Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1123/2022 28.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X11, iddiaçılar İddiaçı2, İddiaçı3, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Quba rayonu Alekseyevka bələdiyyəsinin sədri X20 iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(027)-184/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Quba rayonu Alekseyevka bələdiyyəsinin apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(027)-184/2022 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Məmmədov) iddiaçılar İddiaçı1 Əlibala qızının, İddiaçı2 və İddiaçı3 cavabdehlər Quba rayonu Alekseyevka bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba regional “ASAN xidmət" Mərkəzində notariat ofisinə qarşı torpaq hərracının və ya müsabiqəsinin nəticələrinin etibarsız hesab edilməsi və istifadədə olan torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X27 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticəsi barədə 17 iyun 2021-ci il tarixli iclasının 14/04 saylı protokolunun, Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 2,78 ha torpaq sahəsinin X15 49 il müddətinə icarəyə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 7,M 12723 nömrəli şəhadətnaməsinin, Cavabdeh4ndə bağlanmış xx.xx.2021-ci il tarixli reyestrdə 3M-48 nömrə ilə qeyd edilmiş icarə müqaviləsinin, Quba rayonu Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 2,78 ha torpaq sahəsinə dair verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 saylı, xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi və Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 1,5 ha torpaq sahəsinin X12 istifadəsindən alınıb iddiaçılar X8, İddiaçı2 və İddiaçı3 istifadəsinə verilməsi qət edilmiş, cavabdehlər Cavabdeh2 və Quba rayonu Alekseyevka bələdiyyəsi qətnamədən apellyasiya şikayətləri vermişlər. İ Ş İ N H A L L A R İ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 Əlibala qızı, İddiaçı2 və İddiaçı3 iddia ilə məhkəməyə müraciət edərək torpaq sahəsinin Cavabdeh2 49 il müddətinə icarəyə verilməsi barədə Hərracların Təşkili üzrə X27 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2021-ci il tarixli iclasının 14/04 saylı protokolunun, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin verdiyi AM 12723 nömrəli şəhadətnamənin, Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanılmış xx.xx.2021-ci il tarixli reyestrdə 3M-487 sayla qeyd edilmiş icarə müqaviləsinin, həmin torpaq sahəsinə dair verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 saylı çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin Cavabdeh2 istifadəsindən alınaraq onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 oğlu X13 1993-cü ildə Kəlbəcər-Laçın istiqamətində gedən döyüşlərdə itkin düşmüş, Quba Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-201 nömrəli qətnaməsinə əsasən ölmüş elan edilmiş, bundan sonra oğluna şəhidlik statusu verilmişdir. 2004-cü il tarixdə cənab Prezidentin sərəncamlarına əsasən Quba rayonu, Qəcər-Zeyid bələdiyyəsinin balansında olan bağ sahəsindən bir hektar bağ sahəsi bir şəhid anası kimi onun istifadəsinə verilmiş və o, oğlu İddiaçı2la birlikdə 2021-ci ilədək həmin bağda işləyib bağa dair vergiləri ödəmişlər. Şəhid olan oğluna görə dövlət tərəfindən ayrılmış pensiyanı xərcləyərək bağı dirçəltmişlər. Dəfələrlə həmin bağ sahəsini öz adına rəsmiləşdirmək istəsə də, Quba rayonu Alekseyevka bələdiyyəsi (Quba rayonu Qəcər-Zeyid bələdiyyəsi Alekseyevka bələdiyyəsinə birləşdirilmişdir) və yerli icra nümayəndəsi onlara narahat olmamağı, bu torpaq sahəsinin onlara məxsus olduğunu, bir şəhid ailəsi olduğu üçün heç kimin bu torpaq sahəsini onlardan geri almayacağını bildirmiş, illər ərzində onları müxtəlif bəhanələrlə yubatmış, torpaq sahəsini hər hansı bir formada onlara verməmişlər. Bir ay əvvəl bələdiyyə və yerli icra nümayəndəliyi tərəfindən onlara bir daha həmin bağa gəlməməyi bildirilmişdir. Səylərinə baxmayaraq onlara bunun səbəbi barədə məlumat verilməmişdir. Onlar istifadə etdikləri torpaq sahəsinin hərrac vasitəsilə başqa şəxsə satıldığını öyrənmişlər. İddiaçı3 Quba rayonu, Qəcər-Zeyid kəndində yaşayır, Birinci Qarabağ müharibəsində iştirak edərək yaralanmış və İİ qrup Qarabağ əlilidir. Ona da həmin bağdan istifadə etməyi bildirilmiş, lakin müxtəlif bəhanələrlə həmin bağ sahəsini də eyni qaydada onun adına rəsmiləşdirməkdən imtina edilmişdir. İddiaçı3 həmin bağ sahəsinə dair Qəcər-Zeyid bələdiyyəsinin hesabına icarə haqqı ödəmişdir. O, uzun illər istifadə etdiyi torpaq sahəsinin kimin tərəfindən istifadə edildiyini öyrənərkən məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsinə dair Quba rayonu Alekseyevka bələdiyyəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, bundan sonra həmin torpaq sahəsini hərraca çıxarmışdır. Hərracların Təşkili üzrə X27 Ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracın nəticələri barədə xx.xx.2021-ci il tarixli iclasının 14/01 saylı protokoluna əsasən onların istifadə etdikləri torpaq sahəsinin icarəyə verilməsi barədə hərrac keçirilmiş, guya hərracda Cavabdeh2 Zəkir oğlu ilə X29 iştirak etmişlər. Halbuki hərracın təşkili və keçirilməsi barədə onlara heç bir məlumat verilməmişdir. Qanuna əsasən hərrac keçirilərkən ilk növbədə onun istifadəçilərinə və güzəşt kateqoriyasına məxsus şəxslərə üstünlük verilir. Bundan sonra Cavabdeh2 Zəkir oğluna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 12723 saylı şəhadətnamə verilmiş, həmin şəhadətnamədə torpaq sahəsinin 417 manata 49 il müddətinə icarəyə verilməsi qeyd edilmiş, Quba rayonu Alekseyevka bələdiyyəsi ilə Cavabdeh2 Zəkir oğlu arasında Quba Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində 3M-487 saylı, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmış və Cavabdeh2 həmin torpaq sahəsinin xx.xx.2070-ci ilədək icarəyə verilməsi barədə (yüklülük edilməsi) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 saylı çıxarış verilmişdir. Onların istifadə etdikləri torpaq sahəsi hərraca çıxarılmamışdan əvvəl onlara bildiriş verilməli olduğu halda, bildiriş verilməmişdir. Bələdiyyənin hərraca çıxardığı torpaq sahəsi heç kəsin hüququ və ya əmlak marağı ilə yüklü, habelə mübahisəli olmayan torpaq sahəsi olmalıdır. Lakin hazırki vəziyyətdə həmin hərrac onların faktiki olaraq istifadə etdikləri torpaq sahəsi ilə bağlı keçirilmişdir. Konkret halda isə bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsinin hərraca təqdim edilməsi və torpaq hərrac və müsabiqə komissiyası tərəfindən həmin torpaq sahəsi ilə bağlı açıq hərracın keçirilməsi aşkar surətdə formal xarakter daşımış, torpaq sahəsinin konkret maraqlı şəxsin (X2) adına sənədləşdirilməsinə xidmət etmişdir. Hərrac açıq olsa da, həmin hərracın keçirilməsinin vaxtı, yeri, onun predmeti və keçirilmə qaydası barədə hər hansı KİV-də elan və ya bildiriş verilməmişdir. Bununla da hərracın təşkili və keçirilməsi qaydaları pozulmuşdur. Bundan başqa, hərraca çıxarılan torpaq sahəsinin hərracda ilkin qiymətinin müəyyən faizi hərracda iştirak edənlər tərəfindən hərrac başlanana qədər, yəni hərracda iştirak etmək hüququnu əldə etmək üçün ödənilməlidir. Bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsinin hərraca təqdim edilməsi və torpaq hərrac və müsabiqə komissiyası tərəfindən həmin torpaq sahəsi ilə bağlı açıq hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Digər tərəfdən isə həmin hərracın həqiqətən də keçirildiyi şübhə doğurur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 Əlibala qızı, İddiaçı2 və İddiaçı3 mübahisələndirdikləri Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı 2,78 ha torpaq sahəsinə dair keçirilmiş torpaq hərracının və onun nəticələrinin etibarsız hesab edilməklə torpaq sahəsinin geri qaytarılması tələbini irəli sürmüşlər. Halbuki, həmin torpaq sahəsinin iddiaçıların nəinki qanuni, heç faktiki istifadələrində olması barədə hər hansı sübut mövcud deyildir. Qeyd olunan torpaq sahəsi istifadəsiz torpaq sahəsi kimi Quba rayonu Alekseyevka bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun şəkildə torpaq hərracına çıxarılmış və həmin hərracda iştirak edərək qalıb gəldiyindən, onunla bələdiyyə arasında torpaq sahəsinin icarəyə verilməsinə dair müvafiq müqavilə bağlanmışdır. Lakin məhkəmə tərəfindən işdə olan sübutlar nəzərə alınmamış, tərəflərin münasibətləri üzrə yanlış nəticəyə gəlinmiş, torpaqdan istifadənin qanuniliyi ilə bağlı məsələlər araşdırılmamışdır. Məhkəmə iddiaçıların torpaq sahəsindən guya istifadə etmələrini müəyyən etsə də, həmin istifadəni sübuta yetirən hər hansı fakt olmadığı və iddiaçıların torpaq üzərində hər hansı hüquqları yaranmadığı və qeydiyyatdan keçmədiyi halda, məhkəmə iddiaçıların tələblərinin təmin edilməsinə dair əsassız nəticəyə gəlmişdir. Cavabdeh2 apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən, iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsi və iddiaçıların iddia tələblərinin tam olaraq rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Quba rayonu Alekseyevka bələdiyyəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba rayonu Alekseyevka bələdiyyəsi 2020-ci ilin fevral ayında ərazisində olan Quba rayonu, Qəcər-Zeyid kəndində yerləşən bələdiyyənin ehtiyat fonduna aid boş qalmış, icarəyə verilməli olan 5,78 ha torpaq sahəsinin ölçülməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz ərazi şöbəsinə müraciət etmiş, bundan sonra həmin ərazi şöbəsi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə torpaq sahəsinin müsabiqə və hərraca çıxarılması yolu ilə icarəyə verilməsi məsələsinə baxıla bilməsi barədə 08 fevral 2020-ci il tarixli rəy verilmiş, "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsi tərəfindən 01 iyun 2020-ci il tarixli Yer seçmə aktı ilə icarəyə verilməsi nəzərdə tutulan 5,78 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinantları müəyyənləşdirilmiş, ayrılan torpaq sahəsinin kadastr göstəriciləri tərtib olunmuş, həmin cədvəldə ayrılan torpaq sahəsinin Alekseyevka bələdiyyəsinin mülkiyyətinə aid olmaqla Qacar-Zeyid kəndi ərazisində yerləşməsi, mühafizə və sürüşmə zonasına aid olmaması, ayrılan torpaq sahəsinin hasarlanmaması, döngə nöqtələrinin mərzlənməməsi, daxilində tikinti işlərinin aparılmaması, kommunikasıya xətlərinin mövcud olmaması, faktiki olaraq çoxillik əkmə kimi istifadə olunması, ayrılan torpaq sahəsində baxımsız qalmış qoca meyvə ağaclarının mövcud olması qeyd edilmişdir. Daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Xaçmaz Ərazi şöbəsinin baş məsləhətçisi, DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi və Alekseyevka bələdiyyəsinin iştirakı ilə torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən 29 iyun 2020-ci il tarixli baxış aktı tərtib edilmiş, həmin baxış aktında torpaq sahəsinin istifadə olunmadığı qeyd edilmiş, bundan sonra həmin torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə verilməsi məqsədilə sənədləşmə prosedurunun başlanılması üçün Quba rayonu Alekseyevka bələdiyyəsi 30 iyun 2020-ci il tarixli, 08 saylı iclas protokolu qəbul olunmuş, həmin torpaq sahəsinə bələdiyyənin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********24 reyestr nömrəli çıxarış işlənilmişdir. Bundan sonra Quba rayonu Alekseyevka bələdiyyəsinin 29 mart 2021-ci il tarixli, 3 saylı iclas protokolundan çıxarışa əsasən Alekseyevka bələdiyyəsinin mülkiyyətinə aid digər torpaq sahələri ilə yanaşı, 5,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi məqsədilə müvafiq sənədlərin Hərracların Təşkili və Auksion Mərkəzinə göndərilməsi qərara alınmış, sənədlər bələdiyyə torpaqlarının icarəyə verilməsi haqqında qanunvericiliyə uyğun olaraq göndərilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hərracların təşkili barədə rəsmi informasiya yayıcısı olan “Auksion.gov.az” saytında 16 may 2021-ci il tarixdə Quba rayonu Alekseyevka bələdiyyəsinə məxsus 2,78 ha torpaq sahəsinin hərraca çıxarıldığı, həmin hərracın 17 iyun 2021-ci il tarixdə keçirilməsi bildirilmişdir. Bundan sonra Hərracların Təşkili üzrə X27 ərazi torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqə və hərracının nəticələri barədə 17 iyun 2021-ci il tarixli, 14/04 nömrəli protokoluna əsasən Quba rayonu Alekseyevka bələdiyyəsinə məxsus 2,78 ha torpaq sahəsinə hərracda ən yüksək qiyməti 417 manat olmaqla Cavabdeh2 təklif etmiş, həmin torpaq sahəsi 49 il müddətinə Cavabdeh2 icarəyə verilmiş, Cavabdeh2 ilə Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisində icarə müqaviləsi bağlanılmışdır. Bütün bunlardan sonra ünvan 1 ünvanında yaşayan X1 rayonu Alekseyevka bələdiyyəsi ərazisində torpaq sahəsinin icarəyə verilməsinə kömək göstərilməsi barədə ərizə ilə bələdiyyəyə müraciət etmiş, həmin ərizə poçt vasitəsilə 30 iyun 2021-ci il tarixdə göndərilmiş, 01 iyul 2021-ci il tarixdə qeydiyyatdan keçmiş, bələdiyyənin 01 iyul 2021-ci il tarixli, 337 nömrəli məktubuna əsasən bələdiyyənin ehtiyat fondunda olan 4,32 ha torpaq sahəsinin hazırda hərraca çıxarıldığı və həmin hərracda iştirak etməsi tövsiyyə olunmuşdur. Lakin İddiaçı1 Əlibala qızı, İddiaçı2 və İddiaçı3 bələdiyyə və digər şəxslərə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə işi hərtərəfli, tam araşdırmamış, sübutlara qiymət verməmiş, əsassız olaraq iddianı təmin etmişdir. Halbuki, iddiaçıların iddia qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Ona görə ki, həmin torpaq sahəsi Quba rayonu Alekseyevka bələdiyyəsinin mülkiyyətində olmuş, bu torpaq sahəsi heç vaxt iddiaçılara icarəyə verilməmişdir. Əgər iddiaçılar həmin torpaq sahəsinin onlara verilməsini iddia edirlərsə, bunu sübut etməlidirlər. Lakin məhkəməyə heç bir sübut təqdim etməmişlər. İddiaçılar guya bu torpaq sahəsi ilə bağlı ödənişlər etmələrini bildirsələr də, məhkəməyə təqdim edilmiş, 2005-ci ilə aid qəbzdə hansı torpaq sahəsi ilə əlaqədar ödəniş edilməsi ilə bağlı heç bir məlumat yoxdur. 2005-ci ildən sonra isə ödənişlə bağlı heç bir qəbz yoxdur. Bundan başqa, iddiaçılar iddia ərizəsində guya torpaq sahəsinin onlara icarəyə verilməsi barədə dəfələrlə bələdiyyəyə müraciət etmələrini bildirsələr də, bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmiş, ümumiyyətlə, 30 iyun 2021-ci il tarixinə kimi torpaq sahəsinin hərracda icarəyə verilməsini eşidənə kimi müraciət etməmişlər. İddiaçılar bu torpaq sahəsindən, ümumiyyətlə, istifadə etməmişlər. Apellyasiya şikayətinə əlavə edilmiş həmin torpaq sahəsinə bələdiyyənin adına çıxarış alınması ilə bağlı müvafiq sənədləşmə işlərinin aparılması zamanı tərtib edilmiş "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsi tərəfindən 01 iyun 2020-ci il tarixli Yer seçmə aktında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Xaçmaz Ərazi Şöbəsinin baş məsləhətçisi, DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi və Alekseyevka bələdiyyəsinin iştirakı ilə torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən 29 iyun 2020-ci il tarixli baxış aktında da həmin torpaq sahəsinin boş, baxımsız bir sahə olduğu öz təsdiqini tapmışdır. Əgər iddiaçıların dediyi kimi torpaq sahəsi onların istifadəsində olsaydı, bu zaman həmin bu aktlarda bu faktlar öz təsdiqini tapardı. Bundan əlavə, Alekseyevka bələdiyyəsi iddia olunan torpaq sahəsini qanunvericiliyə uyğun olaraq hərraca çıxarmış və hərrac barədə də qanunvericiliyə uyğun məlumat verilmiş, Cavabdeh2 qanunvericiliyə uyğun torpaq sahəsini hərracda ən yüksək qiymət təklif edərək icarəyə almışdır. İddiaçılar həmin torpaq sahəsini icarəyə almaq istəyirdilərsə, hərracda iştirak edərək qalib olardılar. Göründüyü kimi, heç bir əsas və iddia qaldırmaq üçün subyektiv hüquqları olmadan iddiaçılar məhkəməyə iddia ilə müraciət etmiş, məhkəmə isə qətnaməni əsaslandırmadan iddianı təmin etmişdir. Cavabdeh Quba rayonu Alekseyevka bələdiyyəsi apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 özünün apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi Vəkil da məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh Quba rayonu Alekseyevka bələdiyyəsinin sədri X31 bələdiyyənin apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçılar İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı1 Əlibala qızı, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba regional “ASAN Xidmət" mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdehlər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində ləğv edilməli, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia bu hissələrdə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2-201/1999 saylı, xx.xx.1999-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X4 1993-cü ildə Laçın-Kəlbəcər istiqamətində gedən döyüşlərdə xəbərsiz itkin düşdüyündən və qətnamə çıxarılan günədək tapılmadığından ölmüş elan edilmişdir. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X13 xx.xx.1974-cü il tarixdə Quba şəhərində anadan olmuşdur, atası X7, anası İddiaçı1 Əlibala qızıdır. İş materiallarında olan Quba rayonu Qacarzeyid bələdiyyəsinin xx.xx.2005-ci il tarixli əhalidən vergilərin qəbulu üçün qəbzinin surətindən görünür ki, bağ icarəsi üçün İddiaçı2 tərəfindən 140 manat ödəniş etmişdir. İş materiallarında olan Qacarzeyid Bələdiyyəsinin 17 may 2005-ci il və xx.xx.2006-cı il tarixli əhalidən vergilərin qəbulu üçün qəbzlərinin surətlərindən görünür ki, İddiaçı3 bağ icarəsi üçün 400.000 və 120 manat ödəniş etmişdir. İş materiallarında olan Hərracların Təşkili üzrə X27 ərazi torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqə və hərracının nəticələri barədə 17 iyun 2021-ci il tarixli, 14/04 saylı qərarının surətindən görünür ki, Quba rayonu Alekseyevka bələdiyyəsinə məxsus 2,78 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə keçirilən hərracda Cavabdeh2 Zəkir oğlu ilə X29 iştirak etmiş, hərrac baş tutmaqla 417 manat ən yüksək qiymət təklif etmiş Cavabdeh2 hərracın qalibi hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 18 iyun 2021-ci il tarixli, 12723 nömrəli şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh2 Quba rayonu, Alekseyevka bələdiyyəsinin mülkiyyətində olan 2,78 ha olan torpaq sahəsinə dair Hərracların Təşkili üzrə X27 ərazi torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 17 iyun 2021-ci il tarixdə keçirilən hərracın qalibidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Qəcər-Zeyid kəndində yerləşən 5,78 ha torpaq sahəsi Quba rayonu Alekseyevka bələdiyyəsinin adına mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 313 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Qəcər-Zeyid kəndində yerləşən 2,78 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixindən xx.xx.2070-ci il tarixinədək xx.xx.2021-ci il tarixli, 3M-487 reyestr nömrəli icarə müqaviləsinə əsasən Cavabdeh2 adına xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 327 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Quba rayonu Alekseyevka bələdiyyəsinin 10 saylı, 17 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, mübahisəli torpaq sahəsi Qəcər-Zeyid və İqriq bələdiyyələri 2014-cü ildə Alekseyevka bələdiyyəsinə birləşdirildikdən sonra heç kəsin icarəsinə və ya istifadəsinə verilməmiş, torpaq sahəsi baxımsız olduğundan bağ tamamilə quruyaraq yararsız vəziyyətə düşmüşdür. İş materiallarına əlavə olumuş Quba rayonu Alekseyevka bələdiyyəsinin 48 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Quba rayonu Alekseyevka bələdiyyəsinin mülkiyyətinə məxsus kənd təsərrüfatı təyinatlı, bələdiyyənin ehtiyat fondu torpaqlarına aid 2,78 ha uzun illər istifadəsiz torpaq sahəsi bələdiyyənin xx.xx.2021-ci il tarixli, 03 saylı qərarı ilə fiziki və hüquqi şəxslərin icarəsinə verilməsi üçün ƏMDK yanında Hərracların Təşkili və X27 Ərazi Komissiyasına müraciət olunaraq hərraca çıxarılmışdır. Bununla bağlı “Emdk.gov.az” saytında xx.xx.2021-ci il tarixdə elanlar verilmiş və 17 iyun 2021-ci il tarixdə keçirilən hərracın nəticələrinə görə qalib gəlmiş X17 Hərrac Komissiyasının xx.xx.2021-ci il tarixli, 14/01 saylı protokolu ilə 12723 nömrəli şəhadətnamə verilmişdir. Bu şəhadətnaməyə əsasən Alekseyevka bələdiyyəsi ilə Mais İskəndərov arasında xx.xx.2021ci il tarixdə notarial qaydada icarə müqaviləsi bağlanmışdır. Alekseyevka bələdiyyəsinin mülkiyyətinə məxsus Qəcər-Zeyid kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı 2,78 ha torpağın tərkib hissəsi olan 1,5 ha torpaq sahəsi üzərində X9, İddiaçı2 və İddiaçı3 ilə Alekseyevka bələdiyyəsi arasında istifadəyə və ya icarəyə dair heç bir müqavilə bağlanılmamışdır. X10 və Ərzumanov X5 bələdiyyəsinin inzibati ərazisində qeydiyyatda deyildirlər və yaşamırlar. İddiaçı3 sözügedən ərazi istisna olmaqla, Qəcər- Zeyid kəndinin tamamilə fərqli ərazisində bələdiyyəyə məxsus 0,80 ha torpaq sahəsindən 20 ildən yuxarıdır heç bir vergi ödəmədən və heç bir müqavilə olmadan istifadə edir. Hər üç iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixədək torpaq sahəsi ayrılması barədə heç bir müraciət olmamışdır. Yalnız İddiaçı2 xx.xx.2021-ci il tarixdə ona torpaq sahəsinin icarəyə verilməsi barədə ərizə ilə müraciət etmiş və ona həm şifahi, həm də rəsmi məktubla qanunvericilik izah olunaraq hərrac komissiyasına müraciət etməsi tövsiyyə olunmuş, əlavə olaraq bələdiyyənin 4,23 ha torpaq sahəsinin hazırda hərraca çıxarılması nəzərinə çatdırılmasına baxmayaraq xx.xx.2021-ci il tarixdə keçirilən hərracda iştirak etməmişdir. İş materiallarına əlavə olumuş Quba rayonu “BƏRƏKƏT” X6 Quba rayon Alekseyevka bələdiyyəsinə ünvanladığı 01 saylı, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Quba rayonu Qəcər-Zeyid kəndi ərazisində Alekseyevka bələdiyyəsinin mülkiyyətində olan 2,78 ha bağ sahəsi uzun illərdir istifadəsiz vəziyyətdə olduğundan həmin torpaq sahəsinin suvarılması ilə bağlı X14 ilə heç bir hüquqi və ya fiziki şəxs arasında müqavilə bağlanmamışdır və torpaq sahəsi suvarılmamışdır. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı1 Əlibala qızı, İddiaçı2 və İddiaçı3 iddia tələbləri Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 2,78 ha torpaq sahəsinin Cavabdeh2 49 il müddətinə icarəyə verilməsi barədə Hərracların Təşkili üzrə X27 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2021-ci il tarixli iclasının 14/04 saylı protokolunun, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin verdiyi AM 12723 nömrəli şəhadətnamənin, Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli reyestrdə 3M-487 sayla qeyd edilmiş icarə müqaviləsinin, həmin torpaq sahəsinə dair verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 saylı çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin Cavabdeh2 istifadəsindən alınaraq onlara qaytarılması barədədir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin Məcəllənin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq icarəsi haqqında” qanunun 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin qanunun 10-cu maddəsinə görə Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir. Torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunur. Torpaq müsabiqəsində və ya hərracında qalib gəlmiş hüquqi və ya fiziki şəxs icarəyəverənlə icarə müqaviləsi bağlayır. İcarə müqaviləsi torpaq müsabiqəsinin və ya hərracının şərtləri əsasında tərtib olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6-cı maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Həmin qanunun 11-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. “Torpaq bazarı haqqında” qanunun 8-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsi ilə alınıb satıla bilər. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın 14-cü bəndinə əsasən hərraca çıxarılan torpaq sahəsinə dair mülkiyyət və ya icarə hüquqlarına (bundan sonra - hərrac predmetinə) daha çox alqı-satqı qiyməti və ya icarə haqqı (bundan sonra - qiymət) verən fiziki və ya hüquqi şəxs hərracın qalibi hesab olunur. Həmin Qaydaların 18-ci bəndinə görə dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X3 Təşkili üzrə Dövlət Agentliyi arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Azərbaycan Respublikası MM-nin 414-cü maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Həmin Məcəllənin 415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı1 Əlibala qızı, İddiaçı2 və İddiaçı3 iddia tələblərini 2004-cü il tarixdən Quba rayonu Qəcər-Zeyid bələdiyyəsinin mülkiyyətində olan bağ sahəsinin bir hektar bağ sahəsinin onların istifadəsinə verilməsi, 2021-ci ilədək həmin bağda işləyib bağ sahəsinə dair Qəcər-Zeyid bələdiyyəsinin hesabına icarə haqqı ödəmələri, hərracın təşkili və keçirilməsi barədə onlara heç bir məlumat verilməməsi, hərracın keçirilməsinin vaxtı, yeri, onun predmeti və keçirilmə qaydası barədə hər hansı KİV-də elan və ya bildiriş verilməməsi və hərracın keçirilməsinin formal xarakter daşıması ilə əsaslandırmışlar. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddiaçılar tərəfindən Quba rayonu Qəcər-Zeyid bələdiyyəsinin balansında olan bağ sahəsindən istifadə edilməsinə və həmin bağ sahəsinə vergiləri ödəmələrinə, həmin torpaq sahəsinin Quba rayonu Alekseyevka bələdiyyəsi tərəfindən iddiaçılara rəsmi məlumat verilmədən 2021-ci il tarixdə hərraca çıxarılmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıların qanuni istifadəsində olmasına dair iş materiallarında hər hansı bir sənəd yoxdur. İş materiallarında olan Quba rayonu Qacarzeyid Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 may 2005-ci il və xx.xx.2006-cı il tarixli qəbzlərindən İddiaçı2 və İddiaçı3 tərəfindən bağ icarəsi üçün ödənişlərin hansı torpaq sahəsinə aid olması və hansı icarə müqaviləsi əsasında ödənilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyasının iclasında da iddiaçılar onlarla nə Quba rayonu Qacarzeyid bələdiyyəsi, nə də Quba rayonu Alekseyevka bələdiyyəsi arasında rəsmi icarə müqaviləsinin bağlanmadığını göstərmişlər. Digər tərəfdən, Quba rayonu Alekseyevka bələdiyyəsinin 48 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı3 Qəcər-Zeyid kəndinin tamamilə fərqli ərazisində bələdiyyəyə məxsus 0,80 ha torpaq sahəsindən 20 ildən yuxarıdır heç bir vergi ödəmədən və heç bir müqavilə olmadan istifadə edir. Bu halı məhkəmə kollegiyasının iclasında İddiaçı3 da etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Xaçmaz Ərazi şöbəsinin, DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin və Alekseyevka bələdiyyəsinin nümayəndələrinin iştirakları ilə tərtib edilmiş 29 iyun 2020-ci il tarixli torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən baxış aktından görünür ki, baxış zamanı 5,78 ha torpaq sahəsinin istifadə olunmadığı, üzərində tikili və qurğuların olmadığı, islahatdan qabaq sovxoz tərəfindən əkilmiş qoca meyvə ağaclarının olduğu, əkin altında olmadığı, kommunikasiya xətlərinin mövcud olmadığı, torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin istifadəsinə, icarəsinə və ya mülkiyyətinə verilib-verilməməsi barədə məlumatın olmadığı müəyyən edilməmişdir. Həmçinin işdən görünür ki, Quba rayonu Alekseyevka bələdiyyəsinin mülkiyyətində olan Quba rayonu Qəcər-Zeyid kəndi ərazisindəki 2,78 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli torpaq sahəsinin müsabiqə və hərraca çıxarılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Emdk.gov.az” saytında xx.xx.2021-ci il tarixdə elan verilmişdir. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Qəcər-Zeyid kəndində yerləşən 5,78 ha torpaq sahəsi Quba rayonu Alekseyevka bələdiyyəsinin adına mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 313 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. Quba rayonu Alekseyevka bələdiyyəsinə məxsus 2,78 ha torpaq sahəsinin hərraca çıxarılması, hərracın 17 iyun 2021-ci il tarixdə keçirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Emdk.gov.az” saytında xx.xx.2021-ci il tarixdə elan verilmiş, Hərracların Təşkili üzrə X27 ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə 17 iyun 2021-ci il tarixli, 14/04 nömrəli qərarına əsasən Quba rayonu Alekseyevka bələdiyyəsinə məxsus 2,78 ha torpaq sahəsinə hərracda ən yüksək qiyməti təklif etmiş Cavabdeh2 hərracın qalibi hesab edilmiş, bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 18 iyun 2021-ci il tarixli, 12723 nömrəli şəhadətnamə verilmiş, həmin torpaq sahəsinin 49 il müddətinə Cavabdeh2 icarəyə verilməsinə dair Quba rayonu Alekseyevka bələdiyyəsi ilə Cavabdeh2 arasında Quba Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanaraq 3M-487 sayla reyestrdə qeyd edilmiş, Cavabdeh2 2,78 ha torpaq sahəsinə icarə hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 327 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, Quba rayonu Alekseyevka bələdiyyəsinə məxsus 2,78 ha torpaq sahəsinin hərraca çıxarılması və hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibət üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 1,5 ha torpaq sahəsinin X12 istifadəsindən alınıb iddiaçılar X8, İddiaçı2 və İddiaçı3 istifadəsinə verilməsi nəticəsinə gələrkən qanunvericiliyin tələblərini pozmuş, Quba rayonu Alekseyevka bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsini qanuni əsas olmadan digər şəxslərin istifadəsinə vermişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində ləğv edilməli, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia tələbləri bu hissələrdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh2 və Quba rayonu Alekseyevka bələdiyyəsinin apellyasiya şikayətləri təmin edilsin. Quba Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(027)-184/2022 saylı qətnaməsi iddianın təmin edilmiş hissələrində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X27 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticəsi barədə 17 iyun 2021-ci il tarixli iclasının 14/04 saylı protokolunun, Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 2,78 ha torpaq sahəsinin X15 49 il müddətinə icarəyə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 7,M 12723 nömrəli şəhadətnaməsinin, Cavabdeh4ndə bağlanmış xx.xx.2021-ci il tarixli reyestrdə 3M-48 nömrə ilə qeyd edilmiş icarə müqaviləsinin, Quba rayonu Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 2,78 ha torpaq sahəsinə dair verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 saylı, xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi və Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı (çoxillik əkmələr) 1,5 ha torpaq sahəsinin X12 istifadəsindən alınıb iddiaçılar X8, İddiaçı2 və İddiaçı3 istifadəsinə verilməsi hissələrində ləğv edilsin, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia tələbi bu hissələrdə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1123/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1123/2022
28.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver