Məhkəmə qərarları › İş №2(012)-1784/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1784/2021

17.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1784/2021 17.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X1 və Cavabdeh, onun vəkili və nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əşyaları barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ümumi dəyəri 4940 (dörd min doqquz yüz qırx) manat olan - qonaq otağının mebeli stol və 6 stul, 2 divan, 1 ədəd lüstr, 1 ədəd gecə lampası, 1 ədəd LG markalı televizor, 1 ədəd xalça, 1 ədəd divar saatı, yelləncək, jurnal masası və pərdə, ümumi dəyəri 3400 (üç min dörd yüz) manat olan - yataq otağı mebeli, 1 ədəd lüstr, 1 ədəd xalça, 1 ədəd pərdə və 1 ədəd güzgü, ümumi dəyəri 320 (üç yüz iyirmi) manat olan - əlavə otaq üçün 1 ədəd lüstr, 1 ədəd xalça və pərdə, ümumi dəyəri 8000 (səkkiz min) manat olan - mətbəx üçün bir ədəd stol və stullar, jalyuz, soyuducu, soba, qabyuyan, paltaryuyan, qaz peçi, tozsoran və qablar, qiyməti 20 manat olan saat, ət çəkən maşın,mətbəx kombaynı (blender, mikser, doğrayıcı), “Redmont” markalı bişirmə qazanı, Toster, elektrik samovar, ütü, ümumi dəyəri 2500 (ikimin beş yüz) manat olan- “Karaca” markalı mətbəx avadanlıqları (qazanlar, səhər yeməyi qab seti, kofe stəkanları, 3 serviz qabı, qaşıq və bıçaq dəsti, şirniyyat qabları seti), sarı rəngli yemək qabları, yaşıl yemək qabları dəsti, ağ serviz qabları dəsti, yaşıl yemək qabları, 12 ədəd armudu stəkan, saxlama şüşə qabları, qiyməti 35 manat olan şamdanlı çaynik, 2 ədəd boz şirniyyat qabları, qiyməti 50 manat olan 6 ədəd boz zərli qab, 6 ədəd kofe stəkanı (çaşkası), 6 ədəd göy rəngli su stəkanı, 6 ədəd rəngli su stəkanı, qaşlı şirniyyat qabı, qiyməti 90 manat olan şüşəli samovar krafini, qiymətli 25 manat olan vafli aparatı, 2 ədəd kofe aparatı, 2 ədəd “Madam coco” markalı kofe stəkanı, 1 ədəd tozsoranı, 12 ədəd bakal və 6 ədəd “Karaca” markalı bokalın alınaraq ona vüerilməsinə dair qətnaə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Cavabdeh ümumi dəyəri 4940 (dörd min doqquz yüz qırx) manat olan - qonaq otağının mebeli stol və 6 stul, 2 divan, 1 ədəd lüstr, 1 ədəd gecə lampası, 1 ədəd LG markalı televizor, 1 ədəd xalça, 1 ədəd divar saatı, yelləncək, jurnal masası və pərdə, ümumi dəyəri 3400 (üç min dörd yüz) manat olan yataq otağı mebeli, 1 ədəd lüstr, 1 ədəd xalça, 1 ədəd pərdə və 1 ədəd güzgü, ümumi dəyəri 320 (üç yüz iyirmi) manat olan - əlavə otaq üçün 1 ədəd lüstr, 1 ədəd xalça və pərdə, ümumi dəyəri 8000 (səkkiz min) manat olan - mətbəx üçün bir ədəd stol və stullar, jalyuz, soyuducu,soba, qabyuyan, paltaryuyan, qaz peçi, tozsoran və qablar, qiyməti 20 manat olan saat, ət çəkən maşın,mətbəx kombaynı (blender, mikser, doğrayıcı), “Redmont” markalı bişirmə qazanı, Toster, elektrik samovar, ütü, ümumi dəyəri 2500 (ikimin beş yüz) manat olan- “Karaca" markalı mətbəx avadanlıqları (qazanlar, səhər yeməyi qab seti, kofe stəkanları, 3 serviz qabı, qaşıq və bıçaq dəsti, şirniyyat qabları seti), san rəngli yemək qabları, yaşıl yemək qabları dəsti, ağ serviz qabları dəsti, yaşıl yemək qabları, 12 ədəd armudu stəkan, saxlama şüşə qabları, qiyməti 35 manat olan şamdanlı çaynik, 2 ədəd boz şirniyyat qabları, qiyməti 50 manat olan 6 ədəd boz zərli qab, 6 ədəd kofe stəkanı (çaşkası), 6 ədəd göy rəngli su stəkanı, 6 ədəd rəngli su stəkanı, qaşlı şirniyyat qabı, qiyməti 90 manat olan şüşəli samovar krafini, qiymətli 25 manat olan vafli aparatı, 2 ədəd kofe aparatı, 2 ədəd “Madam coco” markalı kofe stəkanı, 1 ədəd tozsoranı, 12 ədəd bakal və 6 ədəd “Karaca" markalı bokalın, qızıl zinət əşyaları - dəyəri 120 manat olan qırmızı ipli qızıl qolbaq (2.5 qram, 585 əyyar), dəyəri 200 manat olan 1 ədəd qızıl sırqa (4 qram, 585 əyyar), dəyəri 750 manat olan ağ qızıl üzük (--- qram, 750 əyyar), 20 ədəd ted oyuncaq ayı, 3 bağlama geyim üçün parça material, bir ədəd ağ velosiped, dəyəri 250 manat olan bir ədəd yeni il şam ağacı oyuncaqları ilə birlikdə üçün alınaraq, iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə rəsmi nikahda olmuş və hazırda Abşeron rayon məhkəməsində nikahın pozulması ilə bağlı işə baxılır. İddiaçı cavabdeh ilə nikaha daxil olanadək özü ilə yuxarıda adları sadalanan əmlakları aparmışdır. Hazırda iddiaçı Cavabdeh ümumi dəyəri 4940 (dörd min doqquz yüz qırx) manat olan - qonaq otağının mebeli stol və 6 stul, 2 divan, 1 ədəd lüstr, 1 ədəd gecə lampası, 1 ədəd LG markalı televizor, 1 ədəd xalça, 1 ədəd divar saatı, yelləncək, jurnal masası və pərdə, ümumi dəyəri 3400 (üç min dörd yüz) manat olan - yataq otağı mebeli, 1 ədəd lüstr, 1 ədəd xalça, 1 ədəd pərdə və 1 ədəd güzgü, ümumi dəyəri 320 (üç yüz iyirmi) manat olan - əlavə otaq üçün 1 ədəd lüstr, 1 ədəd xalça və pərdə, ümumi dəyəri 8000 (səkkiz min) manat olan - mətbəx üçün bir ədəd stol və stullar, jalyuz, soyuducu,soba, qabyuyan, paltaryuyan, qaz peçi, tozsoran və qablar, qiyməti 20 manat olan saat, ət çəkən maşın,mətbəx kombaynı (blender, mikser, doğrayıcı), “Redmont” markalı bişirmə qazanı, Toster, elektrik samovar, ütü, ümumi dəyəri 2500 (ikimin beş yüz) manat olan- “Karaca" markalı mətbəx avadanlıqları (qazanlar, səhər yeməyi qab seti, kofe stəkanları, 3 serviz qabı, qaşıq və bıçaq dəsti, şirniyyat qabları seti), san rəngli yemək qabları, yaşıl yemək qabları dəsti, ağ serviz qabları dəsti, yaşıl yemək qabları, 12 ədəd armudu stəkan, saxlama şüşə qabları, qiyməti 35 manat olan şamdanlı çaynik, 2 ədəd boz şirniyyat qabları, qiyməti 50 manat olan 6 ədəd boz zərli qab, 6 ədəd kofe stəkanı (çaşkası), 6 ədəd göy rəngli su stəkanı, 6 ədəd rəngli su stəkanı, qaşlı şirniyyat qabı, qiyməti 90 manat olan şüşəli samovar krafini, qiymətli 25 manat olan vafli aparatı, 2 ədəd kofe aparatı, 2 ədəd “Madam coco” markalı kofe stəkanı, 1 ədəd tozsoranı, 12 ədəd bakal və 6 ədəd “Karaca" markalı bokalın, qızıl zinət əşyaları - dəyəri 120 manat olan qırmızı ipli qızıl qolbaq (2.5 qram, 585 əyyar), dəyəri 200 manat olan 1 ədəd qızıl sırqa (4 qram, 585 əyyar), dəyəri 750 manat olan ağ qızıl üzük (--- qram, 750 əyyar), 20 ədəd ted oyuncaq ayı, 3 bağlama geyim üçün parça material, bir ədəd ağ velosiped, dəyəri 250 manat olan bir ədəd yeni il şam ağacı oyuncaqlarının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirilmiş həcmdə müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini dəqiqləşdirilmiş həcmdə müdafiə edərək bildirdi ki, iddia tələbində qeyd olunan əşyaların bəzisini iddiaçı cehiz aparmış, bəziləri isə hədiyyə olunmuşdur. Yataq mebelini iddiaçı qaynatası vasitəsi ilə düzəldilmişdir. Həmin mebelin düzəldilməsi üçün iddiaçı tərəfindən 3000 manat məbləğində pul vəsaitini qaynatasına verilmişdir. Velosipedi iddiaçıya qaynatası və qaynanası hədiyyə almışdır. Yellənçək isə, iddiaçının anası, bacısı və xalası qızı 350 manat məbləğində pul toplayaraq iddiaçıya adgünü hədiyyəsi olaraq yelləncək almaq üçün vermişlər. Qızıl-zinət əşyalarına gəldikdə isə iddiaçı evdən çıxarkən cavabdehin evində qalmışdır. İddia tələbinin təmin edilməsini xahiş etdi.. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, iddiaçı evdən gedən zaman 2611 ABŞ dolları pul vəsaitini də özü ilə apardığını, pulu aparanda qızılları da özü ilə apardığını, yataq mebelini atasının hədiyyə etdiyini, həmin mebeli 2745 manata düzəltdirdiyini bildirərək nəzərə alınmasını xahiş etdi. Eyni zamanda bildiridi ki, iddia ərizəsində göstərilən əşyalardan yataq otağı mebeli, yelləncək, velosiped, mətbəx üçün stol-stullar, qaz peçi, şam ağacı və qızıl-zinət əşyaları istisna olmaqla qalan bütün əşyalar evdədir, həmin əşyaları iddiaçıya verməyə hazırdır. Cavabdeh vəkili və nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini, cavabdehin dedikləri nəzərə alınmaqla iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı xalası qızıdır. İddiaçının cehiz əşyaları cavabdeh ilə birlikdə yaşadıqları ünvanda qalmışdır. O, iddiaçının anası və bacısı 350 manat məbləğində pul toplayaraq iddiaçıya yelləncək almaq üçün vermişlər. Yelləncəyi iddiaçı ilə cavabdeh birlikdə almışdır. Ancaq hardan aldıqlarını bilmir. Velosiped onlar tərəfindən deyil eşitdiyinə görə cavabdeh tərəfindən iddiaçıya alınmışdır. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X6 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh atasıdır. İddiaçı ilə cavabdehin yaşadığı evi anası cavabdehə hədiyyə etmişdir. Evin bütün mebellərini o özü oğlunu evi üçün hədiyyə kimi yığdırmışdır. Bütün mebellərin yığılmasına 5500 manat pul vermişdir. Yataq mebelinə ayrıca nə qədər pul verdiyini xatırlamır. Mebellər üçün iddiaçı ona heç bir pul vəsaiti verməmişdir. İddiaçıya qızıllar alınmışdır. Qızıl-zinət əşyalarını gedərkən özü ilə aparmışdır. Bununla yanaşı evdən 2611 ABŞ dolları və həyat yoldaşına məxsusu qızılı da aparmışdır. Velosipedi cavabdeh özü işə gedib-gəlmək üçün almışdır. Məhkəmə, proses iştirakçılarını və şahidləri dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İddiaçıya məxsus fotoşəkillərdən görünür ki, həmin fotoşəkillərdə cavabdehə məxsus mənzildə iddia tələbində qeyd olunan cehiz əşyalarının bəziləri, yelləncək ted oyuncaq ayı, velosiped, şam ağacı oyuncaqları ilə birlikdə əks olunmuşdur. -4 №-li MTİİTS tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Kazımlı X7 rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, H.Z.Tağıyev küçəsi ünvanında yaşayır. -Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli ödəniş cəvəlindən görünür ki, Kazımov Mahir tərəfindən mebelin düzəldilməsi üçün 2745 manat məbləğində ödəniş edilmişdir. -Cavabdeh tərəfindən təqdim olunmuş ərizəni yaz Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, Müəyyən səbəblərdən ailənin qorunub saxlanılması mümkün olmamış, rəsmi nikahlarının məhkəmə qaydasında pozulması üçün Abşeron rayon Məhkəməsinə müraciət edilmişdir. İddiaçı ailə münasibətləri pozulduğu üçün Cavabdeh ümumi dəyəri 4940 (dörd min doqquz yüz qırx) manat olan - qonaq otağının mebeli stol və 6 stul, 2 divan, 1 ədəd lüstr, 1 ədəd gecə lampası, 1 ədəd LG markalı televizor, 1 ədəd xalça, 1 ədəd divar saatı, yelləncək, jurnal masası və pərdə, ümumi dəyəri 3400 (üç min dörd yüz) manat olan - yataq otağı mebeli, 1 ədəd lüstr, 1 ədəd xalça, 1 ədəd pərdə və 1 ədəd güzgü, ümumi dəyəri 320 (üç yüz iyirmi) manat olan - əlavə otaq üçün 1 ədəd lüstr, 1 ədəd xalça və pərdə, ümumi dəyəri 8000 (səkkiz min) manat olan - mətbəx üçün bir ədəd stol və stullar, jalyuz, soyuducu,soba, qabyuyan, paltaryuyan, qaz peçi, tozsoran və qablar, qiyməti 20 manat olan saat, ət çəkən maşın,mətbəx kombaynı (blender, mikser, doğrayıcı), “Redmont” markalı bişirmə qazanı, Toster, elektrik samovar, ütü, ümumi dəyəri 2500 (ikimin beş yüz) manat olan- “Karaca" markalı mətbəx avadanlıqları (qazanlar, səhər yeməyi qab seti, kofe stəkanları, 3 serviz qabı, qaşıq və bıçaq dəsti, şirniyyat qabları seti), san rəngli yemək qabları, yaşıl yemək qabları dəsti, ağ serviz qabları dəsti, yaşıl yemək qabları, 12 ədəd armudu stəkan, saxlama şüşə qabları, qiyməti 35 manat olan şamdanlı çaynik, 2 ədəd boz şirniyyat qabları, qiyməti 50 manat olan 6 ədəd boz zərli qab, 6 ədəd kofe stəkanı (çaşkası), 6 ədəd göy rəngli su stəkanı, 6 ədəd rəngli su stəkanı, qaşlı şirniyyat qabı, qiyməti 90 manat olan şüşəli samovar krafini, qiymətli 25 manat olan vafli aparatı, 2 ədəd kofe aparatı, 2 ədəd “Madam coco” markalı kofe stəkanı, 1 ədəd tozsoranı, 12 ədəd bakal və 6 ədəd “Karaca" markalı bokalın, qızıl zinət əşyaları - dəyəri 120 manat olan qırmızı ipli qızıl qolbaq (2.5 qram, 585 əyyar), dəyəri 200 manat olan 1 ədəd qızıl sırqa (4 qram, 585 əyyar), dəyəri 750 manat olan ağ qızıl üzük (--- qram, 750 əyyar), 20 ədəd ted oyuncaq ayı, 3 bağlama geyim üçün parça material, bir ədəd ağ velosiped, dəyəri 250 manat olan bir ədəd yeni il şam ağacı oyuncaqları ilə birlikdə üçün alınaraq, ona verilməsinə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbində göstərilmiş əşyaların çox hissəsi cavabdeh tərəfindən qəbul edilmiş və yalnız yataq otağı mebeli, yelləncək, velosiped mətbəx üçün stol-stullar, qaz peçi, şam ağacı qızıl əşyaları istisna olunmaqla həmin əyyalar qəbul edilməmişdir. Göstərilən əşyayalar mübahisələndirildiyindən həmin əşyalar haqqında həqiqətin dəqiqləşdirilməsi üçün tərəflərin məhkəməyə təqdim etdiyi sübutların işin həqiqi hallarına uyğun olması ilə müəyyənləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin; 88-ci maddəsinə əsasə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mübahisələndirilən əşyalardan yataq otağı mebeli, yelləncək, velosiped mətbəx üçün stol-stullar, qaz peçi, şam ağacı, qızıl əşyalarını iddiaçı iddia ərizəsində cavabdehdən alınıb ona verilmnəsini iddia etsə də hər hansı inandırıcı sübut və dəlilləri məhkəməyə təqdim etməmişdir. Yalnız əşyalardan yellənçəyin iddiaçıya öz yaxın qohumları tərəfindən alınması şahid ifadəsi, iddiaçının izahatı və tədqiq edilmiş fotoşəkil və işin digər arşdırılan halları ilə öz təsdiqini tapır. Digər qalan mübahisəli əşyalar cavabdeh tərəfindən qəbul edilməmiş və yataq otağı mebeli, yelləncək, velosiped mətbəx üçün stol-stullar, qaz peçi, şam ağacının cavabdeh və atası tərəfindən alındığı göstərilmiş və bu göstərilənlər cavabdehin izahatı, şahid ifadəsi və tədqiq edilmiş sənədlər ilə öz təsdiqini tapmışdır. Qızıl əşyaları iddiaçı tərəfindən tələb edilsə də, iddiaçı həqiqqətən də həmin əşyaların cavabdehin evində qalmasını sübut edən hər hansı dəlilləri məhkəməyə təqdim etməmişdir. Belə ki, iddia tələbində istinad edilən halların sübut edilməsi vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir, yəni ər-arvadın hər birinin əmlakıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2. maddəsində göstərilir ki, nikaha girənədək ər-arvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Beləliklə Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini, tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirib, qanunun qeyd edilən tələblərini rəhbər tutub, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4940 (dörd min doqquz yüz qırx) manat olan qonaq otağının mebeli stol və 6 stul, 2 divan, 1 ədəd lüstr, 1 ədəd gecə lampası, 1 ədəd LG markalı televizor, 1 ədəd xalça, 1 ədəd divar saatı, yelləncək, jurnal masası və pərdə, 1 ədəd lüstr, 1 ədəd xalça, 1 ədəd pərdə və 1 ədəd güzgü, ümumi dəyəri 320 (üç yüz iyirmi) manat olan - əlavə otaq üçün 1 ədəd lüstr, 1 ədəd xalça və pərdə, jalyuz, soyuducu, soba, qabyuyan, paltaryuyan, tozsoran və qablar, qiyməti 20 manat olan saat, ət çəkən maşın,mətbəx kombaynı (blender, mikser, doğrayıcı), “Redmont” markalı bişirmə qazanı, Toster, elektrik samovar, ütü, ümumi dəyəri 2500 (ikimin beş yüz) manat olan- “Karaca" markalı mətbəx avadanlıqları (qazanlar, səhər yeməyi qab seti, kofe stəkanları, 3 serviz qabı, qaşıq və bıçaq dəsti, şirniyyat qabları seti), san rəngli yemək qabları, yaşıl yemək qabları dəsti, ağ serviz qabları dəsti, yaşıl yemək qabları, 12 ədəd armudu stəkan, saxlama şüşə qabları, qiyməti 35 manat olan şamdanlı çaynik, 2 ədəd boz şirniyyat qabları, qiyməti 50 manat olan 6 ədəd boz zərli qab, 6 ədəd kofe stəkanı (çaşkası), 6 ədəd göy rəngli su stəkanı, 6 ədəd rəngli su stəkanı, qaşlı şirniyyat qabı, qiyməti 90 manat olan şüşəli samovar krafini, qiymətli 25 manat olan vafli aparatı, 2 ədəd kofe aparatı, 2 ədəd “Madam coco” markalı kofe stəkanı, 1 ədəd tozsoranı, 12 ədəd bakal və 6 ədəd “Karaca" markalı bokalın, 20 ədəd ted oyuncaq ayı, 3 bağlama geyim üçün parça material alınıb iddiaçıya qaytarılmalı, alınmalı əşya qətnamə icra olunan vaxt mövcud olmasa dəyəri alınıb iddiaçıya verilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbində rüsum məbləği tələb edilmədiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4940 (dörd min doqquz yüz qırx) manat olan - qonaq otağının mebeli stol və 6 stul, 2 divan, 1 ədəd lüstr, 1 ədəd gecə lampası, 1 ədəd LG markalı televizor, 1 ədəd xalça, 1 ədəd divar saatı, yelləncək, jurnal masası və pərdə, 1 ədəd lüstr, 1 ədəd xalça, 1 ədəd pərdə və 1 ədəd güzgü, ümumi dəyəri 320 (üç yüz iyirmi) manat olan - əlavə otaq üçün 1 ədəd lüstr, 1 ədəd xalça və pərdə, jalyuz, soyuducu, soba, qabyuyan, paltaryuyan, tozsoran və qablar, qiyməti 20 manat olan saat, ət çəkən maşın,mətbəx kombaynı (blender, mikser, doğrayıcı), “Redmont” markalı bişirmə qazanı, Toster, elektrik samovar, ütü, ümumi dəyəri 2500 (ikimin beş yüz) manat olan- “Karaca" markalı mətbəx avadanlıqları (qazanlar, səhər yeməyi qab seti, kofe stəkanları, 3 serviz qabı, qaşıq və bıçaq dəsti, şirniyyat qabları seti), san rəngli yemək qabları, yaşıl yemək qabları dəsti, ağ serviz qabları dəsti, yaşıl yemək qabları, 12 ədəd armudu stəkan, saxlama şüşə qabları, qiyməti 35 manat olan şamdanlı çaynik, 2 ədəd boz şirniyyat qabları, qiyməti 50 manat olan 6 ədəd boz zərli qab, 6 ədəd kofe stəkanı (çaşkası), 6 ədəd göy rəngli su stəkanı, 6 ədəd rəngli su stəkanı, qaşlı şirniyyat qabı, qiyməti 90 manat olan şüşəli samovar krafini, qiymətli 25 manat olan vafli aparatı, 2 ədəd kofe aparatı, 2 ədəd “Madam coco” markalı kofe stəkanı, 1 ədəd tozsoranı, 12 ədəd bakal və 6 ədəd “Karaca" markalı bokalın, 20 ədəd ted oyuncaq ayı, 3 bağlama geyim üçün parça material alınıb İddiaçı qaytarılsın. Alınmalı əşya qətnamə icra olunan vaxt mövcud olmasa dəyəri alınıb iddiaçıya verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar