Məhkəmə qərarları › İş №2(027)-184/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-184/2022

11.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-184/2022 11.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı3, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi X18, Cavabdeh1 sədri X19 və X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 Əlibala qızı, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, X7, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Üzrə Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba regional “ASAN Xidmət" Mərkəzində notariat ofisinə və müstəqil predmet barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 qarşı “torpaq hərracının və ya müsabiqəsinin nəticələrinin etibarsız hesab edilməsi və istifadədə olan torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 Əlibala qızı, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, X7, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Üzrə Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba regional “ASAN Xidmət" Mərkəzində notariat ofisinə və müstəqil predmet barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 qarşı “torpaq hərracının və ya müsabiqəsinin nəticələrinin etibarsız hesab edilməsi və istifadədə olan torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, həmin torpaq sahəsinin Cavabdeh3 49 il müddətinə icarəyə verilməsi barədə Hərracların Təşkili üzrə X15 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə 17.06.2021-ci il tarixli iclasının 14/04 saylı protokolunun, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin verdiyi AM 12723 nömrəli şəhadətnamənin, Quba regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisində bağlanılmış 22.06.2021-ci il tarixli reyestrdə 3M-487 sayla qeyd edilmiş icarə müqaviləsinin, həmin torpaq sahəsinə dair verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********13 saylı çıxarış etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin Cavabdeh3 istifadəsindən alınaraq onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddialarını onunla əsaslandırmışlar ki, İddiaçı1 oğlu X6 1993-cü ildə Kəlbəcər-Laçın istiqamətində gedən döyüşlərdə itkin düşmüş, Quba Rayon Məhkəməsinin 23.11.1999-cu il tarixli, 2-201 nömrəli qətnaməsinə əsasən ölmüş elan edilmiş, bundan sonra oğluna şəhidlik statusu verilmişdir. 2004-cü il tarixdə cənab Prezidentin sərəncamlarına əsasən Quba rayonu Qəcər-Zeyid bələdiyyəsinin balansında olan bağ sahəsindən bir hektar bağ sahəsi bir şəhid anası kimi onun istifadəsinə verilmiş və o, oğlu İddiaçı2la birlikdə 2021-ci ilədək həmin bağda işləyib həmin bağa dair vergiləri ödəmişlər. Şəhid olan oğluna görə dövlət tərəfindən ayrılmış pensiyanı xərcələyərək bağı dirçəltmişdir. Dəfələrlə həmin bağ sahəsini öz adına rəsmiləşdirmək istəsə də, Quba rayonu Alekseyevka bələdiyyəsi (Quba rayonu Qəcər-Zeyid bələdiyyəsi Alekseyevka bələdiyyəsinə birləşdirilmişdir) və yeri icra nümayəndəsi onlara narahat olmamağı, bu torpaq sahəsinin onlara məxsus olduğunu, bir şəhid ailəsi olduğu üçün heç kim bu torpaq sahəsinin onlardan geri almayacığını bildirmişlər. İllər ərzində onları müxtəlif bəhanələrlə yubatmış, həmin torpaq sahəsini hər hansı bir formada onlara verməmişlər. Bir ay əvvəl bələdiyyə və yerli icra nümayəndəliyi tərəfindən onlara bir daha sözügedən bağa gəlməməyi bildirilmişdir. Səylərinə baxmayaraq onlara bu barədə məlumat verilməmişdir. O, istifadə etdiyi torpaq sahəsini hərrac vasitəsilə başqa şəxsə satıldığını öyrənmişlər. İddiaçı3 Quba rayonu, Qəcər-Zeyid kəndində yaşayır. Birinci Qarabağ müharibəsində iştirak edərək yaralanmış və İİ qrup Qarabağ əlilidir. Ona da həmin bağdan istifadə etməyi bildirilmiş, lakin müxtəlif bəhanələrlə həmin bağ sahəsini də eyni qaydada onun adına rəsmiləşdirməkdən imtina edilmişdir. İddiaçı3 həmin bağ sahəsinə dair Qəcər-Zeyid bələdiyyəsinin hesabına icra haqqı ödəmişdir. O, uzun illər istifadə etdiyi torpaq sahəsinin kimin tərəfindən istifadə edildiyini öyrənərkən ona məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsinə dair Quba rayonu Alekseyevka bələdiyyəsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almış, bundan sonra həmin torpaq sahəsini hərraca çıxarmışdır. Hərracların Təşkili üzrə X15 Ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracın nəticələri barədə 17.06.2021-ci il tarixli iclasının 14/01 saylı protokoluna əsasən onların istifadə etdiyi torpaq sahəsinin icarəyə verilməsi barədə hərrac keçirilmiş, guya hərracda Cavabdeh3 Zəkir oğlu ilə X17 iştirak etmişdir. Halbuki hərracın təşkili və keçirilməsi barədə onlara heç bir məlumat verilməmişdir. Qanunan əsasən hərrac keçirilərkən ilk növbədə onun istifadəçilərinə və güzəşt kateqoriyasına məxsus şəxslərə üstünlük verilir. Bundan sonra Cavabdeh3 Zəkir oğluna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi 12723 saylı şəhadətnamə vermiş, həmin şəhadətnamədə həmin torpaq sahəsinin 417 manata 49 il müddətinə icarəyə verilməsi qeyd edilmişdir. Bundan sonra Quba rayonu Alekseyevka bələdiyyəsi ilə Cavabdeh3 Zəkir oğlu arasında Quba Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisində 3M-487 saylı 22.06.2021-ci il tarixli icarə müqaviləsi bağlanılmış və Cavabdeh3 həmin torpaq sahəsinin 22.06.2070-ci ilədək ona icarəyə verilməsi barədə (yüklülük edilməsi) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********13 saylı çıxarış verilmişdir. Onların istifadə etdiyi torpaq sahəsi hərraca çıxarılmamışdan əvvəl onlara bildiriş verilməli olduğu halda bildiriş verilməmişdir. Bələdiyyənin hərraca çıxardığı torpaq sahəsi heç kəsin hüququ və ya əmlak marağı ilə yüklü, habelə mübahisəli olmayan torpaq sahəsi olmalıdır. Lakin hazırki vəziyyətdə həmin hərrac onların faktiki olaraq istifadə etdiyi torpaq sahəsi ilə bağlı keçirilmişdir. Konkret halda isə bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsinin hərraca təqdim edilməsi və torpaq hərrac və müsabiqə komissiyası tərəfindən həmin torpaq sahəsi ilə bağlı açıq hərracın keçirilməsi aşkar surətdə formal xarakter daşımış sözügedən torpaq sahəsinin konkrekt maraqlı şəxsin (X2) adına sənədləşdirilməsinə xidmət etmişdir. Hərrac açıq olsa da, həmin hərracın keçirilməsinin vaxtı, yeri və onun predmeti və keçirilmə qaydası barədə hər hansı KİV-də elan və ya bildiriş verilməmişdir. Bununla da hərracın təşkili və keçirilməsi qaydaları pozulmuşdur. Bundan başqa, hərraca çıxarılan torpaq sahəsinin hərracda ilkin qiymətinin müəyyən faizi hərrac addımı hərracda iştirak edənlər tərəfindən hərrac başlanana qədər, yəni hərracda iştirak etmək hüququnu əldə etmək üçün ödənilməlidir. Ona görə də məhkəmə tərəfindən seçirilən vaxt ilkin ödəniş olması barədə sorğu verilməlidir. Bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsinin hərraca təqdim edilməsi və torpaq hərrac və müsabiqə komissiyası tərəfindən həmin torpaq sahəsi ilə bağlı açıq hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Digər tərəfdən isə həmin hərracın həqiqətən də keçirildiyi şübhə doğurur. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələblərini müdafiə edərək, bildirdi ki, onun payına düşən 1 ha torpaq sahəsi Quba rayon Qəcər-Seyid bələdiyyəsinə verilib. Pandemiya dövründə hərrac keçirilmişdir. Hazırda həmin torpaq sahəsinin ona qaytarılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia tələbini müdafiə edərək, bildirdi ki, o, 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. 2-ci qrup əlildir. Cənab Prezidentin sərəncamı ilə sözügedən torpaq sahəsi onun istifadəsinə verilmişdir. Həmin torpağa görə vergi ödəyib. İddialarının təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən zaman İddiaçı1 Əlibala qızı iddianın təmin edilməsi barədə qətnamə şıxarmağı məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi X18 iddianı qəbul etməyərək hərracın nəticələrinin ləğv olunmasına etiraz edərək bildirdi ki, Alekseyevka Bələdiyyəsi hərracın keçirilməsinə dair müraciət etmiş, onlar da hərrac keçirmişlər. Məhkəmə iclasında Cavabdeh1 sədri X19 iddianın təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh X10 iddianı qəbul etməyərək bildirdi ki, hərrac yolu ilə həmin torpağı icarəyə götürüb və orada işlər aparıb. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçıları və cavabdehləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2-201/1999 saylı qətnaməsindən görünür ki, X3 1193-cü ildə Laçın-Kəlbəcər istiqamətində gedən döyüşlərdə xəbərsiz itkin düşdüyündən və qətnamə çıxarılan günədək tapılmadığından ölmüş elan edilmişdir. Quba rayon Qeydiyyat şöbəsinin 06.10.2021-ci il tarixli arayışından görünür ki, X6 23.03.1974-cü il tarixdə Quba şəhərində doğulmuşdur. Quba rayon Qeydiyyat şöbəsinin 08.08.2001-ci il tarixli arayışından görünür ki, X1-Kəlbəcər istiqamətində gedən döyüşlərdə itkin düşdüyündən 03.12.1999-cu il tarixdə ölmüş elan edilmişdir. Qacarzeyid Bələdiyyəsinin 27.03.2005-ci il tarixli “Əhalidən vergilərin qəbulu üçün qəbz”in surətindən görünür ki, icarə bağ üçün İddiaçı2 140 manat ödəniş edib. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12723 nömrəli şəhadətnaməsindən görünür ki, Quba rayonu, Alekseyevka bələdiyyəsinin 2,78 ha olan torpaq sahəsinin 417 manata 49 il müddətinə icarəyə verilməsi qeyd edilmişdir. Hərracların Təşkili üzrə X15 Ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracın nəticələri barədə 17.06.2021-ci il tarixli iclasının 14/01 saylı protokolundan görünür ki, Cavabdeh3 Zəkir oğlu ilə X8 istifadə etdiyi torpaq sahəsinin icarəyə verilməsi barədə hərrac keçirilmiş, hərracda Cavabdeh3 Zəkir oğlu ilə X17 iştirak etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanın mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmədə müəyyən edildi ki, iddiaçılar tərəfindən Quba rayonu Qəcər-Zeyid bələdiyyəsinin balansında olan bağ sahəsi istifadəsinə edilmiş və həmin bağ sahəsinə vergilər ödənilmiş. Həmin torpaq sahələri Cavabdeh1 tərəfindən iddiaçılara rəsmi məlumat verilmədən 2021-ci il tarixdə hərraca çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə müvafiq olaraq,dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasını təşkil edir. Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X15 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticəsi barədə 17 iyun 2021-ci il tarixli iclasının 14/04 saylı protokolu, Quba rayonu Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 2,78 ha torpaq sahəsinin X7 49 il müddətinə icarəyə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin AM 12723 nömrəli şəhadətnaməsi, Cavabdeh5ndə bağlanmış 22.06.2021-ci il tarixli reyestrdə 3M-487 nömrə ilə qeyd edilmiş icarə müqaviləsi, Quba rayonu, Qəcər- Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 2,78 ha torpaq sahəsinə dair verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********13 saylı, 09.07.2021-ci i tarixli çıxarış etibarsız hesab edilməli və Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 1,5 ha torpaq sahəsi X5 istifadəsindən alınaraq iddiaçılar X4, İddiaçı2 və İddiaçı3 istifadəsinə verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X15 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticəsi barədə 17 iyun 2021-ci il tarixli iclasının 14/04 saylı protokolu, Quba rayonu Qəcər- Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 2,78 ha torpaq sahəsinin X7 49 il müddətinə icarəyə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövləl^ l^pmitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 7,M 12723 nömrəli şəhadətnaməsi, Quba'regional Cavabdeh5tariat Ofisində bağlanmış 22.06.2021-ci il tarixli reyestrdə 3M-48| nömrə .ilə qeyd edilmiş icarə müqaviləsi, Quba rayonu Qəcər- Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 2,78 ha torpaq sahəsinə dair verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********13 saylı, 09.07.2021 -ci i tarixli çıxarış etibarsız hesab edilsin və Quba rayonu Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 1,5 ha torpaq sahəsi X5 istifadəsindən alınıb iddiaçılar X4, İddiaçı2 və İddiaçı3 istifadəsinə verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar