Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2648/2023 10.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin Cavabdeh qarşı qərarın ləğvi və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsi Cavabdeh qarşı qərarın ləğvi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, bələdiyyə tərəfindən əldə edilə biləcək sübutlar vardır. Bu sübutların məhkəməyə təqdim edilməsi üçün müəyyən vaxt lazımdır. Belə ki, bu sübutların yalnız bələdiyyə tərəfindən əldə edilməsi mümkündür. Eyni zamanda yaranacaq müddət ərzində tərəflər arasında yaranmış mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi imkanı da yaranır. Göstərilənlərə əsasən mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - ərizə baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin Cavabdeh qarşı qərarın ləğvi və sair tələbinə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin Cavabdeh qarşı qərarın ləğvi və sair tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-2648/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2648/2023
10.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver