Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1711/2024 07.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşı 1958-ci il təvəllüdlü Etibarova (Nəhmətova) Sona Əlirza qızının Qobustan rayon, Ərəbşalbaş kəndində xx.xx.1994-cü il tarixdə şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o mərhum X7 ilə xx.xx.1977-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nəhmətova (Ehtirabova) Sona Əlirza qızı xx.xx.1994-cu il tarixdə vəfat etmişdir. Mərhum həyat yoldaşı Qobustan kənd Ərəbşalbaş kənd qəbirstanlığında dəfn olunmuşdur. Ona mərhum həyat yoldaşının ölümü haqqında şəhadətnaməsi vacib lazım olduğu üçün o oktyabr ayının əvvəllərində Maraqlı şəxsnə müraciət etdi ki, mərhum həyat yoldaşının adına verilmiş ölüm haqqında şəhadətnaməni əldə etsin. X16 tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-5/8-69- 1540/2023 saylı arayış verildi və X4 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmadığı bildirildi. O həm Abşeron Rayon Mərkəzi xəstəxanasına, həm də Maraqlı şəxsnə ölüm haqqında şəhadətnaməni əldə etməkdən ötrü rəsmi şəkildə müraciət etmişdir. Ona həm xəstəxanadan həm də ki, qeydiyyat şöbəsindən imtina məktubu verildi ki, məhkəməyə müraciət etsin. Buna əsasən həyat yoldaşına ölüm haqqında şəhadətnamə ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yhəyat yoldaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, mərhum Nəhmətova (Etibarova) Sona Əlirza qızı ilə qonşu olmuşdur. Mərhum onkoloji xəstəlikdən əziyyət çəkirdi, ev şəraitində bu xəstəlikdən vəfat etmişdir. Təxminən 1994-cü ilin yaz ayında evdə vəfat etmişdir. Mərhum hər hansı bir bədbəxt hadisə, xəsarət alması nəticəsində deyil ölümünə səbəb təbii-bioloji ölüm olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, mərhum Nəhmətova (Etibarova) Sona Əlirza qızı ilə qonşu olmuşdur. Ərizəçi həyat yoldaşı ankoloji xəstə olmuşdur. Uzun müddət xəstəlikdən əziyyət çəkmişdir. Hansı ayda və gündə ölməsini xatırlamır. 1994-cü ilin yaz fəslində evdə vəfat etmişdir. Şamaxının Ərəbşalbaş kəndində dəfn edilmişdir. Onun ölümünə səbəb hər hansı bir başqa hadisə deyil, yalnız xəstəliyin nəticəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Ərizəçi 1990-cı ildən qonşusudur. Onların evində yanğın olduğundan evi yanmış, övladları yanıq xəsarətləri almışdı. Bu hadisədən sonra həyat yoldaşı Sona xanım onkoloji xəstəliyə tutulmuşdur. Günü xatırlamır, 1994 cü ilin aprel ayında evində bu xəstəlikdən vəfat etmişdir. Şamaxının Ərəbşalbaş kəndində dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-2595/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Tibbi Ərazi Bölmələrini X10 X19 Rayon Mərkəzi Xəstəxənası” X20 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18-1-20/2-Q-629-42-377/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. B.Məsimovanın ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -Azərbaycan Respublikası Qobustan rayon İcra Hakimiyyəti Başçısının Ərəbşalbaş kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-60-2/2-185/2023 saylı arayışından görünür ki, mərhum Nehmətova (Etibarova) Sona Əlirza qızı xx.xx.1994-cü ildə vəfat etmişdir və Qobustan rayon Ərəbşalbaş kənd qəbirstanlığında dəfn olunmuşdur. - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-69-154/2023 saylı arayışdan görünür ki, X3 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Maraqlı şəxsndə1991-1997-ci illərə dair ilkin, 1995-1997ci illərə dair bərpa, Abşeron rayonu Pirəkəşkül qəsəbə icra nümayəndəliyində 1991-1997ci illərə dair ilkin akt qeydləri yoxlanılmışdır. -Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-69-1741/2023 saylı arayışdan görünür ki, X2 nikahı haqqında xx.xx.1977-ci il tarixdə 37 №-li akt qeydi tərtib olunuşdur. Nikahın qeydə alındığı yer Qobustan rayonu Təklə kənd icra nümayəndəliyidir. -Ərizəçi tərəfindən təqdim olunmuş fotoşəkildən görünür ki, 1958-ci il təvəllüdlü X8 xx.xx.1994-cü il tarixdə dəfn olunmuşdur. -Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Pirəkəşkül kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 587 saylı arayışından görünür ki, Ərizəçi Abşeron rayonu, Qobustan kəndində yaşayır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Nəhmətova (Etibarova) Sona Əlirza qızı ərizəçinin həyat yoldaşı olmuş, sonuncu xx.xx.1994-cü il tarixdə onkoloji xəstəlikdən vəfat etmiş və Nəhmətova (Etibarova) Sona Əlirza qızının ölüm faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində Etibarova (Nəhmətova) Sona Əlirza qızının xx.xx.1994-cü il tarixdə Qobustan rayon, Ərəbşalbaş kəndində vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin həyat yoldaşı Nəhmətova (Etibarova) Sona Əlirza qızı xx.xx.1994cü il tarixdə Qobustan rayonu, Ərəbşalbaş kəndində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 1958-ci il təvəllüdlü Nəhmətova (Etibarova) Sona Əlirza qızının xx.xx.1994-cü il tarixdə Qobustan rayonu, Ərəbşalbaş kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1958-ci il tarixdə anadan olmuş Nəhmətova (Etibarova) Sona Əlirza qızının xx.xx.1994-cü il tarixdə Qobustan rayonu, Ərəbşalbaş kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1711/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1711/2024
07.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver