Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1680/2025 20.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, qardaşı xx.xx.1974cü il təvəllüdlü X1 Abşeron rayonu, Pirəkəşkül kəndində xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 02 fevral 1974-cü il təvəllüdlü X5 onun qardaşıdır. Qardaşı Abşeron rayonu, Pirəkəşkül kəndində, fərdi evdə ailəsi ilə birlikdə yaşayırdı. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında o, işdə olarkən həyat yoldaşı Esmira zəng edərək qardaşı oğlu Muradın evlərinə gələrək qardaşı Əliyarın vəfat etdiyini bildirmişdir. O, təcili olaraq qardaşıgilin evinə getmiş, evə çatanda qapının qarşısında təcili tibbi yardım maşınının olduğunu və çoxlu adamın toplaşdığını görmüşdür. Həkim təcili tibbi yardım gələnə qədər qardaşının vəfat etdiyini bildirmişdir. O, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, xəstəxana tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir. Daha sonra o, qardaşının vəfat etməsi faktının qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, Şöbə tərəfindən imtina verilmişdir. İmtinanın səbəbi kimi ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi göstərilmişdir. Qardaşının vəfat etməsi faktının müəyyən edilməsi ona ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Həmin şəhadətnamə isə dəfn üçün verilən sosial müavinətin alınması üçün zəruridir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, mərhum qardaşı evli olsa da, onun arvadı xəstəlik səbəbindən məhkəmə iclasında iştirak etmək iqtidarında deyildir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahid ifadəsini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, mərhum X5 onun qardaşı idi. O, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Pirəkəşkül kəndindəki evində vəfat etmişdir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - doğum haqqında 397658 və 294288 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X5 ilə xx.xx.1984-cü il təvəllüdlü Ərizəçi ataları X2r. - Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi ilə bağlı müraciətə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3 bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s. ) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ə.Xanlarovun ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-110/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Bakı şəhəri Təcili və X4 Stansiyası 17 saylı Bölmə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 08:30 radələrində Abşeron rayonu, Pirəkəşkül kəndində yaşayan X1 adına çağırış daxil olmuş, həkim gələnə qədər kişi cinsində meyit aşkar edilmişdir. - Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 01 saylı arayışından görünür ki, X5 xx.xx.2024-cü il tarixdə ölmüş və Pirəkəşkül kənd qəbiristanlığında dəfn olunmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X5 ərizəçinin qardaşı olmuş, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Pirəkəşkül kəndində ev şəraitində vəfat etmiş və X1 ölüm faktı ərizəçinin izahatı və şahidin ifadəsi ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahid öz ifadəsində X1 xx.xx.2024-cü il tarixdə Abşeron rayonunda vəfat etməsini təsdiq etmişdir. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi qardaşının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadəsi ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin qardaşı X5 xx.xx.2024-cü il tarixdə Abşeron rayonunda ölmüşdür. Məhkəmə şahid ifadəsini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadəsi işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1974-cü il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Abşeron rayonunda vəfat etməsi ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1680/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1680/2025
20.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver