Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1949/2025 09.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun atası - xx.xx.1964-cü il təvəllüdlü X3 Xəzər rayonu, Binə südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, onun atası X6 yaşadığı Xəzər rayonu, Binə südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində halı pisləşdiyi üçün X16 xidmətini çağırmış, lakin X16 gəlmədiyindən atasını Sabunçu Xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər xəstəyə baxış keçirmiş və artıq atasının dünyasını dəyişdiyini bildirmişdirlər. Ölüm hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermişdir və bununla bağlı X15 Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən həkimə qədər ölüm halını təsdiq edən akt təqdim edilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasına ölüm haqqında tibbi arayışın verilməsi ilə bağlı onun tərəfindən müraciət olunsa da sözügedən xəstəxana tərəfindən ölüm haqqında tibbi arayış verilməmişdir. Maraqlı şəxs isə ölüm haqqında tibbi arayış olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Odur ki, ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin qəbul edilməsinə zərurət meydana gəlmişdir. Mərhum atası X2 rayonu, Dilman kənd qəbiristanlığında dəfn olunmuşdur. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X5 məhkəmədə ifadəsində bildirdi ki, X1 onun bibisinin yoldaşı olmuşdur və sağlığında Rusiya Federasiyasında yaşamışdır. Əbülfət Gözəlov qızının evinə qonaq gəlmiş, bu zaman təyziqi qalxmış və Binə qəsəbəsində yerləşən həmin evdə də təqribən 3 ay bundan əvvəl vəfat etmişdir. X1 Ağsu rayonu, Xatman (Dilman) kəndində dəfn edilmiş, yas mərasimində o da iştirak etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X7 məhkəmədə ifadəsində bildirdi ki, X1 onun doğma qardaşı olmuşdur və vaxtilə başqa yerdə yaşamışdır. Qardaşı Binə qəsəbəsinə qonaq gəlmiş, qızının evində 2024-cü ilin dekabrın 28-dən 29-a keçən gecə vəfat etmişdir. Əbülfət Gözəlzadə atasının və anasının məzarının yanında dəfn olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 05895348 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 13 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş AZ-İV № 260696 nömrəli doğum haqqında şəhadətnamənin və AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1993-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuşdur, atası X6, anası X4r. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X15” PHŞ-in xx.xx.2024-cü il tarixli, 39 nömrəli Həkimə qədər ölüm halını təsdiq edən aktdan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə həkimə qədər ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ağsu rayonu Dilman bələdiyyəsi tərəfindən verilmiş 10 yanvar 2025-ci il tarixli, 12 nömrəli arayışdan görünür ki, X6 xx.xx.2024-cü ildə dünyasını dəyişmiş, mərhumu oğlu Ərizəçi xx.xx.2024-cü ildə Ağsu rayonu, Xatman (Dilman) kəndində yerləşən qəbiristanlıqda dəfn etmişdir. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli, 18-1-20/2-G-42-178/2025 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ə. Gözəlovun ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 23 yanvar 2025ci il tarixli, 3-16-5/8-15-237/2025 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 13 mart 1964-cü il təvəllüdlü X3 29 dekabr 2024-cü il tarixdə Xəzər rayonu, Binə südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 13 mart 1964-cü il təvəllüdlü X3 29 dekabr 2024-cü il tarixdə Xəzər rayonu, Binə südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1949/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1949/2025
09.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver