hər hansı xəstəliklə əlaqədar 4 nömrəli şəhər poliklinikasına müraciəti olmadığından və qeydiyyatda olduğu ünvandan kənarda vəfat etdiyindən tərəflərindən onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi 7 saylı Bakı «ASAN» Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 həqiqətən 10 dekabr 2022-ci il tarixində Masazır kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 01 iyun 1942-ci təvəllüdlü X5 09 dekabr 2022-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktı ərizəçinin izahatı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktı təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 iyun 1942-ci təvəllüdlü X5 09 dekabr 2022-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1658/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1658/2023
12.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver