Məhkəmə qərarları › İş №2(012)-1846/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1846/2025

05.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1846/2025 05.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1959-cu ildə anadan olmuş X5 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının, Qafan rayonunda anadan olmuş, onunla xx.xx.1979cu il tarixdə rəsmi nikaha daxil olmuş, xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Mehdiabad qəsəbəsində vəfat etmişdir. Milli Onkologiya Mərkəzi xx.xx.2024-cü il tarixli ambulator kartdan arayışında xx.xx.1959-cü il təvəllüdlü H.Piriyevaya baş beyin anaplastik astrositoması diaqnozu qoyulduğu qeyd edilmişdir. xx.xx.2024-cü il tarixində H.Piriyevanın səhhətinin ağırlaşması ilə əlaqədar müraciət olunmuş Təcili və X6 Stansiyasının 16 saylı bölməsinin əməkdaşları çağırış yerinə gəldikdən sonra H.Piriyevanın həkiməqədər ölüm faktını müəyyən etmişdirlər. Belə ki, H.Piriyevanın ölümü haqqında tibbi şəhadətnamənin verilməsi məqsədi ilə Tibbi Ərazi Bölmələrinin X4 Rayon Mərkəzi X8 şəxsinin xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 31.01,2018-ci tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarın 4.3-cü bəndinə əsasən, “Ölüm haqqında tibbi şəhadətnamə” Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. H.Piriyevanın ölüm səbəbinin məlum olmadığını əsas göstərərək Abşeron Rayon Mərkəzi X8 Şəxsi H.Piriyevanın adına ölüm haqqında tibbi şəhadətnamə verməkdən imtina etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə ölümün qeydə alınması ilə bağlı müraciətinə xx.xx.2025-ci il tarixində cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 145 saylı, xx.xx.2003-cü il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasfmn 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bu halda, ölüm haqqında tibbi şəhadətnamə onlara verilmədiyinə görə Maraqlı şəxsnə təqdim edə bilməmiş və Maraqlı şəxs ölümün qeydə alınmasını mümkünsüz hesab etmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, Abşeron rayonu Mehdiabad bələdiyyəsindən H.Piriyevanın həqiqətən Mehdiabad qəbristanlığında dəfn edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli arayış alınmışdır. Odur ki, vəfat etmə faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin müəyyən edilməsinə zərurət meydana gəlmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun qaynıdır. X1 isə onun qaynının həyat yoldaşı olmuşdur. Belə ki, X9 onkoloji xəstəlikdən əziyyət çəkmiş və xx.xx.2024-cü ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında vəfat etmişdir. X9 vəfat edərkən o, da həmin ünvanda olmuşdur. Mərhumun ölümünə səbəb hər hansı bədbəxt hadisə və xəsarət alması nəticəsində deyil, yalnız xəstəlik nəticəsində təbii ölüm olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X7 ifadəsində bildirmişdir ki, X1 onun anası olmuşdur. Belə ki, anası yaddaş zəifliyindən əziyyət çəkmişdir. Bu səbəbdən o, anasını həkimə aparmış, lakin həkim müalicəsi nəticə verməmişdir. Bundan sonra isə anasında beyin şişi, yəni onkoloji xəstəlik olduğu məlum olmuşdur. Anası xx.xx.2024-cü ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında dünyasını dəyişmiş və Mehdiabad qəbiristanlığında dəfn edilmişdir. Mərhumun ölümünə səbəb xəstəliyi olmuş, bioloji ölüm olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Çaykənd Soveti tərəfindən verilmiş İ-СЛ 442407 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X9 arasında xx.xx.1979-cu ildə rəsmi nikah bağlanmışdır. -Abşeron RPŞ tərəfindən verilmiş AZE Seriyalı, 07480270 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X9 xx.xx.1959-cu ildə Ermənistan, Qafan rayonunda anadan olmuşdur. -Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-109/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 18-1-20/2-S-xx-xx/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X5 ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” tərəfilərindən verilmir. -16 saylı BŞT və TTYŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Təcili və X6 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il saat 20:36 tarixində ünvan 1 ünvanına gələn zaman X5 vəfat etdiyi müəyyən edilmişdir. Ölümün ilkin səbəbi həkimə qədər ölümdür. -Abşeron rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 11 №-li arayışdan görünür ki, X1 xx.xx.2024-cü ildə Mehdiabad qəbirstanlığında dəfn olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Səfərov X2 rayonu, Mehdiabad Qəsəbə Ərazi Dairəsi, Mehdiabad qəsəbəsi, Dostluq küçəsi, ev 9/2 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X9 ərizəçinin həyat yoldaşı olmuş, sonuncu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. X5 vəfat etməsi faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X5 xx.xx.2024cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ölüm haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında tədqiq edilmiş halları, tədqiq olunmuş sənədlər, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanının məlumatı və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin həyat yoldaşı X9 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1959-cu il tarixdə Ermənistan, Qafan rayonunda anadan olmuş X5 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə Ermənistan, Qafan rayonunda anadan olmuş X5 xx.xx.2024cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar