Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1902/2022 26.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 26 aprel 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası 13 yanvar 1947-ci il təvəllüdlü X3 12 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 8 saylı bağ evində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum 13 yanvar 1947-ci il təvəllüdlü X7 onun atasıdır. X7 12 fevral 2022-ci il tarixdə Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən bağ evində rəhmətə getmişdir. Evə dərhal X16 Məntəqəsindən həkim çağırılmış, həkim tərəfindən atasının öldüyü müəyyən olunmuşdur. X2 Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Ərizəçi X2nun adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 18 fevral 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ölüm haqqında şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınması mümkün deyildir.. Ərizəçi X2nun ölümü ilə bağlı tibbi şəhadətnamənin verilməsi üçün Abşeron Rayon X6 X15 Ailə Sağlamlıq Mərkəzinə müraciət etmişdir. Abşeron Rayon X6 X15 Ailə Sağlamlıq Mərkəzinin 16 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ölümün baş vermə səbəbi məlum olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilmir. 13 yanvar 1947-ci il təvəllüdlü X2nun müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Atasının ölüm haqqında şəhadətnaməsi dəfn ilə bağlı verilən sosial müavinətin alınmasına görə lazımdır. Odur ki, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi İsgəndər oğlu xx xxxxx 1976-cə ildə Bakı şəhərində anadan olmuş, atası X8, anası isə X1r. Mülki işin materiallarında olan Abşeron Rayon X6 Hüquqi Şəxs Təcili və X5 Stansiyasının xəbərdarlıq vərəqəsindən görünür ki, 12.02.2022-ci il tarixdə X4 adına çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Mülki iş materiallarında olan Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilən 25 aprel 2022-ci il tarixli 412 nömrəli arayışdan müəyyən edilir ki, Ərizəçi mərhum atası X12 oğlu 12.02.2022-ci il tarixində Masazır kənd qəbirstanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 18.02.2022-ci il tarixli, 05/Q-245/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan Abşeron rayon X6 X15 Ailə sağlamlıq mərkəzi tərəfindən verilmiş 16 fevral 2022-ci il tarixli, 5 nömrəli məktubdan müəyyən edilir ki, Ərizəçi 13 yanvar 1947-ci il təvəllüdlü X3 ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin tərəflərindən verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 12.02.2022-ci il tarixdə X3 adına çağırış olub, çağırış yerinə gələn X16 stansiyasının həkimi ölümü təsdiq etmişdir. Abşeron rayon X6 X15 Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 16 fevral 2022ci il tarixli, 5 nömrəli məktubda Ərizəçi 13.01.1947-ci il təvəllüdlü X3 ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin tərəflərindən verilmədiyi, ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 13.01.1947-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 12 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 13.01.1947-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 12 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1902/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1902/2022
26.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver