Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6188/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Əlibala qızı, İddiaçı2 və İddiaçı3 cavabdehlər Quba rayonu Alekseyevka Bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba regional “ASAN xidmət" Mərkəzində notariat ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq müsabiqə və hərracının keçirilməsinin nəticələri barədə protokolun ləğvi, məhkəmə aidiyyətinin pozulması, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülk i kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 Əlibala qızı, İddiaçı2 və İddiaçı3 cavabdehlər Quba rayonu Alekseyevka bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba regional “ASAN xidmət" Mərkəzində notariat ofisinə qarşı “torpaq hərracının və ya müsabiqəsinin nəticələrinin etibarsız hesab edilməsi və istifadədə olan torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1123/2021 nömrəli, 28 iyul 2 022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 Əlibala qızı, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba Rayon Məhkəməsinin 2-201/1999 saylı, xx.xx.1999-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X4 1993-cü ildə Laçın-Kəlbəcər istiqamətində gedən döyüşlərdə xəbərsiz itkin düşdüyündən və qətnamə çıxarılan günədək tapılmadığından ölmüş elan edilmişdir.
2. Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X11 xx.xx.1974-cü il tarixdə Quba şəhərində anadan olmuşdur, atası X7, anası İddiaçı1 Əlibala qızıdır.
3. Quba rayonu Qacarzeyid Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli əhalidən vergilərin qəbulu üçün qəbzinin surətindən görünür ki, bağ icarəsi üçün İddiaçı2 tərəfindən 140 manat ödəniş etmişdir.
4. Qacarzeyid Bələdiyyəsinin 17 may 2005-ci il və xx.xx.2006-cı il tarixli əhalidən vergilərin qəbulu üçün qəbzlərinin surətlərindən görünür ki, İddiaçı3 bağ icarəsi üçün 400.000 və 120 manat ödəniş etmişdir.
5. Hərracların Təşkili üzrə X27 ərazi torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqə və hərracının nəticələri barədə 17 iyun 2021-ci il tarixli, 14/04 saylı qərarının surətindən görünür ki, Quba rayonu Alekseyevka Bələdiyyəsinə məxsus 2,78 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə keçirilən hərracda Cavabdeh2 Zəkir oğlu ilə X28 iştirak etmiş, hərrac baş tutmaqla 417 manat ən yüksək qiymət təklif etmiş Cavabdeh2 hərracın qalibi hesab edilmişdir.
6. Azər baycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 18 iyun 2021-ci il tarixli, 12723 nömrəli şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh2 Quba rayonu, Alekseyevka Bələdiyyəsinin mülkiyyətində olan 2,78 ha olan torpaq sahəsinə dair Hərracların Təşkili üzrə X27 ərazi torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 17 iyun 2021-ci il tarixdə keçirilən hərracın qalibidir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Qəcər-Zeyid kəndində yerləşən 5,78 ha torpaq sahəsi Quba rayonu Alekseyevka Bələdiyyəsinin adına mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 313 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Qəcər-Zeyid kəndində yerləşən 2,78 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixindən xx.xx.2070-ci il tarixinədək xx.xx.2021-ci il tarixli, 3M-487 reyestr nömrəli icarə müqaviləsinə əsasən Cavabdeh2 adına xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 327 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır.
9. Quba rayonu Alekseyevka Bələdiyyəsinin 10 saylı, 17 yanvar 202 2-ci il tarixli məktubundan görünür ki, mübahisəli torpaq sahəsi Qəcər-Zeyid və İqriq Bələdiyyələri 2014-cü ildə Alekseyevka Bələdiyyəsinə birləşdirildikdən sonra heç kəsin icarəsinə və ya istifadəsinə verilməmiş, torpaq sahəsi baxımsız olduğundan bağ tamamilə quruyaraq yararsız vəziyyətə düşmüşdür.
10. Quba rayonu Alekseyevka Bələdiyyəsinin 48 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Quba rayonu Alekseyevka bələdiyyəsinin mülkiyyətinə məxsus kənd təsərrüfatı təyinatlı, bələdiyyənin ehtiyat fondu torpaqlarına aid 2,78 ha uzun illər istifadəsiz torpaq sahəsi bələdiyyənin xx.xx.2021-ci il tarixli, 03 saylı qərarı ilə fiziki və hüquqi şəxslərin icarəsinə verilməsi üçün ƏMDK yanında Hərracların Təşkili və X27 Ərazi Komissiyasına müraciət olunaraq hərraca çıxarılmışdır. Bununla b ağlı “Emdk.gov.az” saytında xx.xx.2021-ci il tarixdə elanlar verilmiş və 17 iyun 2021-ci il tarixdə keçirilən hərracın nəticələrinə görə qalib gəlmiş X16 Hərrac Komissiyasının xx.xx.2021-ci il tarixli, 14/01 saylı protokolu ilə 12723 nömrəli şəhadətnamə verilmişdir. Bu şəhadətnaməyə əsasən Alekseyevka bələdiyyəsi ilə Mais İskəndərov arasında xx.xx.2021-ci il tarixdə notarial qaydada icarə müqaviləsi bağlanmışdır. Alekseyevka bələdiyyəsinin mülkiyyətinə məxsus Qəcər-Zeyid kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı 2,78 ha torpağın tərkib hissəsi olan 1,5 ha torpaq sahəsi üzərində X8, İddiaçı2 və İddiaçı3 ilə Alekseyevka bələdiyyəsi arasında istifadəyə və ya icarəyə dair heç bir müqavilə bağlanılmamışdır. X9 və Ərzumanov X5 bələdiyyəsinin inzibati ərazisində qeydiyy atda deyildirlər və yaşamırlar. İddiaçı3 sözügedən ərazi istisna olmaqla, Qəcər-Zeyid kəndinin tamamilə fərqli ərazisində bələdiyyəyə məxsus 0,80 ha torpaq sahəsindən 20 ildən yuxarıdır heç bir vergi ödəmədən və heç bir müqavilə olmadan istifadə edir. Hər üç iddiaçı tərəfindən xx.xx.2021ci il tarixədək torpaq sahəsi ayrılması barədə heç bir müraciət olmamışdır. Yalnız İddiaçı2 xx.xx.2021-ci il tarixdə ona torpaq sahəsinin icarəyə verilməsi barədə ərizə ilə müraciət etmiş və ona həm şifahi, həm də rəsmi məktubla qanunvericilik izah olunaraq hərrac komissiyasına müraciət etməsi tövsiyyə olunmuş, əlavə olaraq bələdiyyənin 4,23 ha torpaq sahəsinin hazırda hərraca çıxarılması nəzərinə çatdırılmasına baxmayaraq xx.xx.2021-ci il tarixdə keçirilən hərracda iştirak etməmişdir.
11. Quba rayonu “BƏRƏ KƏT” X6 Quba rayon Alekseyevka Bələdiyyəsinə ünvanladığı 01 saylı, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Quba rayonu Qəcər-Zeyid kəndi ərazisində Alekseyevka Bələdiyyəsinin mülkiyyətində olan 2,78 ha bağ sahəsi uzun illərdir istifadəsiz vəziyyətdə olduğundan həmin torpaq sahəsinin suvarılması ilə bağlı X13 ilə heç bir hüquqi və ya fiziki şəxs arasında müqavilə bağlanmamışdır və torpaq sahəsi suvarılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçılar İddiaçı1 Əlibala qızı, İddiaçı2 və İddiaçı3 iddia ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin Cavabdeh2 49 il müddətinə icarəyə verilməsi barədə Hərracların Təşkili üzrə X27 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2021- ci il tarixli iclasının 14/04 saylı protokolunun, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin verdiyi AM 12723 nömrəli şəhadətnamənin, Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanılmış xx.xx.2021-ci il tarixli reyestrdə 3M-487 sayla qeyd edilmiş icarə müqaviləsinin, həmin torpaq sahəsinə dair verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 saylı çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin Cavabdeh2 istifadəsindən alınaraq onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 oğlu X11 1993-cü ildə KəlbəcərLaçın istiqamətində gedən döyüşlərdə itkin düşmüş, Quba Rayon Məhkəmə sinin xx.xx.1999-cu il tarixli, 2-201 nömrəli qətnaməsinə əsasən ölmüş elan edilmiş, bundan sonra oğluna şəhidlik statusu verilmişdir. 2004-cü il tarixdə cənab Prezidentin sərəncamlarına əsasən Quba rayonu, Qəcər-Zeyid Bələdiyyəsinin balansında olan bağ sahəsindən bir hektar bağ sahəsi bir şəhid anası kimi onun istifadəsinə verilmiş və o, oğlu İddiaçı2la birlikdə 2021-ci ilədək həmin bağda işləyib bağa dair vergiləri ödəmişlər. Şəhid olan oğluna görə dövlət tərəfindən ayrılmış pensiyanı xərcləyərək bağı dirçəltmişlər. Dəfələrlə həmin bağ sahəsini öz adına rəsmiləşdirmək istəsə də, Quba rayonu Alekseyevka bələdiyyəsi (Quba rayonu QəcərZeyid bələdiyyəsi Alekseyevka bələdiyyəsinə birləşdirilmişdir) və yerli icra nümayəndəsi onlara narahat olmamağı, bu torpaq sahəsinin onlara məxsus olduğunu, bir şəhid ailəsi olduğu üçün heç kimin bu torpaq sahəsini onlardan geri almayacağını bildirmiş, illər ərzində onları müxtəlif bəhanələrlə yubatmış, torpaq sahəsini hər hansı bir formada onlara verməmişlər. Bir ay əvvəl bələdiyyə və yerli icra nümayəndəliyi tərəfindən onlara bir daha həmin bağa gəlməməyi bildirilmişdir. Səylərinə baxmayaraq onlara bunun səbəbi barədə məlumat verilməmişdir. Onlar istifadə etdikləri torpaq sahəsinin hərrac vasitəsilə başqa şəxsə satıldığını öyrənmişlər. İddiaçı3 Quba rayonu, QəcərZeyid kəndində yaşayır, Birinci Qarabağ müharibəsində iştirak edərək yaralanmış və İİ qrup Qarabağ əlilidir. Ona da həmin bağdan istifadə etməyi bildirilmiş, lakin müxtəlif bəhanələrlə həmin bağ sahəsini də eyni qaydada onun adına rəsmiləşdirməkdən imtina edilmişdir. İddiaçı3 həmin bağ sahəsinə dair Qəcər-Zeyid bələdiyyəsinin hesabına icarə haqqı ödəmişdir. O, uzun illər istifadə etdiyi torpaq sahəsinin kimin tərəfindən istifadə edildiyini öyrənərkən məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsinə dair Quba rayonu Alekseyevka Bələdiyyəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, bundan sonra həmin torpaq sahəsini hərraca çıxarmışdır. Hərracların Təşkili üzrə X27 Ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracın nəticələri barədə xx.xx.2021-ci il tarixli iclasının 14/01 saylı protokoluna əsasən onların istifadə etdikləri torpaq sahəsinin icarəyə verilməsi barədə hərrac keçirilmiş, guya hərracda Cavabdeh2 Zəkir oğlu ilə X28 iştirak etmişlər. Halbuki hərracın təşkili və keçirilməsi barədə onlara he ç bir məlumat verilməmişdir. Qanuna əsasən hərrac keçirilərkən ilk növbədə onun istifadəçilərinə və güzəşt kateqoriyasına məxsus şəxslərə üstünlük verilir. Bundan sonra Cavabdeh2 Zəkir oğluna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 12723 saylı şəhadətnamə verilmiş, həmin şəhadətnamədə torpaq sahəsinin 417 manata 49 il müddətinə icarəyə verilməsi qeyd edilmiş, Quba rayonu Alekseyevka Bələdiyyəsi ilə Cavabdeh2 Zəkir oğlu arasında Quba Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində 3M-487 saylı, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmış və Cavabdeh2 həmin torpaq sahəsinin xx.xx.2070-ci ilədək icarəyə verilməsi barədə (yüklülük edilməsi) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət r eyestrindən **********13 saylı çıxarış verilmişdir. Onların istifadə etdikləri torpaq sahəsi hərraca çıxarılmamışdan əvvəl onlara bildiriş verilməli olduğu halda, bildiriş verilməmişdir. Bələdiyyənin hərraca çıxardığı torpaq sahəsi heç kəsin hüququ və ya əmlak marağı ilə yüklü, habelə mübahisəli olmayan torpaq sahəsi olmalıdır. Lakin hazırki vəziyyətdə həmin hərrac onların faktiki olaraq istifadə etdikləri torpaq sahəsi ilə bağlı keçirilmişdir. Konkret halda isə bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsinin hərraca təqdim edilməsi və torpaq hərrac və müsabiqə komissiyası tərəfindən həmin torpaq sahəsi ilə bağlı açıq hərracın keçirilməsi aşkar surətdə formal xarakter daşımış, torpaq sahəsinin konkret maraqlı şəxsin (X2) adına sənədləşdirilməsinə xidmət etmişdir. Hərrac açıq olsa da, həmi n hərracın keçirilməsinin vaxtı, yeri, onun predmeti və keçirilmə qaydası barədə hər hansı KİV-də elan və ya bildiriş verilməmişdir. Bununla da hərracın təşkili və keçirilməsi qaydaları pozulmuşdur. Bundan başqa, hərraca çıxarılan torpaq sahəsinin hərracda ilkin qiymətinin müəyyən faizi hərracda iştirak edənlər tərəfindən hərrac başlanana qədər, yəni hərracda iştirak etmək hüququnu əldə etmək üçün ödənilməlidir. Bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsinin hərraca təqdim edilməsi və torpaq hərrac və müsabiqə komissiyası tərəfindən həmin torpaq sahəsi ilə bağlı açıq hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Digər tərəfdən isə həmin hərracın həqiqətən də keçirildiyi şübhə doğurur.
14. Quba Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2 (027)-184/2022 nömrəli qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddiaçılar İddiaçı1 Əlibala qızının, İddiaçı2 və İddiaçı3 cavabdehlər Quba rayonu Alekseyevka Bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba regional “ASAN xidmət" Mərkəzində notariat ofisinə qarşı torpaq hərracının və ya müsabiqəsinin nəticələrinin etibarsız hesab edilməsi və istifadədə olan torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X27 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticəsi barədə 17 iyun 2021-ci il tarixli iclasının 14/04 saylı protokolunun, Quba rayonu, QəcərZeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 2,78 ha torpaq sahəsinin X14 49 il müddətinə icarəyə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 7,M 12723 nömrəli şəhadətnaməsinin, Cavabdeh4ndə bağlanmış xx.xx.2021-ci il tarixli reyestrdə 3M-48 nömrə ilə qeyd edilmiş icarə müqaviləsinin, Quba rayonu Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 2,78 ha torpaq sahəsinə dair verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 saylı, xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi və Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 1,5 ha torpaq sahəsinin X12 istifadəsindən alınıb iddiaçılar X10, İddiaçı2 və İddiaçı3 istifadəsinə verilməsi qət edilmişdir.
15. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən Quba rayonu Qəcər-Zeyid Bələdiyyəsinin balansında olan bağ sahəsi istifadəsinə edilmiş və həmin bağ sahəsinə vergilər ödənilmiş. Həmin torpaq sahələri Quba rayon Alekseyevka Bələdiyyəsi tərəfindən iddiaçılara rəsmi məlumat verilmədən 2021-ci il tarixdə hərraca çıxarılmışdır.
16. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcm usundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2, 19, 157.8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdehlər Cavabdeh2 və Quba rayonu Alekseyevka Bələdiyyəsi qətnamədən apellyasiya şikay ətləri vermişlər.
19. Cavabdeh2 apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən, iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsi və iddiaçıların iddia tələblərinin tam olaraq rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 Əlibala qızı, İddiaçı2 və İddiaçı3 mübahisələndirdikləri Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı 2,78 ha torpaq sahəsinə dair keçirilmiş torpaq hərracının və onun nəticələrinin etibarsız hesab edilməklə torpaq sahəsinin geri qaytarılması tələbini irəli sürmüşlər. Halbuki, həmin torpaq sahəsinin iddiaçıların nəinki qanuni, heç faktiki istifadələrində olması barədə hər hansı sübut mövcud deyil dir. Qeyd olunan torpaq sahəsi istifadəsiz torpaq sahəsi kimi Quba rayonu Alekseyevka bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun şəkildə torpaq hərracına çıxarılmış və həmin hərracda iştirak edərək qalıb gəldiyindən, onunla bələdiyyə arasında torpaq sahəsinin icarəyə verilməsinə dair müvafiq müqavilə bağlanmışdır. Lakin məhkəmə tərəfindən işdə olan sübutlar nəzərə alınmamış, tərəflərin münasibətləri üzrə yanlış nəticəyə gəlinmiş, torpaqdan istifadənin qanuniliyi ilə bağlı məsələlər araşdırılmamışdır. Məhkəmə iddiaçıların torpaq sahəsindən guya istifadə etmələrini müəyyən etsə də, həmin istifadəni sübuta yetirən hər hansı fakt olmadığı və iddiaçıların torpaq üzərində hər hansı hüquqları yaranmadığı və qeydiyyatdan keçmədiyi halda, məhkəmə iddiaçıların tələblərinin təmin edilməsinə dair əsassız nəticəyə gəlmişdir.
21. Cavabdeh Quba rayonu Alekseyevka Bələdiyyəsi apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Cavabdeh Quba rayonu Alekseyevka Bələdiyyəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba rayonu Alekseyevka bələdiyyəsi 2020-ci ilin fevral ayında ərazisində olan Quba rayonu, Qəcər-Zeyid kəndində yerləşən bələdiyyənin ehtiyat fonduna aid boş qalmış, icarəyə verilməli olan 5,78 ha torpaq sahəsinin ölçülməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz ərazi şöbəsinə müraciət etmiş, bundan sonra həmin ərazi şöbəsi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə torpaq sahəsinin müsabiqə və hərraca çıxarılmas ı yolu ilə icarəyə verilməsi məsələsinə baxıla bilməsi barədə 08 fevral 2020-ci il tarixli rəy verilmiş, "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsi tərəfindən 01 iyun 2020-ci il tarixli Yer seçmə aktı ilə icarəyə verilməsi nəzərdə tutulan 5,78 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinantları müəyyənləşdirilmiş, ayrılan torpaq sahəsinin kadastr göstəriciləri tərtib olunmuş, həmin cədvəldə ayrılan torpaq sahəsinin Alekseyevka bələdiyyəsinin mülkiyyətinə aid olmaqla Qacar-Zeyid kəndi ərazisində yerləşməsi, mühafizə və sürüşmə zonasına aid olmaması, ayrılan torpaq sahəsinin hasarlanmaması, döngə nöqtələrinin mərzlənməməsi, daxilində tikinti işlərinin aparılmaması, kommunikasıya xətlərinin mövcud olmaması, faktiki olaraq çoxillik əkmə kimi istifadə olunması, ayrılan torpaq sahəsində bax ımsız qalmış qoca meyvə ağaclarının mövcud olması qeyd edilmişdir. Daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Xaçmaz Ərazi şöbəsinin baş məsləhətçisi, DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi və Alekseyevka bələdiyyəsinin iştirakı ilə torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən 29 iyun 2020-ci il tarixli baxış aktı tərtib edilmiş, həmin baxış aktında torpaq sahəsinin istifadə olunmadığı qeyd edilmiş, bundan sonra həmin torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə verilməsi məqsədilə sənədləşmə prosedurunun başlanılması üçün Quba rayonu Alekseyevka bələdiyyəsi 30 iyun 2020-ci il tarixli, 08 saylı iclas protokolu qəbul olunmuş, həmin torpaq sahəsinə bələdiyyənin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlak ın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********24 reyestr nömrəli çıxarış işlənilmişdir. Bundan sonra Quba rayonu Alekseyevka bələdiyyəsinin 29 mart 2021-ci il tarixli, 3 saylı iclas protokolundan çıxarışa əsasən Alekseyevka bələdiyyəsinin mülkiyyətinə aid digər torpaq sahələri ilə yanaşı, 5,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi məqsədilə müvafiq sənədlərin Hərracların Təşkili və Auksion Mərkəzinə göndərilməsi qərara alınmış, sənədlər bələdiyyə torpaqlarının icarəyə verilməsi haqqında qanunvericiliyə uyğun olaraq göndərilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hərracların təşkili barədə rəsmi informasiya yayıcısı olan “Auksion.gov.az” saytında 16 may 2 021-ci il tarixdə Quba rayonu Alekseyevka bələdiyyəsinə məxsus 2,78 ha torpaq sahəsinin hərraca çıxarıldığı, həmin hərracın 17 iyun 2021-ci il tarixdə keçirilməsi bildirilmişdir. Bundan sonra Hərracların Təşkili üzrə X27 ərazi torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqə və hərracının nəticələri barədə 17 iyun 2021-ci il tarixli, 14/04 nömrəli protokoluna əsasən Quba rayonu Alekseyevka bələdiyyəsinə məxsus 2,78 ha torpaq sahəsinə hərracda ən yüksək qiyməti 417 manat olmaqla Cavabdeh2 təklif etmiş, həmin torpaq sahəsi 49 il müddətinə Cavabdeh2 icarəyə verilmiş, Cavabdeh2 ilə Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisində icarə müqaviləsi bağlanılmışdır. Bütün bunlardan sonra ünvan 3 ünvanında yaşayan X1 rayonu Alekseyevka bələdiyyəsi ərazisində torpaq sahəsinin icarəyə verilməsinə kömək göstərilməsi barədə ərizə ilə bələdiyyəyə müraciət etmiş, həmin ərizə poçt vasitəsilə 30 iyun 2021-ci il tarixdə göndərilmiş, 01 iyul 2021-ci il tarixdə qeydiyyatdan keçmiş, bələdiyyənin 01 iyul 2021-ci il tarixli, 337 nömrəli məktubuna əsasən bələdiyyənin ehtiyat fondunda olan 4,32 ha torpaq sahəsinin hazırda hərraca çıxarıldığı və həmin hərracda iştirak etməsi tövsiyyə olunmuşdur. Lakin İddiaçı1 Əlibala qızı, İddiaçı2 və İddiaçı3 bələdiyyə və digər şəxslərə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə işi hərtərəfli, tam araşdırmamış, sübutlara qiymət verməmiş, əsassız olaraq iddianı təmin etmişdir. Halbuki, iddiaçıların iddia qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Ona görə ki, həmin torpaq sahəsi Quba rayonu Alekseyevka bə lədiyyəsinin mülkiyyətində olmuş, bu torpaq sahəsi heç vaxt iddiaçılara icarəyə verilməmişdir. Əgər iddiaçılar həmin torpaq sahəsinin onlara verilməsini iddia edirlərsə, bunu sübut etməlidirlər. Lakin məhkəməyə heç bir sübut təqdim etməmişlər. İddiaçılar guya bu torpaq sahəsi ilə bağlı ödənişlər etmələrini bildirsələr də, məhkəməyə təqdim edilmiş, 2005-ci ilə aid qəbzdə hansı torpaq sahəsi ilə əlaqədar ödəniş edilməsi ilə bağlı heç bir məlumat yoxdur. 2005-ci ildən sonra isə ödənişlə bağlı heç bir qəbz yoxdur. Bundan başqa, iddiaçılar iddia ərizəsində guya torpaq sahəsinin onlara icarəyə verilməsi barədə dəfələrlə bələdiyyəyə müraciət etmələrini bildirsələr də, bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmiş, ümumiyyətlə, 30 iyun 2021-ci il tarixinə kimi torpaq sahəsinin hərracda ica rəyə verilməsini eşidənə kimi müraciət etməmişlər. İddiaçılar bu torpaq sahəsindən, ümumiyyətlə, istifadə etməmişlər. Apellyasiya şikayətinə əlavə edilmiş həmin torpaq sahəsinə bələdiyyənin adına çıxarış alınması ilə bağlı müvafiq sənədləşmə işlərinin aparılması zamanı tərtib edilmiş "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsi tərəfindən 01 iyun 2020-ci il tarixli Yer seçmə aktında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Xaçmaz Ərazi Şöbəsinin baş məsləhətçisi, DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi və Alekseyevka bələdiyyəsinin iştirakı ilə torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən 29 iyun 2020-ci il tarixli baxış aktında da həmin torpaq sahəsinin boş, baxımsız bir sahə olduğu öz təsdiqini tapmışdır. Əgər iddiaçıların dediyi kimi torpaq sahəsi onların istifadəsində olsaydı, bu zaman həmin bu aktlarda bu faktlar öz təsdiqini tapardı. Bundan əlavə, Alekseyevka bələdiyyəsi iddia olunan torpaq sahəsini qanunvericiliyə uyğun olaraq hərraca çıxarmış və hərrac barədə də qanunvericiliyə uyğun məlumat verilmiş, Cavabdeh2 qanunvericiliyə uyğun torpaq sahəsini hərracda ən yüksək qiymət təklif edərək icarəyə almışdır. İddiaçılar həmin torpaq sahəsini icarəyə almaq istəyirdilərsə, hərracda iştirak edərək qalib olardılar. Göründüyü kimi, heç bir əsas və iddia qaldırmaq üçün subyektiv hüquqları olmadan iddiaçılar məhkəməyə iddia ilə müraciət etmiş, məhkəmə isə qətnaməni əsaslandırmadan iddianı təmin etmişdir.
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1123/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T elman Məmmədov (sədrlik edən, məruzəçi hakim), Şəmsəddin Abasov və Gülnarə Tağızadə) cavabdehlər Cavabdeh2 və Quba rayonu Alekseyevka bələdiyyəsinin apellyasiya şikayətlərinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissələrində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X27 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticəsi barədə 17 iyun 2021-ci il tarixli iclasının 14/04 saylı protokolunun, Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 2,78 ha torpaq sahəsinin X14 49 il müddətinə icarəyə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzr ə Auksion Mərkəzinin 7,M 12723 nömrəli şəhadətnaməsinin, Cavabdeh4ndə bağlanmış xx.xx.2021ci il tarixli reyestrdə 3M-48 nömrə ilə qeyd edilmiş icarə müqaviləsinin, Quba rayonu Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 2,78 ha torpaq sahəsinə dair verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 saylı, xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi və Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 1,5 ha torpaq sahəsinin X12 istifadəsindən alınıb iddiaçılar X10, İddiaçı2 və İddiaçı3 istifadəsinə verilməsi hissələrində ləğv edilməsi, iş üzrə həmin hissələrdə yeni qətnamənin qəbul edilərək iddia təl əbinin bu hissələrdə təmin edilməməsi qət edilmişdir.
24. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçıların qanuni istifadəsində olmasına dair iş materiallarında hər hansı bir sənəd yoxdur.
25. İş materiallarında olan Quba rayonu Qacarzeyid Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 may 2005-ci il və xx.xx.2006-cı il tarixli qəbzlərindən İddiaçı2 və İddiaçı3 tərəfindən bağ icarəsi üçün ödənişlərin hansı torpaq sahəsinə aid olması və hansı icarə müqaviləsi əsasında ödənilməsini müəyyən etmək mümkün deyildir.
26. Məhkəmə kollegiyasının iclasında iddiaçılar onlarla nə Quba rayonu Qacarzeyid Bələdiyyəsi, nə də Quba rayonu Alekseyevka Bələdiyyəsi arasında rəsmi icarə müqaviləsinin bağlanmadığını göstərmişdirlər.
27. Digər tərəfdən, Quba rayonu Alekseyev ka Bələdiyyəsinin 48 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı3 Qəcər-Zeyid kəndinin tamamilə fərqli ərazisində Bələdiyyəyə məxsus 0,80 ha torpaq sahəsindən 20 ildən yuxarıdır heç bir vergi ödəmədən və heç bir müqavilə olmadan istifadə edir.
28. Bu halı məhkəmə kollegiyasının iclasında İddiaçı3 da etiraf etmişdir.
29. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Xaçmaz Ərazi şöbəsinin, DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin və Alekseyevka Bələdiyyəsinin nümayəndələrinin iştirakları ilə tərtib edilmiş 29 iyun 2020-ci il tarixli torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən baxış aktından görünür ki, baxış zamanı 5,78 ha torpaq sahəsinin istifadə olunmadığı, üzərində tikili və qurğuların olmadığı, islahatdan qabaq sovxoz t ərəfindən əkilmiş qoca meyvə ağaclarının olduğu, əkin altında olmadığı, kommunikasiya xətlərinin mövcud olmadığı, torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin istifadəsinə, icarəsinə və ya mülkiyyətinə verilib-verilməməsi barədə məlumatın olmadığı müəyyən edilməmişdir.
30. Həmçinin işdən görünür ki, Quba rayonu Alekseyevka Bələdiyyəsinin mülkiyyətində olan Quba rayonu Qəcər-Zeyid kəndi ərazisindəki 2,78 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli torpaq sahəsinin müsabiqə və hərraca çıxarılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Emdk.gov.az” saytında xx.xx.2021-ci il tarixdə elan verilmişdir.
31. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini n yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Qəcər-Zeyid kəndində yerləşən 5,78 ha torpaq sahəsi Quba rayonu Alekseyevka bələdiyyəsinin adına mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 313 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. Quba rayonu Alekseyevka Bələdiyyəsinə məxsus 2,78 ha torpaq sahəsinin hərraca çıxarılması, hərracın 17 iyun 2021-ci il tarixdə keçirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Emdk.gov.az” saytında xx.xx.2021-ci il tarixdə elan verilmiş, Hərracların Təşkili üzrə X27 ərazi torpaq müsabiqə və hərrac komi ssiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə 17 iyun 2021-ci il tarixli, 14/04 nömrəli qərarına əsasən Quba rayonu Alekseyevka Bələdiyyəsinə məxsus 2,78 ha torpaq sahəsinə hərracda ən yüksək qiyməti təklif etmiş Cavabdeh2 hərracın qalibi hesab edilmiş, bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 18 iyun 2021-ci il tarixli, 12723 nömrəli şəhadətnamə verilmiş, həmin torpaq sahəsinin 49 il müddətinə Cavabdeh2 icarəyə verilməsinə dair Quba rayonu Alekseyevka Bələdiyyəsi ilə Cavabdeh2 arasında Quba Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanaraq 3M-487 sayla reyestrdə qeyd edilmiş, Cavabdeh2 2,78 ha torpaq sahəsinə icarə hüququ xx.xx. 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 327 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır.
32. Məhkəmə hesab etmişdir ki, Quba rayonu Alekseyevka Bələdiyyəsinə məxsus 2,78 ha torpaq sahəsinin hərraca çıxarılması və hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır.
33. Məhkəmə onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 1,5 ha torpaq sahəsinin X12 istifadəsindən alınıb iddiaçılar X10, İddiaçı2 və İddiaçı3 istifadəsinə verilməsi nəticəsinə gələrkən qanunvericiliyin tələblərini pozmuş, Quba rayonu Alekseyevka Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsini qanuni əsas olmadan digər şəxslərin istifadəsinə ver mişdir.
34. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414, 415.2, 415.5, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 48, 51, 84, “Torpaq icarəsi haqqında” qanun 1, 10, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6, 11, “Torpaq bazarı haqqında” qanunun 8 Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın 14, 18-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 384.0.2, 385.1.1, 390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçılar İddi açı1 Əlibala qızı, İddiaçı2 və İddiaçı3 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin icarəyə verilməsi zamanı hərrac keçirilən zaman iddiaçılara məlumat verilməmişdir. Halbuki, iddiaçıların istifadə etdikləri torpaq sahəsini almağa maraqları var idi. Hərrac keçirilərkən ilkin olaraq iddiaçılara təklif edilməli idi.
37. Məhkəmə torpaq sahəsinin iddiaçıların istifadəsində olmasına dair heç bir sübutu təqdim edə bilmədiklərini bildirsə də, iddiaya əlavə etdikləri qəbzlərin hansı əsasla hansı torpaq sahəsinə dair ödənilməsinə qiymət vermişdir. Halbuki, iddiaçıların icarəsində hazırki torpaq sahəsindən başqa heç bir torpaq sahəsi y oxdur.
38. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414, 415, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”-nın 18-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4, 416.1, 416.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
40. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
41. Maddə 324.5. İradə ifa dəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
42. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
43. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
44. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
45. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.
46. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür
47. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
48. Maddə
48. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
49. Maddə
51. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.
50. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq icarəsi haqqında” qanun
51. Maddə
1. Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
52. Maddə
10. Azərb aycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir. Torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunur. Torpaq müsabiqəsində və ya hərracında qalib gəlmiş hüquqi və ya fiziki şəxs icarəyəverənlə icarə müqaviləsi bağlayır. İcarə müqaviləsi torpaq müsabiqəsinin və ya hərracının şərtləri əsasında tərtib olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunu
53. Maddə
6. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi v ə mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.
54. Maddə
11. Bələdiyyə mülkiyyətində olan bütün torp aqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. “Torpaq bazarı haqqında” qanunu
55. Maddə
8. Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsi ilə alınıb satıla bilər. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağl ı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”
56. Bənd.
14. Hərraca çıxarılan torpaq sahəsinə dair mülkiyyət və ya icarə hüquqlarına (bundan sonra - hərrac predmetinə) daha çox alqı-satqı qiyməti və ya icarə haqqı (bundan sonra - qiymət) verən fiziki və ya hüquqi şəxs hərracın qalibi hesab olunur.
57. Bənd.18. Dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsini n yanında X3 Təşkili üzrə Dövlət Agentliyi arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
65. M addə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməli dir.
67. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
68. Baxılan iş üzrə iddiaçı fiziki şəxs olsa da, cavabdehlərdən Qubay rayon Alekseyevka Bələdiyyəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi, Reyestr idarəsinin ərazi idarəsi və inzibati orqanlardır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 2.1, 2.1.2 və 2.1.3-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dövlət notariat ofisləri və regional qurumları, Təsni fatın 31.1, 31.1.1 və 31.1.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Komitənin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Təsnifatın İV hissəsinə müvafiq olaraq isə Azərbaycan Respublikasının bələdiyyələri inzbati orqanlar kateqoriyasına aid edilmişdir.
69. İddiaçının hazırkı iş üzrə nəticələrini mübahisələndirdiyi torpaq müsabiqəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X27 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən keçirilmişdir. 70. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1).
71. Göründüyü kimi, qanunvericilik bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının bir qayda olaraq açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi qaydasını müəyyənləşdirir.
72. Qeyd olunan Qanuna və həmin sahəni tənzimləyən digər normativ hüquqi aktlara əsasən Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanı ilə Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydaları təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə əsasən müsabiqə və hərracların təşkilatçısı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzidir.
73. Qaydalara müvafiq olaraq Hərracların Təşkili üzrə Auksion Mərkəzi alqı-satqı və icarə obyekti üzrə tələb olunan sənədləri və materialları hazırlayır, müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil ed ir, müsabiqə və ya hərracı keçirir, müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll edilir
74. Nəzərə alınmalıdır ki, dövlət və bələdiyyə torpaqlarının alqı-satqısı və icarəsinin xüsusi qaydalarını tənzimləyən, yuxarıda istinad olunan Qaydalara əsasən keçirilən hərrac və müsabiqələri Mülki Məcəllənin 414 və 415-ci maddələri ilə tənzimlənən müqavilələrin hərracda bağlanması qaydaları ilə eyniləşdirmə k olmaz.
75. Çünki mülki qanunvericiliklə tənzimlənən hərraclarda təşkilatçı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Bu zaman ixtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Belə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik protokol imzalayırlar.
76. Lakin Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarına əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilən müsabiqə və hərraclar hərracın qali binin elan olunması ilə nəticələnir və bu, müəyyən olunmuş müddət ərzində torpaq mülkiyyətçisi olan bələdiyyə ilə hərracın (müsabiqənin) qalibi arasında mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması üçün əsas kimi çıxış edir.
77. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi üçün hərracın (müsabiqənin) keçirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. İş üzrə iddiaçılar həmin münasibət çərçivəsində keçirilmiş müsabiqənin hüquqi nəticələrinin etibarsız hesab olunmasını tələb edir. 78. “İnzibat i və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il tarixli Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublik asının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyy ən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul et diyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər).
79. Qərarın 6.1-ci maddəsinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən ) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 80. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
81. MPM-in 261.0.1-ci maddəsinə əsasən məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
82. Buna baxmayaraq birinci və apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə verilməsi ilə bağlı müsabiqə və hərracların mübahisələndirilməsinə dair iddiaların inzibati mübahisə olduğunu nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir.
83. Ona görə də apely asiya instansiyası məhkəməsinin qətnaməsi - torpaq sahəsinin Cavabdeh2 49 il müddətinə icarəyə verilməsi barədə Hərracların Təşkili üzrə X27 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2021-ci il tarixli iclasının 14/04 saylı protokolunun, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin verdiyi AM 12723 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissədə ləğv edilməli, iş üzrə icraata həmin hissələrdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir.
84. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.2-ci maddəsinə əsasən izah edir ki, iddiaçı əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı lazımi sənədlərlə müvafiq icra hakimiyyəti və (və ya) yerli icra hakimiyyəti orqanına müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər.
85. Bununla yanaşı Məhkəmə kollegiyası hesab edir ki, sözügedən torpaq sahəsi ilə bağlı Bələdiyyə ilə fiziki şəxs olan cavabdeh X19 arasında bağlanmış daşınmaz əmlaka dair icarə müqaviləsinin və həmin torpaq sahəsi üzərində fiziki şəxs olan cavabdehin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsinin istifadəyə verilməsinə dair hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bu hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
86. Daşınmaz əmlakın icarə müqaviləsinin və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi ilə torpaq sahəsinin istifadəyə verilməsinə dair hissə üzrə qeyd edilməlidir ki, torpaq sahəsinin hərraca çıxarılmasını mümkün edən bələdiyyə qərarı və bununla bağlı olan iddia tələbində etibarsızlığı tələb olunan sənədlərin inzibati icraat qaydasında mübahisələndirilməsindən asılı olaraq həll edilə bilər. Hazırkı vəziyyətdə isə həmin sənədlər mübahisələndirilmədiyindən onların et ibarsızlığı üçün əsaslar müəyyən edilmir.
87. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi keçirilmiş müsabiqənin hüquqi nəticələrinin, müsabiqənin qalibinə verilmiş şəhadətnamələrin ləğv edilməsi tələblərinə aid hissədə ləğv edilməli, iş üzrə icraata həmin hissələrdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
88. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 Əlibala qızı, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiya sının 2(105)-1123/2022 nömrəli iş üzrə 28 iyul 2022-ci il tarixli qətnaməsi qismən - torpaq sahəsinin Cavabdeh2 49 il müddətinə icarəyə verilməsi barədə Hərracların Təşkili üzrə X27 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2021-ci il tarixli iclasının 14/04 saylı protokolunun, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin verdiyi AM 12723 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi tələblərinə aid hissədə ləğv edilsin və iş üzrə icraata həmin hissədə xitam verilsin. Qətnamə qalan hissədə - Cavabdeh4ndə bağlanmış xx.xx.2021-ci il tarixli reyestrdə 3M-48 nömrə ilə qeyd edilmiş icarə müqaviləsinin, Quba rayonu Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məh sulları istehsalı təyinatlı (çoxillik əkmələr) 2,78 ha torpaq sahəsinə dair verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 saylı, xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi və Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 1,5 ha torpaq sahəsinin X12 istifadəsindən alınıb iddiaçılar X10, İddiaçı2 və İddiaçı3 istifadəsinə verilməsi tələblərinin rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.