Məhkəmə qərarları › İş №2(012)-1750/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1750/2024

04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1750/2024 04.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, övladı - X1 xx.xx.1993-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X2 onun övladıdır. Qızı Aysel xx.xx.1993cü il tarixdə doğulandan 2 ay sonra sarılıq xəstəliyindən vəfat etmişdir və onu Şıxlı kənd qəbirstanlıqda dəfn etmişlər. Qızı öləndən sonra savadsızlığı üzündən onun ölməsini heç bir orqanda qeyd etdirməmişlər. Daha sonra kənd və rayon xəstəxanasına müraciət etsələr də, uşağın ölümü barədə sənəd əldə edə bilməmişlər. Onun doğumu dövlət orqanında qeydiyyata alındığı üçün bu gün vərəsəlik qaydasında heç bir əməliyyat apara bilmirlər Bununla bağlı dövlət orqanlarına, o cümlədən qeydiyyat şöbəsinə müraciət etdikdən sonra ona bildirmişlər ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə gedişatında ərizəçi MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən X1 xx.xx.1993-cü il tarixdə Kürdəmir rayonunda vəfat etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Kürdəmir rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, Şöbə məhkəməyə ərizə göndərərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahid ifadəsini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşı arvadı, mərhum Aysel Qarayeva isə qardaşı qızıdır. Uşaq xəstə idi və müalicə alırdı. Buna baxmayaraq, o, 3 aylığında Kürdəmir rayonunda ölmüş və Şıxlıq kəndində dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 341483 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə doğulmuş X1 anasıdır. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Kürdəmir rаyоn qеydiyyаt şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X1 ölüm haqqında akt qeydi Maraqlı şəxs1ndə aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi olmalıdır. Qeyd olunan sənədlər təqdim edilmədiyindən ölüm faktını qeydə almaq mümkün deyildir. Bu barədə məhkəməyə müraciət edilməlidir. - Tibbi Ərazi Bölmələrini X3 X6 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, təvəllüdlü X1 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. A.Qarayevanın ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilmir. - Kürdəmir rayonu Atakişili kənd İƏD üzrə nümayəndəliyinin mart 2024-cü il tarixli arayışından görünür ki, X2 xx.xx.1993-cü il tarxdə vəfat etmiş və Kürdəmir rayonunun Şıxlıq kənd qəbiristanlığında dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X2 ərizəçinin övladı olmuş, xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. X1 ölüm faktı ərizəçinin izahatı və şahidin ifadəsilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahid öz ifadəsində X1 xx.xx.1993-cü il tarixdə Kürdəmir rayonunda vəfat etməsini təsdiq etmişdir. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi övladının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadəsi ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin övladı X2 xx.xx.1993-cü il tarixdə Kürdəmir rayonunda ölmüşdür. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadəsi işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1993-cü il təvəllüdlü X1 xx.xx.1993-cü il tarixdə Kürdəmir rayonunda ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü X1 xx.xx.1993-cü il tarixdə Kürdəmir rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar