Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6497/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “XXXX” Kəndli Fermer təsərrüfatının rəhbəri İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (3-cü şəxslər Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi Xaçmaz İdarəsi cəlb edilməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hüquqi müəyyənlik və prosessual qənaət prinsipləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülv iyyə Alim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-191/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı “XXXX” Kəndli Fermer təsərrüfatının rəhbəri İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Quba rayon PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15.02.2019cu il tarixli qərarı ilə İddiaçı torpaq sahəsinin zəbt edilməsilə bağlı ərizəsi əsasında toplanmış materiallarda Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Dövlət qeydiyyatı haqqında 44 saylı şəhadətnaməyə əsas ən “XXXX” Kəndli Fermer təsərrüfatı 05 may 1998-ci il tarixdə hüquqi şəxs kimi ******* kodu ilə qeydə alınmışdır. Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında ******* saylı şəhadətnaməyə əsasən dənli bitkilərin becərilməsi sahəsi üzrə “XXXX” Kəndli Fermer təsərrüfatı 13 may 1998-ci il tarixdə Dövlət Statistika Komitəsində qeydə alınmışdır. 15 noyabr 2019-cu il tarixli arxiv çıxarışına əsasən Quba rayon AİK-nin 09 iyul 1996cı il tarixli, 47 saylı protokol qərarı ilə “XXXX” Kəndli Fermer təsərrüfatının yaradılması haqqında N.Nərimanov adına sovxoz AİK-nin 14 iyun 1996-cı il tarixli, 05 saylı qərarı təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı “XXXX” Kəndli Fermer təsərrüfatının rəhbəri İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında 26.02.2003-cü il tarixdə bağlanmış 1,20 ha torpaq sahəsinin alğı-satqısına dair 02 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən Cavabdeh2 adına 1,20 ha torpaq sahəsinə dair 01.05.2003-cü il tarixdə verilmiş JN-638 KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında 0,40 ha torpaq sahəsinə dair 15.05.2003-cü il tarixdə Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş 4-ə-168 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət Yer quruluşu Layihə İnstitutu tərəfindən Cavabdeh3 adına verilmiş 21.07.2003-cü il tarixli, JN-0639 KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh4 arasında 0,81 ha torpaq sahəsinə dair 15.05.2003-cü il tarixdə Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən Cavabdeh4 adına verilmiş 21.07.2003-cü il tarixli, JN 0640 KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, hazırda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanunsuz sahibliyindən müvafiq olaraq 0,40 ha və 0,81 ha torpaq sahəsinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onun və digər şəxslərin müraciəti əsasında keçmiş Quba rayon N.Nərimanov adına sovxozun AİK-nın 14 iyun 1996-cı il tarixli qərarı ilə “XXXX” Kəndli Fermer təsərrüfatı yaradılıb. Yaradılmış KFT-nın fəaliyyəti üçün Quba rayon İcra Hakimiyyəti Başçısının 07.10.1997-ci il tarixli, 835 saylı sərəncamı ilə “XXXX” Kəndli Fermer təsərrüfatının mülkiyyətinə cəmi 101,76 ha torpaq sahəsi, o cümlədən kənd təsərrüfatına yararlı 65,70 ha torpaq sahəsi verilib. 27.03.1998-ci il tarixdə “XXXX” Kəndli Fermer təsərrüfatının adına onun da adı göstərilməklə kənd təsərrüfatı məhsulları istehsalı üçün 65,18 ha torpaq sahəsinə Quba rayon Torpaq Şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən torpaqdan daimi istifadə hüququna dair JN-161 seriyalı, KOD 30317018 saylı dövlət aktı verilib. Beləliklə, rəhbəri olduğu “XXXX” Kəndli Fermer təsərrüfatının qanuni istifadəsinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 65,18 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi tərəflərindən təyinatı üzrə istifadə edilib. 2018-ci ilin sonlarında ona məlum olub ki, qanuni istifadəsində olan 65,18 ha torpaq sahəsinin 1,21 ha torpaq sahəsi digər şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunub hasara alınıb. Məsələ ilə bağlı o, rəsmi ərizə ilə Quba RPŞ-nə müraciət edib və ərizəsi əsasında araşdırma aparılaraq müəyyən edilib ki, qanuni istifadəsində olan 1,21 ha torpaq sahəsini ilk əvvəl Cavabdeh2 Qəçrəş bələdiyyəsi ilə aralarında bağlanmış müqavilə əsasında alıb və öz adına dövlət aktı əldə edib, sonradan həmin torpaq sahəsinin 0,40 ha hissəsini cavabdeh Xalidə B axşəliyevaya, yerdə qalan 0,81 ha torpaq sahəsini isə digər Cavabdeh4 alğı-satqı yolu ilə özgəninkiləşdirmiş, sonuncular alğı-satqı müqavilələri əsasında öz adlarına dövlət aktları əldə etmişlər. Əldə olunmuş sənədlərdən müəyyən olunur ki, rəhbəri olduğu “XXXX” Kəndli Fermer təsərrüfatının qanuni istifadəsində olan 65,18 ha torpaq sahəsinin 1,20 ha torpaq sahəsi Qəçrəş bələdiyyəsi tərəfindən həmin bələdiyyə ilə Cavabdeh2 arasında bağlanmış 26.02.2003-cü il tarixli, 02 saylı alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmış, sonuncu həmin alğı-satqı müqaviləsinə əsasən 1,20 ha torpaq sahəsinə 01.05.2003-cü il tarixdə DT və XK-nın Quba rayon şöbəsindən JN-0638 seriyalı, KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı əldə etmişdir. Cavabdeh2 həmin 1,20 ha torpaq sahəsinin 0,40 ha hissəsini Quba şəhər Notariat Kontorunda 15.05.2003-cü il tarixdə təsdiq edilmiş 4-ə-168 reyestr nömrəli alğısatqı müqaviləsinə əsasən digər Cavabdeh3 satmış, sonuncu həmin alğı-satqı müqaviləsinə əsasən 0,40 ha torpaq sahəsinə 21.07.2003-cü il tarixdə DT və XK-nın Quba rayon şöbəsindən JN-0639 seriyalı, KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı əldə etmişdir. Cavabdeh2 1,20 ha torpaq sahəsinin 0,81 ha torpaq sahəsini alğı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satmış, sonuncu da həmin alğı-satqı müqaviləsinə əsasən 0,81 ha torpaq sahəsinə 21.07.2003-cü il tarixdə DT və XK-nın Quba rayon şöbəsindən JN-0640 seriyalı, KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı əldə etmişdir. “XXXX” Kəndli Fermer təsərrüfatının qanuni istifadəsində olan torpaq sahəsin in 1,20 ha hissəsinin Quba rayonu Qəçrəş bələdiyyəsi tərəfindən Cavabdeh2 satılması tamamilə qanunsuzdur, ona görə də, həmin müqavilə əsasında 1,20 ha torpaq sahəsinin 0,40 ha və 0,81 ha hissələrinə aid Cavabdeh2 ilə Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış alğı-satqı müqavilələri, həmin müqavilələr əsasında sonuncuların adına verilmiş dövlət aktları etibarsız hesab edilməlidir. Məhkəməyə aşağıdakı sənədlər təqdim edilmişdir: Torpaqdan daimi istifadəyə dair JN-161 seriyalı, 30317018 kodlu dövlət aktına əsasən Quba rayon İcra Hakimiyyəti Başçısının 07.10.1997-ci il tarixli, 835 saylı qərarına əsasən “XXXX” Kəndli Fermer təsərrüfatının (başçısı İddiaçı) daimi istifadəsinə Quba rayonu, Qəçrəş kəndi ərazisindən 65,18 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Qub a rayon İcra Hakimiyyəti başçısının 07.10.1997-ci il tarixli, 835 saylı sərəncamı ilə “XXXX” Kəndli Fermer təsərrüfatının mülkiyyətinə cəmi 101,76 ha torpaq sahəsi, o cümlədən kənd təsərrüfatına yararlı 65,76 ha torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-0638 seriyalı, 30317018 kodlu dövlət aktına əsasən Cavabdeh2 Quba rayonu Qəçrəş bələdiyyəsinin 26.02.2003-cü il tarixli, 02 saylı müqaviləsi ilə 1,20 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi satılmışdır. 15.05.2003-cü il tarixli torpaq alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,40 ha torpaq sahəsini Cavabdeh3 satmışdır. 15.05.2003-cü il tarixli torpaq alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,80 ha torpaq sahəsini Cavabdeh4 sa tmışdır. Torpağa mülkiyyət hüququna dair JN-0639 seriyalı, 30317018 kodlu nömrəli dövlət aktına əsasən Cavabdeh3 Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş 15.05.2003-cü il tarixli, 4-ə-168 saylı müqaviləyə əsasən 0,40 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi satılmışdır. Torpağa mülkiyyət hüququna dair JN-640 seriyalı, 30317018 kodlu dövlət aktına əsasən Cavabdeh4 Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş 15.05.2003-cü il tarixli, 4-169 saylı müqaviləyə əsasən 0,81 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi satılmışdır DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 06.12.2019-cu il tarixli, **********14 nömrəli məktubunda qeyd edilmişdir ki, Ərazi İdarəsində “XXXX” Kəndli Fermer təsərrüfatının adına olan JN-161 seriyalı, 30317018 kodlu “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı barədə heç bir məlumat aşkar edilməmişdir. Quba Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(027)-197/2020 saylı qətnaməsilə (hakim R.Həsənov) iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia edir ki, onun rəhbəri olduğu “XXXX” Kəndli Fermer təsərrüfatına Quba rayon İcra Hakimiyyəti başçısının 07.10.1997-ci il tarixli, 835 saylı qərarı ilə Quba rayonu, Qəçrəş kəndi ərazisindən 101,76 ha torpaq sahəsi, o cümlədən kənd təsərrüfatına yararlı 65,76 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 1,20 ha hissəsi Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmış və hazırda cavabdehlərin qeyri-qanuni istifadəsindədir. Lakin DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən bildirilmişdir ki, iddiaçının əsasla ndığı JN-161 seriyalı, KOD 30317018 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair dövlət” aktı barədə heç bir məlumat aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ olmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbini əsaslandırdığı hallar şəxsi fikir və fərziyyələrdən ibarət olmuş, torpaq sahəsinin onun və ya qeyd etdiyi təsərrüfatın mülkiyyətində olması sübuta yetirilməmiş, cavabdehlərin onun mülkiyyət hüquqlarını pozması öz təsdiqini tapmamışdır. Cavabdehlər hazırda onlara mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququndan istifadə edir. Onların bu hüquqlarından sui-istifadə etdiyi, digər şəxslərin h üquqlarını pozduğu məhkəmə iclasında müəyyən edilməmişdir. Bundan başqa cavabdehlərin torpaq sahəsini hansı formada alıb-almaması iddiaçı tərəfindən deyil, torpaq sahəsinin əvvəlki mülkiyyətçisi (bələdiyyə) ilə torpaq sahəsini alan şəxs arasında mübahisələndirilə bilərdi. Eyni zamanda iddiaçıda Quba Rayon İcra Hakimiyyəti başçısının qərarı ilə torpaq sahəsi ayrılması barədə sənədlərin surətləri olsa da, onların həqiqiliyi, həmin torpaq sahəsinin harada yerləşməsi, cavabdehlərin torpaq sahələri ilə üst-üstə düşməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Şəmsəddin Abasov - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Məmmədov) 18 sentyabr 2020-ci il tarixli, 2(105)-1867/2020 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə, “X4 və Ekspertiza Mərkəzi”nin mütəxəssislərinə həvalə edilmişdir. “X4 və Ekspertiza Mərkəzi” MMC-nin işdə olan 01 saylı, 19 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən JN-161 seriyalı, 30317018 kodlu torpaqdan daimi istifadə hüququna dair dövlət aktına əsasən “XXXX” Kəndli Fermer təsərrüfatının daimi istifadəsinə verilmiş torpaq sahəsi (mübahisələndirilən ərazidə yerləşən 0,85 ha torpaq sahəsi) naturada öz yerində deyil, lakin həmin fermer təsərrüfatına torpaq sahəsi ayrılması barədə ilkin torpaq ayrıma sxemində qeyd edilmiş hissə mübahisələndirilən ərazinin 0,8 hektarlıq hissəsinə uyğundur. Quba rayonu Qəçrəş bələdiyyəsinin 26.02.2003-cü il tarixli, 02 saylı müqaviləsinə əsasən Cavabdeh2 satılmış, torpağa mülkiyyət hüququna dair JN638 seriyalı, 30317018 kodlu dövlət aktı üzrə 1,20 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi öz yerinə (mübahisələndirilən əraziyə) uyğun yerləşmir. Ayrılmış torpaq sahəsi yaxınlıqdan keçən asfalt yolun üzərinə və yaxınlıqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus yaşayış evlərinin üzərinə düşür. Torpağa mülkiyyət hüququna dair JN-0639 seriyalı, 30317018 kodlu nömrəli dövlət aktına əsasən Cavabdeh3 məxsus 0,40 ha torpaq sahəsi, torpağa mülkiyyət hüququna dair JN-640 seriyalı, 30317018 kodlu dövlət aktına əsasən Cavabdeh4 məxsus 0,81 ha torpaq sahəsi naturada öz yerinə(mübahisələndirilən əraziyə) uyğun yerləşmir. Ayrılmı ş torpaq sahəsi yaxınlıqdan keçən asfalt yolun üzərinə və yaxınlıqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus yaşayış evlərinin üzərinə düşür. JN-161 seriyal, 30317018 kodlu dövlət aktına işlənməsinə əsas olmuş ilkin torpaq ayrıma sxeminə əsasən “XXXX” Kəndli Fermer təsərrüfatına ayrılmış 65,18 ha torpaq sahəsinin 0,85 hektarlıq hissəsinin 0,80 hektarı ilə, torpağa mülkiyyət hüququna dair JN-0638 seriyalı, 30317018 kodlu dövlət aktı üzrə Cavabdeh2 məxsus 1,20 ha torpaq sahəsi, o cümlədən sonradan onun tərəfindən satılmış, torpağa mülkiyyət hüququna dair JN-0639 seriyalı, 30317018 kodlu dövlət aktına əsasən X1 məxsus 0,40 ha torpaq sahəsi, torpağa mülkiyyət hüququna dair JN-640 seriyalı, 30317018 kodlu dövlət aktına əsasən Cavabdeh4 məxsus 0,81 ha torpaq sahəsinin 0,77 hektarı Mirzəyeva Xalid ə və Cavabdeh4 tərəfindən daş və metal hasarla əhatə olunmuş torpaq sahəsi ilə, 0,03 hektarı isə Cavabdeh2 tərəfindən hasarla əhatə olunmuş torpaq sahəsi ilə naturada üstüstə düşür. Həmin dövlət aktlarında qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi naturaya uyğun deyil. JN-161 seriyalı, 30317018 kodlu dövlət aktının işlənməsinə əsas olmuş ilkin torpaq ayrıma sxeminə əsasən “XXXX” Kəndli Fermer təsərrüfatına ayrılmış 65,18 ha torpaq sahəsinin 0,85 hektarlıq hissəsinin naturaya uyğun gələn 0,80 hektarılıq hissəsinin 0,77 hektarı cavabdehlər Mirzəyeva Xalidə və Cavabdeh4 tərəfindən (asfalt yol tərəfdən) daş və metal hasar inşa edilərək istifadə edilir, 0,03 hektarı isə Cavabdeh2 tərəfindən daş və metal hasar inşa edilərək istifadə edilir. Məhkəmə Ekspertiza Mərkəzinin iş mater iallarında olan 26 oktyabr 2020-ci il tarixli, 10/2706 saylı rəyinə əsasən “X4 və Ekspertiza Mərkəzi” MMC-nin 01 saylı, 19 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsi təkrarlanmışdır. Bununla belə qeyd edilmişdir ki, mülki iş materiallarında mübahisəli torpaq sahəsinə dair ərazinin baza məlumatları (kompleks yerquruluşu xəritələri, torpaq sahələrinin bölgü layihəsi) olmadığından ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır və göstərilən mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Şəmsəddin Abasov - sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 05 fevral 2021-ci il tarixli, 2(105)-191/20 21 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 ilə Cavabdeh2 arasında 26.02.2003-cü il tarixdə bağlanmış 1,20 ha torpaq sahəsinin alğı-satqısına dair 02 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən Cavabdeh2 adına 1,20 ha torpaq sahəsinə dair 01.05.2003-cü il tarixdə verilmiş JN-638 KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi barədə İddiaçı iddiasının rədd olunması hissəsində ləğv olunması, həmin hissədə işin icraatına xitam verilməsi, iddiaçı tərəfə eyni əsasla Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hazırkı iddianın qaldırılmasına əsas “XXXX” Kəndli Fermer təsərrüfatının daimi istifadəsinə verilmiş 65,18 ha torpaq sahəsinin 1,21 ha hissəsinin zəbt edilməsi olmuşdur. Belə ki, iddiaçı iddia edir ki, “XXXX” Kəndli Fermer təsərrüfatının qanuni istifadəsində olan 65,18 ha torpaq sahəsinin 1,20 ha hissəsi Qəçrəş bələdiyyəsi tərəfindən həmin bələdiyyə ilə Cavabdeh2 arasında bağlanmış 26.02.2003-cü il tarixli, 02 saylı alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmış, sonuncu həmin alğı-satqı müqaviləsinə əsasən 1,20 ha torpaq sahəsinə 01.05.2003-cü il tarixdə DT və XK-nın Quba rayon şöbəsindən JN-0638 seriyalı, KOD 30317018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əldə etmişdir. Bununla da, İddiaçı digər tələbləri ilə yanaşı, Cavabdeh1nə qarşı da Quba Rayon Məhkəməsində iddia qaldırmış, həmin bələdiyyə ilə Cavabdeh2 arasında 26.02.2003-cü il tarixdə bağlanmış 1,20 ha torpaq sahəsinin alğı-satqısına dair 02 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir, halbuki yuxarıda qeyd edilən prosessual normanın tələbinə əsasən mübahisənin bu hissəsinin həlli ümumi məhkəməyə deyil, inzibati məhkəməyə aiddir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi səhvən ərizəni bu hissədə icraatına qəbul etmiş və işə bu hissədə mahiyyəti üzrə baxmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Şəmsəddin Abasov - sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 26 fevral 2021-ci il tarixli, 2(105)-191/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(027)197/2020 saylı qətnaməsinin Cavabdeh2 ilə Cavabdeh3 arasında 0,40 ha torpaq sahəsinə dair 15.05.2003-cü il tarixdə Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş 4-ə-168 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən Cavabdeh3 adına verilmiş 21.07.2003-cü il tarixli, JN-0639 KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh4 arasında 0,81 ha torpaq sahəsinə dair 15.05.2003-cü il tarixdə Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Döv lət Yerquruluşu Layihə İnstitutu tərəfindən Cavabdeh4 adına verilmiş 21.07.2003-cü il tarixli, JN 0640 KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, hazırda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanunsuz sahibliyindən müvafiq olaraq 0,40 ha və 0,81 ha torpaq sahəsinin alınaraq ona qaytarılması barədə “XXXX” Kəndli Fermer təsərrüfatının rəhbəri İddiaçı iddiasının rədd olunması hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə qəbul olunub iddianın rədd edilməsi, İddiaçı iddia ərizəsinin verilməsi üçün ödədiyi 30,40 manat və apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 15,40 manat dövlət rüsumunun onun özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul “XXXX” Kəndli Fermer təsərrüfatının rəhbəri İddiaçı tutularaq Azərbaycan Respublikası Ə dliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(105)-191/2021 saylı qərardadı ilə, birinci instansiya məhkəməsinin qətnaməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında 26.02.2003-cü il tarixdə bağlanmış 1,20 ha torpaq sahəsinin alğı-satqısına dair 02 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən Cavabdeh2 adına 1,20 ha torpaq sahəsinə dair 01.05.2003-cü il tarixdə verilmiş JN-638 KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi barədə İddiaçı iddiasının rədd olunması hissəsində ləğv olunmuş, həmin hissədə işin icraatına xitam verilmiş, iddiaçı tərəfə eyni əsasla Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Başqa sözlə, qeyd edilən hüquqmüəyyənedici sənədlər hazırda qüvvədədir və belə olan halda, həmin sənədlər əsasında aparılmış alqı-satqı müqavilələrinin və verilmiş dövlət aktlarının mübahisələndirilməsindən, həmçinin hazırda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 sahibliyindən müvafiq olaraq 0,40 ha və 0,81 ha torpaq sahəsinin qaytarılmasından söhbət gedə bilməz. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etiraz ın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iş üzrə verilmiş ekspert rəyindən görünür ki, mübahisə tərəflərinin faktiki istifadə etdikləri torpaq sahələri ilə onların hüquq müəyyənedici sənədlərində göstərilmiş koordinatlar arasında uyğunsuzluq vardır. Ekspert rəyi tam deyil, əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Bu səbəbdən də məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul etməyərək yuxarıda qeyd edilən səbəblərdən hazırda yeni ekspertiza keçirilməsinə zərurət görməmişdir. İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(105)-191/2021 saylı qərardadının ləğv edilərək yerində mülki işin mahiyyəti üzrə baxılm ası üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Ali Məhkəmənin Mülki kollegiyasının (hakimlər: Mehparə Əhmədova - sədrlik edən və məruzəçi, Ələsgər Əliyev, İsmayıl Xəlilov) 2(102)-3393/2021 nömrəli iş üzrə 25 may 2021ci il qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05.02.2021-ci il tarixli, 2(105)-191/2021 nömrəli qərardadı ləğv edilmiş və mülki işin icraata xitam verildiyi hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərar alınmışdır. Məhkəmə qeyd etmişdir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəm əsi Plenumunun 10.04.2015-ci il tarixli, 4 nömrəli Qərarının 6.2-ci bəndinə əsasən, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələ mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında baxılır. İş yeni apellyasiya baxışına göndərilmiş, bundan sonra mülki iş iddiaçının apellyasiya instansiyası məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinə baxılması üçün kassasiya məhkəməsinə göndərilmişdir. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsin i xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məl umat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin 05.02.2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 ilə Cavabdeh2 arasında 26.02.2003-cü il tarixdə bağlanmış 1,20 ha torpaq sahəsinin alğı-satqısına dair 02 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən Cavabdeh2 adına 1,20 ha torpaq sahəsinə dair 01.05.2003-cü il tarixdə verilmiş JN-638 KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi barədə İddiaçı iddiasının rədd olunması hissəsində ləğv olunması, həmin hissədə işin icraatına xitam verilməsi, iddiaçı tərəfə eyni əsaslarla Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Həmin qərardaddan iddiaçının verdiyi kassasiya şikayətinə kassasiya məhkəməsi tərəfindən baxılmış və məhkəmənin 25 may 2021-ci il qərarı ilə kasasiya şikayəti qismən təmin olunmaqla apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilmiş və mülki işin icraata xitam verildiyi hissədə yenidən baxılması üçün a pelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Lakin iş yeni apellyasiya baxışına qaytarıldıqdan sonra iddia tələbinin kassasiya məhkəməsi tərəfindən ləğv edilən hissəsinə baxılmamış, mülki iş apellyasiya instansiyası məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün kassasiya məhkəməsinə göndərilmişdir. Hazırda iddiaçının mübahisələndirdiyi qətnamə qəbul edilərkən isə məhkəmə özünün 05 fevral 2021-ci il tarixli qərardadına istinad etmiş, həmin qərardadla isə, birinci instansiya məhkəməsinin qətnaməsinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında 26.02.2003-cü il tarixdə bağlanmış 1,20 ha torpaq sahəsinin alğı-satqısına dair 02 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Qu ba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən Cavabdeh2 adına 1,20 ha torpaq sahəsinə dair 01.05.2003-cü il tarixdə verilmiş JN-638 KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi barədə İddiaçı iddiasının rədd olunması hissəsində ləğv olunaraq həmin hissədə iş üzrə icraata xitam verilməsini və beləliklə də, qeyd edilən hüquqmüəyyənedici sənədlərin hazırda qüvvədə olmasını göstərmişdir. Lakin qeyd edildiyi kimi məhkəmənin istinad etdiyi 05 fevral 2021-ci il tarixli qərardadı kassasiya məhkəməsinin qərarı ilə ləğv edilərək mülki iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Ona görə də, hüquqi müəyyənlik və prosessual qənaət prinsiplərinin də tələbləri nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edi lməli və mülki iş iddia tələbinə bütövlükdə baxılıb qiymət verilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli Qərarında ifadə edimiş hüquqi mövqeyə görə, “...Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır”. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə isə, “...prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldı rılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolunu oynayır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kolleg iyasının 2(105)-191/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6497/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6497/2021
13.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver