Məhkəmə qərarları › İş №2(012)-1755/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1755/2023

14.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1755/2023 14.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, Ərizəçi vəkili-nümayəndəsi Vəkil və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə 14 mart 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) imzalandığı andan 10 gündən artıq vaxt keçməsinə və öhdəlik götürmüş tərəfin sazişin müddəalarından boyun qaçırdığını nəzərə alaraq X1 (M-00077) tərəfindən maraqlı şəxsin və onun etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə Mediasiya haqqında Qanunun 33-cü maddəsinə əsasən hazırlanmış MŞB/6-7404 saylı, 14 dekabr 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, iş üzrə Maraqlı şəxs ilə 1992-ci ildən 2020-ci ilədək rəsmi nikahda olmuşdur. Birgə nikahlarından bir qız və bir oğlan övladları var. Birgə nikahları dövründə ünvan 1 ünvanında fərdi yaşayış evi inşa edərək orda yaşamışlar. Boşandıqdan sonra isə o məcburi olaraq anasının evində yaşayır. Həmin fərdi evdə yaşayış hüququ almaq üçün mediasiyaya müraciət etmişdir. 14 dekabr 2022-ci ildə X1 (M-00077) tərəfindən maraqlı şəxsin və onun etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə Mediasiya haqqında Qanunun 33-cü maddəsinə əsasən hazırlanmış MŞB/6-7404 saylı barışıq sazişi təsdiq edilmişdir. Həmin sazişin 1-ci bəndinə əsasən tərəflər (yəni mən və hazırki iş üzrə Maraqlı şəxs) birgə nikah dövründə ünvan 2 ünvanında inşa olunmuş, üç otaqlı (iki yataq otağı, bir zal, mətbəx, sanitar qovşaq), təxminən 110 kvadratmetr sahəyə malik yaşayış evində yaşayış hüququnun verilməsi məsələsində razılığa gəlmişlər. Həmin sazişin 2-ci bəndinə əsasən ikinci tərəf (yəni hazırki iş üzrə Maraqlı şəxs) birinci tərəfə (yəni Dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəçiyə) birgə nikah dövründə inşa olunmuş .birinci bənddəki sözügedən yaşayış evinin bir otağını (20 kv-m-lik otağı) birinci tərəfin (ərizəçinin) yaşayış hüququnu tanımaqla daimi istifadəsinə verir. Həmin sazişin 3-cü bəndinə əsasən tərəflər yaşayış sahəsinin digər hissələrini isə ( bir zal, mətbəx, sanitar qovşaq ) birgə istifadədə saxlamağı razılığa gəlmişlər Həmin sazişin 4-cü bəndinə əsasən ikinci tərəf (yəni hazırki iş üzrə Maraqlı şəxs) birinci tərəfin (yəni ərizəçinin) yaşayış sahəsindən istifadəsinə heç bir maneçilik törətməyəcəyini öhdəsinə götürmüşdür. Lakin 2023-cü ilin yanvar ayının əvvəlində onun nümayəndəsi Vəkil hazırki iş üzrə Maraqlı şəxs mobil telefon vasitəsilə zəng edərək sazişin icrası ilə əlaqədar yaxın günlərdə yaşayış sahəsinə gələcəklərini və bu səbəbdən də evdə olub-olmayacağını soruşarkən M Əhmədov bildirmişdir ki, onu evə buraxmayacaq və razılığa gəlməsinə də peşmandır. Həmin sazişdə konkret müddət müəyyən olunmamış sazişin qüvvədə olduğu müddətdə daimi icra olunacağı (yəni sazişin şərtlərinə daim əməl olunması) qeyd edilmişdir. Artıq həmin vaxtdan qanunda nəzərdə tutulmuş 10 gün müddət ötmüşdür. Belə olan təqdirdə o, həmin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmənin nəzərinə onu da çatdırır ki, o, Laçın rayonu Piçəniş Ə/D, Piçəniş kəndində qeydiyyatdadır, məcburi köçkündür və Abşeron rayonu ərazisində məskunlaşmışdır. Bu barədə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Abşeron Rayon Bölməsinin və Azərbaycan Respublikası Abşeron Rayon icra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmir Birliyinin 4 saylı Mənzil Təsərrüfatının istismar təmir Sahəsinin birgə təsdiq etdikləri arayışı məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili-nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs izahatında bildirdi ki, keçmiş arvadı Ərizəçi onun istifadəsində olan mənzildən istifadə etməsinə və aralarında bağlanmış barışıq sazişinin icrasına etiraz etmir. İş materillarına əlavə edilmiş Nikahın pozulması haqqında AZ-İ 342847 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, 27 fevral 2020-ci il tarixdə Maraqlı şəxs ilə Ərizəçi oğlu arasında nikah qeyə alınmışdır. Mülki iş materiallarında olan Ərizəçi ilə X5 arasında bağlanmış “X3 Heyətinin 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş MŞB/6-7404 saylı barışıq sazişindən görünür ki, tərəflər öz aralarında aşağıdakı şərtlərlə razılığa gəlmişlər:

1. Birgə nikah dövründə ünvan 3 ünvanında inşa olunmuş, üç otaqlı (iki yaataq otağı, bir zal, mətbəx, san.qovşaq), təxminən 110 kv. Sahəyə malik yaşayış evində yaşayış hüququnun verilməsi məsələsində razılığa gəldilər.

2. İkinci tərəf birinci tərəfə birgə nikah dövründə inşa olunmuş, birinci bənddəki sözügedən yaşayış evinin bir otağını (20 kv.m-lik otağı) birinci tərəfin yaşayış hüququnu tanımaqla onun daimi istifadəsinə verir.

3. Tərəflər yaşayış sahəsinin digər hissələrini isə (bir zal, mətbəx, sanqovşaq) birgə istifadədə saxlamağa razılığa gəldilər.

4. İkinci tərəf birinci tərəfin yaşayış sahəsindən istifadəsində heç bir maneçilik törətməyəcəyini öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Mediasiya Şurası Bakı 6 saylı Mediasiya təşkilatının Mediasiya prosesinə xitam verilməsi haqqında MŞB/6-7404 saylı, 14 dekabr 2022-ci il tarixli protokolundan görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi bağlandığından mediasiya prosesinə xitam verilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin-vəkilinin və maraqlı şəxsin izahatını dinləyib, işin materiallarını tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda;

-barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Yuxarıda qeyd olunan hüquq normalarına müvafiq olaraq məhkəmə hesab edir ki, tərəflər arasında sözügedən barışıq sazişi təsdiq edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış yuxarıda adı qeyd edilən barışıq sazişi onun icrası üçün qanunvericilikdə müəyyən edilmiş 10 gün müddətin keçməsinə baxmayaraq maraqlı şəxs tərəfindən icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin izahatından göründüyü kimi o, Mediasiya haqqında Qanunda nəzərdə tutulmuş könüllü icra müddət ərzində barışıq sazişini icra etməsə də, həmin barışıq sazişinin şərtləri ilə razıdır və icra olunmasından imtina etmir. Bundan başqa məhkəmə tərəfindən qanunvericilikdə təsbit olunmuş barışıq sazişinin təsdiqini istisna edən hallar müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. X1 (M-00077) tərəfindən maraqlı şəxsin və onun etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə Mediasiya haqqında Qanunun 33-cü maddəsinə əsasən hazırlanmış MŞB/6-7404 saylı, 14 dekabr 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar