Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1680/2021 29.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X4rşı ölüm faktının müəyyən edilməsi və cavabdehin üzərinə şəhadətnamə verilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsinə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X4rşı ölüm faktının müəyyən edilməsi və cavabdehin üzərinə şəhadətnamə verilməsi öhdəliyinin qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əri- xx.xx.1956-cı il təvəllüdlü Seyidov X1 ünvan 1 ünvanında xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi və bu əsasla ona ölüm faktını təsdiq edən tibbi şəhadətnamə verilməsi öhdəliyinin «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X6 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, üzün müddətdir ki, ürək çatışmazlığından əziyyət çəkən əri- xx.xx.1956-cı il təvəllüdlü Seyidov X3 xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında infarkt keçirərək vəfat etmiş, bu barədə xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Mərhum Masazır kənd qəbirstanlığında dəfn olunmuşdur. İddiaçı ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxs2nə müraciət etmiş, lakin ona tibbi şəhadətnamə təqdim etmədiyi üçün imtina məktubu verilmişdir. Tibbi şəhadətnamənin verilməsi üçün daha sonra «Abşeron Rayon Mərkəzi Xəstəxanası»-na müraciət etsə də, mərhumun ölüm səbəbi məlum olmadığı üçün ona tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X9 məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan AZE seriyalı 09624556 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Seyidov X3 xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mülki işin materiallarında olan X2 Yardım Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə saat 15:20 radələrində Seyidov X1 meyidi ünvan 1 ünvanında aşkar edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli, 01/01-05/S-201 №-li arayışdan müəyyən edilir ki, Ərizəçi əri- X10 Mir Həsən oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmiş və Masazır kənd qəbirstanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında olan Maraqlı şəxs2 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 05/Q-1268/15 saylı məktubdan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bu səbəbdən də Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan Abşeron Rayon Mərkəzi Xəstəxanası» X9 tərəfindən ərizəçiyə verilən xx xxxxxx 2020-ci il tarixli, 1848 saylı cavab məktubundan müəyyən edilir ki, Seyidov X1 ölümünün səbəbi məlum olmadığına görə ona Abşeron rayon Poliklinikası tərəfindən ölüm haqqında şəhadətnamə verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xx.xx.1956-cı il təvəllüdlü Seyidov X1 xx.xx.2020-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı iş materialları ilə tam təsdiq olunduğundan iddia bu hissədə təmin edilməli, xx.xx.1956-cı il təvəllüdlü Seyidov X1 xx.xx.2020-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. İddia tələbinin digər hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Abşeron Rayon Mərkəzi Xəstəxanası» X9 tərəfindən ərizəçiyə verilən xx xxxxxx 2020-ci il tarixli, 1848 saylı cavab məktubu ilə Seyidov X1 ölümünün səbəbi məlum olmadığına görə ona Abşeron rayon Poliklinikası tərəfindən ölüm haqqında şəhadətnamə verilməməsi kimi imtinası qanuni və əsaslı olduğundan iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,xx.xx.1956-cı il təvəllüdlü Seyidov X1 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində ölməsi faktı müəyyən edilməli,iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü Seyidov X1 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1680/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1680/2021
29.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver