Məhkəmə qərarları › İş №2(012)-194/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-194/2024

12.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-194/2024 12.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri PHŞ) vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və miras əmlakda vərəsəlik paylarının müəyyən olunmasına dair mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızına qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və digər tələblərinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı3 atası Əliyev İkram Əlipaşa oğlundan qalmış mirası faktiki qəbul etməsi faktının müəyyən olunması, mirasa pay, mülkiyyət hüququ tanınması, iddiaçılar: İddiaçı1 və Cəlalova (Əliyeva) Gülnarə İkram qızının ataları Əliyev İkram Əlipaşa oğlundan qalmış mirasın qəbulu ilə əlaqədar qanunla nəzərdə tutulmuş müddəti ötürmələri üzrlü sayılmaqla uzadılması, miras əmlakda, 1/4 hissədə iddiaçıların anası, X4 aid payın olmasının müəyyən edilməsi və həmin pay hissə idiaçılara ayrılaraq verilməsi, cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X9 vərəsəliri olaraq tanınmaları və X8 miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin payı 1/3 olmaqla paylarının müəyyən edildiyi barədə 14 mart 2023-cü M tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılması və cavabdeh 1 saylı Notariat Ofisindən verilmiş həmin 14 mart 2023-cü il tarixli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, dövlət reyestrində aparılmış istənilən əməliyyatı, o cümlədən Cavabdeh2 adına aparılmış qeydiyyatın etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1997-ci ildə vəfat etmiş anaları, X2 adına olmuş Bakı şəhərində, mikraroyanda yerləşmiş mənzil satılaraq, ünvan 2 ünvanındakı 13 saylı yaşayış binasının 41 nömrəli mənzili alınıb. Sonradan həmin mənzil satılmış və əldə olunan vəsait hesabına, hazırda yaşayış sahəsinə qeydiyyatda olduqları, ünvan 1 ünvanında torpaq sahəsi alınıb və qalıq pula da orada fərdi ev inşa olunub. Həmin evdə iddiaçılar qeydiyyatda olsalar da onlardan İddiaçı1 və X10 həmin evə tez-tez gedib gəlmişik, İddiaçı3 isə ev inşa olunub yaşayışa hazır olduğu gündən orada yaşayıb. Ev və yerləşdiyi torpaq sahəsi ataları Əliyev İkram Əlipaşa oğlunun adında və mülkiyyətində olub. Həmin evi və evin yerləşdiyi torpaq sahəsini sonradan ataları onlardan İddiaçı3 bağışlayıb. Atalarının vəfatından sonra cavabdehlər Cavabdeh2 və onun övladları olan Cavabdeh3 ilə Cavabdeh4 İkram qızı İddiaçı3 zorla evdən qovub çıxarıblar. Ona görə də İddiaçı3 cavabdehlərə qarşı, “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəs ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin özünün mülkiyyətində olan ərazini boşaltmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edib. İddia ərizəsi 2(012)-2478/2023 saylı mülki iş olaraq baxan məhkəmə (hakim C.Səfiyeva) iddianı təmin etməyib və bu barədə qəbul etdiyi 30 may 2023-cü il tarixli qətnaməsini onunla əsaslandırıb ki, mübahisələndirilən əmlak cavabdehlərdən Cavabdeh2 mülkiyyətindədir və bunu təsdiq edən reyestrdən çıxarış var. Onlar həmin çıxarışın verilməsinə əsas olmuş sənəd araşdırarkən də müəyyən edilmişdir ki, İddiaçı3 adına olmuş çıxarış sonradan ləğv edilib və ev və yerləşdiyi torpaq sahəsi vərəsəlik qaydasında Cavabdeh2 adına keçib, (bu barədə notariat ofisindən şəhadətnamə və həmin şəhadətnamə əsasında dövlət reyestrindən, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilib). Belə ki, cavabdeh 1 saylı Notariat Ofisinə, anaları X4 və ataları Əliyev İkram Əlipaşa oğluna münasibətdə onlardan qalan mirasa dair onlara vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdirlər. Müraciətlə əlaqədar cavabdeh notariat ofisindən verilən 24 iyun 2023-cü il tarixli imtina cavabı belə əsaslandırılmışdır ki, analarna münasibətdə miras əmlak yoxdur, atalarına münasibətdə də onlar qanunla nəzərdə tutulan müddətdə notariat ofisinə müraciət etməməmişdir, əmlaka faktiki sahiblik etdiklərinə dair də hər hansı sənədi notariat ofisinə təqdim etməmişdirlər. Onların miras əmlakda qeydiyyatda olmaqları, İddiaçı3 cavabdehlər tərəfindən zorla evdən qovulub çıxarılması, atalarının öldüyü günə kimi İddiaçı3 həmin evdə yaşaması, onun vəfatından sonra da (cavabdehlər tərəfindən qovulduqları günə kimi) İddiaçı3 həmin evdə qalıb yaşaması barədə göstərdikləri faktlara, eləcə də atalarından miras qalan əmlaklarda analarına aid payın olduğuna dair, yəni miras əmlakların analarının adına olmuş əmlak- satışından əldə olunan vəsait hesabına əldə olunması barədə faktlara münasibətdə də cavabdeh notariat ofisindən bildirilmişdir ki, miras əmlakda yaşayan cavabdehlərin notariat ofisinə təqdim etdikləri sənəddə, onların həmin evdə qeydiyyatda olmaqlarına, yaşadıqlarına dair məlumat yoxdur, bunun əksi olaraq həmin sənədlərdə bildirilir ki, ataları X9 vərəsələri olaraq, onun öldüyü günə kimi miras əmlakda onunla yaşayanlar rəsmi nikahda olduğu Cavabdeh2 və Cavabdeh2 ilə birgə nikahdan doğulmuş övladları: Cavabdeh3 və Cavabdeh4 olmuşdur. Əllərində olan danılmaz faktlar, o cümlədən məhkəmə aktları, cinayət işi üzrə qəbul edilmiş qərar MAPS idarəsindən verilmiş əmlakda qeydiyyatda olanlar barədə arayış Cavabdeh2, eləcə də digər cavabdehlərin faktları saxtalaşdırdığını, saxta nikah şəhadətnaməsini, saxta məlumatlara əsaslanan MİKS-nin arayışını notariat ofisinə təqdim etməklə atalarından və analarından onlara miras qalmış əmlakları özlərinin qanunsuz sahibliyinə, mülkiyyətlərinə keçirmişlər. X9 X11 ilə faktiki münasibətindən doğulduğu ehtimal olunan Cavabdeh3 və Cavabdeh4 İkram qızı şübhəsiz ki, bu saxtakarlıqda yaxından iştirak ediblər. Çünki onlar yaxşı bilirdilər ki, anaları Cavabdeh2 ilə iddiaçıların atası X19 arasında rəsmi nikah olmayıb və buna dair cinayət işi üzrə qərar və məhkəmə aktlar mövcuddur. Ona görə də cavabdehlər aşkar cinayət yolu ilə onlara məxsus ola bilməyən əmlaklara, qanunsuz sahiblik edirlər. Cavabdeh3 və X12 atalığın verildiyi barədə hər-hansı sənədin olması mübahisəlidir. Hətta cavabdehlərdən Cavabdeh3 və Cavabdeh4 İkram qızı aonların atasının kəbindən kənar övladlarıdır, atalarının onaların atası olmasını müəyyən edən sənəd mövcuddur və onlar mirasda payları ola biləcək vərəsələridir, o halda da onların qanunsuz yolla mirasa sahib çıxmaq istəkləri, onların ləyaqətsiz vərəsə kimi tanınmalarına əsas verir. Cavabdeh 1 saylı Notariat Ofisindən verilmiş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının 03 fevral 2022-ci tarixdə vəfat etmiş X9 vərəsələri olaraq tanınmaları və X8 miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin payı 1/3 olmaqla paylarının müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılmalıdır. Həmin şəhadətnaməyə əsaslanmaqla dövlət reyestrində aparılmış qeydiyyat etibarsız sayılmalıdır. Bizim bildiyimizə görə, miras əmlakların bizlərdən İddiaçı3 atamızın sağlığında bağışlanmış əmlak olması və həmin əmlakların İddiaçı3 mülkiyyətində olduğuna dair reyestrdən çıxarışın əslinin bizdə olması, həmin bağışlanmanın, İddiaçı3 adına olan dövlət reyestrindəki qeydiyyatın ləğvindən xəbərsiz olduqları səbəbindən (ləğv olunmuş çıxarışın əsli bu gün də onlardadır) mirasın qəbulu üçün notariat kontoruna müraciət etməməkləri onlara münasibətdə (İddiaçı3 istisana olmaqla, çünki o, mübahisəli ev əmlak tikildiyi tarixdən orada son iki üç aya kimi, cavabdehlər tərəfindən qovulduğu günə kimi yaşayıb) üzürlü sayılmalıdır və mirasın qəbulu müddəti uzadılmalıdır və mirasa pay mülkiyyət hüquqları tanınmalıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, Cavabdeh2, 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X9 vərəsəsi olaraq tanınması, X8 miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin payı 1/3 olmaqla müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X9 vərəsəsi olaraq: iddiaçılar, yəni İddiaçı3, İddiaçı1, İddiaçı2 və cavabdehlərdən Cavabdeh3 ilə Cavabdeh4 İkram qızı tanınması və Əliyev İkram Əlipaşa oğlundan qalmış mirasda hər birinin payı 1/5 hissə müəyyən edilməklə həmin pay hissəyələrə uyğun mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İddiaçı3 məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu X16 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirlməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 İkram qızı və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri PHŞ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, Əliyev İkram Əlipaşa oğlunu və onun ailəsini uzun müddətdir ki, tanıyıb. İkram Əliyev ölən günə kimi ünvan 1 ünvanında yerləşən evdə oğlu İddiaçı3 yaşayıb. X25 Əliyevadan uzun müddət əvvəl boşandığı üçün Cavabdeh2 və övladları həmin evdə yaşamayıb. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 05. .1983-cü il tarixli № 361675 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X1 05. .1983-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 986 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Əliyeva soyadı verilmişdir. - X-ЖГ № 325980 saylı, Xİ-ЖГ № 337198 saylı və Xİİ-ЖГ № 337198 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, X19 ilə X2 nikahlarından xx.xx.1984-cü il təvəllüdlü İddiaçı1, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.1987-ci il təvəllüdlü X17 adlı uşaqları anadan olmuşdur. - İV- ЖГ № 434205 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. - AN-İ№ ******* saylı xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Əliyev İkram Əlipaşa oğlu X3 5000 manat məbləğində pul ödəməklə Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.016 ha olan torpaq sahəsini almışdır. - xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, Əliyev İkram Əlipaşa oğlu barəsində xx.xx.2011-ci ildən xx.xx.2016-cı ilədək “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlanılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. - xx.xx.2016-cı il tarixli, RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və üzərində 68.3 kv.metr fərdi yaşayış evi Əliyev İkram Əlipaşa oğlunun xüsusi mülkiyyətindədir. - xx.xx.2017-vi il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Əliyev X14 rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən ümumi sahəsi 68,3 kv.metr olan fərdi yaşayış evinin və Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən ümumi sahəsi 0,16 ha olan torpaq saəhəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən İddiaçı3 mülkiyyətinə vermişdir. - xx.xx.2017-cı il tarixli, RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və üzərində 68.3 kv.metr fərdi yaşayış evi İddiaçı3 xüsusi mülkiyyətindədir. - ******* saylı xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, İddiaçı2 xx.xx.2017-ci il tarixdən ünvan 3 ünvanda X20, İddiaçı3, İddiaçı1 qeydiyyatdadır. - xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Əliyev İkram Əlipaşa oğlunun vərəsələri ünvan 4 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh3, arvadı Cavabdeh2, qızı Cavabdeh4 Milas qızı və onların hər biri miras əmlakından 1/3 hissədə pay almalıdırlar. - xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.P.Vaqif küçəsi, ev 15 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və üzərində 68.3 kv.metr fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. - xx.xx.2017-ci il tarixli, 2(105)-350/2017 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-401/2016 saylı qətnaməsi ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh2 cavabadeh Əliyev İkram Əlipaşa oğluna qarşı nikahın pozulması tələbi təmin edilməsi qət edilmişdir. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3615/17 saylı, xx.xx.2017-ci il tarixli Qərarının surətindən görünür ki, cavabdeh Əliyev İkram Əlipaşa oğlunun kassasiya şikayəti təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-350/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - “Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” 24 iyun 2023-cü il tarixli 2887 saylı Qərardan görünür ki, Abşeron rayonu 1 saylı notariat ofisinə ünvan 5 ünvanında qeydiyyatda olanlar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xx.xx.2022-ci ildə vəfat etmiş ataları Əliyev İkram Əlipaşa oğlundan miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün 21,06.2023-cü il tarixdə ərizə ilə müraciət etmişdirlər. İddiaçı1, İddiaçı2 və İddiaçı3 mirasın qəbul edilməsi barədə notariat ofisinə qanunda nəzərdə tutulduğu müddətdə ərizə ilə müraciət etməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki sübut edən sənədlər təqdim etməmişdir. Digər vərəsələr Cavabdeh3, Cavabdeh2, və Cavabdeh4 İkram qızı vəfat etmiş ataları Əliyev İkram Əlipaşa oğluna vərəsəlik işinin açılması və miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əlaqədar 12.01,2023-cü il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisinə müraciət etmişlər. Təqdim edilən Abşeron rayon 4 saylı MTİİTS-NİN xx.xx.2022-ci il tarixli 5137 saylı arayışına əsasən adları qeyd edilən vərəsələrin mərhum Əliyev İkram Əlipaşa oğlu ilə ölən günədək bir ünvanda yaşamış və bunula da mirası əmlaka sahiblik etmələrini və əmlakı idarə etmələrini sübut edərək faktiki olaraq mirası qəbul etmələrini sübut etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci və 1243.3-cü maddələrinə əsasən onlar mirası idarə etməklə mirası tamamilə qəbul etmişlər. Təqdim edilən sənədlər əsasında vərəsələr Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 İkram qızına xx.xx.2023-cü ilədə 2v-66 reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə verilmişdir.Göstərilənlərə əsasən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsini rəhbər tutaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçıların atası Əliyev İkram Əlipaşa oğlu öldükdən sonra, mərhumun keçmiş həyat yoldaşı və həmin nikahdan doğulmuş uşaqları Cavabdeh3 və Cavabdeh4 İkram qızı ilə birlikdə miras əmlakı əldə etmək məqsədilə, vərəsəlik şəhadətnaməsinin alınması üçün Abşeron rayon 1 saylı Notariat ofisinə müraciət etmiş, həmin notarius mərhumun başqa vərəsələrinin olubolmadığını araşdırmadan miras əmlakın mərhumun oğlu Cavabdeh3, arvadı Cavabdeh2, qızı Cavabdeh4 Milas qızı arasında 1/3 hissədə bölünməklə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin şəhadətnamənin verilməsi zamanı Cavabdeh2 Əliyev İkram Əlipaşa oğlu ilə nikahda olub-olmaması araşdırılmamış, bununla da digər vərəsələrin hüquqları pozulmuşdur. Hazırda iddiaçılar Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, Cavabdeh2, 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X9 vərəsəsi olaraq tanınması və X8 miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin payı 1/3 olmaqla müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X9 vərəsəsi olaraq: iddiaçılar, yəni İddiaçı3, İddiaçı1, İddiaçı2 və cavabdehlərdən Cavabdeh3 ilə Cavabdeh4 İkram qızı tanınması və Əliyev İkram Əlipaşa oğlundan qalmış mirasda hər birinin payı 1/5 hissə müəyyən edilməklə həmin pay hissəyələrə uyğun mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iddia tələbinin Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, Cavabdeh2, 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X9 vərəsəsi olaraq tanınması, X8 miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin payı 1/3 olmaqla müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması hissəsində əsaslı olduğundan hesab edir ki, bu hissədə iddia təmin edilməlidir. Belə ki, X19 ilə Cavabdeh2 arasındaki nikah xx.xx.2017-ci il tarixdə Ali Məhkəmənin qərarı ilə pozulmuş, X19 isə xx.xx.2022-ci il tarixdə ölmüşdür. Belə olan halda, qanunvericiliyə əsasən Cavabdeh2 mərhumun varisi ola bilməzdi (Mülki Məcəllə 1163-cü maddə). Həmçinin Notariat Ofisində vərəsəlik haqqında şəhadətnamə verilərkən, mərhumun digər vərəsələri, yəni hazırki iş üzrə iddiaçıların da vərəsə olmaları araşdırılmamışdır. Göstərilənlərə nəzərə alaraq məhkəmə hesab edir ki, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılmalıdır. Məhkəmə mübahisə ilə bağlı aşağıdakı hüquq normalarını qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda miras qoyma hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. 1164-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür Həmin Qanunun 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmə iddia tələbinin 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X9 vərəsəsi olaraq: iddiaçılar, yəni İddiaçı3, İddiaçı1, İddiaçı2 və cavabdehlərdən Cavabdeh3 ilə Cavabdeh4 İkram qızı tanınması və Əliyev İkram Əlipaşa oğlundan qalmış miras əmlakda hər birinin payının 1/5 hissə müəyyən edilməklə həmin pay hissəyələrə uyğun mülkiyyət hüquqlarının tanınması hissəsinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 iyul 2021-ci il Plenum Qərarında göstərilirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.12.23-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil ediməsi qərara alınmışdır. Qanunun şərhindən göründüyü kimi vərəsələr arasında miras paylarının müəyyənləşdirilməsi barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Lakin iddia tələbindən də göründüyü kimi, həqiqi vərəsələr arasında miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisə yoxdur və iddiaçılar miras əmlak üzərində 1/5 hissədə payların müəyyən olunmasını tələb edirlər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, Cavabdeh2, 03 fevral 2022-ci tarixdə vəfat etmiş (miras qoyan) X9 vərəsəsi olaraq tanınması və X8 miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin payı 1/3 olmaqla müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə izah edir ki, vərəslər miras əmlakda paylarının müəyyən edilməsi üçün müvafiq Notariat ofisinə müraciət edə bilərlər. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, Cavabdeh2, 03 fevral 2022ci tarixdə vəfat etmiş (miras qoyan) X9 vərəsəsi olaraq tanınması, X8 miras qalmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İkram qızının hər birinin payı 1/3 olmaqla müəyyən edildiyi barədə 14 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar