Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1751/2025 18.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Cavabdeh, cavabdehin nümayəndəsi Nümayəndə2, həmçinin cavabdehin vəkilinümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın və qızıl-zinyət əşyalarının qanunsuz sahiblikdən alınaraq qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın və qızıl-zinyət əşyalarının qanunsuz sahiblikdən alınaraq qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin yaşadığı ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evində saxlanılan: Riva İnteriors-dan alınmış 1 ədəd soyuducu - 1380 manat, 1 ədəd paltaryuyan - 700 manat, 1 ədəd qaz piltəsi - 140 manat, 1 ədəd gizli aspirator - 1000 manat, 1 ədəd ətçəkən silver - 140 manat, 1 ədəd Bosch soba - 800 manat, 1 ədəd Bosch mikrodalğalı soba - 600 manat, 1 ədəd televizor - 1000 manat, 1 ədəd samovar galaxy - 80 manat, 1 ədəd sokçəkən silver - 100 manat, 1 ədəd ütü Bosch - 130 manat, 1 ədəd mikser - 100 manat, blender Bosch - 50 manat, eyni zamanda Riyad mağazasından alınmış 1 ədəd keops dolab - 1920 manat, 1 ədəd keops karyola (160x200) - 930 manat, 1 ədəd keops şifoner - 720 manat, 2 ədəd keops komidin - 560 manat, 1 ədəd madrid konsol - 986 manat, 1 ədəd madrid tv - 544 manat, 1 ədəd madrid gümüşlük - 650 manat, 1 ədəd madrid masa - 950 manat, 6 ədəd sandalye Voge - 1200 manat, 2 ədəd sandalye heşterxan - 325 manat, 1 ədəd class kose böyük hissə - 1320 manat, 1 ədəd class kose hissəsi - 440 manat, 1 ədəd class kose kiçik hissə - 440 manat, 1 ədəd kare puf - 50 manat, 1 ədəd softline yataq 160x200 - 215 manat, həmçinin əlavə olaraq 1 ədəd tozsoran - 300 manat, 1 ədəd ütü - 150 manat, 1 ədəd mikser - 150 manat, 1 ədəd doğrayıcı - 50 manat, 1 ədəd blendr - 120 manat, 3 ədəd adyal 1 taxt 2 tək - 200 manat, 2 ədəd yay yorğan - 100 manat, 5 dəst çexol dəsti - 300 manat, taxt üzlüyü dəst balışı ilə - 250 manat, 15 ədəd əl üz dəsmalı - 100 manat, 3 ədəd qətvə - 50 manat, 10 ədəd çay dəsmalı - 50 manat, 5 ədəd skater - 150 manat, 8 ədəd həsir boşqabaltı - 40 manat, 3 ədəd divanüzlüyü - 60 manat, taxtın yanında 2 balaca xalça - 40 manat, 2 ədəd böyük xalça - 500 manat, 2 ədəd ayaqaltı - 20 manat, çöldə qabı ağzına rezin ayaqaltı - 15 manat, 1 ədəd ütü masası - 50 manat, 1 ədəd paltar asılaqanı - 20 manat, 1 ədəd polislən dəst - 20 manat, 2 ədəd lüstr - 600 manat, 3 ədəd kapsella pərdə - 1100 manat, kamotun üzərində bir güldan 2 vaz - 200 manat, 5 ədəd suvenir - 50 manat, 12x12 farfor boşqab dəsti - 600 manat, 6x6 iran boşqab dəsti - 120 manat, 2 xrustal qədimi vaz - 200 manat, 2 xrustal güldan - 200 manat, 2 bagema konfet qabı - 200 manat, 2 bagema meyvə qabı - 200 manat, 2 göy vaz - 150 manat, 4 dəst vaz - 200 manat, 1 ədəd bagema güldan - 80 manat, 2 dəst bagema çayniz servis - 500 manat, 1 dəst kofeyniy servis - 50 manat, 6x6 xrustal stəkan nəlbəki - 80 manat, 12 ədəd rozetka mürəbbə qabı - 100 manat, 6 ədəd qənddan, 2 ədəd böyük qənddan - 60 manat, 1 qutu bıçaq dəsti - 150 manat, 2 ədəd 3 gözlü ləpəqabı - 50 manat, stolun üzərində altılıq suvenir ləpəqabı - 100 manat, 2 ədəd balıq formalı şüşə qab - 40 manat, 4 ədəd saxlanma qabı - 40 manat, 6 ədəd ədviyyat qabı kauçuk - 30 manat, mətbəx mebeli - 2500 manat, mətbəx stol-stul dəsti - 450 manat, tort keks bişirmək üçün qablar - 20 manat, 12 ədəd xrustal stəkan nəlbəki rozetka - 200 manat, 12 qaşıq naboru sandıq - 150 manat, 6 qaşıq bıçaq vilka dəsti - 60 manat, stolüstü bıçaq dəsti - 80 manat, sarımsaq əzən - 10 manat, stolüstü qaşıq dəsti - 80 manat, stolüstü ədəva qabı dəst - 80 manat, üçlü padnos dəsti - 100 manat, 1 üstü çaydanlı qəfədan - 100 manat, 1 qəfədan - 50 manat, dördlü çuğun qazan dəsti - 250 manat, 1 dəst qazan dəsti - 200 manat, 1 dəst jaronnik dəsti - 150 manat, üçlü aşsüzən dəsti - 100 manat, çörək qabı - 10 manat, 1 ədəd bıçaq dəsti - 100 manat, 12 ədəd ləpəqabı - 50 manat, 1 ədəd çaydan - 20 manat olmaqla, ümumilikdə 18980 manat dəyərində olan cehiz əmlakları və qızıl-zinət əşyaları 2 dəst komplekt (qolbaq, sep, sırğa, üzük) 23 qr, 2-ci komplekt gül brilyant (sırğa,üzük) 26qr 750 əyyar - 6500 manat, 1 ədəd nişan üzüyü sibir brilyant ilə 32 sot 6qr 750 əyyar - 2500 manat, qaşsız sarı qızıl üzük 3qr 583 əyyar – 200 manat, 1 ədəd üzük alyans sarı qızıl 2 qr 583 əyyar - 250 manat, 1 ədəd üzük zefır sarı qızıl 4 qr 583 əyyar - 350 manat, 1 ədəd sep klonla birlikdə sarı qızıl 7 qr 583 əyyar - 250 manat, 1 ədəd sep klonla birlikdə sarı qızıl 6.5 qr 583 əyyar - 300 manat olmaqla, ümumilikdə 40415 manat dəyərində olan cehiz və qızıl zinyət əşyalarının (əmlakının) Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuş, nikahları Abşeron rayon qeydiyyat şöbəsinin akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 14 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Nikahları Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(074)-744/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə nikaha daxil olanda daşınar (cehiz əşyalarını) əmlakını və qızıl-zinət əşyalarını özü ilə cavabdehin qeydiyyatda olduğu ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evinə aparmışdır. Apardığı daşınar (cehiz əşyaları) əmlakı və qızıl-zinət əşyalarının siyahısı bu şəkildədir: mebeller - 1 ədəd keops dolab - 1920 manat, 1 ədəd keops karyola (160x200) - 930 manat, 1 ədəd keops şifoner - 720 manat, 2 ədəd keops komidin - 560 manat, 1 ədəd madrid konsol - 986 manat, 1 ədəd madrid tv - 544 manat, 1 ədəd madrid gümüşlük - 650 manat, 1 ədəd madrid masa - 950 manat, 6 ədəd sandalye Voge - 1200 manat, 2 ədəd sandalye heşterxan - 325 manat, 1 ədəd dass kose böyük hiss - 1320 manat, 1 ədəd dass kose hissəsi - 440 manat, 1 ədəd dass kose kiçik hissə - 440 manat, kare puf 1 ədəd - 50 manat olmaqla, cəmi 11035 manat, məişət avadanlığı - 1 ədəd soyuducu - 1380 manat, 1 ədəd paltaryuyan - 700 manat, 1 ədəd qaz piltəsi 140 manat, 1 ədəd aspirator gizli 1000 manat, 1 ədəd ətçəkən silver -140 manat, 1 ədəd Bosch soba - 800 manat, 1 ədəd Bosch mikrodalğalı soba - 600 manat, 1 ədəd Televizor - 1000 manat, 1 ədəd samovar galaxy - 80 manat, 1 ədəd sokçəkən silver 100 manat, 1 ədəd ütü Bosch - 130 manat, 1 ədəd mikser 100 manat, blender Bosch - 50 manat, 1 ədəd softline yataq 160x200 - 215 manat, 1 ədəd tozsoran - 300 manat, 1 ədəd ütü - 150 manat, 1 ədəd mikser - 150 manat, 1 ədəd doğrayıcı - 50 manat, 1 ədəd blendr - 120 manat, 3 ədəd adyal bir taxt 2 tək - 200 manat, 2 ədəd yay yorğanı -100 manat, 5 dəst çexol dəsti - 300 manat, taxt üzlüyü dəst balışı ilə - 250 manat, 15 ədəd əl üz dəsmalı - 100 manat, 3 ədəd qətvə - 50 manat, 10 ədəd çay dəsmalı - 50 manat, 5 ədəd skater - 150 manat, 8 ədəd həsir boşqabaltı - 40 manat, 3 ədəd divan üzlüyü - 60 manat, taxtın yanında 2 balaca xalça - 40 manat, 2 ədəd böyük xalça - 500 manat, 2 ədəd ayaqaltı 20 manat, çöldə qapı ağzına rezin ayaqaltı - 15 manat, 1 ədəd ütü masası - 50 manat, 1 ədəd paltar asılqanı - 20 manat, 1ədəd polsilən dəst - 20 manat, 2 ədəd lüstr - 600 manat, 3 ədəd kapsella pərdə - 1100 manat, kamotun üzərində 1 güldan 2 vaz - 200 manat, 5 ədəd suvenir - 50 manat, 12x12 farfor boşqab dəsti - 600 manat, 6x6 iran boşqab dəsti - 120 manat, 2 xrustal qədimi vaz - 200 manat, 2 xrustal güldan - 200 manat, 2 bagema konfet qabı - 200 manat, 2 bagema meyvə qabı - 200 manat, 2 göy vaz - 150 manat, 4 dəst vaz - 200 manat, 1 ədəd bagema güldan - 80 manat, 2 dəst bagema çayniz servis - 500 manat, 1 dəst kofeyniy servis - 50 manat, 6x6 xrustal stəkan nəlbəki - 80 manat, 12ədəd rozetka mürəbbə qabı - 100 manat, 6 ədəd qənddan, 2 ədəd böyük qənddan - 60 manat, 1 qutu bıçaq dəsti - 150 manat, 3 gözlü ləpəqabı 2 ədəd - 50 manat, stolun üzərində 6-lıq suvenir ləpəqabı - 100 manat, 2 ədəd balıq formalı şüşə qab - 40 manat, 4 ədəd saxlanma qabı - 40 manat, 6 ədəd ədviyyat qabı kauçuk - 30 manat, mətbəx mebeli - 2500 manat, mətbəx stol stul dəsti - 450 manat, tort keks bişirmək üçün qablar - 20 manat, 12 ədəd xrustal stəkan nəlbəki rozetka - 200 manat, 12 qaşıq naboru sandıq - 150 manat, 6 qaşıq bıçaq vilka dəsti - 60 manat, stolüstü bıçaq dəsti - 80 manat, sarımsaq əzən 10 manat, stolüstü qaşıq dəsti - 80 manat, stolüstü ədəva qabı dəsti - 80 manat, üçlü padnos dəsti - 100 manat, 1 üstü çaydanlı qəfədan - 100 manat, 1 qəfədan - 50 manat, dördlü çuğun qazan dəsti - 250 manat, 1 dəst qazan dəsti - 200 manat, 1 dəst jaronnik dəsti - 150 manat, üçlü aşsütən dəsti - 100 manat, çörək qabı - 10 manat, 1 ədəd bıçaq dəsti - 100 manat, 12 ədəd ləpəqabı - 50 manat, 1 ədəd çaydan – 20 manat olmaqla, cəmi 19030 manat, qızılzinyət əşyaları - 2 dəst komplekt (qolbaq, sep, sırğa, üzük) 23qr, 2-ci komplekt gül brilyant (sırğa,üzük) 26qr 750 əyyar - 6500 manat, 1 ədəd nişan üzüyü sibir biriliyant ilə 32 sot 6qr 750 əyyar - 2500 manat, qaşsız sarı qızıl üzük 3qr 583 əyyar – 200 manat, 1 ədəd üzük alyans sarı qızıl 2 qr 583 əyyar - 250 manat, 1 ədəd üzük zefir sarı qızıl 4 qr 583 əyyar - 350 manat, 1 ədəd sep klonla birlikdə sarı qızıl 7 qr 583 əyyar - 250 manat, 1 ədəd sep klonla birlikdə sarı qızıl 6.5 qr 583 əyyar - 300 manat olmaqla, cəmi 10350 manat. Cavabdeh göstərilən daşınar əmlakının üzərində qanunsuz sahiblik edərək onları iddiaçıya geri qaytarmaqdan imtina edir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanlanmış etirazda “iddia tələbi üzrə iddiaçı ümumi dəyəri 40415 manat olan 81 ədəd mebel, məişət avadanlığı və qızıl-zinyət əşyalarının məndən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Siyahıda qeyd edilənlərdən 2 ədəd yay yorğanı (21), 15 ədəd əl üz dəsmalı (24), 2 bagema konfet qabı (45), 2 göy vaz (48), 4 dəst vaz (48), 2 dəst bagema çaynı serviz (50), 1 dəst kofeyni serviz (51), 6x6 xrustal stəkan dəsti (52). 12 ədəd razetka mürəbbə qabı (53), 6 ədəd qəddan, 2 ədəd böyük qənddan (54). tort keks bişirmək üçün qablar (63), 12 ədəd xrustal stəkan nəlbəki rozetka (64), 3-lü aşsüzən dəsti (77) və qızıl zinyət əşyaları tamamilə yoxdur, tələb olunana əmlaklardan 5 dəst çxol dəsti deyil (22) -1 dəst, 10 ədəd çay dəsmalı deyil (26)-4 ədəd, 5 əddə skater deyi 1(27)-2 ədəd, 12x12 farfor boşqab dəsti deyil (41)-6x6 boşqab dəsti, 4 ədəd saxlama qabı deyil (59) deyil 2 ədəd saxlama qabı, 4-lü çuğun qazan dəsti deyil (74) 1 çuğun qazan dəsti olmaqla digər əmlak hazırda mənzildə mövcuddur. İddiaçı mənə toyda hədiyyə alınmış nişan üzüyü, anama məxsus qızıl sırğa və üzük dəsti, toyda hədiyyə şəklində ona verilən və hazırda tələb etdiyi zinyət əşyalarını yaşadığımız mənzili tərk edib ata evinə gedən zaman özü ilə götürmüşdür. Belə ki, iddiaçı xx.xx.2023-cü ildə nigahın pozulması tələbi ilə mediasiyanın tətbiqi barədə təklifi mənə göndərdiyi zaman artıq 4 aya yaxın idiki evdən çıxıb getmişdi. Qeyd edilən tarixdən bir neçə aylar sonra yaxın qohumunun toy məclisində iştirak etdiyi zaman tələb etdiyi və bizim ona hədiyyə şəklində toyda verdiyimiz zinyət əşyaları üzərində olmuşdur, (fotoşəkillər diskdə əlavə olunur). Eyni zamanda iddiaçının anası ilə telefon yazışması zamanı anasının "qızıl-gümüşünüz də geri qaytarılacaq” deyə ifadələr səsləndirdiyi (diskdə təqdim olunur) səs yazısı da mövcuddur” ifadələri qeyd olunmuşdur. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanlanmış etiraza münasibət ərizəsində “etirazda cavabdehin yazdığı etiraz öz qurmalarından, saxtakarlıqdan və yalan şər, böhtandan başqa bir şey deyildir. İlk növbədə bildirirəm ki, cavabdeh etiraz ərizəsində qeyd edir ki, guya mən nikahın pozulması barədə xx.xx.2023-cü il tarixdə mediasiyaya müraciət etmişəm. Guya 4 ay həmin tarixdən qabaq çıxıb evə gəlmişəm. Elə ilk yalan və şər dolu yazını buradan ifşa etmək olur. Halbuki 2023-cü ilin iyul ayının 10-da biz bir yerdə, yəni cavabdeh olan Tural, mən, Turalın ailəsi və mənim qardaşım istirahət etmək üçün Şamaxıda Pirquluda yerləşən məkanda istirahətdə olmuşuq. (Bununla bağlı telefonumun qalereyasında 10 iyul 2023-cü il tarixinə aid olan şəkilləri ərizəmə əlavə edirəm.) İkinci yalan və şər dolu mülahizəsinə cavab olaraq bildirirəm ki, cavabdeh etiraz ərizəsində bildirir ki, qeyd olunan tarixdən, yəni xx.xx.2023-cü il tarixdən 1 neçə aylar sonra guya mən qohumlarımın toyunda tək iştirak etmişəm və həmin qızıllar mənim üzərimdə olub. Halbuki o ərəfələrdə yalnız mən sonuncu dəfə 2023-cü ilin təxminən mayavqust aylarında qohum toyunda həmin bu cavabdeh Tural ilə birlikdə olmuşam. Turalın anası Çimnazda həmin toyda olub. Həmin toyda mən ayağa dururam və yanımda Tural ilə birlikdə addımlayaraq toyxananı tərk edirik. Həmin videgörüntünü (DVD diskə əlavə edirəm). Mən bundan sonra heç bir toyda, nişanda ümumiyyətlə iştirak etməmişəm. Eyni zamanda anam Adilə Turalın anası Çimnazın istifadə etdiyi 050 *** ** ** mobil nömrə ilə qeydiyyatda olan vatsap tətbiqi vasitəsi ilə bir biriləri ilə həm yazılı həm səs ilə danışmışlar. Bu yazışmada anam Adilə Çimnaza səs ataraq bildirir ki, sizin nə qızılınız, nə alimentiniz bizə lazım deyildir. Demək ki, biz onlardan heç bir qızıl almamışdıq ki, onlara belə bir səs göndərirdik. Yaxud da ki, onlar biz qızılı aparsa idik bununla bağlı biİdirərdilər. Lakin həmin səsdən sonra Turalın anası Çimnaz qızıl ilə bağlı bir söz belə yazmır. Həmçinin cehizlərlə bağlı bildirirəm ki, mən həmin qeyd etdiyim cehizlərin üzərinə həbsin qoyulmasına dair Abşeron Rayon Məhkəməsinə müraciət etmişəm, həmin müraciət əsasında Hakim Mirnəsir Mirhəsənlinin 16(012)-251/2024 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Həmin əmlakları icra məmuru siyahıya almışdır. İndi isə əsassız və qanunsuz olaraq bildirirlər ki, guya 2 ədəd yay yorğanı və digər əmlaklarımın sayını azaltmışlar. Həmin əmlakların sayının azalmasının səbəbi onların həmin əmlakları yandırıb, sındırıb məhv etmələridir. Hansı gəlin ailə qurub evlənəndə 6 boşqab aparır və ya 2 yorğan aparır. Biz Şamaxı camaatı toylarda digər insanlar iştirak etdiyindən borc xərc edib hər şeyin ən əlası ən çoxunu cehiz kimi təmin edirik. İndi necə olur ki, cəmi 6 boşqab, 2 yorğan və s əmlaklar apardığım qeyd olunur. Əlbəttə ki, həmin əmlaklar cavabdeh və onun ailə üzvləri tərəfindən sındırılıb məhv edilmişdir” ifadələri qeyd olunmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, qardaşı, həmçinin nümayəndəsi Nümayəndə1 nikah mərasimi keçiriləcəyi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, əsaslı sübutlar, ekspert rəyi və digər mötəbər sübutları əsas götürərək iddianın tam şəkildə təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, fevral ayında tərəflərin toyu olmuş, sonra bacısı xəstəlik adı ilə, yəni hamiləliklə əlaqədar evə gətirilmişdir. Oktyabrın 11-i tərəflərin uşaqları dünyaya gəlmiş, cavabdeh öz uşağını görməyə belə gəlməmişdir. İddiaçı gələndə evə özü ilə heç bir əşya gətirməmiş, bütün paltarları, qızıl-zinyət və digər əşyaları cavabdehin evində qalmışdır. Qızıl-zinyət əşyalarına daxil olan 2 ədəd ayrı komplekt var. Hər ikisi də hədiyyədir. İş materiallarına əlavə edilmiş iddiaçı və cavabdeh arasında olan yazışmalarda cehizlər istənilmiş, lakin təhvil verilməmişdir. Bundan əlavə cavabdeh “whatsapp” yazışmasında qızılları qaytarmayacağını bildirmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, may-iyun ayında iddiaçının hamiləliyi ağır olduğundan cavabdeh onu Xırdalandakı evindən gətirmiş, daha sonra isə iddiaçı qayıtmamışdır. İddiaçı gələrkən qızıl-zinyət əşyalarının heç birini özü ilə gətirməmişdir. Tələb olunan əşyalar arasında olan komplektin biri qız toyunda taxılmış, digəri isə qaynanasının komplekti olmuş və iddiaçıya verilmişdir. Toyun video-kasetində qızılların verilməsi aydın şəkildə görünür. Qaynatası iddiaçıya sibir brilyantı olan üzüyü oğlan toyunda vermişdir. Alyans nişan üzüyüdür. Qaşsız sarı qızılı cavabdehin qohumu vermişdir. 1 yanvar iddiaçının ad günüdür, həmin vaxt iddiaçıya qaşsız sarı qızıl verilib ki, onu da cavabdehin dayısı arvadı vermişdir. İddiada qeyd edilən “Zefir” üzüyünü qızına “üzəçıxdı” mərasimində vermişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, toyları olduqdan qısa müddət sonra Bakı şəhərinə gəlmişlər. Tərəflər Xırdalan şəhərində 1 aydan bir az çox birlikdə yaşamışlar. Cavabdehin qohumlarına aid olan toya getmişlər və toydan çıxandan sonra cavabdehlə Şamaxıya istirahətə getmiş, sonra isə evlərinə düşürmüş, bu zaman qızıllar onun üzərində olmuşdur. Birgə nikahdan olan uşağın doğulacağı ərəfədə iddiaçı anasının evinə getmək istəmiş, cavabdeh isə iddiaçının qaynanası (cavabdehin anası) ilə münasibətləri yaxşı olmadığına görə onu anasının evinə aparmışdır. Bu zaman aralarında problem olmamış, iddiaçı öz istəyi ilə getmək istəmişdir. Cavabdeh hazırda da həmin evdə yaşayır, evdə cehizlərdən başqa xanıma aid əşya yoxdur. Cavabdeh birgə nikahdan olan uşağın ad günündən sonra onların evinə getməmişdir. Tələb olunan əşyalar evdədir, cavabdeh tərəfindən istifadə olunmur, iddiaçı tərəf gəlib götürə bilər. Qızıl-zinyət əşyalarını isə iddiaçı gedərkən götürüb aparmışdır. İddiaçıya 1 komplekt və 1 üzük verilmiş, iddiaçı tərəfin qeyd etdiyi ikinci komplekt isə verilməmişdir. Toyları olan zaman cavabdehin komandiri baş hərflərinin olduğu sep hədiyyə etmişdir. Tək hədiyyə bu olmuş, o da yoldaşında (iddiaçıda) olmuşdur. Cavabdeh iddiaçının ad günündə iştirak etməmiş, Sevgililər Günündə isə ona 100 manatlıq sep almışdır. Bundan əlavə cavabdehin atası isə iddiaçıya heç bir hədiyyə etməmişdir. Nişan üzüyü sadə üzük olmuş, üzərində brilyant olmamışdır. Nişan üzüyünü özü ilə gedəndə aparmışdır. Ümumiyyətlə, şadlıq sarayında heç bir qızıl verilməmişdir. Tərəflər arasında bağlanmış nikahın pozulması ilə bağlı iddiaçı Şamaxı Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, lakin həmin vaxt qızıl məsələsi qaldırılmamışdır. Məhkəməyə müraciət edəndən sonra barışmaq istəmiş, lakin cavabdeh razı olmamışdır. Daha sonra qeyd etmişdir ki, yazışmada olan nömrə cavabdehə məxsus olsa da, yazılardan yalnız “qızılları özüm almışam” hissəsi ona aiddir, qalan hissə montaj olunub, ona aid deyil. Tərəflər cehiz və qızıl haqqında heç vaxt danışmamışlar. Boşanmadan sonra aralarında danışıq olmamışdır. Cehizləri də çıxarmaq üçün icra məmuru ilə gəlməli olduqlarını bildirmişdir. Bundan əlavə ekspert rəyi ilə razılaşmır. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Vəkil iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, tərəflərin xx.xx.2023-cü il tarixdə toyları olmuş, birgə nikahdan uşaqları doğulandan sonra iddiaçı çıxıb atasının evinə getmiş, gedərkən özünə məxsus olan hər şeyi, həmçinin qızılları da özü ilə aparmışdır. Paltarlarla bağlı mübahisə yoxdur. Belə ki, tərtib olunmuş akta, siyahıya uyğun olaraq qəbul edirlər. Lakin qızıl-zinyət əşyalarını, ümumiyyətlə, qəbul etmirlər. 1 ədəd alyans sarı üzük və komplekt dəst qolbaq mövcud olmuş, lakin evdən gedərkən aparılmışdır. Toy şəkillərində olan zinyət əşyalarının mövcudluğunu qəbul etmiş, gül formalı brilyant dəst (ikinci komplekt), sibir brilyantı ilə üzük, qaşlı sarı üzüyü qəbul etmirlər. Ərizə və etirazda hansı qızılların olub-olmaması barədə ətraflı qeyd etmişlər. Qeyd olunanlardan başqa hədiyyə və ya qızıl olmamışdır. Əlavə olaraq ekspert rəyi ilə razılaşmır. Həmçinin etirazda texniki yanlışlığa yol verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddiaçı toy olan gün onların evinə gəlmiş, sonra isə həmin evdən getmişdir. Belə ki, gəlini (iddiaçı) ondan xoşu gəlmədiyi üçün onların (qaynanasının) evinə gəlmirdi. O müəllim işləyir, yoldaşı təqaüdçüdür, bu baxımdan onların sibir brilyantı almağa imkanı yoxdur. Qızılları aldığı yerlər yadındadır. İddiaçı bütün qızıllarını götürüb getmişdir. Evdə olan tək zinyət əşyası iddiaçıya verilən ailə yadigarı olan sırğadır və brilyant deyil. İddiaçıya sibir brilyantı və üzük verilməmişdir. Nişan üzüyü üzərində heç nə olmayan, sadə alyans olmuşdur. Qardaşının yoldaşı iddiaçıya bayramda qaşsız üzük vermişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Şamaxı Rayon Məhkəməsinin e-2(074)-744/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə Yolçiyeva (Nəbiyeva) Lamiyə Azər qızı arasında xx.xx.2023-cü il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 14 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 İddiaçı yanında qalması, tərəflərin birgə nikahından olan xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 200 manat sabit pul məbləğində aliment, uşağın 3 yaşına çatanadək əlavə olaraq hər ay 50 manat pul və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. - Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurları X3 və X11, borclu Cavabdeh, tələbkar X5 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1, hal şahidləri X12 və X2 imzaları ilə təsdiq olunaraq tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adıçəkilənlər Abşeron Rayon Məhkəməsinin 16(012)-251/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı icra sənədində göstərilən ünvanda olmuş, icra sənədində göstərilən madrid gümüşlük 1 ədəd - 650 manat, blendr 1 ədəd - 120 manat, 2 ədəd yay yorğanı - 200 manat, 5 ədəd çexol dəsti - 300 manatdan 1 ədədi, 5 ədəd qətvə 85 manatdan 1 ədədi, 20 ədəd əl-üz dəsmalı –100 manatdan 5 ədədi, 20 ədəd çay dəsmalı 60 manatdan 14 ədədi, 5 ədəd skater 150 manatdan 1 ədədi, 12x12 forfor boşqab dəsti 250 manatdan, 6x6 ədəd 4 dəst vaz 400 manat, 2 ədəd bagema çay servisi 1500 manat, 1 dəst qəhvə servisi 1500 manat, 12 ədəd razetka mürəbbə qabı 200 manat, 6 ədəd qənddan, 12 ləpəqabı 100 manatdan 10 ədədi, 4 ədəd saxlama qabı 100 manat 2 ədədi, 6 ədəd ədviyyat qabı kauçuk 40 manat 1 ədədi, tort keks bişirmək üçün qablar 200 manat, 12 ədəd xrustal stəkan nəlbəki rozetka 150 manat, 4-lü çuğun qazan dəsti 500 manatdan 1 ədədi, 1 dəst qazan dəsti 400 manat, 3-lü aşsüzən dəsti 150 manatdan 1 ədədi, 2 dəst komplekt (qolbaq, sep, sırğalar, üzük), 2-ci komplekt gül brilyant 750 əyyar 10000 manat, 2 sep 750 əyyar 1500 manat, gül brilyant qaşlı üzük 700 manat, nişan üzüyü sibir brilyantı ilə 750 əyyar 2300 manat dəyərində, firuzə qaşlı üzük 600 manat və 2 ədəd üzük 1200 manat dəyərində əşyalar istisna olmaqla, digər əşyalar aşkar edilmişdir. -"xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən (hesabatından) görünür ki, 1) 1 ədəd komplekt dəst (qolbaq sep, sırğa, üzük) – çəkisi 23 qram 750 əyar olmaqla, 2) gül formalə, brilyant dəst (sırğa üzük) çəkisi 26 qram 750 əyar olmaqla, 3) 1 ədəd sibir brilyant ilə üzük 32 sot 6 qram 750 əyar olmaqla, 4) qaşsız sarı qızıl üzük 3 qram 583 əyar olmaqla, 5) alyans sarı rəngli üzük 2 qram 583 əyar olmaqla, 6) zəfir sarı rəngi üzük 4 qram 583 ayar olmaqla, 7) 1 ədəd sep klon ilə birlikdə sarı rəngli qızıl 7 qram 583 əyar olmaqla, 8) 1 ədəd sep klonu ilə birlikdə 6.5 qram 583 əyar olmaqla qızıl zinyət əşyalarının rəy verilən tarixə ümumi dəyəri 13370 manat məbləğində müəyyən olunmuşdur. -Məhkəmə iclasında tərəflərin toy mərasiminə aid disk materialı tədqiq edilmişdir. -Məhkəmə iclasında iddiaçının anasına məxsus səs yazısı tədqiq edilmişdir. -Cavabdeh tərəfindən ona məxsusluğu etiraf edilmiş +**********56 nömrəli telefon nömrəsindən göndərilmiş “Whatsapp” tətbiqindən çıxarışdakı mesajlarda “ne cehiz ne qizil sene bu evden bir copde verilmeyecek”; “elediyim o hormetsizliye gore gelib anamdan uzr isdemey evezine hele bir cehiz de isdeyirsen qizili men oz pulumla almisam” qeyd olunmuşdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin rəsmi nikahı xx.xx.2023-cü il tarixdə qeydə alınmış və Şamaxı Rayon Məhkəməsinin e-2(074)-744/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Onların birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X6 olmuşdur. Tərəflər əvvəllər mehriban yaşasalar da, sonradan onların münasibətləri korlanmışdır. Onlar boşandıqdan sonra iddiaçıya məxsus bəzi cehiz əmlakları və qızıl-zinyət əşyaları cavabdehin yaşadığı Abşeron rayonundakı evdə qalmışdır. Bu səbəbdən iddiaçı hazırda həmin əşyaların cavabdehdən alınaraq ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə mübahisə ilə əlaqədar qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh iddiaçının iddia ərizəsində qeyd etdiyi cehiz əmlaklarının Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda göstərilən formada mövcud olmasını, hazırda ona məxsus evdə olmasını və həmin əşyaların iddiaçı tərəfindən götürülməsinə heç bir etirazının olmadığını bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsində göstərilən cehiz əmlaklar xx.xx.2024-cü il tarixli akt nəzərə alınmaqla cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Tələb olunan qızıl əşyaları ilə bağlı məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, 6 qram 750 əyyar 1 ədəd sibir brilyant ilə nişan üzüyü və 4 qram 583 əyyar 1 ədəd “zefir” sarı qızıl üzüyünün ümumilikdə mövcudluğu sübut edilmədiyindən, iddiaçı öz iddiasını həmin hissədə təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etmədiyindən, həmçinin məhkəmə tərəfindən bu hal öz təsdiqini tapmadığından qeyd edilən qızıllar istisna olmaqla digər qızıllar, onlar olmadıqda isə onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, məhkəmənin əvvəlki iclaslarında cavabdeh yalnız 1 komplektin və alyans (nişan üzüyünün) mövcudluğunu qeyd etsə də, sonrakı iclaslarda digər qızılların da mövcudluğunu etiraf etmişdir. Yalnız 2-ci komplekt adlanan hissədə ailə yadigarı olan sırğanın (anasına məxsus) mövcudluğunu etiraf etmiş, üzüyün isə olmadığını qeyd etmişdir. Lakin cavabdeh tərəfindən yazılmış etirazdan da görünür ki, cavabdeh anasına məxsus qızıl sırğa və üzüyün iddiaçının evi tərk edərkən atası evinə apardığını qeyd edir. Həmçinin məhkəmə tərəfindən tərəflərin iştirakı ilə toy diskinin tədqiqi zamanı cavabdehin atası tərəfindən iddiaçının ovucuna nəyinsə qoyulduğu görünmüş, bu zaman cavabdeh və onun anası, nümayəndəsi etiraf etmişdirlər ki, bu qızıl sırğadır və ailə yadigarıdır. Həmçinin izahatlarla müəyyən olunmuşdur ki, iddiaçı heç bir mübahisə olmadan anası evinə cavabdeh tərəfindən aparılmışdır. Cavabdehin etirazında həmin qızılların iddiaçının gedərkən aparmasını qeyd etməsi halını məhkəmə mövcud şəraitə əsasən ağlabatan və inandırıcı hesab etmir. Bu həm də ondan irəli gəlir ki, cavabdeh etirazında iddiaçının evi tərk etdiyini bildirir, lakin izahatında iddiaçını anası evinə özünün apardığını qeyd edir. Bundan əlavə məhkəmə iclasında iddiaçının anasına məxsus səs yazısının tədqiqi zamanı “gəlib cer-cehizimi çıxaracam, amma qızılından gümüşündən arxayın ol, verəcəm özünə” qeyd edilmişdir. Qeyd edilən cümləni ilk əvvəl sanki qızılların iddiaçı tərəfdə olduğu kimi başa düşüldüyü görünsə də, əslində cehiz və digər əşyaların cavabdehin evində olduğunu nəzərə alsaq, iddiaçının anasının əslində demək istədiyi məna qızılları götürmə niyyətində olmadığı, yalnız cehizləri götürmək istəyi kimi başa düşülməlidir. Bundan əlavə məhkəmə araşdırması zamanı təqdim edilmiş, Cavabdeh tərəfindən ona məxsusluğu etiraf edilmiş +**********56 nömrəli telefon nömrəsindən göndərilmiş “Whatsapp” tətbiqindən çıxarışdakı mesajlarda “ne cehiz ne qizil sene bu evden bir copde verilmeyecek”; “elediyim o hormetsizliye gore gelib anamdan uzr isdemey evezine hele bir cehiz de isdeyirsen qizili men oz pulumla almisam” və digər ifadələr qeyd olunmuşdur ki, bu hal bir daha mövcudluğu məhkəmə tərəfindən qeyd edilən qızılların cavabdehdə olmasını təsdiq edir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları həmin hissədə sübut edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** saylı qəbz əsasında 162 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 162 manat dövlət rüsumunun 81 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalı, qalan 81 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən iddia həcminin artırılması barədə ərizə verilmədiyi üçün mütəxəssis tədqiqatının aparılmasına sərf edilmiş məbləğ iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1i ünvanda yerləşən 1 ədəd soyuducu - 1380 manat, 1 ədəd paltaryuyan - 700 manat, 1 ədəd qaz piltəsi - 140 manat, 1 ədəd gizli aspirator - 1000 manat, 1 ədəd ətçəkən silver - 140 manat, 1 ədəd Bosch soba - 800 manat, 1 ədəd Bosch markalı mikrodalğalı soba - 600 manat, 1 ədəd televizor - 1000 manat, 1 ədəd samovar galaxy - 80 manat, 1 ədəd sokçəkən silver - 100 manat, 1 ədəd Bosch markalı ütü - 130 manat, 1 ədəd mikser - 100 manat, 1 ədəd Bosch markalı blender - 50 manat, 1 ədəd keops markalı dolab - 1920 manat, 1 ədəd keops markalı yataq (160x200) - 930 manat, 1 ədəd keops paltar şkafı - 720 manat, 2 ədəd keops komidin - 560 manat, 1 ədəd madrid konsol (televizor altlığı) - 986 manat, 1 ədəd madrid TV - 544 manat, 1 ədəd madrid masa - 950 manat, 6 ədəd Voge sandalye - 1200 manat, 2 ədəd heşterxan sandalye - 325 manat, 1 ədəd class kose (künc oturacaq dəsti) böyük hissə - 1320 manat, 1 ədəd class kose (künc oturacaq dəsti) hissəsi - 440 manat, 1 ədəd class kose (künc oturacaq dəsti) kiçik hissə - 440 manat, 1 ədəd kare puf (yumşaq oturacaq) - 50 manat, 1 ədəd softline yataq 160x200 - 215 manat, 1 ədəd tozsoran - 300 manat, 1 ədəd ütü - 150 manat, 1 ədəd mikser - 150 manat, 1 ədəd doğrayıcı - 50 manat, 3 ədəd ədyal (örtük) 1 taxt 2 tək - 200 manat, 4 dəst çexol (örtük) dəsti - 240 manat, dəst balışı ilə taxt üzlüyü - 250 manat, 15 ədəd əl-üz dəsmalı - 100 manat, 6 ədəd çay dəsmalı - 30 manat, 4 ədəd skater (masa örtüyü) - 120 manat, 8 ədəd həsir boşqabaltı - 40 manat, 3 ədəd divan üzlüyü - 60 manat, 2 balaca xalça - 40 manat, 2 ədəd böyük xalça - 500 manat, 2 ədəd ayaqaltı - 20 manat, ağzı rezinli ayaqaltı qabı - 15 manat, 1 ədəd ütü masası - 50 manat, 1 ədəd paltar asılqanı - 20 manat, 1 ədəd döşəmə silən dəst - 20 manat, 2 ədəd çilçıraq - 600 manat, 3 ədəd kapsella markalı pərdə - 1100 manat, 1 güldan 2 vaz - 200 manat, 5 ədəd suvenir - 50 manat, 6x6 farfor (çini) boşqab dəsti - 300 manat, 6x6 iran boşqab dəsti - 120 manat, 2 kristal qədimi vaz - 200 manat, 2 kristal güldan - 200 manat, 2 bagema konfet qabı - 200 manat, 2 bagema meyvə qabı - 200 manat, 2 göy vaz - 150 manat, 1 ədəd bagema güldan - 80 manat, 6x6 kristal stəkan nəlbəki - 80 manat, 2 ədəd böyük qənddan - 60 manat, 1 qutu bıçaq dəsti - 150 manat, 2 ədəd 3 gözlü (3 mərtəbəli) ləpəqabı - 50 manat, altılıq suvenir ləpəqabı - 100 manat, 2 ədəd balıq formalı şüşə qab - 40 manat, 2 ədəd saxlanma qabı - 20 manat, 5 ədəd ədviyyat qabı plastik - 25 manat, mətbəx mebeli - 2500 manat, mətbəx stol-stul dəsti - 450 manat, sandıqda 12 qaşıq dəsti - 150 manat, 6 qaşıq bıçaq-çəngəl dəsti - 60 manat, stolüstü bıçaq dəsti - 80 manat, sarımsaqəzən - 10 manat, stolüstü qaşıq dəsti - 80 manat, stolüstü ədviyyat qabı dəst - 80 manat, üçlü sini dəsti - 100 manat, 1 üstü çaydanlı qəhvədan - 100 manat, 1 qəhvədan - 50 manat, üçlü çuqun qazan dəsti – 187.5 manat, 1 dəst tava dəsti - 150 manat, ikili aşsüzən dəsti – 66.7 manat, 1 ədəd çörək qabı - 10 manat, 2 ədəd ləpəqabı – 8.3 manat, 1 ədəd çaydan - 20 manat, 1 dəst komplekt (qolbaq, sep, sırğa, üzük) 23 qram, 1 dəst komplekt gül brilyant (sırğa, üzük) 26 qram 750 əyyar olmaqla, 2 dəst komplekt – 6500 manat, 1 ədəd qaşsız sarı qızıl üzük 3 qram 583 əyyar – 200 manat, 1 ədəd üzük alyans sarı qızıl 2 qram 583 əyyar – 250 manat, 1 ədəd sep klonla birlikdə sarı qızıl 7 qram 583 əyyar – 250 manat və 1 ədəd sep klonla birlikdə sarı qızıl 6.5 qram 583 əyyar – 300 manat əşyalar naturada, onlar olmadıqda onların ümumi dəyəri olan 34702.5 manat pul məbləği Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. ünvan 1i ünvanda yerləşən 1 ədəd soyuducu - 1380 manat, 1 ədəd paltaryuyan - 700 manat, 1 ədəd qaz piltəsi - 140 manat, 1 ədəd gizli aspirator - 1000 manat, 1 ədəd ətçəkən silver - 140 manat, 1 ədəd Bosch soba - 800 manat, 1 ədəd Bosch markalı mikrodalğalı soba - 600 manat, 1 ədəd televizor - 1000 manat, 1 ədəd samovar galaxy - 80 manat, 1 ədəd sokçəkən silver - 100 manat, 1 ədəd Bosch markalı ütü - 130 manat, 1 ədəd mikser - 100 manat, 1 ədəd Bosch markalı blender - 50 manat, 1 ədəd keops markalı dolab - 1920 manat, 1 ədəd keops markalı yataq (160x200) - 930 manat, 1 ədəd keops paltar şkafı - 720 manat, 2 ədəd keops komidin - 560 manat, 1 ədəd madrid konsol (televizor altlığı) - 986 manat, 1 ədəd madrid TV - 544 manat, 1 ədəd madrid masa - 950 manat, 6 ədəd Voge sandalye - 1200 manat, 2 ədəd heşterxan sandalye - 325 manat, 1 ədəd class kose (künc oturacaq dəsti) böyük hissə - 1320 manat, 1 ədəd class kose (künc oturacaq dəsti) hissəsi - 440 manat, 1 ədəd class kose (künc oturacaq dəsti) kiçik hissə - 440 manat, 1 ədəd kare puf (yumşaq oturacaq) - 50 manat, 1 ədəd softline yataq 160x200 - 215 manat, 1 ədəd tozsoran - 300 manat, 1 ədəd ütü - 150 manat, 1 ədəd mikser - 150 manat, 1 ədəd doğrayıcı - 50 manat, 3 ədəd ədyal (örtük) 1 taxt 2 tək - 200 manat, 4 dəst çexol (örtük) dəsti - 240 manat, dəst balışı ilə taxt üzlüyü - 250 manat, 15 ədəd əl-üz dəsmalı - 100 manat, 6 ədəd çay dəsmalı - 30 manat, 4 ədəd skater (masa örtüyü) - 120 manat, 8 ədəd həsir boşqabaltı - 40 manat, 3 ədəd divan üzlüyü - 60 manat, 2 balaca xalça - 40 manat, 2 ədəd böyük xalça - 500 manat, 2 ədəd ayaqaltı - 20 manat, ağzı rezinli ayaqaltı qabı - 15 manat, 1 ədəd ütü masası - 50 manat, 1 ədəd paltar asılqanı - 20 manat, 1 ədəd döşəmə silən dəst - 20 manat, 2 ədəd çilçıraq - 600 manat, 3 ədəd kapsella markalı pərdə - 1100 manat, 1 güldan 2 vaz - 200 manat, 5 ədəd suvenir - 50 manat, 6x6 farfor (çini) boşqab dəsti - 300 manat, 6x6 iran boşqab dəsti - 120 manat, 2 kristal qədimi vaz - 200 manat, 2 kristal güldan - 200 manat, 2 bagema konfet qabı - 200 manat, 2 bagema meyvə qabı - 200 manat, 2 göy vaz - 150 manat, 1 ədəd bagema güldan - 80 manat, 6x6 kristal stəkan nəlbəki - 80 manat, 2 ədəd böyük qənddan - 60 manat, 1 qutu bıçaq dəsti - 150 manat, 2 ədəd 3 gözlü (3 mərtəbəli) ləpəqabı - 50 manat, altılıq suvenir ləpəqabı - 100 manat, 2 ədəd balıq formalı şüşə qab - 40 manat, 2 ədəd saxlanma qabı - 20 manat, 5 ədəd ədviyyat qabı plastik - 25 manat, mətbəx mebeli - 2500 manat, mətbəx stol-stul dəsti - 450 manat, sandıqda 12 qaşıq dəsti - 150 manat, 6 qaşıq bıçaq-çəngəl dəsti - 60 manat, stolüstü bıçaq dəsti - 80 manat, sarımsaqəzən - 10 manat, stolüstü qaşıq dəsti - 80 manat, stolüstü ədviyyat qabı dəst - 80 manat, üçlü sini dəsti - 100 manat, 1 üstü çaydanlı qəhvədan- 100 manat, 1 qəhvədan - 50 manat, üçlü çuqun qazan dəsti – 187.5 manat, 1 dəst tava dəsti - 150 manat, ikili aşsüzən dəsti – 66.7 manat, 1 ədəd çörək qabı - 10 manat, 2 ədəd ləpəqabı – 8.3 manat, 1 ədəd çaydan - 20 manat, 1 dəst komplekt (qolbaq, sep, sırğa, üzük) 23 qram, 1 dəst komplekt gül brilyant (sırğa, üzük) 26 qram 750 əyyar olmaqla, 2 dəst komplekt – 6500 manat, 1 ədəd qaşsız sarı qızıl üzük 3 qram 583 əyyar – 200 manat, 1 ədəd üzük alyans sarı qızıl 2 qram 583 əyyar – 250 manat, 1 ədəd sep klonla birlikdə sarı qızıl 7 qram 583 əyyar – 250 manat və 1 ədəd sep klonla birlikdə sarı qızıl 6.5 qram 583 əyyar – 300 manat əşyalar naturada, onlar olmadıqda onların ümumi dəyəri olan 34702.5 manat pul məbləği Cavabdeh alınaraq İddiaçı verilsin. Mütəxəssis təqdiqatının aparılmasına sərf edilmiş məbləğ iddiaçının özünə aid edilsin. Ödənilmiş 162 manat dövlət rüsumunun 81 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulsun, qalan 81 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-1751/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1751/2025
18.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver