Məhkəmə qərarları › İş №2(012)-1668/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1668/2023

09.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1668/2023 09.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ölüm faktının müəyyən edilməsi barədə ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, dayısı X2 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qət edilməsi, qətnamənin icrasının Abşeron rayonu X1 Dövlət Qeydiyyat İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Məhkəməyə daxil olmuş ərizəni verən şəxs mərhum X2 həyat yoldaşı Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə olmaqla, ərizə onun adından yazılmış və onun tərəfindən imzalanmışdır.Ərizə Ərizəçi adından verilməli olduğu halda, düzgün olmayaraq ərizəçinin nümayəndəsi Nümayəndə öz adından verilmişdir ki, bu qanunla yol verilməzdir.Həmçinin, ərizəçi Nümayəndə adından Nümayəndə verilən etiarnamədə onun məhkəməyə verilən ərizəni imza etmək səlahiyyətinin olması xüsusi olaraq qeyd edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmalıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM : Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ölüm faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar