Məhkəmə qərarları › İş №2(012)-1892/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1892/2024

08.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1892/2024 08.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, anası xx.xx.1976-cı il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum xx.xx.1976-cı il təvəllüdlü X11 onun qardaşıdır. X3 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında rəhmətə getmişdir. Onun ölümünün qeydiyyata alınması barədə Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə vermədiyinə görə imtina verilmişdir. O ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün Abşeron Rayon Mərkəzi X13 şəxsinə müraciət etdi. Oradan isə ona cavab verilmişdir ki, qardaşının ölüm səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, qardaşının ürəyində problem olduğunu, bir dəfə infakt keçirdiyini, müalicələr aldığını, toya getdikdən sonra qardaşının həyətə çıxıb yıxıldığını bildikdən sonra evə geri qayıtdığını, təcili yardım gəldiyi zaman isə artıq vəfat etdiyini, özünün də ürəyində problemlər olduğunu, atalarının da gənc yaşda vəfat etdiyini bildirmişdir. O, vəfat etmənin qeydə alınması üçün aidiyyəti qurumlara müraciət etsə də müraciətinin təmin olunmasından imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, mərhum X14 onun həm qonşusu, həm də qohumu olmuşdur. xx.xx.2023-cü il tarixdə mərhumla vəfat etməzdən 1 saat əvvəl bələdiyyənin yanında söhbət etdiyini, sonra X6 vəziyyətinin pisləşməsi barədə zəng gəldiyini, getdiyi zaman isə artıq ev şəraitində vəfat etdiyini bildirmişdir. X6 ürəyində problemlər olduğunu, təcili yardımın gec gəldiyini, təcili yardım gələn zaman artıq vəfat etdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, X6 xalasının yoldaşıdır. Ərizəçi X5 doğma qardaşı olduğunu, həmin gün orada olduğunu, qardaşının toya getdiyini bildirmişdir. Öz evinə getdikdən sonra X6 vəziyyətinin pisləşməsi barədə zəng gəldiyini, evə gələndə onun həyətdə ürəyinə görə yıxıldığını, təcili yardımın iki saat sonra gəldiyini bildirmişdir. Ev şəraitində vəfat etdiyini, Mehdiabad qəbristanlığında dəfn edildiyini, mərhumun atasının da orada dəfn edildiyini qeyd etmişdir. Mərhumun vəfat etmə tarixini xatırlamasa da təxminən, 3 ay müddət olar ki, vəfat etdiyini bildirmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.1976-cı il tarixli 086918 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1976-cı il tarixində Ermənistanın Qafan rayonunda anadan olmuşdur. -xx.xx.2023-cü il tarixli Təcili və X7 X1 görünür ki, X6 adına həmin tarixdə, saat 19:40 radələrində ünvan 3 ünvanına çağırış daxil olmuş, həkimə qədər kişi cinsindən meyid olmaqla ölüm halı aşkar edilmişdir. -Tibbi Ərazi Bölmələrini X15 X22 Rayon Mərkəzi X13 Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-20/2-A-754-42-2/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. N.Abbasovun ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-165/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Abşeron rayonu Mehdiabad bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 07 nömrəli arayışından görünür ki, həqiqətən də mərhum X11 xx.xx.2023-cü il tarixdə Mehdiabad qəbristanlığında dəfn olunmuşdur və dəfn xərcləri qardaşı X12 tərəfindən çəkilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Abasov X8 rayonu, Mehdiabad qəsəbəsi, M.Əzizbəyov küçəsi, ev 1-də qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, xx.xx.1976-cı il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuş X2 rayonu, Mehdiabad qəsəbəsi, M.Əzizbəyov küçəsi, ev 1-də qeydiyyatda olmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X14 ərizəçinin qardaşı olmuş, sonuncu xx.xx.2023-cü il tarixdə halı pisləşdiyindən vəfat etmiş və X6 vəfat etməsi faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X6 xx.xx.2023cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Əzizbəyov küçəsi, 1 saylı evdə vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin X3 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Əzizbəyov küçəsi, 1 saylı evdə vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1976-cı il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuş X6 xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1976-cı il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuş X6 xx.xx.2023cü il tarixdə ünvan 4 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar