Məhkəmə qərarları › İş №2(012)-1951/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1951/2024

02.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1951/2024 02.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, oğlu xx.xx.1983-cü il təvəllüdlü X4 xx.xx.2006-cı il tarixdə, qızı xx.xx.1984-cü il təvəllüdlü X2 xx.xx.2004-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, övladları xx.xx.1983-cü il təvəllüdlü X11 xx.xx.2006-cı il tarixdə, xx.xx.1984-cü il təvəllüdlü X5 isə xx.xx.2004-cü il tarixdə vəfat etmişlər. Hər iki övladı Qobustan rayonu. Ərəbşalbaş kənd qəbristanlığında dəfn olunmuşlar. Həyat yoldaşı xx.xx.1965-ci il təvəllüdlü X18 ilə birgə nikahdan beş övladları xx.xx.1957-ci il təvəllüdlü X11, xx.xx.1984-cü il təvəllüdlü X5, xx.xx.1986-cı il təvəllüdlü X6, xx.xx.1988-ci il təvəllüdlü X7 və xx.xx.1993-cü il təvəllüdlü X9 dünyaya gəlmişdir. Həyat yoldaşı X18 beş övladı olduğuna görə 17.01,2024-cii il tarixdən pensiyaya çıxmalı idi. Bu səbəbdən, vəfat etmiş övladları xx.xx.1983-cü il təvəllüdlü X8 və xx.xx.1984-cü il təvəllüdlü X3 ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bununla bağlı '‘Abşeron Rayon Mərkəzi Xəstəxanası” X27 övladları X8 və X3 tibbi şəhadətnamənin verilməsi barədə müraciət etsə də, sözügedən xəstəxana tərəfindən ona imtina cavabı verilmişdir. Eyni zamanda X8 və X3 ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, ona aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, bu faktın təsdiq edilməsi mərhum uşaqlarına ölüm haqqında şəhadətnamə alaraq həyat yoldaşının beş uşağa görə daha tez pensiyaya çıxması üçün lazımdır. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - X-ЖГ 276108 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1983-cü il tarixdə Abşeron rayonu, Güzdək kəndində doğulmuşdur. Atası Ərizəçi, anası X14r. - X-ЖГ 276109 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1984-cü il tarixdə Abşeron rayonu, Güzdək kəndində doğulmuşdur. Atası Ərizəçi, anası X14r. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-140/24 və 3-16-5/8-141/24 nömrəli məktublarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Tibbi Ərazi Bölmələrini X21 X28 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X5 və X4 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. U.Zayıdovanın və V Zayıdovun ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilmir. - 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X12 ailə tərkibinə qızı-X5 və oğlu- X11 da daxildir. - Qobustan rayon İcra Hakimiyyəti başçısının Ərəbşalbaş kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışından görünür ki, mərhum X5 2004-cü il tarixdə vəfat etmişdir və Qobustan rayon Ərəbşalbaş kənd qəbiristanlığında dəfn edilmişdir. - Qobustan rayon İcra Hakimiyyəti başçısının Ərəbşalbaş kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X1 2006-cı il tarixdə vəfat etmişdir və Qobustan rayon Ərəbşalbaş kənd qəbiristanlığında dəfn edilmişdir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Zayıdov X10 rayonu Güzdək kəndi, Sovxoz evi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Məhkəməyə təqdim edilmiş X1 və X2 qəbrlərinin fotoşəkillərindən görünür ki, X11 xx.xx.2006-cı il tarixdə, X5 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, ərizəçinin həyat yoldaşıdır. X1 və X5 onun övladlarıdır. xx.xx.1983-cü il təvəllüdlü X11 xx.xx.2006-cı il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra öldü. Ölümünün səbəbini bilmədilər. Qızı xx.xx.1984-cü il təvəllüdlü X5 isə xx.xx.2004-cü il tarixdə yaşadıqları evdə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun ailəvi dostudur. ərizəçinin böyük qızı Ülviyyə 2004-cü ildə vəfat etdi. Oğlu Vüqar isə əsgərlikdən qayıtdıqdan sonra 2006-cı ildə Abşeron rayonu, Güzdək kəndində ölmüşdür. Hər ikisinin dəfnində ailə dostu kimi iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, X1 və X2 xalasıdır. Ülviyyə 2004-cü ildə Abşeron rayonu, Güzdək kəndində, Vüqar isə 2006-cı ildə vəfat etmişlər. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X11 və X5 ərizəçinin övladları olmuş, X5 2004-cü il tarixdə, X11 isə 2006-cı il tarixdə ev şəraitində vəfat etmişdir. X11 və X2 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadəsi ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlərində ifadəsində X11 və X2 müvafiq olaraq 2006 və 2004-cü il tarixlərdə Abşeron rayonu Güzdək kəndində vəfat etməsi təsdiq edilmişdir. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi övladlarının ölümü haqqında şəhadətnamələri ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də ərizəçinin övladları X11 2006-cü ildə, X5 2004-cü il tarixdə Abşeron rayonu, Güzdək kəndində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçinin həyat yoldaşının pensiya hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən MPM-in 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası 12 aprel 2019-cu il tarixli qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1983-cü il tarixdə Abşeron rayonu Güzdək kəndində doğulmuş X4 xx.xx.2006-cı il tarixdə; xx.xx.1984-cü il tarixdə Abşeron rayonu Güzdək kəndində doğulmuş X2 xx.xx.2004-cü il tarixdə Abşeron rayonu Güzdək kəndi ünvanında ölməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1983-cü il tarixdə Abşeron rayonu Güzdək kəndində doğulmuş X4 xx.xx.2006cı il tarixdə; xx.xx.1984-cü il tarixdə Abşeron rayonu Güzdək kəndində doğulmuş X2 xx.xx.2004-cü il tarixdə Abşeron rayonu Güzdək kəndi ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar