Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1709/2022 04.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 04 may 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 03 yanvar 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X7 24.09.2021-ci il tarixdən xərçəng xəstəliyindən əziyyət çəkmiş və ev şəraitindı müalicə olunurdu. 03 yanvar 2022-ci ildə anasının səhhətində qəflətən dəyişkənlik baş vermiş və X15 gələnədək anası vəfat etmişdir. Bundan sonra anası Kürdəmir rayon Karrar kəndində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Anasının 03.01.2022-ci ildə vəfat etməsi dəfn olunduğu qəbristanlıqda çəkilmiş foto şəkillərlə təsdiq olunur. Ərizəçi 18.01.2022-ci il tarixdə Maraqlı şəxsnə müraciət edərək anasının ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin qeydiyyat şöbəsinin rəisi C.Cabbarovun imzası ilə verilmiş cavab məktubuna əsasən anasının ölümünu təsdiq edən tibbi şəhadətnamə və ya məhkəmə qərarı olmadığından ölüm haqqında şəhadətnamənin verilməsinin mümkünsüz olduğu bildirilmiş və ərizəçiyə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ərizəçinin bu faktı təsdiq etdirməkdə məqsədi anasının əmlakı üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqdan ibarətdir. Lakin anasının ölümünü təsdiq edən şəhadətnamə olmadığından ondan qalmış miras əmlakı üzrə heç bir hüquqi hərəkətlər etmək mümkün deyildir.. Odur ki, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib,anasının Abşeron rayonunun Məmmədli kəndində yaşadıqları evdə öldüyünü, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid qismində iştirak edən X4 Ərizəçi onun qardaşı olduğunu, analarının 03 yanvar 2022-ci il tarixdə öldüyünü bildirmişdir . Məhkəmə iclasında şahid qismində iştirak edən X10 ərizəçinin qonşusu olduğunu bildirmiş, mərhum X1 ölməsi faktını təsdıq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 05.10.1956-cı ildə ünvan 1ində anadan olmuş, Abşeron rayonu, Məhəmmədi kəndi ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatdadır. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 05 oktyabr 1956-cı ildə Kürdəmir rayonu, Karlar kəndində anadan olmuş, atası X2, anası isə X3r. Mülki işin materiallarında olan Abşeron Rayon Mərkəzi X8 Şəxs Təcili və X6 Stansiyasının xəbərdarlıq vərəqəsindən görünür ki, 03.01.2022-ci il tarixdə X1 adına çağırış olmuş, həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. Mülki iş materiallarında olan Kürdəmir rayonu Karrar Bələdiyyəsi tərəfindən verilən 05 fevral 2022-ci il tarixli 24 nömrəli arayışdan müəyyən edilir ki, X7 03.01.2022-ci il tarixində Kürdəmir rayonu, Karrar kənd qəbirstanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 18.01.2022-ci il tarixli, 05/Q-57/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan AR İTSDA “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxs 21 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli, 61 nömrəli məktubdan müəyyən edilir ki, Ərizəçi, X1 2008-ci ildən sonra heç bir xəstəliklə poliklinikaya müraciət etmədiyi üçün “ölüm haqqında tibbi şəhadətnamə” yazılması səlahiyyətimiz xaricindədir bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 03.01.2022-ci il tarixdə X1 adına çağırış olub, çağırış yerinə gələn X15 stansiyasının həkimi ölümü təsdiq etmişdir. AR İTSDA “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxs 21 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli, 61 nömrəli məktubda Ərizəçi, X1 2008-ci ildən sonra heç bir xəstəliklə poliklinikaya müraciət etmədiyi üçün “ölüm haqqında tibbi şəhadətnamə” yazılması səlahiyyətləri xaricindədir bildirilmişdir. ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 05.10.1956-cı il tarixdə, Kürdəmir rayonu, Karlar kəndində anadan olmuş X1 03 yanvar 2022-ci il tarixdə Abşeron rayonunun Məmmədli kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05.10.1956-cı il tarixdə, Kürdəmir rayonu, Karlar kəndində anadan olmuş X1 03 yanvar 2022-ci il tarixdə Abşeron rayonunun Məmmədli kəndində ölməsi ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1709/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1709/2022
04.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver