Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1691/2021 02.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçikbəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin vəkilləri və etibarnamə üzrə nümayəndələri Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər X9, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğvi və torpaq sahəsinin əməli istifadəyə verilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər X9, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı «alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğvi və torpaq sahəsinin əməli istifadəyə verilməsi tələbi»nə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri 9 saylı Notariat kontoru tərəfindən təsdiq edilmiş 13.08.2015-ci il tarixli, 3M-1885 saylı alqı-satqı müqaviləsinin və Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 06.07.2017-ci il tarixli, 3M-1010 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin alqı-satqı müqavilələri əsasında Cavabdeh2 adına verilmiş çıxarışların ləğv edilməsinə və torpaq sahəsinin İddiaçı MMCnin əməli istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12.08.2015-ci il tarixdə İddiaçı MMC-nin icarəsində olan Abşeron rayonu, Abşeron Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30.0 ha torpaq sahəsinin 02.05.2006-cı ildən başlayaraq 99 il icarə hüquqlarından 2.5670 ha torpaq sahəsinin icarə hüquqlarını İddiaçı MMC-nin təsisçisi Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 tərəfindən iş üzrə digər Cavabdeh1 satılmışdır. Sözügedən alqı-satqı müqaviləsi qanunvericiliyin tələbinə uyğun olmamaqla bağlanmış və bağlandığı andan da etibarsız hesab edilməlidir. Belə ki, məhdud məsuliyyətli cəmiyyətin təsisçisi cəmiyyətin idarə edilməsində heç bir rol oynamır. Cəmiyyətin mülkiyyətində olan əmlak üzərində təsisçinin sərəncam vermək hüququ yoxdur. Bu hüquq cəmiyyətin qanuni təmsilçisi sayılan direktora məxsusdur. 06.07.2017-ci il tarixdə sözügedən torpaq sahəsi Cavabdeh1 tərəfindən Cavabdeh2 50000 (əlli min) manata satılmışdır. Cəmiyyətin nizamnaməsinin 4.5-ci maddəsinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərlik qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Direktor cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir. Cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır. Göründüyü kimi, cəmiyyətin adından əqdləri bağlamaq səlahiyyəti birbaşa olaraq direktora verilmişdir, təsisçinin cəmiyyətin adından heç bir əqd bağlamaq səlahiyyəti olmamışdır. İş materiallarından görünür ki, nə təsisçiyə, nə də əmlakın satılmasında birbaşa iştirak edən şəxsə cəmiyyətin adından, yəni direktorun imzası və möhürü ilə təsdiqlənmiş etibarnamə verilməmişdir. Üstəlik belə bir alqı-satqı müqaviləsinin olmasından cəmiyyətin xəbəri olmamışdır. X10 03.05.2021-ci il tarixdə məhkəmə prosesində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri 9 saylı Notariat kontoru tərəfindən təsdiq edilmiş 12.08.2015-ci il tarixli, 3M-1887 saylı alqı-satqı müqaviləsinin və Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 06.07.2017-ci il tarixli, 3M-1010 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin alqı-satqı müqavilələri əsasında Cavabdeh2 adına verilmiş çıxarışların ləğv edilməsinə və torpaq sahəsinin İddiaçı MMC-nin əməli istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 29.09.2021-ci il tarixinə və 12.10.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclaslarında cavabdeh qismində dindirilmiş Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı MMC ilə bağladığı 12.08.2015-ci il tarixli, 3M-1877 alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-nin icarəsində olan Abşeron rayonu, Abşeron Donuzkökəltmə sovxozu ərazində yerləşən 30.0 ha torpaq sahəsinin 02.05.2006-cı il tarixdən başlayaraq 99 il icarə hüquqlarından 2.5670 ha torpaq sahəsinin icarə hüquqlarını 25000 manata almış və RX serialı № ******* saylı, 05.09.2015-ci il tarixli çıxarış əsasında həmin torpaq sahəsi onun xeyrinə yüklü edilmiş, yüklülük 02.05.2006-cı il tarixli 129A nömrəli icarə müqaviləsinə və 12.08.2015-ci il tarixli, 3M-1877 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən aparılmışdır. O, Cavabdeh2 ilə bağladığı 06.07.2017-ci il tarixli, 3M-1010 nömrəli alqı-satqı müqaviləsinə əsasən isə həmin torpaq sahəsinə dair icarə hüquqlarını nümayəndəsi X19 vasitəsilə Cavabdeh2 50000 manata satmışdır. Hazırda qeyd olunan torpaq sahəsinə dair icarə hüquqları Cavabdeh2 məxsusdur. Ona görə də iddia ərizəsinin ona aid hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesi gedişində iş üzrə Cavabdeh2 və onun vəkili və nümayəndəsi X20 tərəfindən məhkəməyə mahiyyət etibarı ilə iddia ərizəsinə etiraz və kəsiçi müddətin tətbiq edilməsinə dair ərizə daxil olmuşdur. Ərizədən görünür ki, tərəf iddia tələbini tam əsassız olmaqla qanunun tələbinə zidd hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 05.09.2015-ci il tarixli, **********08 reyestr nömrəli çıxarışa əsasən satıcı Cavabdeh1 icarəsində olan Abşeron rayonu Abşeron Donuzkökəltmə sovxozu ərazisində yerləşən 2.5670 ha torpaq sahəsini 06.07.2017-ci il tarixli icarə hüquqlarının alqı-satqı müqaviləsi əsasında, 2006-cı ildən başlayaraq 99 il müddətinə icarə hüquqlarını almışdır. Müqavilə bağlandığı tarixdən, yəni 06.07.2021-ci il tarixdən həmin torpaq sahəsi mübahisəsiz olaraq onun qanuni istifadəsində və sahibliyindədir. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında onun adına sözügedən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1, 354.2-ci maddələrinə görə əsassız və qanunsuzdur. Belə ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva edir, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq, iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırki işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31.05.2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması»na dair 12.03.2020-ci il Qərarında göstərilmişdir ki, iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla, iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüquqlarından istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddiaçı müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə 2021-ci ildə məhkəməyə müraciət edərək, məhkəmə müstəvisində mübahisələndirmiş, beləliklə, qanunla müəyyən edilmiş bir illik kəsici müddət ötürülmüşdür. Göründüyü kimi, hüquqdan sui-istifadənin qarşısının alınması üçün qanunverici tərəfindən müvafiq tələblər üzrə iddia müddətləri müəyyən edilmişdir ki, həmin müddətlərin ötürülməsi iddia tələbinin təmin edilməməsi üçün əsasdır. Sadalananları əsas tutaraq, tərəf məhkəmədən İddiaçı MMC-nin (kəsici müddət nəzərə alınmaqla) iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 29.09.2021-ci il tarixinə, 12.10.2021-ci il tarixinə və 19.10.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclaslarında cavabdeh qismində dindirilmiş Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi X11 Cavabdeh2 ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirmiş və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X21 iddia tələbini qəbul etməyərək, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 29.09.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Cavabdeh4 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, hadisə 2015-2016-cı illərdə olmuş, o, Fəridi görməmiş, taksi sürücüsü işləmiş, Qasımla «Texnikabank ASC»-da inkassator işləyəndə tanış olmuş, Qasım onun adına torpaq sahələri olduğunu bildirmiş, o isə həmin torpaq sahələrinin adından çıxarılmasını istədiyini bildirmiş, bundan sonra Fərid və Qasım torpaq sahələrini onu notariusa aparmaqla adından çıxarmış, bu əməliyyatlardan ona hansısa məbləğdə ödəniş verilməmişdir. Cavabdeh4 həmçinin Fərid və Qasımın yaxın olduqlarını düşündüyünü, hər şeyin onun razılığı ilə həyata keçirmədiyini göstərmişdir. Cavabdeh4 məhkəməyə yazılı qaydada ərizə ilə müraciət edərək, iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə prosesində iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri 9 saylı Notariat kontoru tərəfindən təsdiq edilmiş, Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 12.08.2015-ci il tarixli, 3M-1877 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli, 14.06.2019-cu il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi və Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 06.07.2017-ci il tarixli, 3M-1010 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli, 14.06.2019-cu il qeydiyyat tarixli çıxarışın ləğv edilməsinə və torpaq sahəsinin İddiaçı MMC-nin əməli istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində iddiaçının vəkili və nümayəndəsi Vəkil iddiaçı Yafəs Səmədovun adından yazılmış ərizə təqdim etmişdir. Ərizə ilə iddiaçı iddia ərizəsinə əlavə olaraq bildirir ki, 2020-ci ilin noyabr ayından direktor təyin olunmuş, sonradan ona məlum olmuşdur ki, Cavabdeh3 Cavabdeh4 şəxsən öz adından etibarnamə verərək qanunsuz olaraq İddiaçı MMC-nin istifadəsində olan torpaqları satdırmış və bu barədə qərar qəbul etməmiş, cəmiyyətin digər əməkdaşlarına bu barədə məlumat verməmişdir. Direktor təyin olunduqdan sonra torpaqları tələb etsə də nəticəsi olmamışdır. Ərizədə həmçinin qeyd edilmişdir ki, cəmiyyətin direktoru əvvəlki təsisçi Cavabdeh3 qardaşı olmuş, İddiaçı MMCnin alqı-satqısı zamanı ona torpaq sahələrinin cəmiyyətə məxsus olduğu bildirilmiş, lakin sonradan torpaq sahələrinin cəmiyyətə məxsus olmadığını bildikdən sonra məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı Y.Səmədov məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan cavabdehlər X22, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat təqdim etməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə münasibəti, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -12.08.2015-ci il tarixli, 3M-1877 alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC Cavabdeh3 nümayəndəsi (Cavabdeh4) şəxsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron ərazi idarəsi tərəfindən 12.08.2015-ci il tarixdə verilmiş ********** saylı elektron arayışa, 22.07.2011-ci il tarixdə verilmiş 51 kitab, 115 vərəq, **********19 yüklü edilən əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 22.08.2014-cü il tarixdə verilmiş Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 3339 saylı məktuba əsasən İddiaçı MMC icarəsində olan Abşeron rayonu, Abşeron Donuzkökəltmə sovxozu ərazində yerləşən 30.0 ha torpaq sahəsinin 02.05.2006-cı il tarixdən başlayaraq 99 (doxsan doqquz) il icarə hüquqlarından 2.5670 ha torpaq sahəsinin icarə hüquqlarını Cavabdeh1 25000 (iyirmi beş min) manata satmışdır. -MA seriyalı, № ******* saylı, reyestr nömrəsi **********19, qeydiyyat nömrəsi ********** olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi çıxarışın surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyətinə məxsus Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30.0 ha torpaq sahəsinə 02.05.2006-cı il tarixdən başlayaraq 99 (doxsan doqquz) il müddətinə icarə hüququ 02.05.2006-cı il tarixli 129A №-li icarə müqaviləsi və 23.06.2011ci il tarixli, 3M/289 №-li icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-nin xeyrinə yüklü edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin verdiyi № AA 030190 saylı, reyestr nömrəsi **********19 olan torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən, icarə hüququ İddiaçı MMC-yə məxsus 30.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. -19.07.2014-cü il tarixli ƏN-İ № 452693 saylı etibarnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 Cavabdeh4 özünə məxsus olan daşınar və daşınmaz əmlaklarla bağlı, o cümlədən özünün məhkəmədə təmsilinə dair baş etibarnamə vermişdir. -İddiaçı MMC-nin nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, cəmiyyət təsisçisi Cavabdeh3 onu Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X31 Qeydiyyatı İdarəsində 11.12.2009cu il tarixdə, ********** nömrəsi ilə qeydiyyata aldırmışdır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommesiya hüquqi şəxslərinin Dövlət reyestrindən 11.12.2009-cu il tarixli, **********120800 saylı çıxarışdan görünür ki, İddiaçı MMC-nin təsisçisi Cavabdeh3, qanuni təmsilçisi X17r. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommesiya hüquqi şəxslərinin Dövlət reyestrindən 03.02.2014-cü il tarixli, **********817300 saylı çıxarışdan görünür ki, İddiaçı MMC-nin təsisçisi Cavabdeh3, əvvəlki qanuni təmsilçisi X26, hazırki qanuni təmsilçisi X12r. -13.11.2020-ci il tarixli, 3M-430 nömrəli müəssisədəki payın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-nin təsisçisi Cavabdeh3 özünə məxsus 5 payı 100 (yüz) manata X2. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X31 qeydiyyatı idarəsinin verdiyi 23.11.2020-ci il tarixli, **********099900 saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-nin təsisçisi və qanuni təmsilçisi X14r. -İddiaçı MMC-nin 10.09.2021-ci il tarixli 49/21 saylı arayışından görünür ki, İddiaçı MMC-nin 2015-ci ildə aktivləri 30 ha torpaq sahəsindən ibarət olmuş, hal-hazırda mübahisələndirilən 2.5670 ha torpaq sahəsi həmin sahənin tərkib hissəsi olmuş, əvvəlki təsisçi Cavabdeh3 tərəfindən satılan torpaq sahəsi ilə bağlı hüquqlar Cavabdeh1 satıldıqdan sonra satılması barədə şirkətə heç bir məlumat verilməmiş, İddiaçı MMC-nin əvvəlki təsisçisi Cavabdeh3 MMC-yə məxsus 2.5670 ha torpaq sahəsinin Cavabdeh1 satılmasına dair hər hansı qərarı olmamışdır. 2020-ci ilin noyabr ayında şirkətin təsis payının alqı-satqısından bir müddət sonra şirkət öz aktivləri barədə araşdırma aparan zaman məlum olmuşdur ki, 30 ha torpaq sahəsinin tərkib hissəsini təşkil edən 2.5670 ha torpaq sahəsi 12.08.2015-ci il tarixli, 3M-1877 saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh1, daha sonra isə 06.07.2017-ci il tarixli, 3M-1010 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 18.10.2021-ci il tarixli, **********95 saylı məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin sorğusuna əsasən Cavabdeh1 verilmiş ******* nömrəli çıxarış və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. -RX serialı № ******* saylı, reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05.09.2015-ci il olan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyətinə məxsus Abşeron rayon, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 2.5670 ha torpaq sahəsi Cavabdeh1 xeyrinə yüklü edilmiş, yüklülük icarə əsasında, 02.05.2006-cı il tarixdən başlayaraq, 99 (doxsan doqquz) il müddətinə 02.05.2006-cı il tarixli 129A nömrəli icarə müqaviləsinə və 12.08.2015-ci il tarixli, 3M-1877 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən aparılmışdır. Hüququn əvvəlki yüklülüyü İddiaçı MMC-nin xeyrinə olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin verdiyi A №014895 saylı, reyestr nömrəsi **********08 olan torpaq sahəsinin plan və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən, icarə hüququ Cavabdeh1 məxsus 2.5670 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. -Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 06.07.2017-ci il tarixli, 3M-1010 nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 05.09.2015-ci il tarixli, **********08 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 icarəsində olan Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 2.5670 ha torpaq sahəsinin icarə hüquqlarını nümayəndəsi X19 vasitəsilə Cavabdeh2 50000 (əlli min) manata satmışdır. Sonuncunun adından müqaviləni nümayəndəsi X21 imzalamışdır. -Reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 14.06.2019-cu il olan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyətinə məxsus Abşeron rayon, Donuzkökəltmə sovxozu ərazəsində yerləşən 2.5670 ha torpaq sahəsi Cavabdeh2 xeyrinə yüklü edilmiş, yüklülük icarə əsasında, 02.05.2006-cı il tarixdən başlayaraq, 99 (doxsan doqquz) il müddətinə 02.05.2006-cı il tarixli 129A nömrəli icarə müqaviləsinə və 06.07.2019-cu il tarixli, 3M-1010 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən aparılmışdır. Hüququn əvvəlki yüklülüyü Cavabdeh1 xeyrinə olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin verdiyi A №373246 saylı, reyestr nömrəsi **********08 olan torpaq sahəsinin plan və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən, icarə hüququ Cavabdeh2 məxsus 2.5670 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. -Abşeron rayon İcra Hakimiyyəti başçısının Abşeron rayon notariat kontoruna ünvanladığı 05.05.2015-ci il tarixli, 1137 saylı məktubunun təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti İddiaçı MMC-nin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin MA seriyalı ******* saylı çıxarışı ilə icarəsində olan Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30.0 ha torpaq sahəsinin 25.0 ha hissəsinin üzərindəki müvəqqəti istifadə hüququnun qanunamüvafiq olaraq digərinə satılmasına etiraz etmədiyini bildirmişdir. -MH seriyalı, № ******* saylı, reyestr nömrəsi **********19, qeydiyyat nömrəsi 160713509, qeydiyyat tarixi 24.12.2007-ci il olan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyətinə məxsus Abşeron rayon, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30.0 ha torpaq sahəsi X5 xeyrinə yüklü edilmiş, yüklülük icarə əsasında, 02.05.2006-cı il tarixdən başlayaraq, 99 (doxsan doqquz) il müddətinə 02.05.2006-cı il tarixli 129A nömrəli icarə müqaviləsinə əsasən aparılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin verdiyi 24.12.2007-ci il tarixli № AA 005701 saylı, reyestr nömrəsi **********19 olan torpaq sahəsinin plan və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən, icarə hüququ X6 məxsus 30.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. -Abşeron rayon İcra Hakimiyyəti başçısı X28 ilə X7 arasında bağlanmış 02.05.2006cı il tarixli, 129A saylı torpaq sahəsinin icarə müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti özünə məxsus 30.0 ha torpaq sahəsini 2006-cı ildən başlayaraq, 99 (doxsan doqquz) il müddətinə, illik 1500 manat icarə haqqı ödənilməklə X5 icarəsinə vermişdir. -Abşeron rayon İcra Hakimiyyətinin 07.12.2007-ci il tarixli,1825 saylı məktubunun təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Abşeron rayon Dönuzkökəltmə sovxozu ərazisində icarə yolu ilə 99 il müddətinə X1kənd təsərrüfatı-tikinti məqsədilə 30 ha torpaq sahəsi ayrılmış, torpaqdan müvəqqəti istifadə hüququna dair hüquqi sənəd alınması üçün torpaqayırma sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron ərazi idarəsinə göndərilməklə, icarə müqaviləsinə əsasən istifadəyə verilmiş Dövlət Fonduna məxsus olan torpaq sahəsinə dair Dövlət mülkiyyət hüquqlarının və eyni zamanda icarə ilə bağlı yaranmış mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının (yüklülüyünün) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılması (yüklüyüyü) haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilmişdir. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 02.05.2006-cı il tarixli, 289 saylı rəyinin təsdiq edilmiş surətindən görünür ki, Komitə X1 - kənd təsərrüfatı-tikinti məqsədilə 30.0 ha torpaq sahəsinin verilməsinə etiraz etmədiyini bildirmişdir. -Abşeron rayon İcra Hakimiyyətçi Başçısı, X25 Komitəsinin Abşeron rayon şöbəsinin müdiri və R.Hümbətovdan ibarət komissiya tərəfindən imzalanmış aktın təsdiq edilmiş surətindən görünür ki, Komissiya Abşeron rayonuna təhkim olunmuş, X33 saxlanılmış torpaq sahəsi Donuzkökəltmə sovxozunun ərazisində yerləşməklə 1.47 ha bataqlaşmış, 28.53 ha isə əkin kimi uçota alınmış ümumi sahəsi 30.0 ha torpaq sahəsinin 99 il müddətinə, sahibkarlıq-kənd təsərrüfatı-tikinti məqsədilə ayrılmasına etiraz etməmişdir. -Yerquruluşu planından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının, X25 Komitəsinin Abşeron rayon şöbəsinin müdirinin imza və möhürü, o cümlədən, R.Hümbətovun imzası ilə ayrılmış 30.0 ha torpaq sahəsinin yerquruluşu planı təsdiq edilmişdir. -Abşeron rayon İcra Hakimiyyəti Başçısının 02.05.2006-cı il tarixli 129A saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, qurum Abşeron rayonuna təhkim edilmiş X34 Fondunda saxlanılmış torpaqlardan Donuzkökəltmə sovxozu ərazisində sahibkarlıq - kənd təsərrüfatı - tikinti məqsədilə 30.0 ha, 99 il müddətinə icarə əsasında X6 torpaq sahəsinin ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədlərini təsdiq etmişdir. -Azərbaycan Respublikası X25 Komitəsinin tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, X6 Abşeron rayon İcra Hakimiyyəti Başçısının 02.05.2006-cı il tarixli 129A saylı sərəncamı və 02.05.2006-cı il tarixli, 129A nömrəli icarə müqaviləsi ilə ayrılmış 30.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. -X7 ilə İddiaçı MMC arasında bağlanmış 23.06.2011-ci il tarixli torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, R.Hümbətov Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən 18.06.2011-ci il verilmiş 3253 nömrəli arayışa əsasən Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən ümumi sahəsi 30.0 ha olan torpağın icarə hüququnu 02.05.2006-cı il tarixdən başlayaraq 99 (doxsan doqquz) il müddətinə və 50000 (əlli min) manata İddiaçı MMC-nin istifadəsinə vermişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mülkiyyət hüququ ilə dövlətə məxsus Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30.0 ha torpaq sahəsi ilkin olaraq Abşeron rayon İcra Hakimiyyəti ilə X7 arasında bağlanmış 02.05.2006-cı il tarixli, 129A saylı icarə müqaviləsinə əsasən sonuncunun 99 illik istifadəsinə verilmişdir. Daha sonra R.Hümbətov ilə Cavabdeh3 təsisçisi olduğu İddiaçı MMC arasında bağlanmış 23.06.2011-ci il tarixli icarə hüququnun alqı-satqısına dair müqaviləyə əsasən 30.0 ha torpaq sahəsinin icarə hüququ 02.06.2006-cı il tarixdən başlayaraq 99 (doxsan doqquz) il müddətinə cəmiyyətin istifadəsinə verilmişdir. Cəmiyyətin təsisçisi F.Məmmədov nümayəndəsi Cavabdeh4 vasitəsilə icarə hüququ İddiaçı MMC-yə məxsus 30.0 ha torpaq sahəsinin 2.5670 ha hissəsini 12.08.2015-ci il tarixli, 3M-1877 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə 26000 (iyirmi altı min) manat məbləğin müqabilində Cavabdeh1 adına keçirmiş, sonuncu buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 14.06.2019-cu il olan çıxarış əldə etmişdir. Daha sonra Cavabdeh1 Cavabdeh2 ilə bağladığı 06.07.2019-cu il tarixli, 3M-1010 nömrəli alqı-satqı müqaviləsi əsasında 2,5670 ha torpaq sahəsinə olan istifadə hüququnu Cavabdeh2 50000 (əlli min) manata satmışdır. Sonuncu isə buna dair -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 14.06.2019-cu il olan çıxarış əldə etmişdir. Məhkəmə hesab edir ki, 12.08.2015-ci il tarixli, 3M-1877 saylı icarə hüququnun alqısatqı müqaviləsi qanunvericiliyin tələblərinin pozulması ilə bağlanmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin nizamnaməsinin 4.1-ci bəndində göstərilmişdir ki, cəmiyyətin ali idarəetmə orqanı təsisçilərinin azı ildə bir dəfə çağırıldığı Ümumi Yığıncaqdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda, o, Ümumi Yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirir. Ümumi Yığıncağın qərarları iştirakçıları tərəfindən qəbul edilir, onlar tərəfindən imzalanır və möhür vurulur. Həmin Nizamnamənin 4.5-ci bəndində isə göstərilmişdir ki, cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Direktor Cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, Ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, Cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır, Cəmiyyətin işçilərini vəzifəyə təyin edir, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər verir. Qanunvericiliklə və Cəmiyyətin Nizamnaməsi ilə Ümumi Yığıncağın və digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir. Eyni zamanda, sözügedən Nizamnamənin 4.2-ci bəndində Cəmiyyətin təsisçilərinin Ümumi Yığıncağının müstəsna səlahiyyətləri müəyyən edilərək sadalanmışdır. Belə ki, Cəmiyyətin Nizamnaməsindən görünür ki, cəmiyyətin adından əqdlər bağlamaq səlahiyyəti və cəmiyyətin idarə edilməsi direktorun səlahiyyətinə aid edilmişdir, təsisçilərə və onların Ümumi yığıncağına belə səlahiyyət verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən hüquqi şəxsin mülki hüquqlar əldə etməsi və öhdəsinə vəzifələr götürməsi səlahiyyəti hüquqi şəxsin iştirakçılarına və təmsilçilərinə verilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin adından müvafiq əqdlərin bağlanması hüququ cəmiyyətin nizamnaməsinin tələbinə əsasən direktora məxsus olmuşdur. Lakin 12.08.2015-ci il tarixli, 3M-1877 saylı müqavilə həmin zaman cəmiyyətin direktoru X23 ilə deyil, cəmiyyətin təsisçisi Cavabdeh3 tərəfindən bağlanmışdır. Üstəlik, həmin müqavilənin bağlanmasında Cavabdeh3 cəmiyyətin adından deyil, fiziki şəxs qismində, etibarnamə əsasında nümayəndəsi Cavabdeh4 vasitəsilə təmsil olunmuşdur. Belə ki, müvafiq notariat işinin içərisində Cavabdeh3 cəmiyyətin adından çıxış etməsi üçün səlahiyyətlərini təsdiq edəcək sənəd mövcud deyildir. Cavabdeh3 Cavabdeh4 vermiş olduğu 19.07.2014-cü il tarixli etibarnamə isə etibar edilən Cavabdeh4 etibar edən Cavabdeh3 məxsus əmlaklara dair əqdlər bağlamaq səlahiyyəti vermiş, həmin etibarnamədə Cavabdeh4 cəmiyyətə məxsus aktivlərə (əmlaklara) daxil olan hüquqla bağlı əqd bağlamaq səlahiyyəti verilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, Mülki Məcəlləyə 15.05.2015-ci il tarixli, 1283- İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə dəyişiklik edilərək, «Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası»nı müəyyən edən 49-1-ci maddə əlavə edilmiş və həmin dəyişiklik müqavilə bağlanan tarixdə qüvvədə olmuşdur. Həmin maddənin 49-1.2-ci maddəsinə görə aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. Həmin əqdə münasibətdə aidiyyəti şəxs olan iştirakçı məsələ ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz. Normanın tələbindən göründüyü kimi hüquqi şəxsə aidiyyatı olan şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə əqd müvafiq prosedur qaydaya öncədən riayət edilməklə bağlanmalıdır. Bu qaydalara müstəqil auditorun rəyinin alınması və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qərar qəbul edilməsi aiddir. 12.08.2015-ci il tarixli, 3M- 1877 saylı müqavilənin bağlanması ilə bağlı tərtib edilmiş notariat işinin materiallarında müvafiq auditor rəyi və hüquqi şəxsin iştirakçısının ümumi yığıncağının qərarı mövcud deyildir, üstəlik həmin sənədlər cavabdehlər tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Sadalananlara əsasən, məhkəmə qeyd edir ki, Cavabdeh3 və Cavabdeh1 arasında 12.08.2021-ci il tarixli icarə hüququnun alqı-satqısına dair müqavilə qanunvericiliyin tələbinə müvafiq formada, müəyyən edilmiş prosedur qaydalara riayət edilmədən bağlanmış, həmin zaman Cavabdeh1 müqavilə tərəfinin səlahiyyəti olmayan şəxs olmasını bilmiş, bu müqavilənin bağlanması barədə Cəmiyyətin qanuni təmsilçisi məlumatlandırılmamışdır. Mülki Məcəllənin 49-1.4-cü maddəsinə əsasən əqdin bu Məcəllənin 49-1.2-ci və 49- 1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlanılması nəticəsində hüquqi şəxsə dəyən zərərə görə təqsiri olan şəxslər məsuliyyət daşıyır. Əqdin digər tərəfi əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlandığını bildikdə hüquqi şəxs və ya onun istənilən iştirakçısı bu Məcəllənin 337.1-ci və 339-cu maddələrinə müvafiq olaraq həmin əqdi mübahisələndirə bilər. Məhkəmə hesab edir ki, iddiaçı mülki qanunvericiliyin ona tanımış olduğu hüquqdan istifadə etməklə qanunvericiliyin tələbinin pozulması ilə bağlanmış müqaviləni mübahisələndirməkdə haqlıdır. Mülki Məcəllənin: 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 12.08.2021-ci il tarixli, 3M-1877 saylı icarə hüququnun alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 14.06.2019-cu il olan çıxarışın ləğv edilməsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edildiyindən, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 06.07.2019-cu il tarixli, 3M-1010 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 14.06.2019-cu il olan çıxarışın ləğv edilməsi hissəsində də təmin edilməlidir. Cavabdeh2 və onun vəkili-nümayəndəsi X4 müddətin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12.03.2020-ci il tarixli Qərarında göstərilir ki, «... Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur... «. Həmçinin məhkəmə qeyd edir ki, kəsici müddətin tətbiqi üçün də qanunverici konkret hal müəyyən etmişdir. Belə ki, hazırki iş üzrə Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, kəsici müddətin başlanma anı qanunvericiliklə dəqiq müəyyən edilmişdir ki, bu şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən etibarən bir il ərzində həyata keçirilə bilər. Hazırki işin hallarından görünür ki, sözügedən torpaq sahəsinə Cəmiyyətin malik olduğu icarə hüququ özgəninkiləşdirilərkən onun qanuni təmsilçisi bu barədə məlumatlandırılmamış, yalnız 2020-ci ilin 23 noyabr tarixindən sonra cəmiyyətin direktoru X24 bu halı müəyyən etmiş və hazırki iddia tələbi ilə bir illik kəsici müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X16 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqnıda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X16 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqlarının və X16 Haqqında Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X16 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26.07.2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation tubüs) etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06.03.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.2005-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.03.2019-cu il tarixli Qərarında deyilir ki, «... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri 9 saylı Notariat kontoru tərəfindən təsdiq edilmiş, Alyans NT MMC-nin adından Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 12.08.2015-ci il tarixli, 3M-1877 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və onun əsasında Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli, 14.06.2019-cu il qeydiyyat tarixli çıxarış ləğv edilsin. Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 06.07.2017-ci il tarixli, 3M-1010 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və onun əsasında Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli, 14.06.2019-cu il qeydiyyat tarixli çıxarış ləğv edilsin və torpaq sahəsi İddiaçı MMC-nin əməli istifadəsinə verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1691/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1691/2021
02.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver