Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1722/2022 25.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh (İİİ şəxs: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron rayon üzrə Ərazi İdarəsi) qarşı mənzilə dair tərəflər arasında bağlanılmış payçı müqaviləsinin və həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət reyetsri tərəfindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə 25 aprel 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (İİİ şəxs: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron rayon üzrə Ərazi İdarəsi) qarşı mənzilə dair tərəflər arasında bağlanılmış payçı müqaviləsinin və həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət reyetsri tərəfindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əİiyev pr. 11, bina 6, mənzil 166, ümumi sahəsi 96,2 kv.m olan, 4 otaqlı mənzilə dair İddiaçı MTK (hazırda QSC) ilə Cavabdeh arasında bağlanılmış 1 iyun 2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsinin və onun əsasında həmin mənzilə dair Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Komitəsi Yanında DƏDRX-a tərəfindən verilmiş 28.09.2016-ci il tarixli X1 ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK (hazırda QSC) ilə Cavabdeh arasında 1 iyun 2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev pr. 11, bina 6 mənzil 166, ümumi sahəsi 96,2 kv.m olan, 4 otaqlı mənzili satılmışdır. DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına həmin mənzilə mülkiyyət hüququna dair müvafiq çıxarış verilmişdir. Cavabdeh, Cavabdeh 17.01.2022-ci ildə notarial qaydada təsdiq olunmuş ərizə ilə İddiaçı MTK (hazırda QSC)-yə müraciət edərək, yuxarıda göstərilən mənzilə pay hüququndan imtina etməklə, həmin mənzilin QSC-yə qaytarılmasını və digər şəxsə satılmasını xahiş etmiş və QSC-yə qarşı heç bir iddiasının və tələbinin olmadığını bildirmişdir. Lakin, cavabdeh pay hüququndan imtina edərək mənzili geri qaytarsa da, dəfələrlə müraciət etmələrinə baxmayaraq, həmin mənzilə dair aralarında bağlanılan 1 iyun 2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsinin və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən cavabdehin adına verilmiş 28.09.2016 tarixli ******* nömrəli çıxarışın ləğv edilməsi üçün lazım olan hərəkətləri icra etməmişdir və bildirmişdir ki, o, pay hüququndan imtina etmiş və mənzili təhvil vermişdir, çıxarışın ləğvi və digər hüquqi məsələləri isə QSC özü həll etsin. Buna görə də həmin mənzil hələ də formal olaraq cavabdehin adına qeydiyyatdadır. Bu səbəbdən də QSC həmin mənzil üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Yaranmış bu vəziyyət QSC-nin hüquqlarını pozur. Buna görə də 1 iyun 2016-cı il tarixli, 00006408 saylı payçı müqaviləsinin və həmin mənzilə dair dövlət reyestrindən cavabdehin adına verilmiş 28.09.2016-cı il tarixli ******* saylı çıxarışın məhkəmə qaydasında ləğvinə ehtiyac vardır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərilməsinə baxmayaraq Cavabdeh üzürsüz səbəbdən məhkəmə iclasında iştirak etməmişdir.3-cü şəxslərin nümayəndəsi də məhkəmədə iştirak etmədi.Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki işin materiallarında olan 01 iyun 2016-cı il tarixli “payçı müqavilə”sindən müəyyən edilir ki, İddiaçı tərəfindən Abşeron rayonu, H.Əliyev pr., 30-cu məhəllədə tikilmiş olan 6-cı binasında, 6-cı blok, 6-cı mərtəbə, 166 №-li, 4 otaqlı mənzil Cavabdeh satılmışdır. Həmin müqavilənin 4.2. 7 maddəsinə görə payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında "xxxx" birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda "xxxx" Azərbaycan Beynəlxalq Bankı ASC və Payçı arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn Payçının öhdəliyini yerinə yetirməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan aydın olur ki, Abşeron rayonu, H.Əliyev pr., 30-cu məhəllə, bina 7,mən 189, 96,02 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində 97 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində 19.04.2016-cı il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İşin materiallarından görünür ki, Cavabdeh mülkiyyət hüquqları Abşeron rayonu, H.Əliyev pr., 30-cu məhəllə, ev 65, mənzil 166, ümumi sahəsi 96.2 kv.metr olan mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində 28.09.2016-cı il tarixdə qeydiyyata alınmış, daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. Mülki işin materiallarında olan 19.01.2022-ci il tarixli ərizələrdən müəyyən edilir ki, Cavabdeh “Kristal Abşeron" MTK-nın inşa etdiyi binada adında olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə ünvanında 6 nömrəli binanın, 6-cı blok, 6-cı mərtəbəsində yerləşən 4 (dörd) otaqlı 166 nömrəli mənzildən və pay hüququndan imtina edir. Həmin pay hüquqlarının satılmasına “Kristal Abşeron" MTK-ya geri qaytarılmasına və digər şəxsin adına keçirilməsinə (Dəyişdirilməsinə) etirazı yoxdur, razıdır. Gələcəkdə göstərilən mənzil və ödədiyi pula dair "Kristal Abşeron ” MTK-ya qarşı heç bir iddiası olmayacaq. Hər-hansı mübahisə yaranarsa şəxsən özü cavabdehlik daşıyacaq. Mülki işin materiallarında olan 01.04.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 6-cı bina, 6-cı blok, 6-cı mərtəbə, 4 otaqlı 166 saylı mənzilə olan pay hüququndan imtina etdiyi üçün həmin mənzilin kredit məbləği “Kristal Abşeron" MTK tərəfindən "xxxx" ASC-yə tam ödənilmişdir və MTK-nın balansına qaytarılmışdır. Hal hazırda Cavabdeh borcu yoxdur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, 01 iyun 2016-cı il tarixli “payçı müqavilə”sinə əsasən İddiaçı tərəfindən Abşeron rayonu, H.Əliyev pr., 30cu məhəllə, bina 6, mən 166, 96,2 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət mənzil Cavabdeh satılmışdır. Həmin müqavilənin 4.2.7 maddəsinə görə payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında "xxxx" birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda "xxxx" Azərbaycan Beynəlxalq Bankı ASC və Payçı arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn Payçının öhdəliyini yerinə yetirməlidir. Cavabdeh bank qarşısında öhdəliyini yerinə yetirmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki işin materiallarında olan ərizələrdən müəyyən edilir ki, Qasımov X3 rayonu, H.Əliyev pr., 30-cu məhəllə, bina 6, mən 166, 96,2 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət mənzildən və pay hüququndan imtina edir. Həmin pay hüquqlarının satılmasına, İddiaçı MTK-ya geri qaytarılmasına və digər şəxsin adına keçirilməsinə (dəyişdirilməsinə) etirazı yoxdur, razıdır. Gələcəkdə göstərilən mənzil və ödədiyi pullara dair İddiaçı MTK-ya qarşı heç bir iddiası olmayacaq. Mənzilin Çıxarışının ləğv edilməsini səlahiyyətli orqanlardan xahiş edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər Kooperativin verdiyi mənzil, bağ, qaraj və ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə hüququ əldə edirlər. Kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə Kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər Kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və Kooperativin mühasibat balansı təsdiq edildikdən sonra həyata keçirilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər qeydiyyat əsassız olaraq çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatı ilə əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə hesab edir ki, cavabdeh Qasımov X3 rayonu, H.Əliyev pr., 30-cu məhəllə, bina 6, mən 166, 96,2 kv.metr ümumi sahəsi olan 4 otaqdan ibarət mənzilə dair pay hüququndan imtina etdiyindən, tərəflər arasında bağlanan həmin mənzilə dair İddiaçı MTK (hazırda QSC) ilə Cavabdeh arasında bağlanılmış 1 iyun 2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsi və onun əsasında həmin mənzilə dair Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Komitəsi Yanında DƏDRX-a tərəfindən verilmiş 28.09.2016-ci il tarixli X4 ləğv edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə xərci – 101 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əİiyev pr. 11, bina 6, mənzil 166, ümumi sahəsi 96,2 kv.m olan, 4 otaqlı mənzilə dair İddiaçı MTK (hazırda QSC) ilə Cavabdeh arasında bağlanılmış 1 iyun 2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsi və onun əsasında həmin mənzilə dair Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Komitəsi Yanında DƏDRX-a tərəfindən verilmiş 28.09.2016-ci il tarixli X4 ləğv edilsin. İddia təmin edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş 101 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1722/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1722/2022
25.04.2022 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver