Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1760/2023 03.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 03 aprel 2023-cü il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 08 oktyabr 1951-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 22 may 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası xx.xx.1951-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3-da qeydiyyatda olan X8 22 may 2022-ci il tarixdə faktiki olaraq yaşadığı ünvan 1 ünvanda qəflətən vəfat etmişdir. Atasının səhhəti kəskin pisləşən zaman “103" X11 Xidməti çağırılmış, lakin həkim briqadası gələnə qədər atası keçinmişdir. Həkim briqadası gələnə qədər ölüm faktı Abşeron rayonu Təcili və X2 Stansiyası tərəfindən verilmiş ölüm haqqında Xəbərdarlıq vərəqəsində də öz təsdiqini tapmışdır. Habelə, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin 21 iyun 2022-ci il tarixli, 28 nömrəli arayışından da, görünür ki, mərhum atası X8 22 may 2022-ci il tarixdə vəfat etmiş və o, Əmircan qəsəbəsinin qəbiristanlığında dəfn edilmişdir. Bundan başqa, Bakı şəhəri Baş X7 Hüquqi Şəxsin 9 nömrəli Poliklinikası tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli, 267 saylı arayışından məlum olur ki, 1951-ci il təvəllüdlü X8 22 may 2022-ci il tarixdə ünvan 2 ünvanda vəfat etmiş, şəxsiyyət vəsiqəsi üzrə (ünvan 3) qeydiyyatda olduğu poliklinikaya müraciət olunmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qanunamüvafiq hesab edilməmişdir. Atasının vəfat etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi və sonradan onun ölüm haqqında şəhadətnaməsini almaq ona vərəsəlik və sair mülki hüquqlarının həyata keçirilməsi üçün lazımdır. O, müvafiq ərizə ilə Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti Aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsaslanaraq ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilmədiyinə görə ölüm haqqında şəhadətnamərin verilməsindən imtina etmişdir. Ona görə də, X5 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi.Bildirdi ki, 08 oktyabr 1951-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 22 may 2022-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, ərizəçi onun qızı, mərhum X8 isə əridir. Əri 22 may 2022-ci il tarixdə faktiki olaraq yaşadığı ünvan 1 ünvanda qəflətən vəfat etmişdir. Onu Əmircan qəsəbəsinin qəbiristanlığında dəfn etmişdirlər. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1951-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan Abşeron Rayon Mərkəzi X4 Şəxs Təcili və X2 Stansiyasının xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə X5 adına çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsli meyit, zorakılıq əlamətləri yoxdur. Mülki iş materiallarında olan Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilən 11 aprel 2022-ci il tarixli 01-10/91-A nömrəli arayışdan müəyyən edilir ki, Ərizəçi mərhum həyat yoldaşı X8 xx.xx.2022-ci il tarixində Masazır kənd qəbirstanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q-2005/13 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”- nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin hazırda təmin edə bilmir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş X7 Hüquqi Şəxs “9 nömrəli Poliklinika” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilir ki, 1951-ci il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında rəhmətə getdiyi və şəxsiyyət vəsiqəsi üzrə (ünvan 6 Mənzil 29) qeydiyyatda olduğu poliklinikaya müraciət etmədiyi üçün ona ölüm haqqında tibbi şəhadətnamənin yazılması qüvvədə olan qanuna müvafiq deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə X5 adına çağırış olub, çağırış yerinə gələn X11 stansiyasının həkimi ölümü təsdiq etmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş X7 Hüquqi Şəxs “9 nömrəli Poliklinika” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubunda ərizəçi poliklinikaya müraciət etmədiyi üçün ona ölüm haqqında tibbi şəhadətnamənin yazılması qüvvədə olan qanuna müvafiq olmadığı, Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q-2005/13 saylı məktubda ərizəçinin X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin hazırda təmin edə bilmədikləri qeyd olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 08 oktyabr 1951-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 22 may 2022-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08 oktyabr 1951-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 22 may 2022-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1760/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1760/2023
03.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver