Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1902/2021 02.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə xx xxxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri- xx.xx.1975-ci il təvəllüdlü X2 Bakı şəhərində xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri- xx.xx.1975-ci il təvəllüdlü X5 xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, Azadlıq prospekti, ev 150, a 51 saylı mənzildə vəfat etmişdir. Belə ki, o, alkoqol psixozu xəstəliyindən əziyyət çəkirdi. Ərizəçi ölüm haqqında şəhadətamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona imtina məktubu ilə məhkəməyə müraciət etməsi izah edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan 138249 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Seyid-zadə Vüqar Araz oğlu və X1 arasında xx xxxxxx 2004cü il tarixdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi İHN VVADQ şöbəsində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 51 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Seyid-zadə” soyadı verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan 344 saylı çıxarışdan müəyyən edilir ki, xx.xx.1975-ci il təvəllüdlü X4 Vererike-Korsakov psixozu diaqnozu qoyulmuşdur. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 05/Q-06/15 saylı arayışdan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bu səbəbdən də Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan X3 Yardım Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə saat 12:45 radələrində X2 meyidi ünvan 1 ünvanında aşkar edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon Fatmayı bələdiyyəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 04 №-li arayışdan müəyyən edilir ki, Ərizəçi əri- X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və Abşeron rayonu, Fatmayı kənd qəbirstanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X8 18 nömrəli şəhər poliklinikası tərəfindən verilən xx xxxxxx 2021-ci il tarixli, 26 №-li məktubdan müəyyən edilir ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və ölüm səbəbi məlum olmadığına görə poliklinika tərəfindən “ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xx.xx.1975-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı işin araşdırılan halları ilə tam sübut olunur.Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1975-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1902/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1902/2021
02.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver