Məhkəmə qərarları › İş №2(012)-1772/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1772/2025

02.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1772/2025 02.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il tarixdə Şamaxı rayonunda doğulmuş X3 Abşeron rayonu, Xırdalan şəhərində 06 yanvar 2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.1962-ci ildə Şamaxı rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X6 onun atasıdır. Atasının bronxlarında problem olmuşdur, belə ki, atası astma xəstəsi idi, lakin poliklinikada qeydiyyatda olmamışdır. X1 xx.xx.2025-ci ildə qəfildən halı pisləşmiş, onlar təcili X5 çağırmış və 35-40 dəqiqə ərzində təcili X5 gəlmişdir. Həkim gələndə atasının artıq dünyasını dəyişdiyini bildirmişdirlər. Təcili Tibbi yardım həkimləri onlara bu barədə xəbərdarlıq vərəqəsi adlı sənədi vermişdirlər. Həmin gündən onlar elə bilmişdirlər ki, ölümü təsdiq edən sənəd, şəhadətnamə budur. Sənədləşmə işləri ilə əlaqədar olaraq onlardan ölüm haqqında sənədi tələb edildiyi zaman təcili yardımın verdiyi sənədi göstərdikdə bunun ölüm haqqında şəhadətnamə olmadığını bildirmişdirlər. O, Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ona xx.xx.2025-ci il tarixli imtina məktubu verilmişdir. Bundan əlavə Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2025-ci il tarixli, 18-1-20/2-İ-74-xx-xx/2025 nömrəli məktubla ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X8 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X6 onun qayınatası olmuşdur. Elxan İdayətov 06 yanvar 2025-ci il tarixdə vəfat etmiş və Qobustan rayonunun Nabur kəndində dəfn edilmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X10 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X6 onun bacısının qayınatasıdır, sağlığında Xırdalan şəhərində yaşamış, daha sonra 06 yanvar 2025ci il tarixdə həmin şəhərdə də vəfat etmişdir. X9 rayonunun Nabur kəndində dəfn edilmişdir. İş materiallarında olan AZE seriyalı, 15771075 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 14 aprel 1962-ci il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan SSR Şamaxı rayon Nabur kənd soveti tərəfindən verilmiş Xİİİ-ЖГ № 482203 saylı doğum haqqında şəhadətnamənin surətindən və AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1989-cu il tarixdə Şamaxı rayonu, Nabur kəndində doğulmuşdur, atası X6, anası X4r. İş materiallarında olan “Respublika Təcili və X5 Mərkəzi” PHŞ Abşeron Təcili və X5 Stansiyasının xx.xx.2025-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X2 rayonu, Xırdalan şəhəri, Ş. Ələkbərov 12 ünvanında həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli, 18-1-20/2-İ-74-xx-xx/2025 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ərizəçi ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 21 yanvar 2025ci il tarixli, 3-16-5/8-15-198/2025 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə tesdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan Azərbaycan Respublikası Qobustan rayon Nabur bələdiyyəsi tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli, 02 nömrəli arayışdan görünür ki, xx.xx.1962-ci il tarixində anadan olmuş, xx.xx.2025-ci il tarixində vəfat etmiş X6 xx.xx.2025-ci il tarixində oğlu Ərizəçi tərəfindən Qobustan rayonunun Nabur kəndində dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 14 aprel 1962-ci il təvəllüdlü X3 06 yanvar 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 14 aprel 1962-ci il təvəllüdlü X3 06 yanvar 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar