Məhkəmə qərarları › İş №2(102)-2975/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2975/2022

13.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2975/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı “icarənin etibarsızlığı, torpağın boşaldılması və qanuni sahibinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: icarənin etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə R afiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2(105)-2425/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. X4 İdarə Heyətinin 25 iyul 1990-cı il tarixli, 02 saylı protokolundan çıxarışa əsasən İddiaçı “Şirvan-Yaşma” X3 üzvlüyünə qəbul edilmiş və Sumqayıt şəhəri, Yaşma bölgəsində ona 461 saylı 0,06 ha bağ sahəsi ayrılmışdır.

2. Cavabdeh2 Başçısının 01 iyun 2018-ci il tarixli, 164 saylı sərəncamı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin razılıq məktubu əsasında Cavabdeh1 kə nd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 49 il müddətinə Abşeron rayonunun inzibati ərazisində yerləşməklə dövlət mülkiyyətinə aid torpaqlardan 54,0 ha torpaq sahəsi ayrılmış, həmin tarixdə RİH ilə cavabdeh arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanılmış, torpaq sahəsinin plan-ölçüsü təsdiq edilmiş və 30 iyul 2018-ci il tarixdə həmin sahə üzərində cavabdehin icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 3. 03 fevral 2020-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən cavabdeh sözügedən torpaq sahəsi üzərində icarə hüququnu X1 və 10 fevral 2020-ci il tarixdə dövlət reyestrdə sonuncunun adına qeydiyyat aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlə r Cavabdeh2nə və Cavabdeh1, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Yaşma Bağlar ərazisində yerləşən “Şirvan-Yaşma” X8 25 iyul 1990-cı il tarixli, 02 nömrəli protokolundan çıxarış ilə əldə etdiyi 461 nömrəli 6 sot torpaq sahəsinin də yerləşdiyi torpaq sahəsinin Abşeron RİH Başçısının 01 iyun 2018-ci il tarixli sərəncamı ilə cavabdehə icarəyə verilməsinin etibarsız hesab edilməklə, torpağın boşaldılması və ona qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılm ışdır ki, iddiaçının istifadəsinə verilmiş 0,06 ha torpaq sahəsinin özəlləşdirilməsi zamanı məlum olmuşdur ki, sözügedən sahə cavabdehə məxsus 54.0 ha torpaq sahəsi ilə üst-üstə düşdüyündən həmin sahə üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün deyil. Hesab edir ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinə qanunsuz çıxarışlar aldığından, həmin sahə üzərindəki səlahiyyətləri ləğv edilməlidir.

6. Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-655/2021 nömrəli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia rədd olunmuşdur.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1-ci, “Torpaq islahatı haqqında” Qanunun 9, 10-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və Mülki Prosessual Məcəllənin 77.1, 218.1-ci maddələri nə, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnaməyə” istinad edərək qeyd etmişdir ki, iddiaçı ona ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, plan-ölçünün verilməsi ilə əlaqədar DƏDRX-yə müraciət etsə də, müəyyən edilmişdir ki, həmin sahə Abşeron RİH Başçısının 01 iyun 2018-ci il tarixli sərəncamı əsasında Abşeron rayonu X9 Torpağı ərazisində digər cavabdehin adına qeydiyyata alınaraq, çıxarış və plan-ölçü verilmiş 54,0 ha torpa q sahəsi ilə üst-üstə düşür. Eyni zamanda, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla müəyyən olunur ki, mübahisələndirilən bağ sahəsinin planı və ölçüsü mövcud deyildir.

8. Bundan başqa, nəzərə alınmalıdır ki, sözügedən torpaq sahələrinin üst-üstə düşməsi məsələsinin yoxlanılması üçün ekspertiza keçirilməsinə iddiaçının nümayəndəsi tərəfindən razılıq verilməmişdir. Cavabdeh Abşeron RİH-nin nümayəndəsinin verdiyi yazılı etiraz və izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçıya ayrılmış 0,06 ha bağ sahəsi Sumqayıt şəhərinin ərazisində, digər cavabdehə ayrılmış 54,0 ha torpaq sahəsi isə Abşeron rayonu X9 Torpağı ərazisində yerləşir. ƏMDK tərəfindən həmin torpaq sahəsinin Abşeron rayonunun inzibati ərazisində yerləşməklə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmiş və torpa q sahəsinin icarə qaydasında cavabdehə ayrılmasına razılıq verilmişdir. Belə olan halda, Abşeron RİH tərəfindən cavabdehə verilmiş torpaq sahəsinin Sumqayıt şəhəri ərazisindən iddiaçıya ayrılmış 461 nömrəli 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşməsi mümkün deyil və iddia tələbində bunu təsdiq edəcək hər hansı sübut da yoxdur.

9. Digər tərəfdən, 0,06 ha torpaq sahəsinin üst-üstə düşdüyü iddia edilən 54,0 ha torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənəd olan Abşeron RİH Başçısının 01 iyun 2018-ci il tarixli, 164 nömrəli sərəncamı qüvvədədir, həmin sərəncam aidiyyəti məhkəmədə mübahisələndirilməmişdir. Belə olan halda, qüvvədə olan sərəncam əsasında bağlanmış icarə müqaviləsinin etibarsızlığının yoxlanılması üçün əsaslar qalmır, eyni zamanda, iddiaçı etibarsız olduğu nu iddia etdiyi icarə müqaviləsini də təqdim etməmişdir.

10. Məhkəmə, həmçinin qeyd etmişdir ki, ilkin tələb olan müqavilənin etibarsızlığı hissəsində iddianın təmin edilməsi üçün əsaslar olmadığından ona nisbətdə törəmə tələb hesab olunan torpağın boşaldılması və qaytarılması ilə bağlı tələblər də təmin olunmamalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-655/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2(105)-2425/2021 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və S.A.Qafaridən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)655/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 241.1, 337.1, 337.4, 700.1, 700.2, 706.1 və 706.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə, 51-ci maddəsinin 1-ci hissəsinə, 66-cı maddəsinin 2-ci hissəsinə, 67-ci maddəsinə, 82-ci maddəsinə, 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə, “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnaməyə istinad edərək qeyd etmişdir ki, “Şirvan-Yaşma” X3 xx.xx.1990-cı il tarixli 02 saylı qərarı ilə İddiaçı 0,06 ha torpaq sahəsi ayrılsa da, həmin bağ sahəsinin plan və ölçüsü, torpaqayırma qaydasında hazırlanan sənədlər mövcud deyildir. İddiaçı 54,0 ha torpaq sahəsinin Cavabdeh1 icarəyə verilməsini mübahisələndirir. Lakin, 54,0 ha torpaq sahəsi Cavabdeh1 icarəyə Cavabdeh2 başçısının 01 iyun 2018-ci il tarixli, NX/484 nömrəli sərəncamı əsasında verilmişdir və həmin sərəncamı qüvvədədir və iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

14. Daha sonra apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 icarəsinə verilmiş 54,0 ha torpaq sahəsi Abşeron rayonunun inzibati ərazisindəki kənd təsərrüfatı təyinatlı X9 torpağına aid olmuş, həmin torpaq sahəsinin icarəyə verilməsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin razılığı alınmış, bundan sonra Cavabdeh2 başçısı tərəfindən 164 saylı, 01 iyun 2018-ci il tarixli sərəncam qəbul edilmişdir. İddiaçı ayrılması nəzərdə tutulan torpaq sahəsi isə Sumqayıt şəhərinin inzibati ərazisində yerləşməli idi.

15. İddiaçı torpaq sahəsinin boşaldılması və ona qaytarılması ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, 03 fevral 2020-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Abşeron rayonu, X9 torpağında yerləşən 54,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə icarə hüququnu onda olan müddətdə X1, X5 icarə hüququ 10 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi artıq başqa şəxsin icarəsindədir və İddiaçı iddia tələbinin torpağın boşaldılması və ona qaytarılmasına dair olan hissələri iddiaya cavab verməli olan şəxsə qarşı yönəlməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin faktiki hallarına uyğundur. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

17. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2(105)-2425/2021 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 152.2, 152.5 157.8, 164-cü, Mülki Prosessual Məcəllənin-nin 77.1-ci maddəsinin pozulması ilə qəbul edilmişdir.

19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

20. Kassasiya şikayətinə qarşı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

22. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ni bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üç ün iddia verə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər.

24. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin vəzifə borclarından biridir. 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq m ülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-c ü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlay a bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi icarə hüquq u Cavabdeh2 başçısının 01 iyun 2018-ci il tarixli sərəncamı əsasında verilmişdir. İddiaçı inzibati orqan olan İcra Hakimiyyəti başçısının həmin sərəncamını aidiyyəti məhkəmədə mübahisələndirmədən hazırki iddia ilə müraciət etmişdir. Lakin həmin sərəncam qüvvədə olduğu zaman cavabdehin icarə hüququ etibarsız hesab oluna bilməz.

29. Məhkəmə kollegiyası həmçinin razılaşır ki, boşaldılması tələb olunan torpaq sahəsi hazırda X5 istifadəsindədir. Lakin sonuncu işə cavabdeh qismində cəlb olunmamış və ona qarşı iddia irəli sürülməmişdir. Odur ki, torpağın boşaldılması və iddiaçıya qaytarılmasına dair tələblərin iddiaya cavab verməli olan şəxsə yönəlməməsinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə kassasiya məhkəməsi razılaşır.

30. Bununla belə məhkəmə kollegiyası, iddiaçıya ayrılan torpaq sahəsinin Cavabdeh2 başçısının sərəncamı ilə icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsinin sübut olunmamasına dair məhkəmələrin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, bu hal Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 24 sentyabr 2019-cu il tarixli və 03 oktyabr 2019-cu il tarixli məktublarla öz təsdiqini tapmışdır. Həmin məktublarda göstərilmişdir ki, 2 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirərkən və elektron kadastr baza məlumatları araşdırılarkən torpaq sahəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst -üstə düşdüyü aşkar edilmişdir.

31. Lakin məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan nöqsan müəyyən edilsə də, hazırki qərarın 28 və 29-cü bəndlərində göstərilən əsaslar iddianın təmin edilməsinə imkan vermir.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəm ə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2(105)-2425/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar