Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-186/2022 23.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ona məxsus olan ünvan 1i ünvanında yerləşən 0,0783 ha torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz olaraq ev tikilməsinə dair hərəkətlərə son qoyulması və həmin torpaq sahəsində, torpaq sahəsinə gedən ümumi yolda cavabdehlər tərəfindən qanunsuz olaraq tikilmiş tikilinin onlar tərəfindən sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0783 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Bu torpaq sahəsini alarkən onun iki tərəfi yola düşürdü, iki tərəfi isə qonşulara məxsus torpaq sahəsi idi, lakin qonşu ilə arada hasar yox idi. O, uzun müddət idi ki, torpaq sahəsinə getmirdi, 2021-ci ilin mart ayının əvvəllərində təsadüfən mülkiyyətində olan torpaq sahəsinə gedərkən məlum olmuşdur ki, torpaq sahəsinin plan və ölçüsündəki sxemin 2-9-cu hissəsi üzrə qonşuluqda yerləşən torpaq sahəsində mişar daşından bir mərtəbəli yaşayış evi tikilmişdir və evin bir hissəsi, yəni 4 metr hissəsi, 60 kv.metr tikili ona məxsus torpaq sahəsinin içərisində yerləşir. Onun torpaq sahəsinin içində qanunsuz olaraq ev tikən Cavabdeh1dır. Bundan başqa, digər Cavabdeh2 ona məxsus torpaq sahəsinin 1-2-ci hissəsi üzrə yoldan başlayaraq onun torpaq sahəsinin 2 sotunu zəbt etmiş, orada iki ədəd fərdi yaşayış evi inşa etmişdir. Bu barədə Abşeron rayon Polis İdarəsinə şikayət etmiş və şikayət ərizəsi əsasında araşdırma aparılmış, hər iki cavabdehin onun mülkiyyətində olan torpaq sahəsində qanunsuz ev tikmələri məlum olmuşdur. Həmin ərazidə yerləşən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və orada hər hansı fərdi yaşayış evinin tikilməsi qanunsuzdur. Lakin cavabdehlər Azərbaycan Respublikasının tikinti haqqında qanunvericiliyinin norma və tələblərini kobud şəkildə pozaraq özbaşına ev tikmişlər. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək onun təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi və mübahisəli torpaq sahəsində ev tikdirdiyini etiraf edərək izahatında göstərdi ki, İddiaçı zəbt edildiyini iddia etdiyi torpaq sahəsi onun atası X2 məxsusdur. O, atasına məxsus torpaq sahəsində ev inşa etdirmişdir. Həmin torpaq sahəsi iddiaçıdan əvvəl onun atasına məxsus olmuşdur. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 vəkili-nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı zəbt edildiyini iddia etdiyi torpaq sahəsi Cavabdeh2 atası X1 adına olmuş, mərhumun övladları varis olaraq həmin sahədə evlər inşa etdirmişlər. Həmin torpaq sahəsi üzrə vərəsəlik şəhadətnaməsi əldə edilmədiyindən iddiaçının məhz Cavabdeh2 qarşı hazırki iddianı qaldırmağa hüququ yoxdur. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0,0783 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Bu barədə onun adına xx.xx.2020-ci il tarixli torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0,02 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. Bu barədə onun adına xx.xx.2020-ci il tarixli torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. İşdə olan Abşeron rayon Polis İdarəsinin 21 mart 2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh2 barədə ona məxsus torpaq sahəsini zəbt etməsilə bağlı etdiyi şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Abşeron rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 584 saylı sərəncamına əsasən X2 fərdi yaşayış evinin tikintisi üçün Xırdalan-Masazır şose yolunun cənubunda 0,10 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan AZ-İİ 198968 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan doğum haqqında 457992 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 atası X3r. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.0783 ha torpaq sahəsinin plan və ölçüsü məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.02 ha torpaq sahəsinin (plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) yerində (naturada) ölçüləri ilə üst-üstə düşmür. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.0783 ha torpaq sahəsinin plan və ölçüsü ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 1132 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.012 ha torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşmür. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.0783 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində Cavabdeh1 aid tikili mövcud deyildir, lakin digər şəxs tərəfindən tikilmiş 80 kv.metr tikilinin (yaşayış evi) 35 kv.metr hissəsi qərb istiqamətində həmin torpaq sahəsinin daxilində yerləşir. Elektron kadastr məlumat bazasında Abşeron rayonu Masazır bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.0783 ha torpaq sahəsinə gedən ümumi yol göstərilmədiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid inşa edilmiş tikilinin həmin yolda yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2499 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,0783 ha torpaq sahəsinin plan və ölçüsünün məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin (plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) yerində (naturada) ölçüləri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,0783 ha torpaq sahəsinin plan və ölçüsünün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 1132 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,012 ha torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,0783 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində Cavabdeh1 aid tikilinin mövcud olmadığı, lakin digər şəxs tərəfindən tikilmiş 80 kv.metr tikilinin (yaşayış evi) 35 kv.metr hissəsinin qərb istiqamətində həmin torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Elektron kadastr məlumat bazasında Abşeron rayonu Masazır bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,0783 ha torpaq sahəsinə gedən ümumi yol göstərilmədiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid inşa edilmiş tikilinin həmin yolda yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 0,0783 ha torpaq sahəsi xx.xx.2020ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. O iddia edir ki, ona məxsus torpaq sahəsində və bu sahəyə gedən yolda cavabdehlər tərəfindən tikililər inşa edilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 239-cu maddəsinə görə fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Torpaq Məcəlləsinin 18-ci maddəsinə görə ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Həmin Məcəllənin 20-ci maddəsinə görə yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Həmin Məcəllənin 47-ci maddəsinə görə ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 111.1-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, mübahisə predmeti olan 0,0783 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Aparılmış ekspertiza və mütəxəssis tədqiqatları ilə müəyyən edilmişdir ki, 80 kv.metr tikilinin (yaşayış evinin) 35 kv.metr hissəsi qərb istiqamətində həmin torpaq sahəsinin daxilində yerləşir. İşdən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin 35 kv.metr hissəsində məhz Cavabdeh2 tərəfindən tikinti işləri aparılmışdır. Bu fakt həm işdə olan mütəxəssis və ekspert rəyləri, həm də Cavabdeh2 izahatı ilə təsdiq olunur. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddia qismən əsaslıdır. Cavabdeh2 iddiaçıya məxsus torpaq sahəsinin 35 kv.metr hissəsində bu qaydada tikili inşa etdirməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da qanunla qadağandır. Göstərilənlərə əsasən məhkəmə iddianın həmin hissədə əsaslı olduğundan təmin edilməsi nəticəsinə gəlir. Bununla belə, iddianın digər hissələrinin əsaslı olması barədə işdə hər hansı mötəbər sübut yoxdur. İddiaçı Cavabdeh1 da ona məxsus torpaq sahəsində ev inşa etdirməsini, habelə onun torpaq sahəsinə gedən yolun hər iki cavabdeh tərəfindən tutulmasını iddia etsə də, bu barədə işdə hər hansı legitim sübut mövcud deyil. Bu dəlillər yuxarıda qeyd olunan mütəxəssis və ekspert rəyləri ilə də təsdiq edilmir. Ona görə də məhkəmə həmin hissələrdə iddianın təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 tərəfindən inşa edilmiş 80 kv.metrlik tikilinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1indəki 0,0783 ha torpaq sahəsinin qərb istiqamətində yerləşən 35 kv.metr hissəsi Cavabdeh2 vəsaiti hesabına sökülməli və Cavabdeh2 tərəfindən iddiaçıya məxsus torpaq sahəsi bu ölçüdə boşaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pulun 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, dövlət rüsumu kimi ödənilmiş 10 manat pulun yarısı, yəni 5 manat və mütəxəssis tədqiqatının aparılması üçün ödənilmiş 311 manat pulun yarısı, yəni 155,5 manat pul Cavabdeh2 tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 tərəfindən inşa edilmiş 80 kv.metrlik tikilinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1indəki 0,0783 ha torpaq sahəsinin qərb istiqamətində yerləşən 35 kv.metr hissəsi Cavabdeh2 vəsaiti hesabına sökülsün və Cavabdeh2 tərəfindən iddiaçıya məxsus torpaq sahəsi bu ölçüdə boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pulun 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət rüsumu kimi ödənilmiş 10 manat pulun yarısı, yəni 5 manat və mütəxəssis tədqiqatının aparılması üçün ödənilmiş 311 manat pulun yarısı, yəni 155,5 manat pul Cavabdeh2 tutularaq İddiaçı verilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-186/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-186/2022
23.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver